1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

xlBir ildir ki, “Xəzər Lənkəran” klubu fəaliyyətini dayandırıb. (Yeniləndi)

O vaxtdan da azarkeşlərimizin əksəriyyəti demək olar ki, ümumiyyətlə futbola maraq göstərmir, hətta bəzi futbol sevərlərimiz idmanın bu növünə artıq nifrət də edirlər. Düzdür bu nifrət hissi əsasən ölkə futboluna yönəlmişdir, xarici futbola olan maraq isə öz yerindədir.

“Xəzər Lənkəran”sız Premyer Liqa və kubok oyunları keçirilir. Amma ölkə futbolunda daha həmin o əvvəlki intriqa və maraq qalmayıb. Sanki klublar biri birilərini yola verir, idman jurnalistikası da əvvəlki kimi qızğın rejimdə çalışmır, qələm sahibləri çox oxunan və geniş müzakirələrə səbəb olan köşələr yazmırlar, tribunalara toplanan azarkeşlər yadda qalan layihələrlə çıxış etmir və diqqət çəkən pankratlar açmırlar,  bir sözlə hər şey sünidir, hamı sözə qulaq asandır. Yuxarıdan gələn məsləhətlərə uyulur, tapşırıqlar da məmnuniyyətlə yerinə yetirilir ki, bu vəziyyət də AFFA və PFL-i tam qane edir… Lakin bütün bu sadalananlar “Xəzər Lənkəran”sız keçən çempionata maraq qata bilmir ki, bilmir..!

85 Şərh

  1. Zəfər Xəlilov

    Sən hər vaxt bu camiyənin qəlbində doğma vətənimizin bütün fəsillərdə açacaq və heç zaman solmayacaq bir gülü idin, “Xəzər Lənkəran”ım!..

    Sən solmayan bir gül ikən nədən soldun? Axı sən doğma vətənimiz olan Azərbaycanı “Qarabağ” kimi “Xəzər Lənkəran” adi ilə Avropada təmsil etməliydin!

    Axı indi nədən:

    Kulək hayandan əsdi,
    Kəmər belimi kəsdi,
    Məni atıb gedibsən,
    Demək sevgi əbəsdi! – deyə, artıq hər birimiz bir kənara çəkilib və şubhəylə bu sevginin nə ilə sona çatmasini gözləməliyik?

    Kaş sən fəaliyyətini davam etdirəydin, “Xəzər Lənkəran”ım! Doğma Azərbaycanımı futbolu ilə beşikdəki körpələrə kimi dünyada hamıya tanıdaydın. Mənim kimi yüz minlərlə azarkeşin qəlbində bir Avropa fatehi olaydın.

    Ən çətin günlərimizdə belə, sevinib, həyatımzda unudulmayacaq qədər ən gözəl günlərimizi səninlə yaşayaydıq. Sən qəlbimizin solmayan gülü, vətən sevgisindən yoğrulmuş bir sevdamız idin. Bəs sənə nə oldu?!

    Gəldin camiyəmizə, hamımız sənə “xoş gəldin, “Xəzər Lənkəran”ımız” demədikmi? Hamıya açıq bir sevda kimi yaşatmadıqmı səni? “Səndən qabaq vətəni, sonra səni seçdik” dedik. Sən isə şirin bir röya oldun bizə, səni hər kəsə danışdıq.

    P.S. Səni qəlbimdə hər kəsdən fərqli elə bir xoş sevda ilə sevdim ki, indi də sənsizliyinə razılaşa bilmirəm , nə də səndən başqasını sevmək istəyirəm. Sanki qəlbimin dərinliklərinə düşmüş və ordan bir daha çıxmayacaq ömürlük məhbusa çevrilmisən.

    Gözüm hər yerdə səni axtarır, “Xəzər Lənkəran”!

  2. Neftchi klubunun azerkeshleri hetta tesdiq edirler ki, XL-siz chempionatin lezzeti getmish

  3. Salam necesiz? Xezer her bir sheyimiz idi, cox baxli idim bu kluba,duzun diyim Xezerden sora voobshe xeberim yoxdu bizim cempionat var ya yo

  4. Azərbaycanlı says:

    Bu bir sonluqdur, bir onluğun sonluğu, onilliyin yekunu. AFFA çempionatına çəkilimiş maskanın on ildən sonra yırtılması ilə nəticələnən sonluq. XL (Klub+Azarkeşlər Birliyi) bu maskanın altına əzəldən girmədi, maskanı yırtmaq üçün bütün leqal və sivil davranış qaydalarından aşkar şəkildə istifadə etd i, turnir vəziyyətindən tutmuş, maddi vəsaitlərdən keçməklə, rahatlığı və bəzən şəxsi təhlükəsizliklərini qurban verməklə mənafelərini azacıq belə əsirgəməyərək , yorulmadan, bəzən isə sadəlöhvcəsinə hər şeyin düzələcəyinə inam bəsləyərək, idman qaydaları altında maskalanmış antifutbola qarşı çıxdı. Sonluq isə göstərdi ki, təməli əyri qoyulmuş AFFA çempionatı düzəlmək istəmədiyi kimi XL də əyilməyəcəyini göstərdi. Əyilmədi sınmamaq üçün, sındı əyilməmək üçün, bu sonluğa bilə-bilə, görə-görə çatdı XL, belə bir sonluğun hesabına olsa belə AFFA çempinatının riyakarlıq maskasını yırtmaqla son sözünü dedi XL.

  5. AZERBAYCAN CEMPİONAT HELE SOVETLERİN ZAMANINDADA SİFARİŞDER ESASINDA APARILIB. XEZER BU CEMPİONTA ALQI-SATQİSIZ VE GÜCLU QALİB GELSİN PRİNSİPİ İLE GELDİ VE CEMPİONATA BİR IŞQ SALD. AMMA BU İŞQ CEMPİONATI SİÇOVUL KİMİ YEYENNERİN GÖZÜN KOR ETMEYE BAŞLADIĞI ÜÇÜN BİRLEŞİB O İŞIĞI SÖNDURDULER. EN YAZIĞLAR İSE HAKİMLERDİ, OLAR ramin musayevle xaqani memmedovun OLARI BABEK QULİYEV, İMANXAN SULTANİ VE BUNLARA BENZER DİGERLERİN GÜNÜNE SALACAĞLARINDA QORXUB NE GÖSTERİŞ VERİLSE ONU SAYSIZ-HESABSIZ TEHQİRE DOZÜB CANNAN-BAŞNAN YERİNE YETİRİRLER(ÇÖREYLERİ SOYÜŞDEN ÇIXIR NEYNESİNNER). BU GÜNKÜ CEMİONAT RM – NIN QAZANC DÜKANI VE AZERBAYCANIN YOX ONUN CEMPİONATI OLDUGUNDAN ONA HARDAN MARAG OLA BİLER.

