11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

azarkesler-43212cioyuncu.info azarkeş saytında mütəmadi olaraq azarkeş yazılarına yer ayrılır.

Bu dəfə saytımızın “Azərbaycanlı” nikli istifadəçisinin yazısını təqdim edirik. Qeyd edək ki, bu istifadəçinin şərhləri adətən mükəmməl məntiqə söykənən qeyri adi tərtibatlı cümlələrlə fərqlənir. Elə ona görə də “Azərbaycanlı”nın bütün fikirləri həmişə daha çox cəlbedici olur.

Buyurun, bu da “Xəzər Lənkəran” komandasının hazırki durumuna münasibət bildirən (şəxsən tanımadığımız)  “Azərbaycanlı” nikli istifadəçinin son şərhi:

 *******

Son bazar günü keçırılmiş oyundan sonra uzun fasilə başlansa da, görünür XL azarkeşini “qabaqda nə və necə olacaq?” kimi düşüncələri pauza götürməyə imkan verməz. Hamımız məşqçilərin tez-tez dəyişilməsinin “bəhrəsini” gördüyümüz və dərk etdiyimiz halda, bir çoxumuz “bu da getməlidir ki, vəziyyət düzəlsin” mövqeyində özü özünü inkar edir. Komandanın səviyyəsi oyunçuların səviyyəsinin cəmindən ibarət olub onların göstərdikləri oyunun nəticəsində əksini tapır. Zövqlər və baxışlar müxtəlif olur, amma bu gün ortada olan və kifayət qədər uzun müddətli dayanıqlılığı ilə azarkeşi bezikdirmiş nəticələr oyunçuların çoxunun səviyyəli olması barədə fikirlərlə razılaşmağa imkan vermir, səviyyələri var, amma bu gün bizi qane edə biləcək səviyyə deyil. Komandanın bu hala düşməsi liderlərin kökünün kəsilməsinə Uinston Parksı göndərilməsi ilə verilən startdan başlandı. O vaxtdan komandadaxili təşkilati siyasətin ana xətti baş qaldıranın başından vurmaq taktikası ilə səciyələnir. Maraqlıdır ki, komandanın başına gələn müxtəlif Kimlər bu prosesin başlanğıcını qoyan Kimsənin xəttindən çıxa bilmirlər. Bacarıqsızlığını məqamında qrimləmək üçün əlverişli olan bu hoqqalardan tərəflərin heç biri-nə məşqçi, nə futbolçu, nə də inzibatçılar sui istifadə etməkdən vaz keçmədilər bu müddət ərzində. Bütün bu prossesin nəticəsidir ki, bu gün varlığı məlum, mahiyyəti isə qeyri-müəyyən formalı bir XL-miz var. Bu komandanı təcili reanimasiyion tədbirlərlə süni nəfəs verib cana gətirmək olmaz, Əlahəzrət Zaman ən yaxşı təbibdir bu halda. Vaxt verilməlidir komandaya. Tələblərimizi dəyişmədən, azarkeş dəstəymizi azaltmadan, məhəbbətimizi soyutmadan vaxt verməliyik ki, qoy komandada təbii özünübərpa prosesi getsin. Elə bir mühit yaradılmalıdır ki, komandada layiqli liderlər üzə çıxsın, nalayiqlər isə kirə. Kreativlik, klub maraqlarının bada verilməsi ilə barışmazlıq, qələbə naminə idman aqressivliyi alqışlanmalı, tərəddüd və inamsızlıq, nankorluq kökündə və komromissiz kəsilməlidir. Kluba gələn hər kəs bilməlidir ki, eşitdiklərindən, bildiklərindən və gördüklərindən fərqli olan bir aləmə – Xəzər-Lənkəran aləminə gəlib. İnanıram ki, o vaxt kök atmış “kötüklərimiz” olacaq, gənclərimiz isə onların yanında sınayacaqlar özünü.

Azərbaycanlı

21 Şərh

  1. sakir baliq says:

    Celal Qurbanov sizin RUSIYA saytlarina yazdiginiz serhler daha efektli alinir,ona kore ki orada sirf futbol bilicileri yazisir.Siz duzkun movqe secin,size uqurlar.

