10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

komanda“Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilən qarşılaşmalara “Böyük oyun” kimi baxmaq istəməyənlər, ölkə futboluna rəng qatan bu matçları hər fürsətdəcə aşağılamağa çalışanlar, necəsiniz?

Bəlkə “Neftçi”- “Rəvan”, “İnter”-“AZAL” oyunları “Böyük oyun” kimi gərgin keçir xəbərimiz yoxdu? Minlərlə azarkeşə qarışıb həmin oyunları izləməyə gələ bilməmişiksə, lütfən bizi əfv edin. Növbəti “Böyük oyun”dan- “Neftçi” ilə “Xəzər Lənkəran” matçından sonra səhvimizi düzəldərik. 

Premyerliqamızdakı görüşləri bomboş tribunlar önündə keçirib əzəli rəqiblərin “Böyük oyun”una dodaq büzənlərin fikrinə məhəl qoymamaq da olar. Şəxsən mənim vecimə də deyil. Xəlil Rza Ulutürk demişkən, 

             ... mənə vız gəliyor, 

                               vız…

Mən bizim “Xəzər”lə “Neftçi” arasında matçlara “Böyük oyun” kimi baxan minlərlə azarkeşdən biriyəm. Ona görə də bazar günü “Bakcell Arena”da keçiriləcək oyundan öncə düşüncələrimi bölüşmək istədim. 

FİFA bizə məlum və bir az da məlum olmayan səbəblərdən “Xəzər Lənkəran”ı cəzalandırıb, mövsümə daha iddialı başlamaq istəyən “ağ-yaşıllar” yenə yerli futbolçuların, Lənkəranın yetirdiyi gənclərin ümidinə qalıb. Ötən mövsüm bu məsuliyyəti çiyinlərində gəzdirən gənclərimiz yenidən əzəli rəqiblə “Böyük oyun”a çıxmaq fürsəti qazanıblar. Adlarından söz etdirmək üçün əllərinə yaxşı bir imkan düşüb. Bu yazımı həmin qəhrəmanlara- 11 ümidə xitabən yazıram. Özü də jurnalist kimi deyil, bir qardaş ərki ilə…  

Orxan Sadıqlı– Qapıçını komandanın yarısı sayanlar haqlıdı. Qarşıdakı “Böyük oyun”un taleyi xeyli dərəcədə sənin inamlı çıxışından asılı olacaq. Bir çox oyunlarda gözəl qurtarışların “Xəzər Lənkəran”ı uğurlara daşıyıb. Sən zəhmətsevərliyin, özünəinamın hesabına daha böyük klubların heyətinə düşə bilərsən. Yetər ki, sən özün buna inanasan və çalışmaqdan yorulmayasan. 

“Böyük oyun” bitincə sənə ünvanlanacaq alqışları eşidirsənmi, Orxan?

Tural Cəlilov– Yavaş-yavaş “Xəzər Lənkəran”ın veteranlarından birinə çevrilməyə başlayırsan. Klubda bu qədər duruş gətirmək hər oğulun işi deyil. Bu illər ərzində rəqib komandaların heyətində top qovan bir çox tanınmış futbolçuya yerini göstərimisən. Bəzi epizodlarda bir qədər də qətiyyətli ola bilsən, mübarizə apardığın cinahda “Xəzər Lənkəran”a daha çox xeyir verə bilərsən. Tural, bu oyun sənin üçün əla məqam ola bilər. 

Rasim Ramaldanov– Əldə etdiklərin fədakarlığın hesabınadı. Bu xüsusiyyətini bazar günü prinsipial matçdan əsirgəmə. Naxçıvandakı oyun yadındamı, Rasim? Başınla əzəli rəqibin əlindən Superkuboku alıb Lənkərana gətirdin. Ürəyimə damıb ki, növbəti uğurda sənin öz payın olacaq. Ürəyimi yalançı çıxarma!   

İlyas Səfərzadə– “Xəzər Lənkəran”ın və yaşıdların arasında milinin formasını geyinməyinlə artıq çoxlarına tutarlı cavab vermisən. İlyas, sən təkcə Lənkəranın deyil, Azərbaycanın fəxr edə biləcəyi futbolçusan. Aqillərdən birik deyib ki, natiqlər yetişir, şairlər isə doğulur. 

Sən də futbolçu kimi doğulan xoşbəxtlərdənsən. Hələ çox derbilərə damğanı vuracaqsan. Tanrı səni qorusun!  

Adrian Skarlatake– Rednikin “Xəzər Lənkəran”dakı sonuncu nişanəsi. Sən hər dəfə meydana çıxanda rəqiblərdən başqa hamı rahat olur. Bu kluba könül verən insanların qəlbində sənin ayrıca yerin var. Skarla, sənin boyun hamıdan uzundu, bazar günü oynanılacaq derbidəki qələbəni görürsənmi? 