  6. Xezer Lenkeran qaydacaq?
    ***
    Ümidliyik.

  7. Salam admin.Xaiw edirem cavab yazim.Xezer Lenkeran yene ne vaxtsa donecey?
    ***
    Salam, cavab gecikdiyi üçünb bağışlayın. İnşaAllah qayıdacağına ümid edirik.

  8. Admin salam, sayt;i yiyesiz buraxmayin. XL-nin ushaqlarindan ne xeber var? ushaqlar ozlerine klub tapa bilibler? mumkunse oyreneydiniz
    ***
    Salam. Acigi hec kesden ve hec neden xeberimiz yoxdur. Sayti ise yiyesiz buraxmamishiq. Sadece Xezer Lenkeran fealiyyetini dayandirdiqdan sonra cemi azarkeshlerimiz de sanki ezamiyyete ve ya istirahete cekilibler. Buna yay tetili de deye bilerik.

  9. Azərbaycanlı says:

    Mübarək Ramazan Bayramı münasibətilə təbrikim var müsəlmanlara, Vahid Allaha inanan hər kəsə! İmanlı insanların bayram etdikləri bu gün insanın daxili aləmini Allaha doğru dəyişən və Ona inamı mökəmləndirən müqəddəs Ramazan ayının qəlblərimizi dolduran təntənəsi ilə səciyyəvidir. Hamımıza xoşbəxtlik və Allahın verdiyi həyatdan kam almaq arzusu ilə…

  10. Admin,niye xeber qoymusuz???
    ***
    Salam. Bildiyimize gore saytda derc etmeye maraqli xeber yoxdur. Ikincisi ise qeyd edim ki, internetin olmamasi kimi texniki problem de var ve buna gore de saytda hetta men de telefonla meqabaytdan istifade edib baxa bilirem ancaq.

  11. Azərbaycanlı says:

    Avro-2016-nın pauzasında idman portallarında eşələnəndə bir də gördüm ki, ölkə futbolu ilə bağlı xəbərlərə münasibətdə mollanəsrəddinçi bir yanaşmaya tutulmuşam- “-eşitmişəm ki, toydur. – mənə nə?”…görünür yaxın gələcəkdə bu inad inkardan qurtula bilməyəcəyəm…

  12. Siz affaya ancaq c//// klublar lazimdi ele biri nefci . Xezer Lenkeran var idi cenpiyanata maraqda var idi . Indi boyuk oyun hasi olacaq nefci qarabaq cemisi 150 azarkew olacaq . Size bele boyuk oyun lazimdi ay ramin musayev . Xezer Lenkeranin haqqi burnuvuzdan gelsin. Vu//// sizin 8 kamandali premyer liqaviza

  13. XL AZARKEWLERI RAMAZAN AYI MUNASIBETI ILE TEBRIK EDIREM

  14. Azərbaycanlı says:

    Sorun nədən rahat omur yurdu cənnət məkan olan könlüm,
    Nədən hərdən bitəm olur dadı Lənkərandan alan könlüm,
    “Fırtınalar meydanın”da əsmir xəfif meh də, yox havası,
    Bu nə haldı , dərdinə dəvası Azərbaycan olan, könlüm.

    • Azərbaycanlı says:

      Mərdanə atılıb meydana bir gün adından ad eylədi,
      Qəmin qəlbdə gizlədib, sevinciylə dostları şad eylədi,
      Nacinslər üzünə əhsən deyib arxasında dad eylədi,
      Bu namərdlər qovğasında axtarma nə mərd, nə meydan, könlüm.

      • Azərbaycanlı says:

        Yolu asan olmadı ağ-yaşıl möcüzənin, bilir aləm,
        Baş qaldırdıqca tuş gəldi riyakar fitnəsinə dəmadəm,
        Hərdən içindən nankorlar da olanda rəqiblərlə bahəm
        Bilinmədi topdur ya şərəfdir ayaq altda qalan, könlüm.

        • Azərbaycanlı says:

          Carçısı oldun tərəfdarınla həqiqətə sədaqətin,
          Haqqa, ədalətə məhəbbətin, hər rəzalətə nifrətin.
          Əlahəzrət Zaman özü verər keçdiyin yolun qiymətin,
          Yeriyə bilməz deyib atalar, tutsa ayaq yalan, könlüm.

  15. RUSTAM XEZERLİ says:

    Təzə nə xəbər var???????

  16. RUSTAM XEZERLİ says:

    Admin……. Buralardasan?
    ***
    Salam, yasadigim erazide internet yoxdur,ona gore de hec ne ede bilmirem.

  17. MUBARIZ BEYIN BU HEREKETI ESIL ADINA LAYIQ BIR ADDIM OLARDI

  18. MENCE RAMIN MUSAYEVI HER DEFE ADINI HAIIANDIRMAQLA BIZ ONUN BAZAR QIETINI ARTIRIRIQ

  19. Mübariz Mənsimov: “Rednik gəlsin, “Xəzər Lənkəran”ı yaşadım” – SOK SOK SOK

    02.06.2016 | 2440 dəfə oxunub
    “Xəzər Lənkəran” klubunun fəaliyyətini dayandırması barədə xəbər vermişdik bu məsələylə bağlı yeni xəbər əldə edib. Belə ki, komanda yenidən və daha güclü qurula bilər. Bu barədə klubun fəxri prezidenti Mübariz Mənsimova yaxın mənbədən saytımıza bildiriblər. Verilən məlumata görə, Mübariz bəy “Xəzər Lənkəran”ı yaşatmaq barədə düşünür. O, bildirib ki, komandanın eks baş məşqçisi rumıniyalı baş məşqçi Mirça Redniki “Xəzər Lənkəran”a gətirməyə razı salsalar, klubu yenidən dirçəltməyə və daha iddialı etməyə hazırdı. Yəni ki, Mirça Rednik gəlsin, “Xəzər Lənkəran”ı yaşadım. Daim qeyri adiliyi ilə seçilən Mübariz bəyin bu fikrinin reallaşması indi Rednikdən aslıdır.

    Mirça Rednik isə ötən mövsüm Buxarest “Dinamo”sunu çalışdırıb və komanda mövsümü titulsuz başa vurduğundan istefaya göndərilib.

    • Meşedi menası Sizde uzağ , deyillerki ”ac toyuq yuxusunda darı görer”. Gelin bizde heqiqeti görmeye calışağ. Ölünün qulağına dirilrceksen diyib ruhun incitmeydense, Allah Rehmet elesin diyib o ruhu şad eliyek.

  20. “Xəzər Lənkəran”ın sahibi çox güclü biznesmendi. Gənc yaşlarında, öz vətənindən kənarda aglı, bacarığı hesabına, kimsənin dəstəyi olmadan milyarder olub. Belə hal hər adama qismət olmur. O, bu zirvəyə çatıbsa, deməli istedadlı, həm də ağıllı adamdı.