  2. EZIZ FERHAD ,REHMAN ve diger qardaslarimiz siz LENKERANLI olmasazda biz sizi XEZERE azerkeslik etdiyinize gore urekden sevirik ve hormet edirik .biz fexr edirik bizim bele azerkeslerimiz var !

  3. RƏHMAN əmioğlu, Salam! “Xəzər Lənkəran”ın təkcə Lənkərana məxsus olması fikrini yürüdənlər əlbəttə ki, yanlış fikirdədirlər. Çünki, uzun illər boyu formalaşmış bir fikir mövcuddur. Lənkəran cənub bölgəsinin mərkəzi olduğundan ( keçmişdə xanlıq və qəza mərkəzi olub) Lənkəranın adıyla bağlı olan hər bir nailiyyət, o cümlədən bütün cənubluların da haqqıdır. Nahaq yerə Lənkərana “Cənub mirvarisi” adını verməyiblər ki. “Xəzər Lənkəran” da nəinki lənkəranlılara, bütün cənublulara məxsusdur. Azarkeşliyə gəlincə isə komandamızın cənublulardan savayı ölkənin müxtəlif pegionlarından da azarkeşləri var. Ona görə də “Xəzər Lənkəran”ı təkcə Lənkərana aid edənlər yanılırlar.

  4. ZƏFƏR bəy, Salam! İlk öncə bildirim ki, saytımızı mütəmadi olaraq izləyirəm. Şərh yazmamağımın əsas səbəbi odur ki bir-birimizlə ünsiyyət qurduğumuz saytımızda haqlı tənqid əvəzinə eyni fikirli təhqirlərin çoxaldığını nəzərə alıb bir müddət şərh yazmamağa qərar verdim. Onsuz da biz bir qrup köhnə “Xəzər Lənkəran”lılar özümüzün “Ay işığı” kafesində hər gün bir yerə yığışıb komandamızin oyunlarını, gedən prosesləri təhlil edirik. Hətta saytda gedən yazılardan tutmuş, yazılan şərhlərə qədər təhlil olunur. Komandamızın indiki durumu barədə mənim şəxsi fikrimi bilmək istəyirsinizsə qısa arayış verə bilərəm. Hər bir klubun keçdiyi yola nəzər saldıqda görürük ki, bu yol həm enişli həm də yüksəlişlidir. Bizim komandanın da yüksəlişini və enişini görmüşük. İndi enişdən yüksəlişə doğru yavaş-yavaş qalxırıq. Onu da nəzərə almaq gərəkdir ki, iki-üç il enişdə olan komandanı qeyri peşəkar rəhbərliklə birdən-birə yüksəltmək də çox çətindir. Qaldı komandanın Lənkəranda məşq etməməsinə fikir bildirmək, bunu rəhbərlik yoluna qoymalıdır. Çünki, klubu maliyyələşdirən onlardır. Maliyyə baxımından komandanın Bakıda məskunlaşması, Lənkərandakından ən azı iki-üç dəfə çoxdur. Əlbəttə Lənkəranda məskunlaşmaq daha sərfəlidir həm də ki, boş vaxtlarımızda heç olmasa məşqləri izləyə bilirdik… Sizə hörmətlə, Qabil.

    • Salam,emim oqlu Qabil. Ele men de bu saytimizi mutemadi olaraq oxuyuram. Ancaq serh yazmaqi azaltmisam. Sen menim hardan olmaqimi yaxsi bilirsen. Bilirsen ki, menim Xezer Lenkerana azarkeslik stajim bu sayta sehrler yazanlarin ekseriyyetinin yashindan coxdur. Xezer Lenkeranin oyununa qesebemizden yuzlerle azarkes gelir. Biz de demek olar ki, her gun komandamizin oyunlarini tehlil edirik.Bilirsen bu gunku serhi yazmaqda meqsedim nedir? Bezileri var ki, Xezer Lenkeranin ancaq Lenkerana mexsus olduqunu deyir ve bu saytda yazir. 10 il bundan qabaqki komandanin ne gunde olduqunu belke de hec bilmir. Bu yazilar bir cox Lenkeranli olmayan, lakin ureyi Xezer Lenkeran sevgisi ile doyunen CENUBLULARI narahat edir. Bilirem ki, sen menim ne demek istediyimi basa dusdun.

