1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

“Böyük oyun”un qəhrəmanı Rahid Əmirquliyevin rekordunu arxada qoydu.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyununda rəqib qapısına qol vuran İbrahim Qədirzadə “Xəzər Lənkəran”ın tarixinə düşüb. “Ağ-yaşıllar”a 3:2 hesablı qələbə qazandıran qola imza atan futbolçu komandamızın tarixində buna nail olan ən gənc futbolçu olub. Belə ki, sayca 41-ci “Böyük oyun”un taleyini həll edən İbrahim 16 yaş 11 ay 12 günlüyündə fərqlənib. Martın 21-də 17 yaşını qeyd edəcək Qədirzadə bununla da “Xəzər Lənkəran”ın 12 illik tarixinin ən gənc qolçusu adını ələ keçirib.

Bunadək rekord komandamızın sabiq kapitanı Rahid Əmirquliyevə məxsus idi. O, 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə də kubokda, 2006-cı il noyabrın 20-də “Bakılı” (4:0) ilə matça təsadüf etmişdi. Bu rekord təxminən 10 il duruş gətirsə də, gənc oyunçumuz  bu göstəricini 98 gün üstələyib. Klub tarixinin 3-cü gənc qolçusu isə ötən mövsüm Premyer Liqanın VIII turunun “Bakı” ilə oyununda 17 yaş 6 ay 23 günlüyündə fərqlənən Elnur Cəfərovdur.

Azərbaycan çempionatlarında isə “Xəzər Lənkəran”ın rekordu Rahidə məxsusdur. Premyer Liqadakı ilk topunu 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vuran yarımmüdafiəçi buna 17 yaş 2 ay 20 günlüyündə nail olub.

Ümumilikdə isə İbrahim “Xəzər Lənkəran”da qol vuran 102-ci oyunçudur. “Neftçi” ilə oyunlarda yubiley – 10-cu qələbəsini qazanan “Xəzər Lənkəran”ın heyətində bu matçadək 99 futbolçu qol sevinci yaşamışdı. Oyunda hesabı açan Vaquf Güləliyev klub tarixinə 100-cü qolçu kimi düşübsə, Tural Qürbətov 101-ci olub. Bu matçda debüt edən Bayram Budaqovisə ağ-yaşıl forma geyinən 208-ci oyunçu olub.

MƏNBƏ: lankaranfc.com

Bir şərh

  1. Fərhad says:

    Bizə isə xatirələrlə yaşamaq qalır… :)

Fərhad üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − = 5