6 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
7 ay əvvəl
Qadağalar qaydası…
7 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
12 ay əvvəl
A B R A K A D A B R A

teselli“Xəzər Lənkəran” bir gün əvvəl baş məşqçinin istefa xəbəri ilə mətbuatda gündəmi zəbt etmişdi.

Hazırki kubdaxili anomal vəziyyət onu göstərir ki, yaxın günlər üçün gündəm dəyişməyə bilər.

Məlum olduğu kimi transfer etməkdən vaz keçərək baxışa gələn futbolçuları geri qaytaran komandanı çalışdırmaqdan imtina edən Yunis Hüseynov klubda digər vəzifəyə keçib. Onun yerinə isə əvəzedicinin çalışdırıcısı Elbrus Məmmədov gətirilib. Amma deyəsən “Xəzər Lənkəran”dakı intensiv şəkildə inkişaf edən xaotik hal bu təyinatla da sakitləşən deyil. Hər halda demək olar ki, komanda hazırda hər an aşaraq ətrafını yaxıb yandıracaq qaynar qazanı xatırladır. Futbolçuların ümid bağladıqları Yunis Hüseynov Bakıya çatıb klub rəhbərliyi ilə danışdıqdan sonra tam dəyişmiş, öz marağını önə çəkərək bir postu o birisi ilə “obmen” edərək sakitləşincə komanda daxilində gərginlik bir az da artıb. Axı ilk növbədə komanda üzvlərini düşünməli olan, rəhbərlik qarşısında onların haqqlarını tələb etməli olan baş məşqçi gənc futbolçulara arxa çevirmiş olub. Bu arada onun yerinə zorla gətirilən Elbrus Məmmədov da çıxılmaz vəziyyətə düşüb. Belə ki, Məmmədov növbəti dəfə “gəncləşmə siyasəti”nə istəmədən calanıb. O aylarla maaş almayan, narazı gənc futbolçulardan ibarət əsas komandanın başına gətirilməyə sevinməyib. Əksinə fikri öyrənilmədən edilən qəflət təyinatdan sonra bir növ özünü təhqir olunmuş hesab edib. Məhz bu səbəbdən də Yunis Hüseynov kimi o da komandanı Lənkəranda saxlayaraq klub rəhbərliyi ilə görüşmək və həm öz incikliyini həm də futbolçuların kütləvi narazılıqlarını yuxarılara çatdırmaq üçün Bakıya yollanıb. Hazırda qapıçılarla işləyən məşqçi Vidadi Hüseynovun sərəncamında qalan “Xəzər Lənkəran” komandasının üzvləri ümid edirlər ki, heç olmasa Məmmədov onların səsini Mənsimova çatdıracaq və Hüseynov kimi məsuliyyətdən qaçmayacaq.

“Biz futbolçularımızı kölgə kimi izləyirik”

15 Şərh

  1. Şərhləri oxuduqca pozitiv bir fikir eşitmək arzusunda olsam da, azarkeşlərin maraqlı, analitik fikirləriylə rastlaşa bilmirəm. Komandanın belə acınacaqlı vəziyyətə düşməsində kimlərin əməyinin olduğunu bilə-bilə, azarkeş bu problemin həll edilməsindən deyil, hal hazırda heç bir məna kəsb etməyən baş məşqçi dəyişməsindən, kimin haqlı, kimin qeyri-haqlı olmasından söhbət açır. Baş məşqçinin olması üçün birinci şərt komandanın olmasıdır, əgər komanda yoxdursa, doğrudanmı baş məşqçinin kimliyi əsas şərtdir. Əgər yeniyetmələrdən ibarət bir komandanın güclülər dəstəsində, hətta ən güclü bir məşqçi ilə xariqələr yaradacağına ümüd edənlər varsa, onda mənim yarım əsrlik azarkeşlik stajım lazımsız bir məşğuliyyət imiş. Ümumiyyətlə mənim Yunis Hüseynovun məşqçilik vəaliyyətinə heç vaxt böyük rəğbətim olmayıb, ama azarkeş hazırkı durumda onun qeyri-peşəkarlığından, bir az da o yana getsək, onun şəxsiyyətindən və mənəviyyatindan danışanda, mən istər-istəməz onun müdafiəsinə qalxmağa məcbur oluram. Hər halda o, peşəkar məşqçidir, onun qazanc mənbəyi məhz məşqçilikdədir və onu belə çətin vəziyyətdə xeyriyyəçiliyə çağırmaq ağılsızlıqdı. Yunis Hüseynovun, elə Elbrus Məmmədovun da bu duruma düşməsi onların günahı yox, faciəsidir. Onsuz da son zamanlar pulsuz-parasız öz vəzifələrini yerinə yetirən bu binəvalar, belə çətin iqtisadi vəziyyətdə nə etməlidirlər ki… Komanda qarşısında heç-bir məqsəd qoyulmadığı halda, ən yaxşısı rəhbərliklə razılaşıb komandada qalmaq və hadisələrin ən yaxşı gedişində bəlkə də imkan olsa maaş almaqdı. Так что, azarkeşə təklif edərdim ki, hazırkı durumda müzakirələri futbol haqqında deyil, klubun maddi vəziyyəti haqqında aparaq. Yenidən “Xəzər Lənkəran”ın dirçəlişi ümüdü ilə nikbin azarkeş…