    Mübariz Mənsimovun addımı-

    “Xəzər Lənkəran”a sırf biznes nöqteyi-nəzərdən yanaşsaq, bu klubu da Mübariz Mənsimovun bir biznesi saymaq olardı. Amma bu biznes gəlirsiz biznes idi. Maddi cəhətdən xeyir vermirdi. Ticarətdə bir biznes növü xeyir vermirsə, bu ticarət sahəsi “xəstə” sayılır. Adətən belə hallarda digər sahələri yoluxdurmamaq üçün belə biznesdən tez qurtulmağa çalışırlar, yəni bağlayırlar. Mübariz Mənsimov da belə etdi. Amma mən inanmıram ki, bunu gəlir vermədiyinə görə edib. Bu klubun gəlirsiz olması və mövsüm ərzində “yediyi” bir neçə milyon çətin ki, illik dövriyyəsi milyardlarla ölçülən o boyda kompaniyaya ziyan vursun.

    Bu fikri PFL prezidenti Ramin Musayevin “Xəzər” TV-də yayımlanan “Futbol saatı” proqramında səsləndirdiyi sözlər də təsdiqləyir. Onun fikrincə də, problem maddi sarıdan olmayıb:

    “Sadəcə, klubun sahibi Mübariz Mənsimov incidi. Çünki bu qədər əziyyət çəkdi, ancaq heç nəyə nail ola bilmədi. Deyərəm ki, Mübariz müəllim müflisləşdi, yox. Nəyi var, özünə qismət. Biz heç kəsin pulunu saymırıq. Mənsimovun pulu var. Yəqin ki, onu küsdürdülər”.

    Kim küsdürdü? Musayev burda çox güman, “Xəzər Lənkəran”ı idarə edənlərə işarə vurur. Amma bu sual birinci PFL prezidentinin üzərinə tuşlanmalıdı. Lazım gəlsə, internetdə axtarış verib, hakimlərin bu komandanın başına nə oyunlar açdığına dair onlarla sübut tapıb göstərərəm. Sadəcə, buna nə vaxt, nə həvəs, nə də heç ehtiyac yoxdu.
    Zatən görünən kəndə bələdçi lazım deyil. Hamı hər şeyi çox gözəl bilir. Niyə özümüzü yoraq? Yəqin ki, kimsə burda ya özünü, ya da camaatı axmaq sayıb “PFL-n hakimlərə nə aidiyyatı” sualını da verməz.

    Ramin Musayev bir də onu deyir ki, Mübariz Mənsimov bu qədər əziyyət çəkdi, heç nəyə nail ola bilmədi. Niyə ki? Çox şeyə nail olub. Məsələn, PFL və eyni zamanda onun şefi olmayan vaxt “Xəzər Lənkəran” Azərbaycan çempionu olub. Sadəcə, insan arzuladığı kimi görür. Sevdiyində çox şey görər, sevmədiyində heç nə görməz. Nə isə, bu fəlsəfi, psixoloji fikirlərdən sonra keçək mətləbə.

    Bəli, komandanın dağılmasının əsas səbəblərindən biri çempionatı keçirənlər tərəfindən cənub klubuna çoxlu haqsızlıqların olması oldu. Bu haqsızlıqlara dözmək lazım idimi? Yoxsa dözməyib komandanı dağıtmaq düzgün addım idimi? Məncə, ikinci variant düzgün idi. Yəni komandanı dağıtmaq. Bu cür çempionatda yarışıb haqsızlıqlara dözməkdənsə, uzaqlaşmaq daha məqsədəuyğun idi.

    Belə yerdə komanda çıxarıb yarışmaq, Mübariz Mənsimovun səviyyəsinə uyğun deyildi. Və atdığı ağıllı addımlar hesabına milyarder olan adam növbəti ağıllı addımını atdı.

    “Barselona” barədə təklif

    “Xəzər Lənkəran”ın dağıdılmasında başqa bir cəbəb kimi isə bu komandanın var olmasının separatçılıq meyllərinə yol açması barədə danışılan söz-söhbəti göstərirlər və sair və ilaxır.
    Bilmirəm belə söz-söhbət olub, ya yox. Amma onu bilirəm ki, futbol heç zaman parçalamayıb. Futbol barışdırıcı, sülh gətirən oyundu.

    İspaniya katalonlar, qalisiyalılar, basklar və bir çox xalqların yaşadığı ölkədi. Bu saydığım və saymadığım xalqların birləşməsi İspaniyanı təşkil edir. Ara-sıra onlarda da separatçılıq meylləri baş qaldırır. Ən çox bunu Kataloniyada müşahidə etmək olur. Bu bölgədə isə “Barselona” kimi klub var. Katalonlar zaman-zaman ayrılmaq istədikləri barədə fikirlər yürüdürlər. Məşhur “Real” – “Barselona” derbisinin prinsipiallıq daşıması səbəblərindən biri də budu. Bir neçə il öncə Katoloniya müstəqillik barədə referendum keçirmək istəyirdi. Bu zaman “bu bölgə müstəqil olsa, “Real”- “Barselona” görüşləri necə olacaq” sualı yarandı. Bu işə cavabdehlik daşıyan məsul qurumdan bildirdilər ki, Kataloniya müstəqil olsa, “Real” – “Barselona” görüşləri bir daha olmayacaq. Bu söhbətdən sonra Katoloniyanın müstəqil olmaq istəyi barədə söz-söhbət kəsilib. Bax, futbol belə oyundu. O parçalamır, birləşdirir!

    “Barselona” İspaniya üçün nə deməkdisə, “Xəzər Lənkəran” da Azərbaycan üçün (bizim səviyyəmizə görə) təxminən elə o demək idi. Bəs ispanlar niyə dağıtmır “Barselona”nı? Görünür, bizimkilər qədər ağılları yoxdu. Deyirəm “Barselona” azarkeşləri bir də separatçı şüarlar səsləndirsələr və ya orda separatçı meyllər yaransa, bunun səbəbini həmin klubda görsələr, ispanlara təklif edək, bizim təcrübədən yararlansınlar – yəni “Barselona”nı dağıtsınlar. Bacarmasalar, çağıraq, gəlib komanda dağıtmağı bizdən öyrənsinlər. Hətta onlara seminar keçib “sözə baxmayan komandanı necə dağıtmaq olar” adlı mühazirə də oxumaq olar. İspanlar da bizə təşəkkür edərək, sonra da gedib “Barselona”nı bizdən qazandıqları təcrübə hesabına, asanlıqla dağıtsınlar, canları qurtulsun.

