1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

34Premyer Liqanın XIII turunda “Xəzər Lənkəran” paytaxda keçirdiyi ev oyununda “Neftçi” klubunu qəbul etdi.

Saat 17:00-da “Dalğa Arena” stadionunda start götürən görüşü Elvin Əsgərovun başçılıq edəcəyi hakimlər briqadası idarə edirdi. Ona yan xəttlərdə Knyaz Əmiraslanov və Namiq Hüseynov, həmçinin dördüncü hakim Əliyar Ağayev yardım etdilər. Matç “Xəzər LənkəranTV” vasitəsi ilə canlı yayımlandı.

Əzəli rəqibi ilə görüşdə “Xəzər Lənkəran”ın start heyəti belə idi:

1. Orxan Sadıqlı
3. Vanderson Skarduelli 
5. Tyeqo de Xesus
6. Rəşad Sadiqov
7. Sadio Tounkara
8. Qalin İvanov
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
22. Əfran İsmayılov
33. Rasim Ramaldanov
63. Alfred Sankoh 

Ehtiyat oyunçular:

12. Cahangir Həsənzadə
13. Aleksandr Şemonayev
10. Elnur Abdullayev
28. Fernando Qabriel
55. Ağabala Ramazanov
97. Elnur Cəfərov
99. Deyan Blajevski 

 

I HİSSƏ

“Fırtınalar meydanı”nın təmirə bağlanması səbəbindən “Xəzər Lənkəran” ev oyununu paytaxtda keçirirdi. Bunun üçün “Dalğa Arena” stadionu seçilmişdi. Paytaxda yaşayan azarkeşləri stadionun yerləşdiyi Mərdəkan qəsəbəsinə çatdırmaq üçün klub tərəfi xüsusi avtobuslar sifariş etmişdi. Həm soyuq hava həm də iş günü olması arzulanan qədər azarkeşin stadiona toplanmasına imkan vermədi.

Qarşılaşmanın start fitindən sonrakı ilk dəqiqələrdə meydanda yadd qala biləcək maraqlı heç nə baş vermədi. Yalnız qayda pozuntuları bu mənada istisna sayıla bilərdi. Amma artıq 8-ci dəqiqədə Qalin İvanovun ifasında “Xəzər Lənkəran”ın hesabı açması (1:0) və 2-dəqiqə sonra “Neftçi”nin cavab topunu qapımıza göndərməsi (1:1)oyuna gərginlik gətirdi. Az sonra ötən turun “İnter”lə oyunundakı epizod təkrarlandı – “Neftçi”nin qapıçısı cərimə meydançasının kənarında əllə oynadığına görə qırmızı vərəqə ilə meydandan qovuldu. Azlıqda qalan paytaxt təmsilçinin qapısı istiqamətində təhlükəli nöqtədə təyin olunan cərimə zərbəsinin bərbad yerinə yetirilməsindən sonra top qapıdan xeyli aralı keçdi. Az sonra isə “Neftçi”ni qoldan qapı tiri ilə dirəyin birləşdiyi “doqquzluq” nöqtəsi xilas etdi. Həmin dəqiqələrdə oyunun gedişi çox qəribə forma almışdı. Bu qəribəçilik istər “ağ-qara”ların oyun tərzində istərsə də hakimlərin idarəçiliyində hiss olunurdu. Lakin bunun arxasında nələrin gizləndiyi məlum deyildi. Beləliklə meydanda say üstünlüyünə malik “Xəzər Lənkəran”ın hücumları biri birini əvəzləyirdi. Amma bu hücumlarda kəsər yox idi.

Yeri gəlmişkən “Xəzər LənkəranTV”nin canlı yayımındakı problemlər həmin dəqiqələrdə də davam edirdi. Yayımın əvvəlində ümumiyyətlə itən, sonradan isə yenidən bərpa olan görüntülər qırıq qırıq yayımlanırdı.

