1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

XL-ZIREPremyer Liqanın VI turu çərçivəsində sabah, sentyabrın 27-də “Zirə”ni qəbul edəcək “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini eçirəcək.

Komandamız saat 20:00-dan 20:50-ə qədər, qonaq komanda isə saat 21:00-dan başlayaraq bir saat müddətində “Fırtınalar meydanı”nda məşq edəcəklər.

Bundan bir neçə saat əvvəl isə stadionun ehtiyat meydançasında komandaların əvəzedici heytləri görüşəcək.  Matçı idarə edəcək hakimlər: Yusif Hüseynov, Ruslan Babayev, Maqsud Şıxəliyev, Rəşad Aydınov.

Lənkəranda yaşayan azarkeşlərimizi, eyni zamanda bayram günlərində doğma el-obasına təşrif buyurmuş bütün futbolsevərlərimizi gənclərimizə dəstək olmaq üçün əvəzedicilərin oyununa dəvət edirik. Bir daha xatırladaq ki, gənclərin oyunu saat 16:00-da başlayacaq.

9 Şərh

  1. Bizim indi ki komandamiz bu deqiqe azerbaycanda butun komandalardan yaxsi oynuyur sadece qolda ve mudafiede diqqetli olmaliyiq bu qeder

  2. Brat heyifslenmeke deymezki Ruslan kimiler getdi bizim Rahidimiz skarlamiz onlarin hamisindan qat qat ustun oynuyur Ruslan evvelerde bizde olubda guya ki yaxsimi oynayib ellbetde yox onlar bizde pula oynuyub Rahid kimi urek kimi yox

  3. Rovshan Asadov says:

    Qarabag – neftci 1 – 1. InwaAllah sabah Zireni meglub etsek ki cox cetin olacaq, onda top ferqi ile hem Zireni hem de neftcini geride qoyub 4-cu yere yukselirik. Herkes stadiona! Komandaniza destek verek

  4. axşamınız xeyir.xahiş edirəm məni düzgün anlyasınız,transfer qadağasının qüvvədə qalması şəxsən mənim bir tərəfdən ürəyimcə oldu-səbəbi isə elə bu Ruslanın,Vaqifin,Vüqarın çıxıb getməsidir,Ruslan bu xəbəri eşidər-eşitməz avvtobusa minən kimi mən Qəbələ üçun darıxmışdım,Vaqif,Vüqar da onun dalıyca,bizə meydanda var qüvvəsini qoyan uşaqlar lazımdır,top dalıyca qaçan lazımdır,pul dalıyca qaçan yox,qoy bilsinlər ki,top dalıyca yaxşı qaçanın pul özü dalıyca qaçar!!!Allah bizə biraz hövsələ klub rəhbərliyinə isə bilmirəm nə versin!!!

  5. Salam Admin.İnşallah qələbə qazanaraq. ADMİN Mubariz bu yaxınlarda Azərbaycanda olub .deyilənə gorə komanda rəhbərliyi ilədə görüşüb.necə düşünürsüz nəsə bir yenilik gözləməyə dəyər?
    ***
    Salam. Mən də buna ümid edirəm, görək də.

  6. GEDƏNLƏR KOMANDAMIZA ƏSİL MÜNASİBƏTİNİ GÖSTƏRDİLƏR , YUNİS HÜSEYNOV BUNDAN DƏRS ALMALIDIR .VAQİF , RUSLAN , VÜQAR KİMİLƏRDƏNSƏ BİZƏ FƏRİD, ZAMAN, MASUM KİMİLƏR DAHA VACİBDİR . BU HƏM MADDİ HƏMDƏ MƏNƏVİ CƏHƏTDƏN DÜZGÜN ADDIMDIR . XƏZƏR LƏNKƏRANIN YETİRMƏLƏRİ ARTIQ ÖZLƏRİNİ SÜBÜT ETDİLƏR DESƏM YANİLMARAM .KOMANDAMIZA ÖZ YETİRMƏLƏRİ QƏDƏR CAN YANDIRANLAR TƏK TÜK OLACAQ , RƏDD OLSUN VÜQAR , VAQİF ,RUSLAN KİMİLƏR .LAZIM GƏLƏRSƏ NƏTİCƏNİ İKİNCİ PLANA ÇƏKƏRİK , TƏKİ ÖZ YETİRMƏLƏRİMİZ GÜCLÜ BİR KOMANDAYA ÇEVRİLSİN BAX ONDA BİZƏ FİRTİNALAR MEYDANIAZLIQ EDƏCƏK ELƏ DEYİLMİ .
    ***
    Nə isə elə ilk gündən bu gedənlərin “Xəzər Lənkəran”a gəlişindən narahat idim. İndi isə Elnur Cəfərovun rəqib müdafiəsini yaran reydlərindən, Orxan Sadıqlının penaltini qaytardıqdan sonra qışqıraraq etdiyi jestdən və digər gənclərin üərklə mübarizə aparmasından, Rahidin isə əsl kapitan kimi komandanı arxasıyca irəli çəkməsindən xüsusi zövq alaraq daha rahatlaşıram. “Neftçi” ilə oyun da ləzzət elədi. Biz azareşlərə bəs nə lazımdır ki. Şəxsən mənim üçün əsas məsələ, ədalətli idman mübarizəsində əzmkarlıqla keçən oyunu seyr edib təmiz futboldan zövq almaqdır. Nəticə bundan sonrakıdı.

  7. Hara doneceklerki here getdiyi kulubla 1il ya 6ay muqavile baglayib nece qayidarlar bor vaqif 8careye verilib oda cetin qayida xezere Neise bu ilde bele getdi Ama heyif Yunus muellimden cox insan kimi insan ve gozel mewqcidi Sadece XL nin fersiz fudboldan anlayiwi olmayan rehberlik Yunus mellemi umumi kutlenin gozunden salir
    ***
    Şəxsən mən gedənlərə görə heç də təəssüflənmirəm.

  8. INWALLAH udariq

  9. Salam admin Fifanin bize etdiyi haksizligi CAS bildirdik CAS da bizi wikayetimize baxdi men bilen CAS in baxdigi sikayetlerin 80 90 % zi Sikayet eden terefin xeyriyle neticelenir 10 gun erzinde deqiq melumat gelecek yeni bu ay qerarin ne oldugunu bileceyik…. qerar bizim xeyrimize neticense kamandadan ayrilar futbocular geri donecrkmi Souza ve digerleri
    ***
    Hətta hadisələrin axarı sizin qeyd etdiyiniz kimi davam edərsə belə gedənlərin geri qaytarılmasına klub tərəfi öz qol qoymaz. Məncə dözməyib getdikləri üçün.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


üç − = 1