10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

azarkes-353512cioyuncu.info azarkeş saytında mütəmadi olaraq azarkeş yazılarına yer ayrılır.

Bu dəfə saytımızın “Azərbaycanlı” nikli istifadəçisinin növbəti yazısını təqdim edirik. Qeyd edək ki, bu istifadəçinin şərhləri adətən mükəmməl analitik məntiqə söykənən fikirlərlə fərqlənir. O hadisələrə soyuqqanlı şəkildə, hisslərə qapanmadan münasibət bildirir. Elə ona görə də “Azərbaycanlı”nın bütün şərhləri həmişə daha çox cəlbedici olur.

Buyurun, bu da “Xəzər Lənkəran”la bağlı çox maraqlı fikirlər bildirən (şəxsən tanımadığımız)  “Azərbaycanlı” nikli istifadəçinin daha bir şərhi (qeyd edək ki, müəllif bu şərhini saytımızda dərc olunan “Lisenziya verildi” yazısına göndərib):

******************

2004-2005-ci illər mövsümündən indiki formatda olan “Xəzər-Lənkəran”ımızın on illiyi 2014-2015 mövsümünün yekunlaşması ilə başa çatdı. Çox sular axdı bu illər ərzində, saman altından su axıdanlar da çox oldu. Emosiya və hissləri qəbul etməyən statistikaya görə Azərbaycanımızda bir ölkə çempionatının və bir kubok yarışmasının iştirakçısı kimi bir komandanın on mövsüm ərzində qazana biləcəyi mükafatların maksimum sayı on çempionat medalı (əyarından asılı olmayaraq) və on kubok ola bilər ki, nəzəri olaraq qazanılan 20 mükafat 100% nəticə deməkdir. Bu baxımdan on il ərzində çempionatların 4 medalını (1 qızıl, 3 gümüş) və 3 kuboku qazanmış komandamız ümumilikdə alınması mümkün olan mükafatların nə çox, nə az – 35%-ni əldə etmişdir. Bu göstəricilərinə görə topqovanlarımız ölkə futbolunun TOP BEŞLIYINDƏ yer alır. Qeyd etməliyəm ki, bu TOPlumun (Quzanlıda qediyyatda olan nominal əyalət təmsilçisi də daxil olmaqla) dördü paytaxt klublarıdır.
Mükafatlarının sayına görə beşlikdə yer alan XL ən böyük mükafatını azarkeş ordusunun sevgisi qismində bizlərdən aldı və bu hissədə yerdə qalan komandaların dördünü də geridə qoydu, yaxın gələcəkdə hər hansı başqa bir klubun azarkeş sayını ağ-yaşıllara çatdıra bilməsinə işarələr də görmürəm.
Təzadlı haldır ki, aləmdə futbolun azarkeş çoxluğu ilə qiymətli və cazibəli olduğunun aksiom kimi qəbul edildiyi və azarkeşlərin stadionlara axınının çoxalması bu idman növünün inkişafının təsdiqi kimi qəbul edildiyi halda, məhz XL-ımızın azarkeşlərinin digər klublarımızın tərəfdarları ilə müqayisədə mütləq çoxluğu işimizə əngəl oldu…inkişafın inkişafa əks təsirinə baxın?!… maraqlıdır…deyilmi?
Klubun on illik fəaliyyət dövrü ölkə futbolunun 10 illik inkişaf proqramı adlı kompaniya ilə eyni vaxta təsadüf etdi, təəssüflər olsun ki, on illik fəaliyyətlərinin bir zamana düşməsi ilə yanaşı klubun və ölkə futbolunun inkişaf dinamikası, daha doğrusu tənəzzül vektorları da üst üstə düşdü, el məsəlini haqq edən XL-ımız palaza bürünüb topaza bulaşmış AFFA ilə sürünmüş oldu.
Qismətimiz belə imiş, on ildən sonra hər şey sanki yenidən başlayır. Amma, yox, razılaşmıram…heç 2004-də də yenidən başlamamışdı, köhnədən mövcud olan ənənələrimizi dirçəltdik. Bu işə vətəninə, xalqına, kökünə və özünə hörmətlə yanaşma nümunəsi göstərən cəsarətli və səxavətli soydaşımızın sayəsində.
On ilimizin yaxşı nəticələrindən biri klubun fəaliyyətində vurğunun öz məktəbinin yetirmələrinə malik olmaq istiqamətinə qoyulması oldu ki, buna da on illiyin sonunda daha yaxın olduq. Məncə məntiqə uyğun istiqamətdir, çünki ilk illər populyarlığa yönəldilmiş işlər görüldü, sonra isə məntiqi ardıcıllıqla yetirmələrimizin olması iddiası ortaya qoyuldu. İnanıram ki, bu iş gələcəkdə də davam etdiriləcək və elə həmin gələcək göstərəcək ki, düz yoldayıq. Burada bir şeyi xüsusi qeyd etmək istəyirəm ki, öz yetirmələrimiz deyəndə bu uşaqların mütləq Lənkəranlı və ya cənublu olması nəzərdə tutulmamalıdır, burada məqsəd klubumuzun yetirdiyi və bizim rəngləri uca tutan futbolçuların yetişdirilməsidir, sözsüz ki, onların arasında yerli istedadların əlavə stimula da motivasiyaya ehtiyacı olmamalıdır.
Bir neçə kəlmə bu günkü vəziyyətimizlə bağlı demək istədiyim odur ki, transfer qadağan olduğu şəraitdə bu istiqamətdə çalışmalar təxminən “bir yazıram, bir yadda…” qaydasını xatırladır. Axı başqa cür necə ola bilər, Dünyayi aləmin ali futbol qurumunun qadağan verdikti qüvvədə olduğu şəraitdə hansı rəsmi şəxs “mən filankəsi transfer edirəm” kimi bəyanat verə bilər? Heç lazım da deyil. Adətən olduğu kimi bu dönəmlərdə aktivləşən menecer və menecerəbənzərlərin ortaya atdıqları al-ver variantları daha çox mövsümi informasiya vakuumunu doldurmaq üçün faydalı sayıla bilər. Biz isə bu mövsümdə doğurdan da payızda saymalı olacağıq. Nə deyirəm ki? Payızda sayaq, amma mövsümündən asılı olmayaraq yerində saymayaq.