Meydanda gedən mübarizədə isə dəyərli vaxtın necə hədər xərcləndiyi görünürdü. “Xəzər Lənkəran”ın sol cinahı çox bərbad çıxış edirdi. Hansı hücumun davamı sol cinahla gəlirdisə həmin hücumlar sonda uşaq səhvləri ilə nəticələnirdi. Bunu dəyişməyin vaxtı çoxdan çatsa da Oğuz Çetin müdaxilə etmirdi və yenə də komandamız özünün fərsiz oyun üslubunu dəyişmirdi. Yalnız 40-cı dəqiqədə əks cinahdan gələn hücum öz effektini verdi və hesab arasındakı fərq artdı 2:1. Qolun vurulması futbolçularımızı ruhlandırmışdı. Deyəsən özü də bu ruhlanmaq prossesi bir az həddini aşmışdı. Hər halda qol vəziyyətlərinin əldən verilməsi və əlverişli nöqtələrdən cərimə zərbəsinin yerinə yetirilməsi zamanı buraxılan növbəti uşaq səhvləri bunu göstərirdi. Vəziyyətdən isə “Neftçi” istifadə etməkdə maraqlı idi, etdi də. Əvvəlcə Flaviyo penalti qazanmaq həvəsi ilə özünü yerə çırpdı. Braziliyalı artist istəyinə çata bilməyincə isə digər epizodda komanda yoldaşları vəziyyətdən istifadə edib Sadio Tounkaranın qırmızı vərəqə alaraq meydandan qovulmasına nail oldular. Elə bu məqamda hakimlərin idarəçiliyindəki qəribəçiliyin açarlarının ucu göründü. Əlbəttə, əgər “Neftçi”nin qapıçısına qırmızı verilmişdisə, deməli oyun boyu “Xəzər Lənkəran”ın futbolçularından biri də meydandan qovulmalı idi. Baxmayaraq ki, “Neftçi”nin qapıçısının aldığı vərəqə aşkar səbəbdən idi,qarşı tərəf də ən azı bir qurbana hazır olmalı idi. Tounkaranın cəzalanması əslində heç nədən oldu. Beləcə oyunu diqqətlə izlədikdə belə qənaətə gəlmək olurdu ki, sanki oyun öncədən qurulmuş ssenari üzrə gedir. Ən maraqlısı isə o idi ki, belə ssenari  var idisə də bundan yalnız “Xəzər Lənkəran”lılar tam xəbərsiz idilər. Qeyd edilməlidir ki, “Xəzər LənkəranTV”nin bərbad yayımı yuxarıda qeyd edilən qənaətə gəlməkdə yardımçı olurdu. Axı normal yayım olacağı təqdirdə oyuna baş qatmaqla belə qənaətləri arxa plana çəkə bilərdi…

II HİSSƏ

 

Fasilədən sonra “Neftçi”nin daha fəal olacağı gözlənilirdi. Belə də oldu və “ağ-qara”lar ilk dəqiqələrdən irəli atılaraq qapımız ağzında gərginlik yaratmaq itəyirdilər. “Xəzər LənkəranTV”nin bərbad, qırıq-qırıq görüntülü yayımı isə necə var idisə elə də davam edirdi. Elə meydanda da hakimlərin ifasında tamaşa davam edirdi. Belə ki, növbə yenə “Neftçi” futbolçusunun qırmızı almasına yetişmişdi. Paytaxt təmsilçisinin heyətində buna vaxtı ilə “Xəzər Lənkəran”da oynamış Elnur Allahverdiyev layiq görüldü. Beləliklə yenidən “Neftçi” azlıqda qaldı. Bu isə “Xəzər Lənkəran”a ardıcıl hücumlar qurmağa imkan verirdi. Lakin deyəsən futbolçularımız bizim camiənin prinsiplərini unutmuşdular. Axı biz FAİR PLAY qaydalarını müqəddəs sayırıq. Epziodların birində “Neftçi”nin iki futbolçusu yıxılaraq meydanda qaldığı vaxtda “Xəzər Lənkəran” sürətli hücum qurdu. Rəqib müdafiəsinin boşluqda yaxalandığı epizodun sonunda yaxşı ki, qol olmadı. Axı belə bir qol və ya qollar bizə heç lazım deyil. Getdikdə komandamız oyunu müdafiədən qurub imkan düşdükcə sürətli əks hücum təşkil etmək, bu alınmadıqda isə topu özündə saxlamağa çalışırdı.Lakin bunun üçün lazım olan nizamlı oyun yox idi və komandada taktiki düzülüş yetərli deyildi. Belədə isə riskə gedərək müdafiəni boş buraxmaq görüntüsü yaradıb  daha ağıllı oynamağa çalışan“Neftçi”nin təhlükəli hücumlar qurmasına şərait yaranırdı. Təhlükənin qarşısını hücumu gücləndirməklə almağa çalışan Oğuz Çetin əvəzetməyə əl atdı. Türk çalışdırıcı Qalin İvanovun yerinə Elnur Cəfərovu meydana buraxdı.

