1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

bir foto...Axır zamanlar “Xəzər Lənkəran” günlərini yaxşı keçirmir. Digərlərini demirik, elə son ev oyununda “Simurq”a biabırçı oyunla, biabırçı 1:3 hesablı məğlubiyyət və bir də ki, əzəli rəqiblə böyük hesabla olmayan 1:0 məğlubiyyət, amma biabırçı oyun nəticəsində olanları yada salmaq kifayətdir. Heyətdə yüksək ödənişli, özü də babat oyun sərgiləyən futbolçular ola-ola, qat-qat zəif oyun göstərməklə yadda qalan,  inkişafı və perspektivi görünməyən oyunçulardan qurulmuş start heyəti və əvəzetmələrdə də bu qəbildən olan oyunçulardan istifadə edilməsi heç də başadüşülən deyildi.

Yəni, Mustafa Denizli kimi böyük təcrübəsi olan və çox müvəffəqiyyətlərlə tarix yazan birinin son oyunlarda bu qədər uğursuz oyun keçirməsi və nəticədə belə biabırçı hesablarla məğlubiyyətləri bir qədər inandırıcı görünmür. İnandırıcı görünən, Toşaklı “Xəzər Lənkəran”ın ardıcıl uğursuzluqlarından sonra komandanı qəbul etmiş Mustafa Denizlinin adına və təcrübəsinə uyğun olaraq, məğlubiyyətlər seriyasını ləğv edərək, komandaya yüksək ruh və əzmkarlıq gətirib qələbə və heç-heçələrlə xal ehtiyatını artırmaqda davam etməsi idi.

XIV turda “Bakı”ya səfərdə 3:0 məğlub olunca Con Benjamin Toşakın vəziyyətin dözülməz olduğunu görüb istefa verməsinin ardından Mustafa bəy komandanı qəbul etmişdi. XV turda evdə AZAL-la 1:1-lik bərabərlik, XVI turda səfərdə, artıq yüksəlişdə olan “İnter”lə 0:0-lıq bərabərlik, XVII turda evdə “Rəvan” üzərində 1:0-lıq qalibiyyət, ikinci dövrənin son oyunu olan XVIII turda evdə “Sumqayıt üzərində 4:3-lük qələbə ilə təlim-məşq toplanışına gedən komanda bir az da yeni transferlərlə gücləndi və vətənə dönüb III dövrəyə başladı.

Toplanışdan dönən Mustafa Denizlili “Xəzər Lənkəran”ı əvvəlkilərdən də çətin sınaqlar gözləyirdi. Çünki XIX turda səfərdə, liderliyi heç kimə güzəşt etməyən “Qarabağ”la oyun var idi ki, Mustafa bəyin komandası gözəl oyunla 0:1 qalib gəlməyi bacardı. Ardından XX turda evdə “Neftçi” ilə hesabda 0:2 hesabı ilə məğlub olmasına baxmayaraq, oyunun sonlarını ikiqat əzmkarlıqla döyüşüb, iki top vurmaqla hesabı 2:2 bərabərliyə daşıya bildi. Sonra komandanı XXI turda çətin “Qəbələ” səfəri gözləyirdi ki, dramatik və olduqca maraqlı və əzmkar keçən bu oyunda da Denizlinin “Xəzər Lənkəran”ı 2:3 hesabı ilə səfər qələbəsi bizlərə yaşatmışdı. Buradan bir daha görünür ki, əvvəl heç-heçələrlə başlayan Mustafa bəy yeni gələrkən komandaya o qədər də bələd deyildi ki, bu da təbii haldır. Lakin komandaya bələdliyi oyundan-oyuna artdıqca artıq əzmkarlıq, oyun keyfiyyəti və təbii ki, qələbələr də gəlməyə başladı. Bax, bu dövrü biz “Xəzər Lənkəran”da Mustafa Denizli dönəmi sayırıq. Çünki bu dönəm Mustafa bəyin böyük təcrübəsinə uyğun bir inkişafla davam etməkdə idi.

Sonrakı turlarda evdə “Bakı”ya 0:2 hesablı məğlubiyyət, ardıyca AZAL-la 0:2 hesabı ilə səfərdə irəlidə olmasına baxmayaraq oyunun sonlarında iki top buraxıb 2:2 bərabərə qalmaq, evdə 1:1-lik “İnter” heç-heçəsi, autsayder “Rəvan”a 2:1 biabırçı oyunla məğlub olma, daha bir autsayder “Sumqayıt”a yalnız penalti ilə 0:1 qalib gəlmə, daha sonrası evdə biabırçı oyunla və biabırçı 1:3 hesabıyla məğlubiyyət və bir də son turda “Neftçi” ilə təslimçi heyətlə və təslimçi oyunla təbii ki, 1:0 təslim olma. Göründüyü kimi bu dövrdə cəmi bir qələbə var ki, o da penalti ilə qazanılıb. Bura komandanın, birinci dəstə təmsilçisi “Araz-Naxçıvan”la hər iki keyfiyyətsiz kubok oyunlarını və nəticədə ¼  mərhələni güclə adlamasını da  daxil etmək olar.  Uğur qazanaraq, get-gedə komandasını daha yaxından tanıyan məşqçinin sonrakı nəticələri heç də belə olmalı deyildi. (“Bir fotonun əhəmiyyəti”. Bu foto nəzərdə tutulur)