Azərbaycanlı

21 Şərh

  1. Zəfər bəy, dürüst və kamil bir insan haqda fikir söyləməyində heç yanılmırsan. Elə mən də İslam müəllimi qiyabi tanıyıram. Yəni əvvəllər Lənkəranda dəfələrlə üz-üzə gəlsək də biri-birimizlə ünsiyyətdə olmamışıq. Əvəzində İslam müəllimin qardaşı İlham bəylə hələ 80-ci illərin sonlarından, Azərbaycanın müstəqilliyi uğrunda birgə mübarizədən tanişam və bu səmimi tanışlıq indi də davam edir.

  2. Salam, Zəfər bəy. İslam müəllimin qələmə aldığı yol hekayətini saytda yayımlamaqla xeyirxah iş görmüsən. Qoy bəzi nadanlar da oxuyub hali olsun. Bir neçə günü əhatə edən real həyat hekayətini oxuyub qurtarana kimi hətta sağlam adamın ürək döyüntüləri artır, azalır. İslam müəllim demişkən, “Əlbəttə ömrü verən Allahdır. Həkimlər, dərmanlar isə sadəcə vasitədir”.
    İslam müəllimə Allahdan şəfa diləyirəm!

    • Salam Qabil bəy.Şəxsən taniş olmadiğim bir insan barədə fikir bildirmək çətin olduğu qədər də məsuliyyətlidir.Lakin İslam muəllim barədə məlumati həmişə onun dostlarindan əldə etdiyimizdən bu insan barədə fəxrlə danişmaq olur.Lakin bəzən də öz urəyimdə İslam muəllimi qinamali oluram.Axi bu qədər duzgunluyə önəm verib və nəticəsində qeyri-bərabər bir cəmiyyətdə nəsə əldə etmək mumkunsuzdur.Yaltaqliğin ikiuzluluyun riyakarliğin tulkuluyun baş alib getdiyi bir cəmiyyətdə həmişə haqq carcisi olmaq kimi vərdişlər böyuk səfalətin təməlini qoymaqdadir.Belə bir zamanədə İslam Cabbarli olmaq hər kişinin işi deyil.Lakin belə adamlar xeyriəçi insanlarin diqqətindən yayinirsa -onda məndə o xeyriəçilərə qarşi da bir inamsizliq formalaşir.Elə bu saytda bu yazilari oxuyan o qədər imkanli insanlar var ki….
      Bir-iki kəlmə bu barədə yazilan kimi İslam muəllim öz qururunu bəzi şeytan sifətli böhtançilardan qorumaq uçun əks reaksiya verir.Halbuki onun yerində hər kim olsaydi, indi onun nələri yox idi?.Belə insanlari qorumaq və hər zaman istənilən dəstəyi vermək lazimdir.İslam muəllim kimi belə insanlari Allah hər gun bu camiyyəyə vermir.Ona görə şərhimi oxuyan imkanli insanlar bu duruma laqeyd qalmamalidir.Məni kimsə tanimaq istəyirsə və şərhimi sifarişli sayirsa mənimlə göruşub və realliği öz gözləri ilə görə bilər. İslam muəllimi qoruyaq,əzizlərim.

