8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

uduzdu“Xəzər Lənkəran” Premyer Liqanın XXXIII turu çərçivəsində mayın 7-də doğma meydanda “Kəpəz”i qəbul edib.

Saat 16:00-da start götürən görüşü aşağıdakı heyətdə hakimlər briqadası idarə edib: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov.
Oyun “Xəzər Lənkəran TV” vasitəsi ilə canlı yayımlanırdı.

“Xəzər Lənkəran”ın start heyəti:
1. Orxan Sadıqlı
4. Ruslan Cəfərov

6. Asif Mirili
7. Orxan Səfiyaroğlu
8. Vüqar Bəybalayev
10. Tural Qürbətov
15. Nodar Məmmədov
17. Vaqif Güləliyev
18. Tural Cəlilov (k) 
32. Zaman Mirzəzadə
99. Mahsun Qəmbərli

Ehtiyat oyunçular: 
25. Tərlan Qasımzadə
9. Bayram Budaqov
41. Hüseyn Xəlilzadə
45. Heydər Babayev
35. Elfad Baləhmədov
86. Xaqani Sadıqov
88. Kənan Bağırzadə

Baş məşqçi: Elbrus Məmmədov

May günlərində Lənkəranın hər yeri yaşıllığa bürünsə də matçın keçirildiyi stadionun meydançası bu yaşıllığa həsrət qalmışdı və boz rəngdə idi.

Gözlənildiyi kimi “Xəzər Lənkəran” bu oyunu da məğlub başa vurdu. Həvəskar komanda ilə I divizion təmsilçisinin görüşünü xatırladan oyunun ilk hissəsində bir neçə hücumda qonaqların qapısına doğru gedən komandamız heç cürə istəyinə çata bilməyirdi. Ancaq ilk təhlükəli epzioddaca qapısında qol gördü 0:1. Fasilədən sonra fəallaşan futbolçularımız rəqibin üstünə getsələr də yenə də bir nəticə hasil olmadı və yenə də qapımız qarşısında yaranan ilk qol epziodu ilə hesab dəyişdi 0:2. Nəhayət qapımıza vurulan 3-cü qoldan sonra tribunalara toplaşan az saylı futbolsevərlərin müəyyən hissəsi bu qolu alqışladılar. Hətta “istefa” şüarı da səsləndi. Buna cavab olaraq bəzi fanatlar “Xəzər Lənkəran”ı dəstəklədilər. Həmin dəqiqələrdə hər şeyin əldən çıxdığını görən futbolçularımız yalançı penaltiyə ümid etdməyə başladılar. Özünü rəqibin cərimə meydançasında yerə yıxan Orxan Səfiyaroğlu isə hakimin sarı vərəqəsi ilə “mükafat”landırıldı. Ardıyca top “Xəzər Lənkəran” futbolçularında olanda tibunalardan etiraz əlaməti olaraq uğultu səsləri eşidildi, əksinə “Kəpəz” komadası hücuma keçəndə azarkeşlərin bir hissəsi hətta qonaqlara dəstək nümayiş etdirirdilər. Beləcə final fitinə qədər rəqib komanda oyunu yola verdi.  “Xəzər Lənkəran” isə yenə də sürprizə yol verməyərək məğlub oldu. 

“Xəzər Lənkəran” pəz 0:3

18 Şərh

  1. Zafar bay ,bela obyektiv insansinizsa onda deyin usshaqlari niya qovdular va bu torbani kim hazirlamishdi ?

    • Qardaş…heç kimə hesab vermək zorunda deyiləm.Birincisi öz adimla yaziram və məsuliyyətini dərk edirəm.İkincisi də mənim yerlim məni tapa bilməkdə əziyyət çəkə bilməz.”İnter”lə oyunda yaxinlaşib və daha dərindən muzakirələr apara bilərik.Söz var ev içində və söz də var el içində…

  2. Salam.Manim iki sharh yazmish qardashlarin harasina 1 sualim var. ZAFAR bay ; Siz yazirsiniz ki, X-L la bazi futbolchularin valideynlarinin etirazlari bashladi. HANSI FUTBOLCHUNUN, HANSI ETIRAZ ? ROVSHAN bay ; Halaldir bizim ushaqlara deyanda bizim hansi ushaqlari azarda tutursunuz ? Magar bizim ushaqlarin haqlarini yemadilarmi? Xahish diram cavab verin.