Həmin dəqiqələrdə isə meydanda hakimlərin ssenari üzrə hərəkətləri “Neftçi” futbolçularının da artistliyi tamaşanın sonuncu pərdəsinin nümayişində idi. Üstəlik komandamızın uğursuz müdafiə olunmasına “Neftçi”nin ağılla qurulmuş hücumları əlavə olununca vəziyyət daha da gərginləşdi. “Xəzər Lənkəran” futbolçuları belə bir gəginliyə hazır deyildilər. Hakimlər isə öncədən tərtib edilmiş ssenarinin davamında elə incə iş qururdular ki, gəl görəsən. Adi bir epizodda Əfran İsmayılova qırmızı vərəqə göstərilməsi onsuz da qapımız istiqamətində təhlükəli hücumları sıralayan “Neftçi”nin işini daha da yüngülləşdirirdi. Düzdür ara sıra futbolçularımız da əks hücuma meyil edirdilər, lakin bu o qədər də uğurlu alınmırdı. Son dəqiqələrdə Rəşad Sadiqovu Fernando Qabriyellə əvəzləyən Oğuz Çetin oyunu meydanın mərkəz dairəsi yaxınlığına daşımaq istəyini nümayiş etdirdi. İkinci hissədə “Xəzər LənkəranTV”nin yayımında bütövlüklə səs itmişdi. Yalnız tez tez dayanaraq görüntülənən və köhnə, keyfiyyətsiz sovet cizgi filmələrini xatırladan yayım davam edirdi. Matçın sonlarında gərginlik maksimum həddə idi. Hətta gənc futbolçumuz Elnur Cəfərovun rəqib futbolçudan dirsək zərbəsi alaraq yerə çırpılması da bu gərginliyin fonunda itib batdı. Hər iki komanda sona qədər mübarizədə israrlı idi. Tez tez futbolçular zədələnir, meydanda yıxılıb qalırdılar. Son hücum şanslarından biri “Xəzər Lənkəran”ın əlinə düşdü. Elnur Cəfərovun sürətli keçidinin qarşısı kobudluqla alındıqdan sonra “Neftçi”nin qapısı istiqamətində cərimə zərbəsi təyin olundu. Topun arxasına keçən Qabriyel Fernando topu canlı səddin üzərində ata bilmədi. Bundan bir heç bir dəqiqə keçməmiş cərimə zərbəsi vurmaq haqqı “Neftçi”yə keçdi. Daha təhlükəli sonluqdan qapımızı Orxan Sadıqlı qoruya bildi. Lakin hər şey özünün məntiqi sonluğuna doğru gedirdi və bunu görməmək üçün kor olmaq da az idi. “Xəzər Lənkəran”ın keyfiyyətsiz müdafiə xətti və ümumilikdə isə komandamızınnizamsız oyunun davamında “Neftçi” hesabı bərabərləşdirə bildi 2:2. Çoxsaylı qol imkanlarını boşa verən “Xəzər Lənkəran”, özünün ağılsız və uşaq səhvləri ilə dolu olan oyununa görə uğursuz şəkildə və qorxaqlıqla müdafiəyədə oturmağın cəzasını çəkdi. Bu dəfə də qapımıza yuxarıdan qol vuruldu və Orxan Sadıqlının zərbəni qaytarmağa boyu çatmadı. Amma insaf xatirinə qeyd edilməlidir ki, bu qolda Orxanın səhvi yox idi. O da mütləq vurğulanmalıdır ki, “Xəzər Lənkəran” qələbəni əldən verməsinə görə səhvi əsasən özündə axtarmalıdır. Eyni zamanda hətta azlıqda qalanda belə “Neftçi”nin daha güclü olması diqqət çəkən məqam idi ki, bunu da bildirək. Və sonda, hakimlərin də istəyinə çatmasını qeyd etmək yerinə düşərdi. Beləliklə,qolların sayı qədər oyunda qırmızı vərəqə oldu. Və heç bilinmədi ki, oyunun əsas vaxtına  nə qədər əlavə olundu. Bu isə o deməkdir ki, hakimlər planı doldurub ssenari üzrə oyun idarə etdilər. O biri tərəfdən isə “Xəzər Lənkəran”ın oyunu da canlı yayımın təşkili kimi bərbad oldu. Komandanın özünü doğrulmayan taktikası iflasa uğradı. Məşqçi işi biabırçı vəziyyətdə idi. Komanda bəzi futbolçuların səviyyəsi heabına özünü yaxşı tərəfdən göstərmişdisə də, fərsiz məşqi işsizliyinin, nizamsız və intizamsız, anlaşılmaz məhəllə futboluna bənzəyən oyun tərzi qələbəni əldən verdi. Daha nə deyiləsi söz qaldı, nə də yazılası. Vəssalam.