Elşən Rzazadə– Lənkəranlı fanatlar yaxşı futbolçunu 100 kilometr uzaqdan tanıyır. Sən əsas heyətə düşən kimi tanınmağı bacardın. Qarşıdakı derbidə təkcə özün, formasını haqq etdiyin klub üçün deyil, doğma Lənkəran üçün döyüşəcəyinə elə arxayınam ki… Tilsimli dağın sirrini tapan, Göygöz Kosanı ram edən Elşənin adaşı üçün rəqib komandanı məğlub etmək nə çətin işdir axı…

Kamran Abdullazadə– Bu derbinin sənin üçün necə bir önəm daşıdığını sən də, elə bütün azarkeşlər də yaxşı bilir. Kamran, futbolçu kimi potensialının qədrini bil, sən bu kluba, bütün ölkə futboluna lazımlı bir oyunçusan. Sən də “Neftçi” ilə oyunda ürəklə oynamasan bəs kim oynayacaq?  

Elvin Mirzəyev– Əsas heyətdə meydana çıxdığın hər oyunda sübut etdin ki, Lənkəran elə-belə futbolçu yetişdirmir. Daha böyük klubların heyətinə düşməyə layiqsən, çünki təkcə ayağın deyil, başın da yaxşı işləyir. Gələcəkdə qazanacağın hər uğur ana südü kimi halalın olsun. Təkcə doğma atan deyil, elə hamımız səninlə fəxr edirik, Elvin.

Rahid Əmirquliyev- Türklər demiş, böyük kaptan! Sənin bizim klub-yəni öz doğma “Xəzər Lənkəran”ın üçün etdiklərinin əvəzini heç nə ilə ödəmək olmaz. Rahid, sənin klubun tarixində, azarkeşlərin ürəyinin ən gözəl guşəsində yerin var. Necə deyərlər, sən qardaşsan, qardaş! Qarşıdakı “Böyük oyun”da yüksək insani keyfiyyətləri olan sənin kimi futbolçudan çox şey asılıdı. Komandadakı gəncləri başına yığ və əzəli rəqibə elə dərs ver ki, səsi- sorağı Qusarda da eşidilsin. 

Orxan Əliyev– Sənin kimi əzmkar futbolçu hər zaman yetişmir, Orxan. Bu əzmkarlığın hesabına bir qədər də topla davrana bilsən, rəqib komandalar sənə həsəd aparacaq, “Fırtınalar meydanı” hər dəfə səni ayaq üstə alqışlayacaq. Yazdıqlarıma inanmırsansa, “Bakcell Arena”da nəyə qadir olduğunu göstər, gerisi ilə işin olmasın…  

Elnur Cəfərov- Yaşın azdı, bəlkə də yadına gəlməz, mənim “Xəzər Lənkəran” klubunun rəhbərliyini tənqid etdiyim yazıları yan-yana düzən olsa, Qalayçılar məhəlləsindən “Su-8”ə dəmir yol xəti çəkmək olar. 

Amma Azərbaycana sənin kimi istedadlı futbolçu qazandırdığı üçün bu klubun sahiblərinə ancaq və ancaq alqış düşür. Qəti narahat olma, sənin özün üçün də alqış gələcək. Əzəli rəqibə onun öz meydanında qol vurandan sonra kim səni alqışlamaz ki? 

Elnur, arxayınlaşmasan, sən yaxın gələcəyin parlayan bir ulduzu olacaqsan, Lənkəranlı ulduzu!

Növbəti “Böyük oyun”dan öncə azarkeşlik etdiyim klubun oyunçularına düşüncələrimi çatdırdım. İnanıram ki, bu matçın elə gerçək qəhrəmanları da Yunis Hüseynovun meydana buraxdığı gənclər olacaq. 

Dualarımız sizin üçün! 

Etibar Cəbrayıloğlu

MƏNBƏ: Avrofutbol.com

 

13 Şərh

  1. Admin sabah oyun saat necededi?
    ***
    20-sentyabr, saat 21:00

  2. Mene deseler ki, razisan Neftciye 10 – 0 uduzub ve ya ligdeki butun 4 oyunu uduzub, ligin sonunda cempiyon olasan …Men iki elli razi olaram…Turklerde yaxsi bir soz var boyuk klublar aldigi kuboklarla ve avropadaki ugurlariyla oyunurler, amma kicik klublar boyukler uzerindeki qelebeleriyle…Bunu genellikle Galatasaray azerkesleri Fenerli azerkeslere deyirler…Kas Qalatasaray biz olardiq, Neftci ise Fener…Sexsen menim ucun bizden pis durumda olan neftci uzerinde her hansi qelebe lazim deyil…Bu kimi oyunlarin fonunda rehberlik esas probleri camiadan gizledilir…Kas bizim azerkesler biraz olgunlasardilar ki, neftci uzerindeki 100 lerle qelebe bize hec ne vermir, bizim hedefimiz boyuk klublar kimi boyuk olmalidi…Amma gorunur ki, biz hele kicik dusunceli azerkes klubumuz kicik hedefli olaraq klub qalacaq…Sizce cempiyonluq daha sirindi yoxsa nefci uzerinde qelebeler,elinizde olsaydi hansini secerdiz?
    ***
    Bu çox geniş müzakirələrə yol açan mövzudur.