  3. Azərbaycanlı says:

    …heç bir şey baş verməmiş kimi bir az da stadionda gördüyüm futboldan deyim ki, Dadaş da eşitsin. Böyük hesablı məğlubiyyətdə iki 7 (Səfiyaroğlu – Juninyo) nömrə arasındakı fərqin böyük rolu oldu. Bizimkinə görə utandım, onun yerinin heyətdə görən və 90 dəqiqə saxlaya məşqçilərin oyuna hansı rakursdan baxmalarını ayırd edə bilmirəm. Juninyo isə bizdə oynadığı illərə nisbətən çox ağırlaşsa da, meydanda yeriyə-yeriyə lazımi yerə vaxtında çıxmaqla və kəskin pasları ilə bərad halda olan çempionatın üçüncüsü olan komandasının oyununu qura bilir. Orxan Əliyevin qapımıza vurduğu qola təntənəsiz münasibətinə sevindim, amma qolu da babat alındı.

  4. Fərhad says:

    Zəfər bəy, əgər yadınızdadırsa, “Azal”la oyundan sonra mən də sizin kimi “Kəpəz” və “Sumqayıt”la son oyunlarda komandamızın qələbə qazanacağını proqnozlaşdırmışdım, ama sizdən fərqli olaraq ironiya ilə yox, səmimi demişdim. Səbəbini də, komandamızın onlardan güclü olduğuna görə deyil, sadəcə adı çəkilən komandaların bir əyalət komandaları olduğu üçün həmrəylik göstərərək “XL”-a xal hədiyyə etməsini bildirmişdim. Təəssüf ki, bəlkə də xöşbəxtlikdən “Kəpəz”lə bugünki oyunda qüvvələr nisbəti dəyişməz qalaraq, komandamız yenə də uduzdu. Beləliklə, mövsümün 2-ci yarısının bütün oyunları kimi bu gün də heç bir şey dəyişmədi və azarkeş gözlədiyi nəticəni aldı. Pərdəarxası intriqalardan anlayışı olmayan, ama qəlbi “XL”-la döyünən azarkeş də artıq komandanın bü günə düşməsinin səbəblərini anlayıb. Sizsə “belə bir zəif komanda bəzi dırnaqarası azarkeşlərimizin, xainlərin, sapıözümüzdən olanların hesabına prinsipial olaraq bu duruma salındı” fikri ilə, onsuz da əsəbləri tarım çəkilmiş əsil azarkeşlərin yarasının üstünə duz səpmiş olursuz. Futbol məmurlarının, mütəxəssislərinin, jurnalistlərin və nəhayət bəzi azarkeşlərin təsiri ilə komandanın belə dərin böhrana düşməsini təsdiqləmək məncə, bağışlayın, sadəlövhlik olardı. Qaldı, Mübariz Mənsimova inamımıza…, sözsüz ki, ona heç bir hüququmuz yoxdur, sevgi və sayqımızdan başqa. Amma M. Mənsimovu klubun fəxri prezidenti hesab etmək heç də məntiqə sığışmır, mövcud durumda komandaya olan münasibətini nəzərə alsaq, onun yalnız klubun sahibi olmasını təsdiqləmək daha məqsədə uyğundur. Öz açıqlamasına görə, ümumiyyətlə futbolu sevməyən Mübariz Mənsimov, iqtisadi böhran fonunda son zamanlar “XL”-a olan marağını tamamilə itirib. Yadıma gəlmir ki, o, sonuncu dəfə nə zaman komanda haqqında öz fikirlərini bildirib, komandanın perspektivlərindən (əgər varsa) danışıb.

    • Fərhad bəy fikirlərinizə hörmətlə yanaşıram.Lakin məsələ “XL” ətrafında tamamilə şaxələnib.İlk növbədə klub idarəçilərin yarıtmaz fəaliyyəti hər şeyi alt-üst etdi.Gələn oyunçularla müqavilələr imzalandı və onların çoxu elə ilk mərhələlərdə qovuldu.Nəticədə kluba sanksiyalar qoyuldu.Digər tərəfdən dünyada baş verən böhran da bu sanksiyaların aradan qaldırılmasında pay sahibi oldu.Üçüncü tərəfdən kluba Affa dan,Pfl-dən haqsızlıqlar edildi.Bəs belədə klubun sahibi nə etməliydi?.Əlbəttə,qardaş inin yarıtmaz fəaliyyətini görəndən sonra dəfələrlə açiq amala etdi.Ölkə xaricində qazandıqları sərmayə ilə özünün bu meydanda uduzduğunu qeyd etdi.Və nəhayət ona verilən suallara cavab verəndə bütun yükü öz üzərindən atıb və belə dedi:Klubun rəhbərliyi var.Kimi alar və kimi satar,özü bilər.

      Bu cavab hər şeyi deyirdi.Siz də olsaydinız belə etmədiniz mi?.Digər tərəfdən “XL”-a bəzi futbolçuların valideynlərinin etirazları başladi.Lakin bundan qabaq onu qeyd edim ki,biz azarkeşlər arasında parçalanma olmuşdu.Bəzi azarkeş adinda sapı özümüzdən olanlar artiq “Neftci”-yə işləyirdi.Umumi olaraq butun bunların acı nəticələrini yaşayırıq.Klubda hər şey təzələnməlii və yeni nəticələr əldə edilməli,və hər şey sıfırdan başlanmalıdır.

