9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

gabriel28Premyer Liqanın X turu “Xəzər Lənkəran” üçün bir sıra məqamlarla əlamətdar olub.

Sumqayıtda eyniadlı komanda ilə görüş cari mövsümün yubiley – 10-cu matçı olmaqla yanaşı, digər tərəfdən də yubileylərlə nəticələnib.

 Belə ki, “ağ-yaşıllar” tarixində 80-ci səfər qələbəsini qazanıb. Bunların 64-ü çempionat, 15-i kubok, 1-i Avropa Liqası çərçivəsində olub. “Xəzər Lənkəran”ın hesabında 53 heç-heçə və 60 məğlubiyyət də var.

 Komandada qol hesabını açan Fernando Qabriel “Xəzər Lənkəran” üçün qol vuran 12-ci braziliyalıdır. Digər 11 cənubi amerikalının hesabında 74 qol olduğundan “Sumqayıt”a vurulan top braziliyalıların 75-ci uğuru olub.

 Bu qələbə ilə “Xəzər Lənkəran” səfərdəki uğursuz seriyanı qırdı. Rəqib meydanlarında baş tutan çempionatdakı son 9, ümumilikdə isə 10 matçda qələbə qazanmayan komandamız sonuncu dəfə də “Sumqayıt”a qalib gəlmişdi. Ötən mövsümün bu il martın 16-dakı səfər matçında “ağ-yaşıllar” 1 qolla qalib gəlmişdi. “Xəzər Lənkəran” bu müddətdə rəqib meydanında 4 heç-heçə etmişdi.

MƏNBƏ: lankaranfc.com

2 Şərh

  1. Salam admin. İnsAllah qelebe bizimledir

  2. Azərbaycanlı says:

    Fernando Qabriel rəqib qapısının yerini bilən oyunçudur, onun ayağından çıxan toplar qapı koordinatlarından az yayınır ki, bu sambaçıları fərqləndirən keyfiyyətdir. Hədəfi nişan almanın yaxşı nümunələrini onun müdafiəçi həmvətəni Tyagoda da görürük. Məncə Qabrielin potensialının tam istifadəsi üçün ona mərkəzin lider oyunçusu yolu açılmalıdır.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi + 1 =