  3. İslam Cabbarlı
    18.06.2015 at 03:30
    Növbəti dəfə müalicə üçün İrana səfər etmişdim. Borc-xərclə əldə etdiyim pul, Azərbaycan manatının devalvasiyaya məruz qalması ucbatından son illər həmişə getdiyim Təbrizə qədər yol ölçməyə yetmədi. Belədə əvvəllər də bir neçə dəfə müraciət etdiyim və əksər məhəllələrini yaxşı tanıdığım Ərdəbil şəhərinin nəzakətlə xəstəyə qulaq asıb, bütün dərdini səbirlə dinlədikdən sonra müayinə edərək müalicə təyin edən həkimlərinə baş çəkdim. Nə qədər qəribə də olsa elə burada da Təbrizdəki həkimlərin bunacan apardıqları müalicə forması düzgün hesab edildi və eyni dərmanlar da yazıldı. Gəzib dolaşdığım apteklərdə çox hörmətlə qrşılanırdım, çəliklə gəzdiyimi görüncə oturmağa yer təklif edir, başqalarından tez məni yola salırdılar. Altı aylıq dərmanlarıma cəmi 127-manat verdim. Halbuki doğma diyarımızda eyni miqdarda və eyni tərkibli dərmanları almaq üçün 675-manat xərcləməli idim. Beləliklə qarşıdakı altı ay müddətinə mənə lazım olan dərmanları reseptə uyğun olaraq aldıqdan sonra yalnız geriyə qayıtmağa yetəcək qədər para qaldığını ürək ağrısı ilə qəbul edib, dərhal vətənə dönməyə qərar verdim. İran tərəfindəki sərhədçilər və gömrükçülər yanaqlarımın solmuş rəngimə baxınca və təngnəfəs olduğumu görüncə ədəb ərkanla məni insan kütləsinin önünə çəkərək növbəsiz buraxırdılar. Öz tərəfimizdə ilk rastlaşdığım gömrük işçisi mənə oturmaq üçün stul təklif etsə də və hətta irəlidə rastlaşdıqlarımdan bir neçəsindən də eyni qayğıkeş hərəkət görsəm də sonradan qarşılaşdıqlarımın sayəsində ümumilikdə sərhəddə dayananlarımızın bir çoxunun səviyyəcə xeyli aşağı insanlar olduğuna şübhəm qalmadı. Əlimdən çəliyimi belə alıb yoxlayan və nəfəsim çatmayana qədər məsafəni çəliksiz yeriməyə məni məcbur edənlərdən tutmuş, müayinə sənədlərimə və dərman reseptlərinə gözlərini zilləyərək, xəstəlik tarixçəmi əks etdirən digər həkim kağızlarını varaqlayaraq malgözü nəzərləri ilə süzən, oxuduqlarından heç nə anlamayan, lakin özünü bilici kimi göstərməyə cəhd edən, dərmanların az qala molekul tərkibini məndən soruşaraq sanki orta məktəb uşağına Qeyri üzvi kimyadan asan suallar verib qarşısındakının savadını müəyyənləşdirəməyə çalışan və bu zaman xüsusi zövq alanlara qədər hamısı həmin tip “dəymədüşər” düşüncə, “kütbaş” savad sahibləri idi. Eyni vaxtda isə arxadan keçən bəzi qadınların iri və süni olaraq şişmiş baldrıları hətta yalançı çarşab görüntüsü yaratmağa hesablanan qara rəngli nazik və qısa plaşın eybəcər formada bədəndə oturmasından da hiss olunurdu. Və həmin qadınlar qarşıdakı boş zonada bədənlərində gizlətdiklərini sonradan kağız qutulara qoyub Astara şəhərinin bizim tərəfində satışa da çıxarırdılar… Beləliklə sərhəddə duranlar mənimlə və mənim kimi canının hayında olan, İrandan dava-dərman alıb gələn xəstələrlə vaxt itirincə yuxarıda haqqında qısaca bildirdiyim bu və ya digər sayaq xeyli qaçaqmalçılar sərhədi rahatca keçirdilər. Nə isə vətən torpağına belə qədəm qoydum. Sərhədi keçən kimi öz xidmətlərindən istifadəni az qala məcburi qaydada təklif