40 Şərh

  1. Azerbaycanda ariginal heqiqi bir komanda var o,da Xezer Lenkarandir.

  2. Salam Admin bey ve sebirli Xezer Lankaran azarkewleri.Bizim premer liqada indi 9 komanda var,Araz kiwi kimi cixdi.Indi baxaq kimler qalib neftci baki,inter baki,azal baki,baki baki,qarabaq hesab ela o,da baki,simurq interin qardawi o,da ne vaxt neca isteyirlar ela oyniyirlar bir-biri ila,qaldi qebele ezunuz bilirsiz deymek olmaz,somqayit da bu gun-sabah baki weheri ila birlewer.Xezer Lenkaran sahibsiz dilsiz-aqizsiz mezlum,yetim bir komanda.

  3. Taliwman says:

    Admin duz buyurursuz bu futbol bize lazim dor. Bele mudaifye cox asanliqla top buraxiriq son 5 oyunda 10 top buraxmiwq .bunda cemi 1 ve ya 2 topsa qapcinin sehfi var oda sumqayitla ve interlee 1 ci qolda ola biler. Eyer kamanda oyunuduraa futbol . Xezer ne kamanda nede futbol var.

  4. Taliwman says:

    Qaqaw Elsen lenkaranli deyirsen Orxanda hansi qolda sehfi bar ? Yax bawa salim seni men . Nedi ele qol buraxan kimi Orxanin ustune duwuruk ? Kamanda 7 8 nefer qalan neftcini uda bilmir ? Gunahkar Orxandi ? Sehf fikirdesen sen.duzgun analia ele hec kimin haqqina girmeyin .