Oguz-Cetin

Bu fotoya diqqətlə baxın. Toşakın uğursuzluqlarından sonra artıq, məşqçi dəyişikliyinə qərar vermiş klub rəhbərliyi Mustafa Denizli ilə anlaşmağı düşünmüşdü. Lakin həqiqətinmi bu uğursuzluqlar Con Toşakla bağlı idi və bundan artıq komandanın potensialı var idimi? Bu suallara yəqinlik gətirmək üçün anlaşacaq olan tərəflər “Xəzər Lənkəran”ın “Bakı” ilə səfər oyununa bir mütəxəssis gözü ilə baxmaq, yalnız bundan sonra danışıqlarda irəli getməyi düşünmüşdülər. Şəkildə görünən bu mütəxəssis sonradan Mstafa Denizlinin köməkçisi olacaq Oğuz Çetindir. Bu foto “Bakı”ya 3:0 məğlub olduğumuz həmin oyunda çəkilmişdi.

Hadisələrin sonrakı gedişi onu göstərdi ki, Con Toşak kimi dünya şöhrətli mütəxəssisin başı üzərindən oyuna baxmağa cürət edən Oğuz Çetin dahi mütəxəssisin komandanı düz oynatmaması və “Xəzər Lənkəran”ın o vaxtkı potensialının Toşakın oynatdığından daha böyük olması haqda xəbərlə Türkiyəyə qayıtmışdı. Çünki yalnız bundan sonra Con Toşak istefa verdiyini açıqlamış və Mustafa Denizli ilə danışıqlarda növbəti mərhələlər başlamışdı. İşinə məsuliyyətlə yanaşan Denizlinin istəyi ilə daha sonra Lənkəranla və komandanın şəraiti ilə yerində tanış olmaq üçün klubun sahibi tərəfindən xüsusi təyyarə ayırmaqla, şərait yaradılmışdı. O vaxt  Mustafa bəyə köməkçi olacaq Oğuz Çetin, məşhur tük futbol ulduzu İbrahim Üzülmez və Zafer Ögerin də adları çəkilirdi.

Denizli_Cetin_Uzulmez

Sonradan İbrahim Üzülmezin komandaya gəlişi alınmasa da Oğuz Çetin öz yerini almışdı. O vaxtı biz “Oğuz Çetin də vəzir qismində payını aldı” başlırlı yazı dərc etmişdik. İndi məsələ nədədir? Məsələ ondadır ki, o vaxtı bir oyuna gəlib baxmaqla (halbuki, oyunun videoyazısını da izləmək mümkün idi) Toşakın səhvlərini və komandanın daha artıq potensialını görən Oğuz Çetin, indi bütün günü komanda ilə birlikdə olmasına və yeni yüksək ödənişli transferlərlərə güclənmiş komandada səhvləri görmür və daha artıq porensialını qiymətləndirmir? Görürsə, bəs nə üçün demir?

Öz aramızdır Mirça Rednikin uğurlarının əsas səbəblərindən biri də məşqçi heyətinin monolitliyinə nail olması idi.

MƏNBƏ: Bosman.az

11 Şərh

  1. ……………….
    ……………….
    ……………….
    ***
    Eh Zəfər bəy, mən canımın hayında çabalayıram siz isə görün nə istəyirsiniz məndən. Mədəniyyət naminə isə bircə kəlmə ilə fikir bildirib çəkilirəm ki, bunu bütün cəmiyyətə aid etmək olar: “Kim nəyə layiqdirsə ona da qadirdir, kim nəyə qadirdirsə ona da layiqdir.”