edən, nəzakətsiz davranışla adamı çimçəşməyə məcbur edəcək qədər çürüyünü çıxaran taksi sürücüləri, əlimdən yüngül və xırda bir əşyanı alaraq bir metr məsafəni daşıyıb əvəzində nəzir tələb edən peşəkar dilənçiləri və ümumilikdə sərhədin bizim tərəfdə olan ərazisində veyillənən və bu zaman paça arasını qaşıyaraq ətrafdakı qadınları, gəlin xeylaqlarını, xalxın arvadlarını biqeyrət nəzərlərlə seyr edən bəzi yarı cavan, yarı orta yaşlı “kişi”ləri görüncə dərindən köks ötürdüm. Məhşur bir mahnıdan olan “Bura vətəndir, gülü bitəndir” qısa parçanı zümzümə edərək əsəblərimi soyutmaq istəyirdim. Amma bu istidə soyutmaq da mümkünsüz idi…Yolum az deyildi. Axı canımdan çox istədiyim və daim uğrunda çalışıb- döyüşüb vuruşduğum, vaxtı ilə əlimdə olan qalan malımı –mülkümü yolunda xərclədiyim, sağlamlığımı naminə sərf etdiyim doğma Lənkəranda yaşamaq üçün mənə yer yox idi deyə yenə də Sumqayıta yollanırdım. Beləliklə, evsiz – eşiksiz olduğumdan son bir neçə il ərzində yaşadığım, məni tez qocaldan “Gənclik şəhəri”ndə müvəqqəti olaraq sığındığım qohum evinə çatıb İrandan gətirdiyim dərmanların bir günlük normasını görməmiş kimi gəmirməyə başladım ki, təzyiq aşağı düşsün, ürək döyüntülərim stabilləşsin və bir müddət yaşamağım üçün şans yaransın. Əlbəttə ömrü verən Allahdır, həkimlər, dərmanlar isə sadəcə vasitədir. “Eh, müftə ömrün dəyərini bilməyirik, ancaq məlum və naməlum təmannalarla əldə etdiyimiz vasitələr isə bizi əsir yesir edir” deyib saniyyədə 10-metr sürətlə əsən cənub-şərq küləyinin qaldırdığı yüngül qumun hesabına tozla zəngin olan və divar kağızarı qopub sallanan, döşəməsi sınıq sökük otağın şüşəsiz pəncəsindən içəri daxil olan hava kütləsini ciyərlərimə çəkib iki qısa və bir uzun qalın-küt fitlə nəfəsimi buraxdım. Və külək səmtini dəyişənə qədər daha çölə boylanmadım.
    Cavab yaz
    Ali
    18.06.2015 at 12:44
    Salam Alleykum!
    Hormetli inzibatci, Allah shefa versin!
    Bir esir evvel Abdurrehman bey Haqverdiyevin eserlerinde “Deccalabad” adlandirdigi memleketimizde yeni hamam tikilmir, kohne tasin ise ne vaxt deshilerek yararsiz olacagi gun de melum deyil. Allahdan her birimize sebr dileyirem.
    ***
    Salam. Bəli görünən odur ki, nə yeni hamam tikilmir, nə də plovsüzənə bənzər tasları dəyişmək barədə düşünən yoxdur.
    Cavab yaz
    Zəfər Lerikli
    18.06.2015 at 18:20
    Salam.Mənə İran-Azərbaycan sərhəddində iki qonşu dövlətin məmurlarinin səviyyəcə hansi təbəqədə durmasi və ömrundə Allah və axirət xatirinə əyninə muqəddəs çadrani geyinməyənlərin min bir yolla qonşu ölkədən hər hansi yolla alver məqsədi ilə çadranin altinda gizlətdikləri əşyayi – ərzaqlar qeyr-adi görunmur.Həmçinin biği-burma kişiciklərin vəhşi matador buğalari kimi bu eybəcərliyə ehtirasli mal gözu ilə baxmağlarida təəccublu deyil.Axi bu kimi olaylari hər saat görur və laqeydlik bədbəxtçiliyi ilə susuruq.Butun bunlarin səbəblərini izah etmək və kimlərəsə nəsə demək iqtidarinda olmadiğima görə mən də bu əziz orucluq gunlərində bu vəziyyəti yaradanlari Cənabi-Haqqa tapşiriram.