  5. Bizde futbol adina deyilen hecne yoxdu.men serh yazmamaga soz vermisdim amma sayitda AFFA-in cixardigi qerari oxudum ozume ve eseblerime hakim ola bilmedim.allah affaya lenet etsin qumarbaz eclaflar hernelerini pula satan alcaqlar.daha ne yazacagimi bilmirem.Noyutcu komanda deyil hamisi quldurlardi.Noyvcude en mehsur daydayisi olanlar oynayir meymun Staminkovic,ve Kukla Flavqgnyo.onlara hakimin g… catmir nese desin.Staminkovc hem hakimdi hem qapici,hemde noyutcunun razborsikidi. Allah o komandaya lenet etsin.admin bey uzr isteyirem men eseblerime hakim ola bilmedim yazdim.biz hec,siz cox eseblesib ozunuzuzu pis gune qoymayin xahis edirem.sehetinizi qoruyun.tesekkurler

  6. 1 xala görə var-yoxunu satanlara(əsasən Flavinyo)nə ad vermək olar?

  7. Tənqidçi says:

    ……………..
    ……………..
    ……………..
    ……………..
    ***
    Sizin yazını götürdüm. Əlimdə başqa yazı da var, onunla işimi bitirim sonra buna baxacağam. Mən hələ işləyirəm, oyağam.
    ***
    Yüngülcə göz gəzdirdim, bu artıq o birisi ilə müqayisəyə gələsi deyil. Hərfi yanlışlıqları redaktə edib sayta ötürücəyəm bir azdan.

  8. Oyunu tamami ile werh etdiyiniz ucun tesekkurler.. ama men hakimlik bir gunah gormurem Neftci azerkesi olaraq soyluyurem Neftci-nin aldigi her 2qirmizi yerinde verilmiwdi hem Emine hemde Elnura.. ama sirf dusunmek ki,hakimin sehvi ile oyun bele qutardi xeyr .. Xezer L. futbolcusu 2defe tekbetek cixir hakim isteseydi ofsayd bayragini qaldirar hucumu yarimciq saxliyar ama futbolcu qapici ile tekbeteki vura bilmirse hakimin burda hec bir gunahi yoxdu.. Hakimin Sehvi 1dovrede ismet qayibov bakixanov qesebe stadionun oynanilan oyunda idi Raufun yixilmasini penal kimi deyerlendirdi,hakimin sehvi Qarabagda oyunda Reynaldonun yixilmasini penalti vermesi idi .hakimin en nehayeti sehvi Zaqatalada oyunun neticesine birbawa tesr eden sehv penalti qerari idiki Neftcini 3xaldan eledi.. bu oyunun ele edaletli neticesi mence hec-hece idi.. her 2kluba ugurlar …

  9. elsen lenkerani says:

    Orxan kimi ne qeder qapicimiz varsa biz hele bu gunde olariq. bu meseleni qaldirin.size xahis edirem

  10. Hakim fasilədən sonran bərabərliyi təmin etməli idi.Bu səbəbdən də alınan qırmızı vərəqələrdə futbolçuları bir o qədər də qınamıram.oyunun gərginliyini nəzərə alsaq buşda basadüsüləndi.
    Mənim üçün daha maraqlı Flaviniodu ki, bu futbolçu elə bil PFL atası imisş səni axtarıramda tapdılar, bu səbəbdən də sonradan tapılmıslarına söz deməyə çəkinir onun nazı olə oynayır onu ərköyün böyüdürlər.Bizimkilərin edə bilmədiyini bu meydanda sərbəst edir ona buna xoruzdanır hakimlərdə ondan qorxurlar.Əslində ondan qorxmurlar onu ərköyün bəstəyənlərdən qorxurlar.
    Sayqı göstərmək lazımdı düz edirsiz laaaaaaap düz.

  11. Salam Alleykuym!
    Komandalarin nece oynamasi haqqinda yayim keyfiyyetsizliyine gore hec ne basha dushmediyimden yazmayacagam.
    Oyunun 2-ci hissesinde “Xezer Lenkeran”-in oyunu menasiz yere uzatmasi ve hakimin elave etdiyi “Neftci qol vurana qeder” elave olunmush deqiqeler oyunun “danishilmish” oldugu tesiri yaratdi. “TopPaz” cempionatimiz daha bir “boyuk OYUN”-una shahid (yayimin keyfiyyetini neze alib bele demek olarmi?) olduq. Goresen ‘Neftci” 19.00-da qol vurmasa idi, oyun neceye kimi uzanacaqdi?
    ***
    Çox yerində verilən sualdır. Biz də heç nə anlaya bilmədik. Saat hesabı oyun 102 dəqiqə sürdü. Səbəbi isə naməlumdur.