  3. Salam admin,bu oyunda en azinan uduzmuyaciq.Xezer oz gucun indi qosterir,bu boyuk uxurdu.qeleceyde lap yaxshi olar bashkalarin kecen il qorduy. bu il ise esil mubarize aparan komanda var
    ***
    Salam Dadaş. Deyəsən komandanın qələbəsində inananların sayı azdı. Hər halda şərhlərin azlığı belə düşünməyə əsas verir.

  4. Salam əleykum 12cioyuncular!

    Hər dəfə “Neftci” – “Xəzər-Lənkəran” futbol kamandalarinin oynu keçiriləndə qonşumuz Əhmədin əhvali dəyişir.Buna səbəb kimi də hami tərəfindən “Böyuk oyun” statusunu qazanib amma onun səviyəsini aşaği salan Əhmədin ulu babasinin o vaxt neft buruqlarinda çalişan Niftəli kişinin nəvə-nəticələri tərəfindən aşiğilanmasini dəlil gətirməyidir.Əhmədin dediyinə görə heç vaxt ulu babasi buruqlarda çalişmayib və Niftəli kişi ilə dostluğunun da qəribə bir tarixçəsi olub.Əgər bu tarixçə ilə maraqlanan varsa, lutfən Əhmədin dediklərini sona qədər oxumağa azca da olsa gərək hövsələsi olub və tarixçəni axira kimi oxusun. Yox əgər Əhmədin mənə danişdiqlarini sayiqlama kimi kimsə duşunursə onda gərək …elə indi mövzudan ayrilib və Əhmədin ulu babasina yeddi gun ardicil “Yasin” oxutdura.Belə olan halda seçim sizindir əziz oxuci!

    Onu da deyim ki, Əhməd çoxbilmiş olduğundan bu tarixçəni mənə bilməcə formasinda deyib.Mən yuz fikirləşib və bir qərara gəlmişəm amma gərəkdir ki , yuz qərara gəlməmiş sizlər də bir fikirləşəsiniz.Beləliklə Əhmədin mənə VAT CAP-la kopyalanmiş mesajini redaktə edilmiş formada nəzər-diqqətinizə çatdiriram:

    Hörmətli tənqidin nə olduğunu bilməyən və özunu “Tənqidçi” kimi tanitdirmağa çalişan uşaqliq dostum!. Sənə bir bilməcə deyəcəyəm.Əgər bilməcəyə cavab verə bilsən və bu bilməcəyə cavab verməyə sənə kimsə ətrafda tapilsa onda mən sentyabirin 20-si səkkiz min metr yolu piyada gedib və sənə kömək edənlərə videoçəkiliş gətirərəm. Yox əgər cavab verə bilməsən onda ən azi iki səkkiz yuz min nəfərin urəyindən keçənlərini deməlisən.

    Uşaqliq dostum olduğuna görə sualin cavabina köməyim yalniz bu ola bilər:

    Məsələ burasındadı ki, maraqla gözlənilən “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmasında qonaq azarkeşlər iştirak etməyəcək. Belə ki, AFFA İntizam Komitəsinin məsələ ilə bağlı verdiyi qərar qüvvədə qalıb.

    Halbuki Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlamasında “hər iki klub təhlükəsizliyə təminat verərsə, bu zaman İntizam Komitəsinə müraciət edə bilərik” demişdi.

    “Xəzər Lənkəran” mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu isə maraqlı açıqlaması ilə yadda qalib: “Biz klub olaraq Lənkəranda keçiriləcək qarşılaşma ilə bağlı təhlükəsizliyə təminat veririk. Bəlkə təhlukəsizlik uçun BMT-dən mavi dəbilqəliləri çağıraq? 5 min azarkeşin izlədiyi derbidə təhlükəsizlik qoruna bilmirsə, 15 min fanat gəlsə, gərək BMT-ə müraciət edilsin. Klub olaraq biz Lənkərandakı oyunda təhlükəsizliyə təminat veririk”.

    Bəli indi də Niftəli kişinin azarkeşlik etmədiyi klubdan açiqlamalarini diqqətlə oxu;

    “Onu deyim ki, qərar hələ də qüvvədədi. Bu oyunda da tribunalarda yalnız “Neftçi” azarkeşləri olacaq. Bununla bağlı qarşı klubla söhbətlər olunub, müəyyən addımlar atılıb. Yaxın gələcəkdə inanıram ki, məsələ müsbət həllini tapacaq. Biz qərarı dəyişmirik. Sadəcə, təklif edə bilərik ki, qərara baxılsın.