  5. Goresen elbrus memmedovda yene uz olacaq komandada qalsin?mence olar.bu insan gucle ozunu mewqci hesab etmek isteyir.dahs bilmirki on kimi dirnaqarasi mewqciler ite tokdu.vallah kim olsa onun yerine mewqciliyi atib geder qubada alma aqaclarina qulluq ederki nese bir hallaliqla corek yeye.bes bilmirdinki ay elbrus lenkeranli uwaqlarin torbasini tikende axri nece olur?bu senin hele en yaxwi gunlerindi. Allah seni ele gune qoyacaqki.kimleri coreksiz qoymusan kimlerin futbol karyerasini mehv etmisen hamsi birnindan gelecek İnwaAllah.

  6. Saq ol quzubala,ahsan.Sana halaldi.Super yazmisan.Z.L qardawim, san da bir az sada yaz.Oxuyan sada azarkewdi.

  7. Hörmətli sayt istifadəçiləri,əzəz “Xəzər Lənkəran”lilar!

    Onu qeyd etməyə borcluyam ki ,mən də sizin kimi sadə azarkeşəm və “XL” yarandiği gündən bu kamandanin uğurlarina sizinlə birgə sevinib və məğlubiyyətlərində də birgə üzülmüşəm.Lakin xususi ironiya ilə yazdiqlarim şərhlərin mahiyyətini dolaşiğa salmağa çalişan “bəzi” azarkeşlərin hücümüna dəfələrlə rastlaşdiğimdan artiq bu mənim üçün adi bir hala çevrilib.

    Bu gün “XL” nəhayət qalib gələcək.Həyatın qəribə işləri var.Niyə bu gün olmasın ki….
    —–
    sonu nöqtələrlə bitən “sonsuzluq işarəsi”ni bildirən bir şərhimin “bəzi”lər tərəfindən aqresiyya ilə üzləşməyini dərk edib və

    “Yadinizdadirsa, canli oyunun internetlə yayima verilməsində Huseyn Cəbrayiloğlunun böyük zəhməti var idi.Hətta Turkiyyədə yoxlama oyunlarini Elvar Quliyevlə şərh edirdi.Lakin bəzi dirnaqarasi azarkeşlərimizin gözləri bunu göturmədi….İndi şərhsiz bu oyuna baxiriq..Yadda saxlayan qoy saxlasin…o şəxslər ki ,kamandanin tərəqqisini həzm edə bilmir və kimlərəsə də (onlarda bəllidir) çalişirdilar.İnsan “çiy süd əmib” -deyiblər.Və nəticədə belə bir zəif komanda xainlərin, sapiözümüzdən olanlarin hesabina prinsipial olaraq bu duruma salindi.Amma mən “XL”-nin avropa zəfərlərinə inanmişam.Ona görə ki ,klubun fəxri prezidentinə inaniam.”

    sonunu belə bitirmişdim.
    Sayti izləyən hörmətli azarkeşlərimiz yaxşi bilirlər ki ,klub idarəçilərini ən çox tənqid edənlərdən biri olmuşam.Risq edib bəzi futbolçulardan musahibələr əldə etmiş və klubdaxili proseslərin içüzünü özlüyümdə aşkar etmiş və onlari ən çox tənqid edənlərdən olmuşam.

    Mənə qarşi xususi ustaliqla kifir duşuncə ilə yazilan cavablar -məni doğma elimdən ,sevimli “XL” azarkeşlərinin gözündən salmağa yönəlib.Hamiya məlum olsun ki ,məni “XL” kamandasina bağlayan mənəvi sevgidir.Heç bir halda klubla əlaqəm yoxdur və heç bir maddi maraq xatirində də olmamişam.Şükür Allaha ki , mənim “XL”-a bağli bir maddiyyat baximindan nəxəyali düşüncəm,nə də buna ehtiyacim olub.

    Ona görə də fikrimi dolaşdirmağa çalişan niklərlə sonda Cənabi Haqqa cavab verməyini xatirladiram.Onu da bildirmək istəyirəm ki , klubumuzun başina gələnlərin başlica səbəblərinin hardan qaynaqlandiğini “””” —— “””” elə bu guclu reaksiya doğuran şərhimdə daha yuxari yerlərdə olduğunu da sətiralti qeyd etmişəm.Allah amaninda!.
    P.S. Məni heç bir quvvə sevimli “XL”-dan və onun azarkeşlərindən ayira bilməz.