  21. 12cioyuncu .info says:

    … bəs Tural Cəlilovun …

    Su axdı, çuxurun tapdı. Çempionumuz da, medalçılarımız da bəlli oldu. Son illərdə əlimizdəki-ovcumuzdakı futbolu Avropada layiqincə təmsil edən, Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacaran, “Rəvan”a məğlub olan “Qarabağ” yenə heç kimi yaxına buraxmadı. Qurban Qurbanovun “köhlən atlıları” adına Premyer Liqa dediyimiz yarışın qalibi oldu, yolüstü kuboku da götürdü. “Neftçi” yenə başqalarının hesabına Avroliqaya vəsiqə qazandı. Baba və nənələrimiz demişkən, özün gözəl olmaya bilərsən, amma əsas odu ki, bəxtin gözəl olsun. Nə isə…
    Məmləkətimizdə futbol mövsümü bitdi, bir az faciə, bir az da komediya elementləri qatılmış tamaşa başa çatdı. İndi pərdələri bağlamaq olar. Lakin bir məsələ açıq qaldı. Siz soruşana qədər özüm cavab verim, boşuna niyə zaman xərcləyək ki? Əfəndilər, bəs Tural Cəlilovun şeyi, üzr istəyirəm, dirsəyi nə olsun, dirsəy tapılmadı axı… Yəqin ki, yadınızda olar, sonuncu turda “Rəvan”la “Xəzər Lənkəran” görüşəndə baş hakim Ramil Diniyev əməlli-başlı hoqqa çıxarmışdı. Hakimlərimizin futbolun başına açdığı oyunlara həmişə başı ilə cavab verən hakimlərin başçısı Xaqani Məmmədov da isti-isti açıqlama vermişdi. Sumqayıt-Bakı yolunun Xırdalandan keçən hissəsində səsləndirdiyi fikirdə Xaqani bəy hamını əmin eləmişdi ki, Bayıldakı tamaşanın referesi Ramil Diniyevin qərarı dübbədüzdü. Çünki Tural Cəlilov dirsəyi ilə Ruslan Tağızadəni vurub.
    Cəmi ikicə gün sonra bilmirəm yuxarılardan, yoxsa aşağılardan Hakimlər Komitəsinin sədrinə nə dedilərsə, sözünü geri götürdü. Bu dəfə Bakı-Salyan yolunun Qobustandan keçən hissəsindən açıqlama verərək dedi ki, birinci dəfə səsləndirdiyim sözlərə bir qoz. Bəs mən mübahisəli epizoda telefonda baxmışdım, telefon zəhrimar da “kitayski” olduğundan, ekranı balaca idi. Balaca ekranda yaxşı görmək olmadı.
    Ansi Aqolli demişkən, xub. Telefonun ekranı balaca idisə, birinci açıqlamada camaatı niyə əmin edirdin ki, referi düz qərar verib? Balaca ekranda Tural Cəlilovun şeyini, üzr istəyirəm, dirsəyini necə görmüşdün? Adamdan soruşarlar ki, adam, dirsək sənin gözünə girməsin, bəs qanacaq, mədəniyyət necə oldu? Bayıldakı biabırçılıqdan ötən bu günlər ərzində nə sən, nə də təlimat verib göndərdiyin Ramil Diniyev ölkənin futbol ictimaiyyətindən, özəlliklə də “Xəzər Lənkəran” azarkeşlərindən niyə hələ də üzr istəməyib? Belə görünür ki, Hakimlər Komitəsinin sədri referilərə seminar keçəndə ilk sözünə belə başlayır – Hakimin sözü iki olar!
    Hakimlər Komitəsinin sədri dirsəy məsələsində iki fərqli fikir səsləndirsə də, AFFA və PFL rəhbərliyi israrla susmaqda davam edirlər. Yəqin yaxşı yadınızdadı, məmləkətimizin futbol funksionerləri səhər-axşam, axşam-səhər deyirdilər hakim də insandı, səhv edə bilər, lakin əsas başqa məsələdi. Əsas odu ki, qərəz olmasın, referinin səhvi oyunun nəticəsinə təsir etməsin. Amma Lerikdən Londona, Zaqataladan Zaqrebə qədər hamı gördü ki, Ramil Diniyevin səhvi təkcə oyunun yox, çempionatın nəticəsinə təsir etdi. AFFA və PFL rəhbərliyi bu məsələni araşdırmaq əvəzinə “Badamlı” içməklə məşğul oldular. Son günlər isə başları yaman qarışıqdı, neftlə işləyən çırağı da götürüb gününün günorta çağı yeni mövsümdə oynamağa klub axtarırlar. Ricard Almeyda demişkən, klublar da az bilmirlər, hərə bir bəhanəylə aradan çıxır. İndi cəmi 8 komanda qalıb. Belə getsə, deyəsən, hakimlərimiz işsizlikdən bir-birlərinə dirsək atacaqlar.

    Etibar Cəbrayıloğlu
    et
    Mənbə: “Aztodey.az”

  22. raminin bigi da gulur indi. Elbetde gulmelidir, oyunun qalibi odur gulmelidir de. Deyir Mubariz Mensimov kusub. Sual cixir kimden kusub, niye kusub? Kim kusdurub? Belke nece il qabaqlar raminlerin uzaqgörenlikle komandaya yerlewdirdiyi agentler, komandani duwunulmuw wekilde mehve surukleyen tuyqunlar kusdurub? ……

  23. Ramin Musayev: “Xəzər
    Lənkəran”ı qəbul etməyə
    hazırıq” [31.05.16] Peşəkar Futbol Liqasının (PFL)
    prezidenti Ramin Musayev
    “Xəzər Lənkəran”ın
    fəaliyyətinin dayandırmasına
    münasibətini bildirib. Qol.az-ın sportnet.az-a
    istinadən yaydığı xəbərə görə,
    PFL rəhbəri bununla bağlı
    “Xəzər TV”də “Futbol
    proqramı” verilişində
    mövqeyini açıqlayıb. R.Musayevin fikrincə, problem
    maddi sarıdan olmayıb: “Sadəcə, klubun sahibi Mübariz
    Mənsimov incidi. Çünki bu
    qədər əziyyət çəkdi, ancaq heç
    nəyə ola bilmədi. Deyərəm ki,
    Mübariz müəllim müfsiləşdi,
    yox. Nəyi var, özünə qismət. Biz heç kəsin pulunu saymırıq.
    Mənsimovun pulu var. Yəqin ki,
    onu küsdürdülər”. PFL prezidenti “ağ-yaşıllar”ın
    Premyer Liqada çıxışını davam
    etdirəcəyini istisna etmir:
    “Bilmək olmaz. Sabah fikrini
    dəyişdi, dedi qayıdıram. Biz də
    “Xəzər Lənkəran”ı qəbul etməyə hazırıq. Niyə də yox? 12
    komandamız olar. Birinci
    diviziondan 1 yox, 2 komanda
    gələr. Heç bir problem yoxdur.
    Əksinə, “Xəzər Lənkəran”ı çıxış
    edəcəyinə sevinərik. Yəqin ki, bütün futbolsevərlər məndən
    razı qalarlar. “Çünki “Xəzər
    Lənkəran” yarandığı vaxtdan
    çempionata marağı artırıb”

  24. Azərbaycanlı says:

    Ramin Musayev bu dəqiqə XəzərTV-də deyir ki, XL-ın sahibi pul buraxmaq qərarına gəlsə komandanı çempionata buraxmağa onlar tərəfdən problem olmaz. Tülkü hiyləgərliyi ilə edilən bir gedişdir…dedikcə ağzı sulanır XL puluna, axı yeganə xalis pul XL-dən gəlirdi, yerdə qalan dövlət xəzinəsindən maliyyələşənlərin puluna barmaq uzatmaq o qədədr də rahat deyil. Məncə XL-nı mümküncə çempionata qatmamaq yaxşı olar, ən azı ardıcıl iki sezon. Qoy aşağı yaş qruplarında iş getsin ki, burada da qozbelin donqarı görünsün, əminəm ki, əsas komandaya olan basqılar uşaqlara da eyni güclə təkrar olunacaq. Aşağı qruplarda olan istedadların inkişafı üçün xarici akademiyalarla əməkdaşlığın təməli qoyulsun, təsəvvürümcə burada fəaliyyət üçün sahə bəs qədərdir.