      • Əksinə, əziz xəzərsevərlər, qeyri Lənkəranlılara daha çox hörmət, sevgi göstərmək lazım. Lənkəranda yaşayanlara nə var ki, oturublar evlərinin içində, istənilən vaxt oyuna gedirlər, istəməsələr, heç internet vasitəsi ilə də baxmırlar. Lənkəranda yaşamayanlar isə hər dəfə işini-gücünü atıb, xeyli yol dəf edib stadiona gəlirlər. Həm də, müşahidələrimə görə saytda olduğu kimi stadionda da özlərini fəal aparırlar.

  5. Qabil bəy salam.İcazənizlə bir-iki suali hörmətlə Sizə verim:
    Niyə şərhlərinizi əsirgəyirsiniz?.Axi sizin kimi təcrubəli “Xəzər Lənkəran” sevərlərə həmişə ehtiyacimiz var.

    Onsuzda son zamanlar heç kim adini internet portallarinda görmək istəmir.Minlərlə oxucusu olan 12cioyuncu.info saytinin istifadəçiləridə yalniz sayti oxumaqla kifayətlənirlər.
    Hər halda statistik məlumatlar bunu deyir.Natiq muəllimdən xahiş edirik: Sentyabr ayinin statistik məlumatini sayta versin.

    Bunun necə etməyini Natiq muəllim bir dəfə saytda yerləşdirmişdi.Lakin bu statistikani yenə yerləşdirsə yaxşidir.Bilirsiniz niyə?
    Ona görə ki ,bəlkə hami şərh yazmaqdan bezib?.Fikirlərini bu klub rəhbərlərinə deməkdən usanib?.

    Qabil bəy!.Kamandada az-çox yuksəliş olduğunu deyirlər.Lənkərani uzaq Sibir bilən klub rəhbərlərinin strategiyasindan xoş nəsə görunurmu?.Yəqin ki ,xahişimi yerə salmazsiniz.
    Dərin hörmətlə: Lerikli balasi : Z. Lerikli.

    • …………..
      …………..
      …………..
      …………..
      …………..
      ***
      Salam. Hər şeyi başa düşürəm və bilirəm də. Sadəcə özüm bu məsələni gündəmə gətərimək istəmirəm. Çünki bizi istəməyənlər bundan əleyhimizə istifadə edə bilərlər. İnanın ki, burada qeyd edə bilmədiyim çoxlu məqamlar da vardır ki, məni həmin məsələni açmamağa sövq edir.

  6. Bu klub lenetlenib, Rednikin ahi tutub

    • Anar yazdiqlarina heyran bezilari belke buna inanmir.Amma men seninla sherikam Rednikin ahi tutub bu rehberliyi amma eziyyati azerkeshlar cekir.Xezer Lenkaran lenetlenib,raziyam Anar.

  7. geceniz xeyir muellim.bele bir deyim var;heyatda ele cetinlikler olur ki,onlara qalib gelmek mumkun olmur,onlarla barishib sona qeder yashamali olursan.Biz yeni XL azerkesleri cox teessuf ki,bele bir aqibeti yashayasi olduq,ve inanmiram ki bundan sonra nese duzele,ister Rednik gelsin,ister Qvardiola ile Mourinyo bir yerde,bura gelen her yeni bir meshqci,novbeti “oyun”un qurbani olub cixib gedecek,esebden bogulanlar ise yene de biz olacagiq.

  8. Salam admin menim size bezi deyeceylerim var ama wexsi sehifeniz varsa orda yazmaq isdiyirem. bu yaziyada ancaq onu diye bilerem ki haminin dediyi sozleri bu cur qeliz formada yazib bura qoymaqin ne meqsed ne mena dawidiqini bawa duwmurem indi sizin kimi hami savadli olmaz ki menim kimi savadsizlarida varda gelin bir az sade olaq yazan kimdise xetrine deymesin bu iraddi iradimi duzgun terefden bawa duwun
    ***
    Salam. Adminə çatdırmaq istədiyiniz hər hansı fikri elə burada şərh formasında yaza bilərsiniz. Lakin həmin şərhin önündə “Admin, bu şəxsən sizə aiddir” yazın. O zaman sizin mənə çatdırmaq istədiyinizi oxuyub sonra silərəm.