  2. Elbrusda evine bir parca corek aparmaq isteyirde ne etsin aaaa camaat dehsetdie kisinun eberi olmaya olmaya istemeye istemeye bas mesqci verirler x xa xa xa biabirciliqdi bereket haqqiii

  3. Salam Admin. ELBURUS DA başın götürüb qaçdı Bakıya .diyəsən oda qayıdan döyül…İndi hamı bilir vəziyyət nə gündə .heçkimin artıq pulu yox Xəzərə pul verməyə
    ***
    Salam. Bilirsiniz mən nəyi düşünürəm, baxın indi pul yoxdur, həm klubda həm də ölkədə, hamı kasıblaşıb, amma neçə illərdir ki, biz sevgimizi verdik nə oldu? Heç nə ! Sevgiyə dəyər verilmədi, min bir cildə girənlər klubda daim yerlərini yaxşı etdilər, sonu da bu. Acı reallıqdı bu, acı.

  4. MEN BUNLARA DEKABRA KİMİ VAXT VERMİŞDİM,NESE BİR AZ VAXT UZANDI.VELİKİY KOMBİNATOR OSTAP BENDER BUNLARIN ƏLİNƏ SU TÖKMƏYƏ DƏ LAYİQ DEYİLDİR.EHSEN.

  5. Salam Səbuhi bəy!.Tutduğumuz mövqedən asili olmayaraq hamimiz azarkeşik.Şəxsən mənim nə Yunis Huseynovla və nədə Elbrus Məmmədovla şəxsi tanişliğim yoxdur.Mən Yunis muəllimin sol ayağini da ,məşqçiliyini də və çətin anda nüfuz dediyiniz bir məsələdə özünə hörmət etmədiyinidə gördum.Mənə bir deyin zəhmət olmasa.İndən belə Yunis Huseynov Lənkəranda nə uzlə işləyəcək?.Mənim vicdanim təmizdir və vicdanla danişiram.Y.Huseynovun əvvəlki fəaliyyəti qoy özünə qalsin.”Xəzər Lənkəran”da artiq istənilməyən bir simadir.Hazir material tələb edir amma bu gənclərin dərd-sərini kluba demir.Hansi gənc futbolçu belə baş məşqçi ilə meydana çixmaq istəyər?.Bir də heç kimi heç kimlə təhqir formasinda muqayisə etmək istəmirəm.Hər məşqçi özunə görə bir şəxsiyyətdir.Hörmətlə,

    • Bele muqayise edek de hec heyatda bir professor gormusuz getsin baxcada ve ibtayi sinif muelimlik elesin…Buda onun kimi bir sey…Her kesin oz seviyyesi var, her kes yigdigi illerin tecrubesini ve zehmetine gore bir birinden ferqlenir…Elburusun ve ya bir basqasinin Yunisle muqayise edile bilmez….men vicdani size deyil umumi bir fikir olaraq yazmisam….Ozu hec maas almir isdiyir Xezerde, ozu dedi kamandani lap evvelde buraxa bilermis sadece duzgun olmaz deye etmiyib…Indi usaqlarin ne problemi ola biler ki, maasdan basqa onu gerek Yunis catdirmalidi, onu onsuzda hami bilir. Gerek o oyuncular miz mizlaninca hec omasa Yunisin sen dediyin sol deyil, hele sag ayagi olmaga calisinlar, sonra yunisden inciyib nese teleb etsinler……..

  6. Salam Admin bey necesiz?sehetiniz necedi?Men deyerdim ki xezer lenkaran tarixe quvusmaq anindadir
    ***
    Salam. Diqqətinizə görə minnətdaram. “Xəzər Lənkəran” ağır günlərini yaşayır.