  25. Fegan242 says:

    Lenkaran futbolsuz qalmaz! Mende gezleyirem ve inaniram…

  26. Nə qədər biz azarkeşlərə ağir olsa da , hamimizin həmişə könlumuzdə əbədi iz salan “Xəzər Lənkəran” kamandasinin tarixə qovuşmasi ilə razilaşa bilmirəm.Hər gün Lənkəran ziyalilari ilə əlaqə saxlayir və kamandamizin gələcək taleyi ilə bağli muzakirələr edir və hələ də qaranliq qalan məqamlarin ustunu açmaq üçün fikir mubadiləsi edirəm.

    Əslində sadiq azarkeşlərə qaranliq qalan məsələlər barədə açiq danişmaq o qədər də asan deyil.Əgər ilk baxişdan klub idarəçilərinin yaritmaz fəaliyyəti “XL”-nin tarixə qovuşmasinin birinci səbəbidirsə, bir az dərinə gedəndə dəhşətli mənzərə ilə rastlaşiram.İndi bunlari aşkar demək birmənali qarşilanmaz deyə,-susmaği üstün tutanlarin tərəfində dayanmağa məhkum olanlari anlayiram.Belədə nə etməli?
    Budur sual!?-cavabi isə hələ də muşkul məsələyə çevrilib.Bir onu arzu edirəm.Arzu edirəm ki , klubdan Pfl və Affa-nin adamlari bundan sonra təbii olaraq getməyə məcbur olacaqlar.Ciddi islahatlar sifir nöqtəsindən başlanmaqla maddi maraq xatirinə susanlarin qarşidurmasi güclənəcəkdir.Bu adamlar heç özləri də hiss etmədən klub və kamandaya xain olduqlarini bildirəcəklər.Axi artiq onlara “YER” olmayacaqlarini dərk edir və yavaş-yavaş soyuq yellərin əsəcəyini hiss edərək artiq uşuməyə başlayiblar.
    —–Siz də üşüyənlərı qisa zamanla hiss edəcəksiniz…..əziz “XL”-lilar!

  27. Narahat olmayın,Xezer Lenkeran hele dağılmayïb,dağılsaydı birdefelik dağılardı.Baxarsı 1-2ile yenede komanda olacaq,ozude bele bi komanda yoxaaaa,o vaxt ki xezer,o vaxtki azerkeşler.Baxarsız.Sozumun ustunde durura,ve uzağı 2ile yazaca,ona gore meni yaddan cxarmayın

  28. RUSTAM XEZERLİ says:

    Salam. Minlərlə Xəzər Lənkəran azərkeşlərinin sevimlisi 12cioyuncuinfo saytı ” Bu da son” başlıqlı yazı dağılmış Xəzər Lənkəran kulubu ilə bərabər sizin saytada aiddi. Sizin saytda hər şeyə son deyib fəaliyyəti dondurur?
    ***
    Salam. Bu saytı Mübariz Mənsimov yaratmayb ki, onun “Xəzər Lənkəran” barədə verdiyi qərar sayta da aid olsun və ya bu saytı Rövnəq Abdullayev yaşatmayb ki, onun əlaltılarnın “Xəzər Lənkəran”a etdikləri saytımza da fiziki mənada təsir edə bilsin. Məsələnin mənəvi tərəfinə gəldikdə isə deyə bilərəm ki, sadəcə “Xəzər Lənkəran”n hazırki aqibəti bizim üçün də çox üzücüdür və düşünürük ki, müəyyən müddət saytda yazlar dərc etməsək daha münasib olar. Amma bu müvəqqətidir.

  29. mene deniz verin mene xezeri verin !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  30. “Xəzər Lənkəran”ın dağılmasına səbəbkar olan hər kəsi lənətləyir, Azərbaycan futboluna əsl fanat hərakatı bəxş edən, futbolumuza azarkeş mədəniyyəti gətirən, sevimli “Xəzər Lənkəran” azarkeşlərinə Rusiyanın ucqar şimalından sevgi və sayqılarımı çatdrıram. Fəxr edirəm ki, Azərbaycanda hələ də alternativi olmayan azarkeş saytı məhz bizim azarkeş ordusuna məxsusdur və bu ordunun bir əsgəri kimi mən də burada fikir bildirə bilirəm. Biz ilk olduq, biz nə etdiksə hamıdan yaxşı etdik, hamı bizi nümunə göstərdi.
    Admin, sizə də belə bir saytı yaradıb yaşatdğınız üçün və azarkeşlərin yolunda bütün etdikləriniz müqabilində dərin dərin təşəkkürlərimi göndərirəm. Şəxsən tanş olmaq arzusu ilə: Sadə azarkeş, Ə. Samir

  31. Salam Alleykum!
    Atalar deyib “Haynan gelen vaynan geder”. Mesel “Xezer Lenkeran”-a uygun geldiyi ucun yazdim.

  32. Nədənsə hamı son oyundakı hakim səhvlərindən danışır. Yanvar ayından bu yana komandamızın oyunları nə tez yaddan çıxdı.komandamız 5 ay ərzində bir qələbə qazana bilmədi.oyunçularımızın sifətində mübarizlik,döyüşkənlik,məğrurluq heç zaman hiss etmədim.90 dəqiqə boş boşuna ora- bura qaçıb vaxt itirməyin bəs axırı necə olmalı idi.qaldı ki Rəvan a onların 6 xalını çıxmasaydılar Rəvan Xəzər dən 9 xal qabaq idi.deməyim odurki son çempionatda oynayan komandamızın oyunçularından niyə danışmırıq.yeri gəlsə hər bir oyunçularımızda hesab sormaq lazımdır,onların adlarını dəfələrlə çəkmək lazımdır ki bu oyunçu larımız Xəzərin qazandıqları uğurları xərcləyib bizi biabır etdilər.