    • Tənqidçi says:

      Bu oyunun əvvəlcədən heç-heçə bitəcəyi sosial şəbəkələrdə yer almasindan xəbərdar idim.Birdə xəstə olduğuma görə bu oyuna gedə bilmədim.kaş gedə biləydim…onda videolarim olardi..

      • Allah sene sefa versin,sen sayitin en yaxsilardan birisen. Allah sefa versin sene qardas

        • Siz də xəstələnməyə vaxt tapdınız da… Camaat burda hirsindən Xaqani Məmmədovu yada salır, siz də oturmusuz evdə, guya ki, xəstəsiniz, bizi də videogörüntülərdən məhrum etmisiz…:)

  12. Aərbaycanlı says:

    Ölkə futbolunun 2005-2015-ci illərdə on illik İnkişaf Proqramının həyata keçirilməsi ilə məşğul olmuş futbol başbilənlərimizin onilliyin sonuna əldə etdikləri “möhtəşəm” nəticələrdən biri idi bugünkü oyun. Müəlliflər əl işlərini qürurla stadionda bizə və ekzotik sərgüzəştlər axtarışına qərar vermək üzrə olan horvat Robert Prosineçkiyə təqdim etdilər.

  13. Salam XEZER LENKEREN ve neftci bu oyunda her zaman bele hallari gozlemek olar XEZER LENKERAN
    -in ushaq sehvleri necfini tecrubeli artisliyi xezerin meglubyetine getirib cixardi neyse oldu kecdi birce bu bash meshkcini cixarib redniki getirseler XEZER belke ozune geldi

  14. Əzəli rəqiblə oyun öncəsi azərkeşlər arasında canlanma, pafos dolu çağrışlar, səslənir, sanki XL-nın məramı yalnız və yalnız neftçi ilə oyunda özünü göstərməkdir, bu doğru yanaşma deyil qardaşlsar, çempionatda bütün komandalarla qarşı layiqli oyun sərgiləməklə mükafatçılar sırasına yüksəlmək lazımdır, son zamanlar komandamızın zəif çıxışı və neftçi ilə bu günkü oyunu bir daha sübut etdi ki, XL da qeri-sabitlik davam edir və komandamızdan yüksək nəaliyyətlər gözləməyə dəyməz.

  15. Salam qardaş. Bütün yazdıqlarına tam şərikəm. Dünən yazdığım kimi bir oyuna görə “qələbə” sözü vermirlər. Bu sadəcə gözə kül üfürməkdir. Komanda oyunu yoxdur. Taktika yoxdur. Standart vəziyyətlər istifadə olunmur. Yenə təkrar edirəm: bu gün XL ən yaxşı heyətə malikdir. Ağıllı komanda oyunu yoxdur. Heç bir oyunçu klubdan göndərilməməlidir. Məşqçilərdən savayı!

  16. haram olsun taliwlarin coreyi size utanmirlarda gul sizin bawiza hec olmasa normal bir oyun oynasalar derd yari ureyimden cox soz kecir ama yazmaxa qorxuramda neyse bular duzelen deyil

  17. Илгар says:

    Məndə Xəzərdən çox şey gözləyirdim.Həyifki yenədə QATİQLADİLAR.Bunlar rəhbərliyə qalib gələcəyini vəd vermişdilər.həəəəə nə OLDU ???PARA bu komandani dağitmaq lazimdir.Bütün əsəblərimiz tükənib VALLAH..