    Lakin məni həmişə bir məsələ narahat edib.Bu indi də davam edir.O da İslam Cabbarlinin səhhəti olub.Həmişə bu xalq uçun, bu camiyyə uçun çalişan ,-“XL” uçun sağlamliğini fəda verən belə dəyərli insanlara niyə sağliğinda dəyər verə bilmirik?.Niyə haqq sözu deyən insana bu cəmiyyətdə duşmən kimi baxir və ondan uzaqlaşmaq istəyirik? .Niyə imkanli şəxslər reklam uçun kasib-kusuba əl tutub və aləmə yayirlar?.Niyə bu muqqəddəs gunlərdə İslam Cabbarliya Allah xatirinə dayaq duran imkanlilar tapilmir?.Niyə ?-Axi niyə?

    İslam muəllimi şəxsən tanimiram amma onun dostlarinin İslam muəllim barədə dediklərini əldə edib oxumuş və bu insanin hər şeyə ehtiyaci olduğu halda,- heç kimin heç nəsində gözu olmadiğini deyənlərin sayinin çox olduğunu bilirəm.Lakin bu əsas vermir ki ,bu qədər camiyyənin tanidiği bir insan gözumuzun qabağinda şam kimi ərisin və insanlarimiz da seyrçi qalsin.
    .Rahat bir dəfə ağciyərə nəfəs alan insan heç vaxt nəfəs çatişmamazliğinin ağri-acisini bilməz.Əsəb və stressin əmələ gətirdiyi o əzabi hiss edə bilməz.Ona görə uzumu bu əziz ramazan gunlərində imkanli şəxslərə tuturam. Allah dərgahinda dualar edib onun səxavətinə, adilliyinə şukr etdiyiniz bir anda İslam qardaşimiz kimilərin vəziyyətini də unutmayin. Ən azi qonşuluqda ağir durumda olan xəstələrə, qocalara və uşaqlara da baş çəkin.Allah hamimizi hidayət etsin.Amin.

    —–
    Muəllim.Bu yazinizi ayrica saytda verməyinizi xahiş edirəm.

    • Salam Zəfər bəy. İrandan qayıdan sonra Yol yorğunluğu səbəbindən bu iki gün ərzində səhhətimdə böyük problemlər yaranıb deyə saytla maraqlana bilmirəm. Amma bununla belə inanın ki, sizin qeydlərinizi müxtəlif istiqamətlərə yozanlar tapılar. Hətta sizi həmin fikirləri yazmağa güya mənim istiqamətləndirdiyimi iddia edənlər də meydana düşər və nəzərə alsaq ki, cəmiyyətimizinn əksər nümayəndələri mələklə şeytan arasında seçim zamanı ikinciyə meyilli olurlar, deməli böyük əksəriyyət məni suçlayar nəinki barəmdə yaxşı düşünərlər. Gəlin reallığı nəzərə alaq.

  4. Vüqar Nadirov rəsmən “Xəzər Lənkəran”da. Vüqara köhnə, yeni komandasında üğürlar!

  5. xezerin pulu hec qalmayib e deyesen tamam kasiblasiblasib deyesen

  6. Hüseyn qardaşım, saytların komandamız haqda yazdıqlarına çox da inanma. Çünki verilən xəbərlərin əksəriyyəti rəsmi təsdiqini tapmayan xəbərlərdir. Adaşın, qardaşımız Hüseyn Cəbrayıloğlu deyir ki, Skarlatake “Xəzər Lənkəran”a məxsusdur və onu heç bir komandaya verməyə də hazırlaşmırıq. Mən özüm də hər gün yüzlərlə yeni xəbər oxuyuram amma, rəsmi xəbərlərdən savayı qeyrilərini heç yarımhəqiqət kimi də qəbul etmirəm.