  33. Azərbaycanlı says:

    əlbətdə ki, xoşbəxtlik sponsorun pulunda deyil…amma onda nəsə var imiş)))

  34. AC QULAGIM DINC QULAGIM

  35. tupurum ramin musaevin xaqani mammadovun ve diqer oqrularin vi…nina/pula satan vicdanlarine/Allah size hakim olsun

  36. rehman says:

    İNDİ NEHAYETKİ ramin musayev ARZUSUNA CATDI, ÜC GÜN ÜC GECE BAYRAM ELIYECEK.
    KAŞKA BU QERARI BİRAZ EVVEL VEREYDİLER, ONSUZDA HER ŞEYİ İTİRİLMİŞDİLER, HEC OLMASA ŞEREFLERİN QORUYARDILAR ONUDA BACARMADILAR.
    ARXASI OLMAYANIN ARXASINDA NECE DURURLAR , İZAH ELESEYDİLER BİZDE BİLERDİK.
    BELENCİY REHBERLİYİN ARXASINDA HEC KİM DURMAZ.

  37. Lenkerani hec cure futbolsuz tesefur ede bilmirem . Xezer Lenkeran Azerbaycan cenpiyanatinin bezeyi idi. (((((

  38. RUSTAM XEZERLİ says:

    Bunuda deyim Xəzər Lənkəranl dunyaya Mənsimov qardaşlarının pulu yox Lənkəranlı futbol sevərlərin sevgisi tanıdıb.. O pullardan başqa komandalar üçün xərclənib amma o qədər sevilməyib, tanınmayıb.

  39. RUSTAM XEZERLİ says:

    Mən bir xəzər lənkəran azərkeşi kimi hec vaxt belə rəhbərliyin arxasında deyiləm.

  40. RUSTAM XEZERLİ says:

    Olmayan komanda necə brend ola bilər?

  41. kamran says:

    bu azerbaycan cempionatina xezer lemkeran kimi boyuk klub lazim deyil onlara neftci kemez sumqayit kimi buyunduruq olanlar lazimdir

  42. Hemise demisem indi de deyirem klubu dagidanlar ele onun bashinda oturanlar idi. sen oz mulkuve sahib cixmayandan sonra affa ve pfl dunenden ona sahib cixmaz. hamisi berbad idareciliyin neticesidi. futbolun f-sindan basi cixmayanlar gelib klubda at oynadirdilar hemise. bele yaxsidi ele. onsuzda klubun varligi ile yoxlugu bilinmirdi son 2-3 ilde.

  43. Admin bəy.Əlbəttə mən də kamandamizin çixişina son verilməsinə uzulurəm amma bu vacib idi ki ,–“Bəzilər” dən bəlkə təmizlik işi təbii seçmə yolu ilə aparila bilə…

  44. Azerbaycan çempionati ve kubok oyunlarina baykot !!!

  45. mende pis oldum pfl de affa da hami xezer ezir eslinde bele cempionatda cixis etmek duz deyil her sey evvelceden planlasdirilir amma onlarin uzune de qoymaq olmur qoy ozleri ucun baki cempionati kecirsinler

  46. Fegan242 says:

    Cox pis oldum. En yeni Tarix. Sherefle geldik,Shereflede gedirik!!!

  47. “Tüpürüm sizin futbolunuza” – sitatın sonu…

  48. Sen tekrarciligin qalasini ucurdan igidsen!… Tesekkur Islam muellim!!!

  49. Nəhayətki, bu bazar liqada BİZLƏRƏ yer yoxdur.LƏNKƏRANIMA həmişə MƏRD meydan arzulayıram, BİZ ancaq belə meydanlara layiqik. BÜTÜN LƏNKƏRAN SEVƏRLƏR I BAĞRIMA BASIRAM, XOŞ ARZULARLA…

  50. MEN BIR XL AZARKEWI OLARAQ HEC DE BU HADISELERLE BARIWA BILMIREM BUTUN BUNLARA KOMANDANIN FEXRI PRIZDENTI CAVAB VERMELIDIR

  51. RƏHMAN says:

    Salam. Mən bu qərarı ayaq üstə alqışlayaraq dəstəkləyirəm. Uzun-uzadı yazmaq istəmirəm.Xəzər Lənkəran bu 12 ildə axnla yox, axına qarşı irəllədi. Dünya miqyasında misli görünməmiş təzyiqlərə məruz qaldı. Uğurlarının qarşını gah buyruq qulu olan hakimlər, bəzən də Xəzər Lənkərana gələnə qədər cibində siçanlar oynayan, komandamızda qazanan böyük pullardan sonra quduraraq yuxarıdan gələn buyruqlara görə satqınlıq edərək oyunları satan və buyolla da neçə-neçə uğurların qarşısını alan futbolçularımız oldu. Bu 12 ildə neçə-neçə məşhur futbolçular, dünya səviyyəli məşqçilər komandamıza gətirildi. Так что naşükürlük eyməyək…

  52. Mən inanmıram.Pis Yuxu Görürəm.Yuxudan Nəsə Ayıla bilmirəm

  53. Salam aleykum coxdan idi serh yazmirdim.elimizin adeti var hetta kusenler de yas meclisinde istirak etmeyi ozune borc bilir.cox hormetli admin sizin meshur serinizi esitmek isteyirem basqa hecne…..
    Sen azadliq negmesisen notlarini bilmez koleler…..
    ***
    Davam edir, səni sevdiyimizə görə təhqirlər, təzyiqlər…
    Səsimizi boğmaq istəyir qara dəyənəklər…
    Sənə düşmən kəsilənlərin, səni sevənlərə xəyanət etdiyi bu məmləkətdə,
    haqqını istədiyin günlərin say artımı davam edir…
    Sənin haqqını yedi gədalar, yaltaqlar boyun əydi düşməninə,
    sənə qarşı birləşmək üçün…
    Ağ-yaşıl sevginlə yaşayan minlərlə azarkeşin,
    “Haydı irəli Lənkəranın Xəzəri !” hayqırtısını,
    bəyənməz kökündən bixəbərlər, 3-arxasını unudanlar…
    Səni sevən ürəklərin yer aldığı sinələrə dəyənəklər vursalar da
    sındıra bilməzlər bu sevgimizi…
    Sən bir azadlıq nəğməsisən ki, notlarını oxuya bilməz kölələr…
    Adını çəkərkən dilləri dönər şərəfsizlərin…
    Səni sevə bilməz yaşılına kor baxanlar,
    “Xəzər Lənkəran”ım…
    Sən olduğun kimi görünən bir həqiqətsən,
    Sən ədalətin tərəfində yer aldığından sən özün bir ədalətsən !
    Sən “təkrarçılığın qala”sını uçurdan bir igidsən…
    Sən Xan Lənkəranın yurd sevgisindən doğan günəşsən ki,
    şəfəqlərini görərkən gizlənər “yarasalar”…
    Sənə sevgi dolu ürəklər bağlı ikən nəyə lazımdır ki, titullar…
    Sən bizim titulumuzsan, sən bizim fəxrimizsən “Xəzər Lənkəran” !

