9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

65Növbəti mövsümün hazırlıqlarını Türkiyənin Kapadokya bölgəsində keçirən “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun müsahibəsi.

– Toplanış başa çatdı. Hazırlıqdan nə dərəcədə razı qaldınız?

– Açığı,  27 günlük toplanışın necə keçdiyindən xəbərimiz olmadı. Çox gözəl kollektivimiz var, əhval-ruhiyyəmiz də əladı. Yaxşı məşqlər keçdik. Toplanışdan razı qaldım. 5 yoxlama görüşü  keçirdik. Desəm ki, bütün oyunlardan razı qaldım, bu, səhv olar. Ancaq çatışmayan cəhətləri gördük.  

– Çatışmayan cəhətlər hansıdı?

– Hücum xəttində problem vardı. Bildiyiniz kimi, fransız L’imam Seydini baxışdan keçirdik. Yaxşı təsir bağışladı.

– Yəqin ki, onunla müqavilə bağlanacaq…

– İnşaAllah. Amma orta xəttə, peymeyker mövqeyinə də futbolçu axtarırıq. İki futbolçunun yolunu gözləyirik.

– Hansı mövqelərə?

– Biri hücumçudu, digəri yarımmüdafiəçi.

– Hansı ölkədəndilər?

– Hər ikisi xorvatiyalıdı. Yəqin ki, baxışa Lənkərana gələcəklər. Bundan da əlavə özümüzün də bəyəndiyimiz futbolçular var ki, onlarla da danışıqlar gedir.

– Təxminən 1 aylıq toplanışı köməkçisiz keçirdiniz. Bu, sizə hansı çətinlikləri yaratdımı?

– Düzdü, köməkçi məşqçi olmalıdı. Bizdə də fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre və qapıçılarla işləyən Vidadi Hüseynov var. Ancaq deyim ki, o qədər də çətinlik çəkmədim. Buna baxmayaraq, bu yaxınlarda özümə köməkçi götürəcəm. Bilirsiniz ki, mən baş məşqçi təyin olunandan təxmini bir həftə sonra Türkiyəyə yollandıq. Ona görə vaxt, imkan olmadı seçim etməyə.  

– Komandanın hazırkı heyəti sizcə çempionat üçün yetərlidimi?

– Heyətdə yer alan futbolçular toplanışda əllərindən gələni elədilər. Futbolçulara tapşırmışdım ki, mənə elə bir şey göstərin ki, siz meydana çıxanda bilim ki, bu komandada nə çatışır, nə əskikdi. Bilirsiniz necədi, futbolçu bəzən elə hazırlaşa bilər ki, məşqçini də aldada bilər. Hər bir futbolçu ilə yetərincə söhbətlərimiz oldu. Onlar da bacardıqlarını göstərdilər. Ancaq sizə deyim ki, kollektiv əladı, mən çox razıyam. Buna baxmayaraq, komandada əlavə 3-4 futbolçu da olsa, sizi inandırıram ki, biz çempionluq uğrunda mübarizə apara bilərik. Əlavə oyunçular lazımdı. Heyətdəki 3 qapıçını çıxandan sonra 15-16 futbolçumuz qalır. Onun da 5-6 nəfəri gənclərdi. Təbii ki, çempionat boyu zədələnmələr də, cəzalar da olacaq. Ona görə də minimum 3-4 futbolçu yenə lazımdı. Tam istədiyimiz kimi, bəyəndiyimiz futbolçuları ala bilsək, çempionluğa iddia edə bilərik.

– Komandaya yeni qoşulan milli komandanın futbolçuları da var. Onlardan hansısa bir narazılığınız oldumu?

– Belə deyək də… Onlar yığma üzvləridi. Hamsı yaxşı dərk edir ki, “Xəzər Lənkəran”a gəliblər. Lənkəranda isə azarkeşlər futbola həddindən artıq dəyər verirlər. Futbolçulara hər zaman dəstək verirlər və bunun əvəzində də istisnasız qələbə arzulayırlar. Bizə qoşulan hər futbolçu bunu bilir, dərk eləyir. Yeni futbolçulardan narazı olduğum məqamlar da olub, razı qaldığım zamanlar da. Onlarla təkbətək də danışmışıq, ümumi söhbətlərimiz də olub və onlara demişəm ki, “Xəzər Lənkəran”da oynayırsansa, gərək əlindən nə gəlirsə onu da eləyəsən. Oyuna çıxırsansa, bütün varlığını meydançada qoymalısan. Lənkəranlı azarkeşlər də bunu istəyirlər. İnanıram ki, futbolçular bunu dərk edib, ən yaxşı cəhətlərini sərgiləyəcəklər.

– Artıq ikinci dəfədi “Xəzər Lənkəran”a baş məşqçi təyin edilirsiniz. Əvvəlki səhvlərinizdən nəticə çıxarmısınızmı?

– Gəlin, istefa barəsində danışmayaq. Ancaq yaxşı sualdı. Mən həmişə futbolçularla yaxın olmuşam. İndi də yaxınam. Söhbət ondan getmir. Ancaq indi futbolçularla danışanda, müzakirələr aparanda dəyişikliklər çox olub. Bunu gərək mən sizə sual verəm ki, dəyişiklik görürsünüz, ya yox? (gülür) Mən belə düşünürəm ki, həm məşq prosesində, həm də oyun zamanı futbolçularla çox ciddi oluruq. Onlar da oyunlara və məşqə çox ciddi yanaşırlar. Mən də onlara qarşı məşqdə, oyunda, nizam-intizam məsələlərində həddindən artıq ciddiyəm. Bunlara əməl olunmasa, həm nəticə olmaz, həm də komandada boşluq yaranar, bundan sui-istifadə oluna bilər. Bunu birinci gündən  futbolçulara demişəm.