  18. SALAM COXDANDIR KI, YAZMIRDIM. AMMA BU GUN COX PIS YAYIMLANAN OYUNA BAXDIGCA XEZERIN OYUNCULARINA OLAN NIFRETIM DAHADA ARTDI.ELBETDE BIR NECESINI CIXMAG SERTI ILE. GELIN HEGIGETI EHTIRAF EDEK. GORDUK KI, HAKIMLER GEREZLIK EDEREK OYUNCULARIMIZA GIRMIZI VEREGE VEREREK GOVDULAR.BU HAKIMLERIN SEHFI VE ALDIGLARI TAPSIRIGLARIDIR KI CAN BASLA YERINE YETIRDILER. BES BIZIM FUTBOLCULARIN ALDIGLARI TAPSIRIGLAR NE IDI. GORESEN OKUZ CETIN HANSI TAPSIRIGLARI OZ KOMANDASINA VERMISDI? EGER AZLIGDA OLAN NEFTCINI UDA BILMIRIKSE HAKIMLERIN USTUNE ATMAYAG. ONSUZ DA HAKIMLER XL GARSI HEMISE BU MOVGEYDE OLUBLAR. BUGUN KI OYUN COX IYRENC OYUN IDI. NE GEDER SEHF BURAXMAG OLAR. RUSLARDA BELE BIR MISAL IDMANCILARA GARSI DEYILIR. ,, BEY TAK STOBI OTVETA NE POSLEDOVOLA,, . XEZERIN OYUNCULARI KOMBINASIYA GURA BILMIR. NE GEDER GOL IMKANLARINI BOSA VERDILER. AXIRDA ISE 2 DEGIGE GALMIS GOL BURAXDILAR, ORXAN HEMISE BIABIRCI GOL BURAXIB. BOYU BALACADIR ONDAN VALLAH XEZERE GAPCI OLMAZ. OKUZ CETINE DEMEK LAZIMDIR KI , BIZE GAPCI LAZIMDIR. EGER ALMIRSA ONDA ORXANA TEXTE AYAG DUZELTSIN KI BOYU HUNDURLESSIN . OYUNDAN OYUNA GEYINER.

    XEYRI YOXDUR MESGCISI, OGUZ YADA OKUZ OLA
    YUXARIDAN VURULAN, ZERBELER GIRECEK GOLA
    GEYINDIR ORXANA SEN, HUNDUR DABAN TEXTE AYAG
    TOP GIRMEZ YUXARIDAN, KOMANDAYA OLAR DAYAG.

    • Tənqidçi says:

      Telman bəy!..Bilirəm ki Sizə emosiyalariniza görə irad tutulan azarkeşlərimiz olub.Lakin sizdə buna görə yazmamisiniz.Əksinə…Təhqir istisna olmaqla daimi yazin.Sizin yazilariniz xoşuma gəlir .Bir şərtlə ki təhqirdən uzaq olun..Tənqid edin və etdiyiniz tənqididə subuta yetirin. Belə olsa ….Ə”LA. 5+

      • Tənqidçi says:

        Telman bəy!.Orxandan super qapiçi olar.Onun Rednik kimi məşqçisi lazim..Diqqətli ol..əziz Telman bəy.Hər deyilənə uyma..Mənəm….Tənqidçi…haq yerdə tənqid edərəm.Orxanin zəhmətini unutmaq olmaz.Lazim olsa onun videolarini sayta göndərərəm.Gəlin haqli danişaq…Lutfən.

        • SIZIN DEDIYINIZDE HARDASA HEGIGET VAR.AMMA MEN DEYERDIM KI REDNIK KOMANDAMIZDA OLSAYDI ORXANDAN TUTMUS 90 FAIZ KOMANDANI KOKUNDEN DEYISDIRERDI.IKINCISI DE KIMINSE MENIM YAZDIGLARIMA IRAD TUTDUGUNA KORE YAZIMI DAYANDIRMAMISAM. SADECE KOMANDA MENIMKIMILERINI COX KUSDURUB.ORXAN BIZIM BOLGENIN YETIRMESIDIR. AMMA GAPCI KIMI BOYU UCA OLMALIDIR ODA KI, ONDA YOXDUR.SEHFLERI DE ONDAN IRELI GELIR SIZIN YAZILARINIZI DIGGETLE IZLEYIREM HEGIGETI YAZMAGDA DAVAM EDIN. TENGID EDIN KI NETICE CIXARTSINLAR.