    İslam Cabbarlı 11.05.2006

  54. Rovshan Asadov says:

    Muellim, bu xeber onsuz da bizim üçün derddir, amma qürbetde daha çox tesir edir. Allah bize sebir versin. Geleceye ümid edek, demeye başqa söz tapmıram.
    ***
    Davam edir, səni sevdiyimizə görə təhqirlər, təzyiqlər…
    Səsimizi boğmaq istəyir qara dəyənəklər…
    Sənə düşmən kəsilənlərin, səni sevənlərə xəyanət etdiyi bu məmləkətdə,
    haqqını istədiyin günlərin say artımı davam edir…
    Sənin haqqını yedi gədalar, yaltaqlar boyun əydi düşməninə,
    sənə qarşı birləşmək üçün…
    Ağ-yaşıl sevginlə yaşayan minlərlə azarkeşin,
    “Haydı irəli Lənkəranın Xəzəri !” hayqırtısını,
    bəyənməz kökündən bixəbərlər, 3-arxasını unudanlar…
    Səni sevən ürəklərin yer aldığı sinələrə dəyənəklər vursalar da
    sındıra bilməzlər bu sevgimizi…
    Sən bir azadlıq nəğməsisən ki, notlarını oxuya bilməz kölələr…
    Adını çəkərkən dilləri dönər şərəfsizlərin…
    Səni sevə bilməz yaşılına kor baxanlar,
    “Xəzər Lənkəran”ım…
    Sən olduğun kimi görünən bir həqiqətsən,
    Sən ədalətin tərəfində yer aldığından sən özün bir ədalətsən !
    Sən “təkrarçılığın qala”sını uçurdan bir igidsən…
    Sən Xan Lənkəranın yurd sevgisindən doğan günəşsən ki,
    şəfəqlərini görərkən gizlənər “yarasalar”…
    Sənə sevgi dolu ürəklər bağlı ikən nəyə lazımdır ki, titullar…
    Sən bizim titulumuzsan, sən bizim fəxrimizsən “Xəzər Lənkəran” !

    İslam Cabbarlı 11.05.2006

  55. sabuhi says:

    Bu addimi indi deyilde 1 il bundan qabaq atilmali idi, ve bunun sebebi mence milyonluq borc ve cezalardan yayinmaq idi ve bunuda elde etdiler….

    Ne stadionu verdi kimese, nede pul uduzdu…Mensimov….Ticaretciden ve iqtisadci tefekkuru olan adamdan bundan artigi gozlemek olmazdi….

    Ya gelecek illerde basqa adla bu klub yeni hemin bascilarla geri qayidacaq…Yada Mensimovu burda pul qazanmaq perspektivliyini daha artigini gorub tezeden ligaya qayidar (belke yeni dovlet programi falan daha elverisli sertlerle)..Bu adam pul qazanmadan ayagini ayaginin ustune asirmaz…Xezerin sahesinde hem ozu tanindi, hem sirketi hemde teze acdirdigi pal sudu….Arada da cixib camaatin hislerinle oynadi….Klubuda satmaq istemir ucuza….Bu adama qarsi hormetim sifira endi….Yaxsi ki klub baglandi en azindan bir derdimizden uzaglasdiq….

    • Sabuhi, qardashim, s’n h’r il .’xsi budcenden 20-25 milyon rovneqle, acgoz ment raminin (adlari bilerekden kichik yazdim, o yerdeki XL-nin adi var, o yerdeki Mubarizin adi chekilir) chempionatina xercleyerdin? Eslinde mende o fikirle raziyam ki, XL chempionatdan 2013-cu ilin finalindan sonra imtina etmeliydi, bu gune qalmamaliydi.

      • sabuhi says:

        Reklam ozu bir marketinqdi Pal dudu ve Palmalini ve bir cox boyulu ve xirdali sirketlerini Xezer sahesinde tanitdi ve reklam eledi…Xezer yaranmamisdan evvel kim Mubarizi taniyirda veya onun sirketini….Yeni demeyim 20-25 milyon birinci hec xerclemiyib bu adam her il lap xerclesede o sirketlerini bu seviyede reklam etmek ucun gerek her il milyonlar xerclemeli idi…..
        Adi nike kimi firma bir reklama gore Ronaldoya 10 milyondan cox pul verirse…Palsud ve Palmali, palbozbas kimi sirketleri tanitmaq ucun Xezerden ideal variant yox idi, hele bura basqa amillerde var…Yeni bu adam Xezere gore ziyan etmiyib hetda qazanib….Eger yene qazanc teleb edecekce yene bu yolu tutatcaq…

  56. Seymur says:

    Cox duzgun qerardi, gecikmish olsa bele. Mence Mubariz Mensimov bu addimi kubok oyunundan derhal sonrada ata bilerdi, amma atmadi, cunki hemin vaxt olke prezidentinin futbolun inkisafi ile bagli10 illik planla var idi ve hemin plan 2015 de sona catdi. 2013 Mubariz bey sozun heqiqi menasinda ”tupurmushdu” olmuyan futbolumuza. Amma AFFA da oturanlara Olke bascisinin plani bele tesir etmir.

  57. Çıxardığım nəticə budur:
    1. “Xəzər Lənkəran” çoxdan bəri labüdləşmiş, hətta bir xeyli gecikmiş qərarını bəyan etdi. Zamanında atılan addımla özünü oyundan təmiz çıxara bilər, azarkeşlərini indiki kimi param parça görməzdi. Amma pullu cocuqların bunu vaxtında etmək üçün yetişməmiş cürəti indiki bəyanatla yersiz və mənasız şəkildə havası boşalan rezin şar-balonu kimi cüyüldədi.
    2. Qoy Azərbaycan futbolu sözə qulaq asan, başı sığallara və qappazlara alışmış klublara, klub rəhbərlərinin sözü ilə yaranan fan klublara, oyuna biletsiz baxmağa vərdiş edən fanatlara, uşaq baxçasından yenicə orta məktəbə yollanan “futbol xəstələri” qismində azyaşlı “təcrübəli fanat”lara, icra hakimiyyətinin göstərişi ilə stadiona doluşub azarkeş davamiyyəti “rekord”larını müəyyənləşdirən “azarkeş”lərə, sifarişlə yazan mediaya, ət satan futbol funksionerlərinə, maşın təkəri qaraldan futbol rəhbərlərinə qalsın.
    3. Biz isə xarici futbollarla fikrimizi saxlayar və bu 12-il ərzində bərpasız talanan əsəb hüceyrlələrimizin yenilərini həvəslə qoruyarıq.

  58. DUZU WERHE EHTIYAC YOXDUR XL DAGIDANLARI ALLAH CEZASINI VERSIN

  59. Kecmiw azarkew says:

    Bilmirem ne qeder realdir, amma yene de yaziram. Cox isterdim ki, bu sayt yawasin. XL-ni oldurseler de, azarkewleri sagdir hele. Yeqin ki, zamanla bizi de ” oldurecekler”. Amma hele ki, sagiq ve her weyi Allah yuxaridan gorur. Ona wekk edene lenet!..