– Belə demək olarmı ki, yeni mövsümdən komandanın əsas çərçivə qoruyucusu Kapsa olacaq?

– Yox, mən elə deməzdim. Hazırda təlim-məşq toplanışında bütün futbolçulara şans verildi. O cümlədən Lənkərana gedəndə də biz məşqlərimizə davam edəcəyik. Hansı futbolçu özünü yaxşı cəhətdən göstərəcəksə, o da ilk “onbirlik”də olacaq. Bizdə indiki məqamda ad əsas məsələ deyil. Yəni kiminsə adı var, o, oynayacaq deyə bir şey yoxdu. Hansı futbolçu tam hazırdısa, məşqçi də onu heyətə buraxır.

– Kapsadan söz düşmüşkən, “Kasımpaşa”ya 0:2 hesabı ilə uduzduğunuz görüşdə penaltini dəf eləsə də, səhvləri də oldu…

– Bəli, biz oyundan sonra matçın təhlilində ona səhvlərini göstərdik, özü də başa düşdü. Düzdü, futbol elədi ki, heç kim səhvsiz ola bilməz, hər kəs səhv edə bilər. Həmin oyun toplanışdakı ikinci görüşümüz idi. Öz üzərində işləyən oyunçudu. Nəinki Kapsa, hər üç qapıçımız daim çalışan uşaqlardı. Kim özünü yaxşı tərəfdən göstərə bilsə, qapıda da o dayanacaq.

– “Derincespor”la görüşdə də Rəşad Eyyubov penaltidən yararlana bilmədi. Yəqin ki, ona bir daha “ağ nöqtə”yə yaxınlaşmağı qadağan etdiniz…

– Oyundan sonra Rəşada dedim ki, bir də penalti üçün topa yaxınlaşma. O, bir daha penalti vurmayacaq. Bizdə penaltini adətən  Rahid Əmirquliyev vurur. Həmin görüşdə də Rahid vurmalı idi, sadəcə, həmin epizodda Rəşad istəyib ki, bu vəziyyətdə zərbəni yerinə yetirib bir az özünəinam qazansın. Əfsuslar olsun ki, ondan da istifadə edə bilmədi.  

– Son görüşdə rəqibin baş məşqçisi komandasını meydandan çıxartmaq istəyirdi. Buna səbəb nə idi?

– Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdı. Fərqi yoxdu, zəifdi, ya güclü. Mənə dedilər ki, bu komanda iddialıdı. Ancaq buna baxmayaraq, həmin görüşdə bizim imkanlarımız çox oldu. Özünüz də gördünüz. Mən də ona görə əsəbiləşdim ki, həmin məşqçinin o sözləri deməyə ehtiyacı yox idi. Hakim də türkiyəli idi. Bu yoxlama oyunudu. Ancaq mən öz futbolçularıma çox əsəbiləşdim, o qədər imkanlardan istifadə eləmək lazımdı ki, məşqçi də o sözləri deyə bilməsin. Əgər bugünkü oyunda hesab 6:0, 7:0 olsaydı rəqib məşqçi o sözləri deməzdi. Yəni ki, hesab 1:1 olanda məşqçi də öz komandasından həddindən artıq razı idi ki, bizlə başa-baş oynayırlar.

– Premyer Liqada artıq növbəti mövsümün püşkü atılıb. İlk oyununuz sentyabrın 9-da “İnter”ə qarşı olacaq. Püşkatma ilə bağlı fikirlərinizi bilmək maraqlı olar…

– Onsuz da bu çempionatda 10 komanda var və bu komandaların hamısı ilə görüşəcəyik. Yəni, kiminlə qarşılaşmağın o qədər də fərqi yoxdu. Sadəcə, birinci tur elədi ki, ilk oyunlarda hansısa komanda digərindən üstün ola bilməz. Ona görə ki, hamı təlim-məşq toplanışından gəlir və bərabər səviyyəli oyun gedir. Sonra isə tədricən komandalar ki, öz güclərini göstərirlər ondan sonra düzəlir. O ki qaldı “İnter”ə, Avroliqada çıxış edir. Oyunlarını izləyirik. Normal komandadı. Bütün oyunlarımız çətin olacaq. Çempionatda asan oyun yoxdu.

MƏNBƏ: Apasport.az

8 Şərh

  1. AZARKEŞ ŞİLLƏSİ ………….
    …………………………………
    ……………………………………
    …………………………………….
    ……………………………………..
    ***
    İcazənizlə bu şərhinizi yazı şəklində saytda verərik. Amma bir neçə saat sonra.

  2. Salam her kese.tounkaradan xeberi olan var?birde qazonun veziyyeti Ne yerdedi?

  3. Mən Yunis bəyə inanıram. Allah onun köməyi olsun inşaAllah. Əsas kollektivdə mehribançılıqdır, bu mehribançılığı yaratmaqa Yunis bəy bacardı. Yunis bəy sizə yeni mövsümdə uğurlar arzu edirəm, komamda udsada , uduzsada biz həmişə sizi və oyunçularımızı dəstəkləyəcəyik! XL bir ailədi

  4. Keloglan says:

    Mene bele gelirki yerli oyuncular kifayetdir indi 3 legioner gelse super olar
    1 mudafie 1 yarimmudafie 1 hucumcu onda olar ela

  5. Salam, Admin bəy. Yunis müəllimin müsahibəsi bir azarkeş olaraq məni qane etdi. Komandamıza sağ-salamat evə qayıtmağı arzulayıram.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 6 = doqquz