  19. Biabırçılıq.Bunların aldıqları pul onlara haramdır.

  20. CELİL QURBANOV says:

    ƏLA OYUN OLDU ZÖVQ ALDIM

  21. Men bela seviyyasiz bir shey gormamishdim.Xezer Lenkaran adina haminiz lekesiz.

  22. Salam. Eyer bu futboldursa, onda men 50 illik azerkeslik stajimda futbolu hele de oyrene bilmemisem. En muasir teletexnikaya malik olmalarina baxmayaraq Xezer Lenkeran TV oz enenelerine sadiq qaldi. Yene de seviyyesiz verilis. Oyunun axirlarinda komandamiz hucumlar qursa da, aciq-aydin gorunurdu ki, qol vurmaq istemirler. Oyunun hec-hece biteceyini texmin etmisdim. Ve ele de oldu.

  23. Komandamızın oyunçuların iradəsi çox zəifdi və onlarda məsuliyyət hissi yoxdur.Sadəcə Xəzər Lənkəran komandası haqqında onların anlayışı yoxdur.Məsuliyyətsiz rəhbərlik və iradəsiz oyunçulardan ibarət olan komandadan heç gözləməyə dəyməz

  24. Bu cür futbolu izləməklə insan yalnız saglamlıgına ziyan vurur.Sifarishli hakimlik(əslində hakimlər məcbur edilir) bir yana qalsın,XL-nin qorxaq və məzmunsuz oyunu adamı lap bezdirir.Nə qədər acı olsa da, mən XL-nin dagılmasını istərdim.

  25. admin bey metbuat konfransini sayta vereceksiz?
    ***
    Hələ özümə gələ bilməmişəm.

  26. bu oyuna böyük oyun yox böyük sirk adını vermək lazımdır,oyunun heç-heçə bitəcəyi əvvəlcədən məlum idi kül belə futbolun başına lap əsəblərimiz pozuldu,bu gedişatla Azərbaycanda futbol heç vaxt olmayacaq.dərdimizi kimə deyək

  27. bu oyuna böyük oyun yox böyük sirk adını vermək lazımdır,oyunun heç-heçə bitəcəyi əvvəlcədən məlum idi kül belə futbolun başına lap əsəblərimiz pozuldu,bu gedişatla Azərbaycanda futbol heç vaxt olmayacaq.

  28. Çoxdandır belə çirkin futbol görməmişdim, “Neftçi” futbolçularının əclaflığı, “XL”-nın isə laqeyidlik və axmaqlığı.
    ***
    Tamamilə sizinlə razıyam.

  29. Men bir defe demisem, yene deyirem Azer-da futbolu asagida yox ,,yuxarilarda,, oynayirlar,bunada Xezerin boyu catmir …..Meqsed ise Qarabaga yol acmaqdir.Butun oyunlrin hec hece basa catmasi bunun bariz numunesidir.Hormetli Admin bey Allah omur verse bu fikire birde CEMPIONATIN SONUNDA qayidariq.saqolun

    • Tənqidçi says:

      AFFA-nin şefi futbola gəlsin amma onun kamandasi məğlub olsun?–Heç-heçə bizim qələbəmizdir e..qardaş!

  30. NEYNIYEK BU FILMIN REHBERI ROVNEQ ABDULLAYEVIDI!

  31. Əsl futbol oldu.Xəzər komandasına yaraşan futbol idi.Bundan artığını gözləməyə dəyməz.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


2 + beş =