    Hə, bu bilməcənin mahiyyəti də,- elə bu təklif məsələsindədir.
    İnanmirsiniz?.
    Mənə kömək etmək istəmirsiniz?.

    Onda bəs mən ən azi 16 min azarkeşin urəyini bilmək uçun nə qədər yaşamaliyam ki ,Əhmədin ulu babasinin Niftəli kişi ilə dostluğunun tarixçəsini öyrənə biləm?.

    • P.S.Şərhdə iki səkkiz yuz minlə 16 min nəfəri qarişdirmayin lutfən.Ust-ustə yiğsan bəlkə heç il ərzində 1miyon 600 min azarkeş Azərbaycan futboluna azarkeşlik etmir.Lakin 15-16 min “Xəzər Lənkərana” viz gəliyor, viz.

  5. InwaAllah Xezerin gencleri bu oyunda oz sozun deyecek.Ireli Gencler.Geriya baxmadan Ireli

  6. GENCLER OZ SOZUNU DEYECEK BIZ BUNA INANIRIQ

  7. Azərbaycanlı says:

    Böyüklük bir tale yüküdür, amma hər kəsə nəsib olmur. Belə də olmalıdır, kəslər müxtəlif olduqları kimi, taleləri və Həyat boyda arenada təyinatları da fərqlidir. Vacibdir ki, dərk edəsən yaranışını, missiyanı, öz çəkini. Vacibdir ona görə ki, həmin Həyatın üzərinə qoyduğu yükü daşıya biləsən. Özünü taniyan hədəflərinə tərəf əminliklə gedər və çatar. Müəllifin müraciəti Böyük Oyunun ağ-yaşıl yarısını Böyük tərəf kimi özünü tanımağa səfərbər etməklə qiymətlidir. Dəyərləndirin. Yadda saxlayın, Böyüklük rəmzləri sizə əmanətdir XL Azarkeşindən.

  8. Salam, Admin bəy. Şəxsiyyətinə böyük simpatiyam olan Etibar Cəbrayıloğlu bu yazısıyla əsl “Xəzər Lənkəran” azarkeşi olduğunu bir daha ortalığa qoyub. Mən deyərdim ki, yazı əzəli rəqiblə oyunöncəsi komandamız üçün gözəl motivasiyadır. Uğurlar arzulayırıq və gözləyirik Sizdən “Xəzər Lənkəran!”
    ***
    Salam Qabil bəy. Tamamilə sizinlə razıyam.

  9. ARTIQ SÖZÜNÜZÜ DEMƏK VƏ ADINIZDAN SÖZ ETDİRMƏYİN VAXTIDIR. RUSLAN , VAQİF , RƏŞAD EYYUBOV VƏ VÜQAR SİZİN KİMİ XƏZƏR LƏNKƏRANA CAN YANDIRMAYACAĞINI BİZ YAXŞI BİLİRİK . BİZ AZARKEŞLƏRƏ DAHA MARAQLI SİZLƏRİN MEYDANDA OLMASIDIR , SİZLƏRİN ƏZƏLİ RƏQİBİMİZƏ QARŞI OYNAMASIDIR .BİZ SİZİNLƏ BİRLİKDƏ VARIQ , AYIN 20 – DƏ ÇIXIN MEYDANA LƏNKƏRANIMIZI LAYİQİNCƏ TƏMSİL EDİN . BİZ SİZƏ İNANIRIQ !

  10. Rahid,Rasim,Orxan,Elnur,Skarla,Tural,ezizimiz Yunus mellim biz Tuygunlara yox Mubariz ve sizlere guvenirik…HAYDI IRELI LENKERANIN XEZERI

  11. Salam əzizlərim.

    Etibar bəy, sizin sənətinizin qarşısinda baş əyməmək mümkün deyil. Yazıya şərh yazmağa və əlavələr etməyə imkan vermirsiz. Siz də inanın ki, bir gözəl yazar kimi və ləyaqətli bir insan kimi bizim fəxrimizsiz. Sizin yazdıqlarınızla həmfikirəm və sizi ürəkdən dəstəkləyirəm. Əziz futbolçular, siz bizim balalarımızsız, mən sizin hamınızı bağrıma basıb öpürəm. Sizə əzəli rəqibimiz ilə oyunda uğurlar arzulayıram.

  12. Rovshan Asadov says:

    Gosterin ozunuzu igidler, mehv edin reqibi onun meydaninda. Siz bunu bacaracaqsiniz inwaAllah. Dualarimiz sizin ucun!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 2 = dörd