  7. vuqar nadirov bu gun bilinecey xezere gelir ya yox

  8. Salam qardaş necesen yeni xeberler yoxdur sagolun

  9. Xezerin bu gununa wukur ederik.Yunus Skarlani qovub,deyib birdan Rednik Skarlanin iyi ila geler.

  10. Sayt istifadəçilərinə hörmətlə;

    ALİ
    Salam Alleykum!
    Hormetli inzibatci, bu kadrlarda hakim sehvi daha aydin gorunur. Yene tekrar edirem-hakim sehvi.
    Admin.
    Yanaşma çox maraqlıdır.
    Ali
    Salam Alleykum!
    Hormetli Inzibatci, bilirem protokolu PFL-in saytindan goturmusuz, ancaq burada sehv var.
    Admin.
    Bəli, tamamilə doğru qeyd etmisiniz.
    555 FORD
    AGABALAYA GÖRƏ SİKAYƏT VERİLƏCƏK BAX BUDUR OYUNDA OLAN HAKİM SƏHVİ .
    Admin
    Ağabala Ramazanov məşq edəndə özünü elə aparır ki, adam istəyir ona qırmızı vərəqə versin,o ki, qaldi…..
    RƏHMAN
    . “Gözəl” oynamasaq da 3 xal bizim oldu.
    mewedi vusal
    topa toxunusda diqqetle baxsaz gorersizki ofsayitdi hazirlasan vaxti yox top ayagdan cixan vaxt ofsayitdi…………….
    Xəqani Məmmədov
    Savadli azarkeşlərimizdən heç nə gizlətmək olmur.Top həvəssiz olaraq əli yalniz göydə tapa bilib və sevinmişdi..
    Admin
    Ofsayt yoxsa bizə hörmət edirlər?
    Ali
    Salam Alleykum!
    R.S
    Eh. Admin bir qələbəmiz var, onunla işiniz olmasın. Qoy bunun şirinliyini yaşayaq.
    Qabil
    Məncə qol epizod elə bir vəziyyətdədir ki, hakim qolu qeydə ala da bilərdi, almayada.
    Zəfər Lerikli
    Bəli.Artiq ölkə futbolu çökub.”Xəzər lənkəran”siz çempianatin dadi-duzu qaçib.Stadionlar boşalib, futbola maraq görunməmiş dərəcədə aşaği duşub.
    “Baki”-nin qolu təmiz qoldur.Dəfələrlə izlədim.Lakin bu qol məni təccubləndirdi: Əcaba, kulək ha yandan əsir?.bəlkə kömək e..ee

    Fariz

    ne komek?!.hakim 3-cu deqiqede Bakinin petlebas oyuncusuna (Georgios Pelagias) qirmizi verseydi oyun tamam basqa cur olardi.
    Akim
    Salam…XLnim tebrikler..burdaki millete ise demey isteirem…bu gun XL uddu siz sevinmeydensee helede pisleyirsiz…

    TELMAN

    BERBAD OYUNLA BU GUN
    SEVINMEYE YOX ESAS.
    CUNKI NEFTCIDEN HELE,
    ALINMALIDIR GISAS.,
    kamran taliw
    xezer lenkeran baki oyununda 500 azerkew olub.bu da daha bir antirekord
    Urfan
    Yox qardaşlar, belə bərbad oyun möhtəşəm XL azərkeşlərini razı sala bilməz.
    Admin
    Buyurun, bu da “Xəzər Lənkəran”la bağlı çox maraqlı fikirlər bildirən (şəxsən tanımadığımız) “Azərbaycanlı” nikli istifadəçinin daha bir şərhi
    Azərbaycanlı
    Nə deyirəm ki? Payızda sayaq
    mewedi vusal
    eziz azerkewler xezer lenkerana geleceyin ulduzu gelir brazilyada top qovur
    CELAL QURBANOV
    esit inanma
    Nədənsə mən payizdan sonra qişin gəlməyinə inana bilmirəm.Payizdan sonra hansi fəsil gəlir?

  11. eziz azerkewler xezer lenkerana geleceyin ulduzu gelir brazilyada top qovur gencdir neymar kimi a seriyada oynuyur sok sok sok mario souzanin sayesinde gelir hucumcudu

  12. Salam admin qardaş necesiniz, vuqar nadirovda neftciye getdi xezer rehberliyi yatmaqla me şquldur selahet agayevde getdi dreqan cerende hansının adını xezerle cekilir hamısı getdi

    ***
    Salam.

  13. CELAL QURBANOV says:

    bu il cempioluq QEBELEye verilecek XEZERde ki ola biler 4ya 5 i tutar

  14. Salam aleykum. Köhne hamam köhne tas. Yene transfer vedleri verildi. Filankesler filankesler filankesler gelecek. O filan filan filankesler bir – bir elden çıxır. Amma bizimkilerden ses- semir çıxmır.

  15. Transfer siyasəti və məntiq…..yerində və duşunulmuş,- fikir baximindan real klub – oyunçu alqi-satqisina Qoyun ilinin payizina qədər olan vaxta obrazli yanaşmadir.

  16. biedene ferli basli transfer DRAQAN CERAN idi o da ereb klubu ile muqavile imzaladi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 9 = ondörd