  7. Burda deyibleree keçi caan hayinda qessab piy axtarir
    caamaat pul tapmir corey ala balalari ac yatib oyanir bizler hele xezerin dalina duwmuwuk
    tupurum xezerede onun rehberliyinede m…….e t……..a
    insan geder ozu ozune hormet qoya onlar ozune ve bize hormet qoymadilarsa bizim biz ozumuz ozumuze hormet etmeliyik
    hansisa agilli azerkew durub demesin xezer menim canim fılan filan bunu anlasinki onun cani evindeki qohum eqrabasindaki kendindeki weherindeki ac qalan insanlardir Lenkeran ayaga qalxdi bahalawmaya gore buna bir ad qoyub sakitlewdirdiler ve lazim olanlarida basdilar iceri
    bax buyuq biz Hele xezerin …….ne duwek

  8. KOMANDASINA YƏY DURMAĞI ÖZÜ ŞƏRƏF SAYMAYAN VƏ ÇƏTİN GÜNLƏRDƏ KOMANDASINA ARXA ÇEVİRƏN MƏŞQÇİ BİZƏ LAZIMDIRMI ? . İDMAN DİREKTORU VƏZİFƏSİNİ BÖLGƏMİZDƏ ÇOXLARI BACARAR . BU VƏZİYYƏTDƏ ORTADA YEYİB QIRAQDA GƏZƏN XƏZƏR LƏNKƏRANA HEÇ SƏF ELEMİR .FAZİL ƏSƏDOVUN MASALLINI ÇALIŞDIRARKƏN 1-Cİ PİLLƏDƏ GEDƏN ƏSGƏR ABDULLAYEVİN OLİMPİK ŞÜVƏLƏNINA NECƏ QAN OTDURDUGUNU BİR YADA SALMAQ YERİNƏ DÜŞƏR .SÜTƏMURDOVUN OLİMPİYA MEYDANINDA KEÇİRİLƏN OYUNUN HƏLƏ 1-Cİ HİSSƏSİNDƏ MASALLI 2 TOP VURMUŞDU VƏ VERİLƏN PENALTİ MƏCBURƏN VÜQAR NADİROV TƏRƏFİNDƏN ÇÖLƏ VURULDU . FAZİL ƏSƏDOV BU GÜNKÜ GÜNDƏ YUNİS HÜSEYNOVDAN ÜSTÜN YERLİ MƏŞQÇİMİZDİR . ONDA DEYİN XƏZƏR LƏNKƏRANA YUNİS HÜSEYNOV LAZİMDIRMI ?

  9. Barselona says:

    Hansi futbolculari izleyirsiz ? stadionda balaca usaqlar var idi top dasiyirdilar onlari izleyirsiz . Klubda oyuncu qalibki izleyesiz

  10. Salam müəllim.Burda deyiblər”было хорошо,стало ещё лучше”,Beşiktaşa milyonlarını əsirgəməyən,Mübariz bəy görəsən XL-ı niyə bu həddə çatdırdı!?Komandanın bərkgedən vaxtı idman direktoru vəzifəsinə heç əhəmiyyət verən yox idi,indi kimə lazımdır?

  11. Vaqif Rəşidov says:

    Düşünəndə ki bu olaylardan sonra Yunis Lənkərana qayıdıb öz işinin başına keçəcək,adam vahiməyə gəlir.Görəsən aldadılan gənc lənkəranlı uşağların gözünə bu adam necə baxacağ?! Bu insan bundan sonra Lənkəranda necə yaşayacağ!??
    Dəhşət!!!

    • Dəhşətdi Vaqif muəllim.Verdiyi musahibəsində hər şey aydindir.Sən gənclərlə işləyə bilmirsənsə onda sən niyə idman direktoru kimi lənkərana qayidirsan?.
      Vallah!.Mənim Elbrus muəllimə yaziqliğim gəlir.Butun tənə və töhmətlərdən qaçan məşqçilərin məsuliyyətini məcburən daşimali olur.Mən təklif edirəm ki ,əgər Elbrus muəllim bu ağir yukun altina bir daha girmisə və klubda vəziyyət duzələndən sonra da ona şans verilsin.Lazimi transferləri edib və əsl ər meydana atilsin.Mən Elbrus muəllimi şəxsən tanimasam da ,onun necə insan və meydanda necə məşqçi olmaği barədə eşitmişəm.Onu da yaxşi bilirəm ki ,ondan narazi qalan insanlar var.Elbrus muəllimdən bunu soruşanda deyib ki ,gələn uşaqlar yerli uşaqlardan ikiqat ustun olmasalar mən o uşaqlari qəbul etmirəm.Yəqin ən böyuk gunahi elə budur.

  12. Bəziləri elə düşünür ki,Elburus Məmmədov bu təyinata sevinir.Lakin bu belə deyil.Klub neynədəyini belə bilmir.Qiz evində toydur,oğlan evinin xəbəri yox.Çox guman Elburus da klubdan ayrilacaq.Lakin klubdan da çox şey asilidir.Gözləyək,görək bu komediyanın sonu necə başa çatacaq.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


bir + 8 =