  2. Danizli kimi mutaxasisa hejati bahana gatirmak jarasmir. qis fasilasinda musahibasinda demisdi ki ” azarkeslar narahat olmasin onlar guclu bir komanda goracaklar” amma indiki vazijat urakacan dejil. Muammali vazijatti

  3. Men deyende ki xezerin oyunlari satilir hec kim mene inanmirdi

  4. Tural-RX says:

    Vallah bu gediwle ancaq ve ancaq umudumuz qalir Rednike… kiwi kimi gozel heyyet qurmuwdu, icimizden tikan cixarirdi,, ehhhhh

  5. ZƏFƏR qardaşım, Salam! Sizin “Necə olur ki, saytda gedən əksər yazılara fikir bildirməyə xəsislik edənlər tənqidi və haqlı yazılar qarşısında “futbol biliciləri” olurlar” haqlı fikrinizi alqışlayıram çünki, bu halı saytımızda mən də dəfələrlə müşahidə etmişəm. Azarkeş saytında qəfil peyda olan belələri azad azarkeş maskası altında məlum məsələdir ki, kimlərin “zakaz”ını yerinə yetirir. Onsuz da belələri çox uzağa gedə bilmir çünki, bir az dərinə gedən kimi maskası cırılır…

  6. Çox maraqlidir.Belə yazilara nədənsə azarkeş şərhləri az olur.Hərdən mənə elə gəlir ki, bu saytda yalniz şərh yazanlar ” ikili xarakter” numayiş edənlərdir..Kamandasinin həqiqi azarkeşi belə yazilari dərindən oxumali və nəticəyə varmalidirlar.Gözləmək olmaz ki, hər şey açiq, yalniz muəllifdən gəlsin.Əslində muəllif hər şeyi açiq deməyi bacarir və bunu həmişə oxucusuna deməklə, həmçinin az bir qismini oxucunun öhdəsinə buraxmaqla edir.Nə edək ki ,bu həmişə öz effektini vermir,çunki bəlkədə bu yazilar uçun yetişməmişik.Unutmaq olmaz ki bu yazilar uçun yetişmiş insanlar əks mövqe numayiş etdirməklə bizim kimi sadə azarkeşləri çaşdirir və onlardan öz ambisiyalari uçun məharətlə istifadə edirlər.

    Kamandamiz uduzan kimi hami ilk növbədə uzdə olanlari,-daha doğrusu oyunçulari ,məşqçini və nəhayət klub rəhbərlərini qinayir.Bu qinamalar real unvana çatmayinca ,bu kimi şərhlərdən maraği olan kimsələr istifadə edir.Bu kimsələrə kamandamizin stabil oynu heç cur sərf etmir.Bu kimsələrin adini demək indiki anda bəlkədə mumkun deyil.Mumkun olsa belə, bu çox qinaq obyektinə səbəb olar. Bunun yeganə səbəbibizim hələ bu kimi hallara duzgun yanaşma tərzimizin formamalaşmasi mane olur.Kimsə bu yazimin hesabini məndən soruşa bilər və onlara bir cavabim var.Kamandamizin oyunlarinin əvvəl əzmkarliğinin səbəbi ilə i son oyunlardaki cilizlıği ilə muqayisə etsinlər.Qənaətə gələ bilməsələr , əvvəlcə öz vicdanlari qarşisinda cavab verməyə çalişsinlar.Əgər yenə cavab tapa bilməsələr onda nə deyirlər , qoy desinlər.Lakin bizim daha aldanmaq istəmədiyimizi anlasinlar və duzgun yola gəlməklə fəaliyyətlərini davam etdirsinlər.

    Kamandasina ləyaqətlə və heç bir təmməna duşunmədən xidmət edən bir neçə sayt mövcuddur.Bu saytlarin kifayət qədər duşməni olduğunu heç duşunmək istəməzdim.İndisə açiq deyirəm.Uzdə dost kimi görunməyə çalişanlarin bəziləri ( belə ki, biz bunlari ayird etməkdəyik) əsl xəyanət altinda gizlənənlərdir.Necə olur ki ,saytda gedən əksər yaziya fikir bildirməyə xəsislik edənlər, tənqidi və haqli yazilar qarşisinda “futbol biliciləri” olurlar.Onlara bir sözum var”

    Qılqırov başini kolda gizlədib,
    Amma quyruğundan xəbəri yoxdur!

  7. Men sizi anladim. Chox sagolun

  8. Gənclər says:

    Tamamilə razıyam. Cox düz vurqulamısız mən oyuna 25 dəqiqə baxdım, amma onu deyim ki heyət acıglananan sonra oyuna baxmaq hec əvəsim olmadı , Xəzər 3-nəfər əskiyinə oynayırdı Nildo, Benayu, Qriqorov .3-dənə yox səviyəli oyuncu….hanı 8, hanı 30????….məlum məsələ idi ki uduzacaq….

  9. Salam Admin. Orxan Eliyev meselesi ne yerde qaldi? Yaw meselesin nezerde tuturam.
    ***
    Düzü bu məsələnin üstünə heç düşmədik də. Hələlik heç bir məlumatımız yoxdur. Açığı son zamanlar elə vəziyyət yaranıb ki, adam heç nə edə bilmir və ya etmək heç istəmir.

  10. Gormur? Men gorurem mewqciler gormur?. Aga diyir sur dereye meselesidi…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


4 + = doqquz