  9. Yaxsiii.

  10. KAMANDANIN BU GUNƏ DUŞMƏYİNİN SƏBƏBİ PARÇALA VƏ HÖKM SURLƏR OLUB.Rednik gedəndən sonra bu özunu ğörsədir və tənəzzulun son nöqtəsinə kimi də davam edəcək.Bu kamandani qaldiği yerdən yenə Rednik və ona simpatiyası olan saysiz-hesabsız azarkeşlər xilas edə bilər.Nə qədər gulməli olsada bu belə olacaq.Yenə məşqçi istefasi yenə də oyunçularin qovulmasi.Haqqin kimin tərəfində olduğunu Əlahəzrət Zaman əlbəttə bir gun deyəcək.

    • Zefer istadim rey bildiram amma senin yazini gordum vaz kecdim.Cunki sen dup-pe-duz hedefe vurmusan .Bizi bir yumrug kimi ancaq Rednik birlashdira bilar,cunki bu Okuzda meshqci xarizmasi yoxdur.Okuz geca -gunduz bir sheyi fikralashir ,neca eliyim ki futbolcular menim ucun torba tikmasin .Cunki rehberlik futbol adami deyil qeyri peshakardir.Ona gora Okuz futbolcularin nazi ila oynayir,eger onlara futbolcu demak olarsa.

      • Tənqidci says:

        Messi bəy!.-Təsəvvur edək ki, növbəti oyun Lənkəranda ,özudə Rednikin rəhbərliyi ilə keçiriləcək.Bir anliq stadionu təsəvvur edin.İnanin ki , hər bölgədən azarkeşlərimizin “Firtinalar meydani”na axişacağinin şahidi olarsiniz.
        Duzdur,azarkeş kamandasini sevməlidir və sevirlərdə. Lakin Rednikli “Xəzər Lənkəran”nin azarkeşlərin qəlbində öz yeri olduğunu danmaq da olmur.

        Bu şərhimin çoxlarinin xoşuna getməyəcəyini bilirəm.Ona görədə bizim kimi azarkeşlər səbr edir.Rednik mutləq Lənkərana gələcək.Buna əminəm.Bu əminliyi mənə Rednikdən sonra hec çur özunə gələ bilməyən klubun səmərəsiz fəaliyyəti deyir.Səbr edək.

        Səbr edək ki ,qoy klub öz oyuncaği ilə özu oynasin.

        Başqasinin oyuncağina məsləhət verib və çatişmamazliqlari demək oyuncaq sahibinin xoşuna gəlmədiyini biz ğörduk..Bir halda ki , klub və kamanda azarkeşlərini vecinə almayib və heç saymirsa ,onda niyə başimizi ağridaq.Buna dəyərmi?

        • Tenqidci qardash guya sebr etmasak elimizdan bashqa bir shey gelir??? Elbetda yox amma yaxshi yazmisan qoy oz oyuncaqlari ila bir az oynasinlar.Amma inanmagim gelmir bu rehberlik nese basha dushsun.Cunki rehberlik istiyir meshqci onlarin elinda oyuncaq olsun,onu da ki Rednik bacarmir.Kimin yadina geler bir defe Rednik bizi meshq zamani bir yera yigdi dedi ki ,menim ikinci defe qayidishim sirf azerkeshalrnan baglidir.Amma menim hele umudum var ki ,Rednik qayidacaq.Men Rednikin qayidishini tesevvur ediram ,Anshilaq olacaq.15-20 min azerkesh ancaq Redniki cagirir bir anlig tesevvur et.

    • Zefer qardasnan tam raziyam.Rednik gelmese veziyet duzelmiyecek.Komandani tekce REDNIK xilas eder.

  11. sexsen men AZERBAYCANLI ni tanimiram ancaq yazilarini hemise oxuyuram ve beyenirem onu TENQIDCININI de beyenirem. SAGLASER,SIYAVUS MOSKVA VE KERBALAYI SAKIR de ugurlu yazilar arzulayiram ! ! !

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


3 + bir =