  60. Azərbaycanlı says:

    Gecikmiş olsa da, doğru qərardır. Say üçün olmaqdansa, sıradan çıxmaq düzgündür. Görünür mövcud vəziyyətdə paranoidlər məskəni olan futbol “parnikimizdə” XL üçün baş qaldırmaq perspektivi yoxdur və bunu yəqin edən Mübariz Mənsimov son qərarını verdi. Əsas komandası olmadan, özəl uşaq idman məktəbi səviyyəsində AFFA-nın bayrağı altında fəaliyyət göstərmək niyyəti bərədə bəyanat bu günümzdə bəyanatdan başqa bir şey deyil, çünki bu formatda bir idman məkdəbi Azərbaycanda yoxdur, əgər yoxdursa, bu təşəbbüs hər addımda inzibatçı bürokratların -“yox”, “olmaz”- kimi baryerləri ilə qarşılaşacaqdır. Bununla yanaşı artıq meydan açıqdır, bu gün Lənkəran futbolu üçün Mübariz Mənsimovdan artığını və daha uzun müddətə edə biləcək bir kəsimiz varsa, onu alqışlamağa hazıram.

  61. Keçim əsas məsələyə. Azərbaycan futblunun indiki durumuna aparıcı lider qismində “Qarabağ” və “Neftçi” daha çox uyğun gəlir ki, elə beynəlxalq arenalarda da ölkəmizi uğurla məhz bu iki klub təmsil edib, başqa sözlə nə olmalıydısa o da olub.
    Gələcəkdə “Qarabağ” ölkə çempionatında ehtiyac olarsa yenə solonu ifa edəcək, tapşırıq verilsə sonuncu yerdə gedən kluba uduzacaq, məsləhət bilinsə bütün o biri klublara “zü” tutacaq, lazım gələndə isə tanınmış Avropa klubunu məğlub edəcək. Elə “Neftçi” də premyer liqa və kubokda çalınacaq istənilən havaya uyğun rəqs edəcək. O biri klublar isə maliyyə asıllığını bəhanə gətirərək manqurtlar kimi istiqamət verilən tərəfə yönəlməkdən zövqlə xəbərsiz olacaqlar və futbol “inkişaf” edəcək.
    “Xəzər Lənkəran”a gəldikdə, etiraf edilməlidir ki, ağ yaşıl klub bu qazanda bişmədi, bişə də bilməzdi. Ona görə yox ki, gönü qalın idi, ona görə ki, qazandakılara yad idi, uyuşa bilməzdi, yağı da əti də başqa idi və qazan dibi yalayanlara qismət olmamaq üçün qazanı hələ bir neçə il bunda öncə tərk etməli idi. Özü də qapını çırparaq getməli idi. Bu isə böyük cəsarət tələb edirdi. Böyük qardaş sözünü deyib kənarda qalmışdı, növbə kiçik qardaşın idi. O isə, bunun öhdəsindən gələ biləcək bacarığa, hadisələri qabaqcadan ölçüb biçə bilən ağıla malik deyildi. Köməkçisi Tuyqun Nadirov da standart şəxsdir, onun azad qərar vermək üçün şüuru yetərincə inişaf etməyib deyə belə acı sonluqla indi azarkeşlərimiz üzləşir.

  62. Bu qərardan saaa. kulubun rəhbər heyətini təcili uzaqlaşdırıb, futboldan başı çıxan, üreyi Xəzərlə döyunən insanları rəhbərliyə gətirmək lazım idi…. maisdən nə rəhbər ? Tuyqundan daa həmçının…

  63. Bəyanatı ürək ağrısı ilə oxudum və ilk dəfə olaraq azarkeş saytımızda şərh yazmaq qərarına gəldim. Klubun qeyri düzgün idarəçiliyi, Mais və Tuyqun cütlüyünün uğursuz siyasəti və nəhayət böyük Mənsimovun mənasız, boş boğaz strategiyasından yazmaq istəmirəm. Çünki bu böyüklükdə klubun fəaliyyətinin dayandırılmasında bir başa və yalnız yuxarıdakıların günahını görmürəm. Onlar bacarıqsız olduqlarından prossesin aktiv fazasına aciz qalaraq axarla hərəkət edirdilər. Halbuki hamıya bunun tərsini göstərməyə çalışmışdılar. Mübariz Mənsimovun vali təyin etdiyi qardaşı Mais Mənsimov yerini əbədi cənnətməkan hesab edən, qısa düşüncəli, özünü əsəbi kimi göstərməyə çalışan bir az ağıldan bir az da uzaqgörənlikdən kəmin birisi idi. Tuyqun Nadirov isə onun havasını saxlayan bic vəzirə bənzəyirdi. Hər ikisinin psixi porblemlərini olmasına zərrə qədər də şübhə etmirəm. Onlar özlərini böyük adam hiss edirdilər, ancaq reallıqda tabeçiyində olanlardan təkcə pula görə üstün idilər.

  64. Bu nə peşəkarlıqdı…… Sizin peşəkarlığınıza…….. nə isə..

  65. Kecmiw azarkew says:

    XL her terefli baw agrisi idi. Meselenin gorunmeyen terefleri coxdur. Mubariz muellim de fovqeltebii guce malik deyil. Men onu hec vaxt qinamazdim. Bize bexw etdiyi acili- wirinli gunlere gore sag olsun!

  66. AY SİZİ ŞAD XƏBƏR OLASINIZ NƏHAYƏT MÜBARİZDƏ ÖZÜNÜN ĞÖYƏRTİ SATAN OLDUĞUNU SÜBUT ETDİ BİLDİRDİ Kİ BU AZƏRBAYCAN FUTBOLU Kİ VAR ONLUQ DEYİL.BUNDAN SONRA XL FUTBOL KLUBUNU FIRRADANLAR ĞETSİNLƏR ÖZLƏRİNİN KÖHNƏ PEŞƏLƏRİ İLƏ MƏŞĞUL OLSUNLAR.CÜNKİ BU TOP Kİ VAR YUMRUDUR İSTƏDİYİN TƏRƏFƏ RAHAT YÖNƏLDƏ BİLƏRSƏN.

  67. Neil577 says:

    Axır ki! Özləridə rahatlaşdı bizidə rahatlaşdıtdılar. Hansı azərkeşə arxayın olmaq istəyirsiz olmayandan sora??

  68. Allah cezavizi versin bu qeder milletin hislerini illeerle oynadib sora tapdaladigiviz uçun lenetlenesiz sizi kul sizin de bsşiviza brendivuzunde

  69. Menim anladigim budu ki,klub borc yatagindan qurtulmaq ucun sadece esas komandani dagitdi,gelecekde Mubariz Mensimovun veziyyeti duzeldikden sonra klub esas komandani yeniden berpa edecek,onumuzde olan bu bir iki ili ise elince komandasinin yolu ile gedecekler.

renat üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− iki = 6