  8. Salam. camaatın əsəbləri ilə oynayırlar eee. belədirsə bir dəfəlik komandanı ləğv edin, hamı işini bilsin….

  9. Bu gün “XL” nəhayət qalib gələcək.Həyatın qəribə işləri var.Niyə bu gün olmasın ki….

    • Yadinizdadirsa, canli oyunun internetlə yayima verilməsində Huseyn Cəbrayiloğlunun böyük zəhməti var idi.Hətta Turkiyyədə yoxlama oyunlarini Elvar Quliyevlə şərh edirdi.Lakin bəzi dirnaqarasi azarkeşlərimizin gözləri bunu göturmədi….İndi şərhsiz bu oyuna baxiriq..Yadda saxlayan qoy saxlasin…o şəxslər ki ,kamandanin tərəqqisini həzm edə bilmir və kimlərəsə də (onlarda bəllidir) çalişirdilar.İnsan “çiy süd əmib” -deyiblər.Və nəticədə belə bir zəif komanda xainlərin, sapiözümüzdən olanlarin hesabina prinsipial olaraq bu duruma salindi.Amma mən “XL”-nin avropa zəfərlərinə inanmişam.Ona görə ki ,klubun fəxri prezidentinə inaniam.

      • quzubala says:

        Mən də səninlə razıyam, bu klubun başına pis nə gəlibsə hamısı azarkeşlərdəndi. Yaxşı nə varsa hamısı fəxri prezidentdəndi. Bu azarkeşlər heç nəyin yaxşısına layiq deyillər, bütün yaxşılıqlara isə fəxri prezident layiqdir. Mən də ona inanıram və onun kiçik qardaşına da çox ümidliyəm. Xüsusən də fəxri prezidentin təyin etdiyi kadrlara sitayiş edirəm. Götürək elə Tuyqun Nadirovu, nəyidir ki? Bu şəxsdə olan incə siyasət, fitri istedad, satanik bacarıq, mükəmməl intuisiya sayəsində sevimli klubumuz heç vaxt heç bir xarici futbolçuya borclu qalmayıb və heç bir futbolçuya atmayıb və heç vaxt FİFA-nın sanksiyaları ilə cəzalanmayıb. Məhz fəxri prezidentin və qardaşının atalıq qayğısı sayəsində bölgədəki mal-qaralar o qədər aktivləşiblər ki, gülən olmasa dilə gəlib danışar, lap futbol da oynayarlar. Fəxri prezidentin duyğusual çıxışlarından ruhlanan kəllərimiz tövlələrin divarlarına elə intensivliklə kərkinirlər ki, inəklərimiz tez tez doğmağa məcbur olur və döşlərinə də süd gəlir və Palsüdün bol-bol məhsullarını camaat rahatlıqla həzmi rabədən keçirə bilir. Heç bir qan azlığı və qəbzlikdən əsər əlamət də qalmır. Ancaq ağzı göyçək azarkeşlər bunu görmür və ya görmək istəmirlər. Ortada sizin kimi ağzı kifir azarkeşlər bu incəliyi sezməkdə ştatdan kənar yardımçılara ehtiyac duymur. Ona görə də indi biz şərhsiz yayımı izləməli oluruq. Belə azarkeşlərə nə deyəsən. Ölüm də bunlara azdır bəlkə. Yox ölməsinlər qoy sağ qalıb baxısnlar bu şərhsiz reportaja, qapımıza vurulan qollar isə belə azarkeşlərə göz dağı olsun. Fəxri prezident yaşa, biz sənə inanırıq, uurraaa !!!!

        • Fərhad says:

          Əhsən! Siz quzubala deyilsiz, siz nəhəngsiz!

        • Quzubalasan, hər nəsən, özünüz bilərsiniz.Mənim fikirlərimi dolaşiğa salmaqla heç nəyə nail ola bilməzsiniz.Birincisi odur ki , bizim “XL” kimi azarkeşlərimizin möhtəşəmliyini dünyanin heç yerində tapmazsiniz.Məndə o sadə azarkeşlərdən biriyəm və azarkeşlərimizlə, bütun camiyyə ilə fəxr edirəm.Söhbətin mahiyyətinə varmamisinizsa, soruşun.O ki ,qaldi klub və idarəçilərinə….onlar mənim üçun bir azarkeş kimi maraqli deyil.Söhbət bəzi azarkeşlərdən gedir ki ,onlar üçun “XL”-nin varliği yalniz şəxsi maraqlarinin toqquşmasindan irəli gələn qərəzdən olub ki ,bunun bir daha şahidi olduq.

  10. RÖVSƏN says:

    SALAM OLSUN HAMIYA
    İNDİYA kimi bela rekord göstərici olmamişdi Dunya futbolunda qiş fasilasindan sonra cami bir xal cepunatda qutarir. Halaldır bizim uşaqlara haqiqatan onlar qenes kitabina duşmaya layiqdirlar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz − 4 =