8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl niye bele“Xəzər Lənkəran” niyə bu günə düşdü? – sualına cavab axtararkən azarkeşlərimizin böyük əksəriyyəti klubun rəhbərliyini günahlandırır.

Azarkeşlərdən fərqli olaraq klubun əməkdaşları və onlara yaxınlığı seçilən şəxslər günahkarları əsasən kənarda axtarırlar. Belələri “Xəzər Lənkəran” niyə bu günə düşdü? sualına konkret cavab verməkdən yayınırlar. Elə bu yerdə FİFA-nı sanksiyalar tətbiq etdiyinə görə qərəzçilikdə suçlayan klub rəsmisini yada salmaq yerinə düşərdi. (BURADAN İZLƏ)

Nöqsanların klubdan kənarda olduğunu düşünənlərin şübhə dairəsi genişdir, məsələn: “Xəzər Lənkəran”ı gözünçıxdıda saxlayan AFFA-nı və PFL-i və ya dövlət strukturlarını səbəbkar kimi göstərənlər az deyil. Bəziləri isə hətta “Xəzər Lənkəran”ın problemlərinin azarkeşlərdən qaynaqlandığını dilə gətirir ki, belələrinin də normal düşüncəyə malik olduqları şübhə doğurmaya bilməz. 

Yeri gəlmişkən kimliyindən asılı olmayaraq “Xəzər Lənkəran”ın hazırki durumuna görə klub rəhbərliyini tənqid edənlər həmin rəhbərlik tərəfindən avtomatik olaraq “düşmən” elan edilirlər. Belə tənqidçiləri ilk növbədə klubdan pul ummaqda, əgər bu böhtan variantı lazımi effekti verməzsə o zaman digər vasitələrlə şərləməyə çalışırlar. “Xəzər Lənkəran” niyə bu günə düşdü? sualına cavab verən şəxs vaxtı ilə klubda çalışmışsa onu şərləmək daha asan olur. Belə ki, həmin şəxs barədə “O klubu yeyib talamışdı”,  “Kluba maddi zərər vuduğuna görə qovulub”,  “İşdən çıxarılandan sonra kluba qarşı aktiv düşmənçilik kampaniyası aparır” yaxud “Xəzər Lənkəran”ın düşmənlərinə çalışır” və s. kimi cəfəng ittihamlar irəli sürülür. Bu ittihamlar da klubun indiki əməkdaşları və həmçinin onlara yaxınlığı (dost-tanış və ya qohum) olan şəxslərin vasitəsi ilə yayılır. Bir sözlə düzünü deyib həqiqəti söyləmək “Xəzər Lənkəran” rəhbərliyini özündən çıxarır. Klubun rəhbərliyi o qədər təkəbbürlüdür ki, sadə faktları sadalamaqla insanlara real vəziyyəti anlatmaq belə onları kəskin şəkildə narahat edir, nəticədə də ən çikin əmələrə belə əl atmaqdan çəkinmirlər.

2006/10-cu illərdə “Xəzər Lənkəran”ın mətbuat katibi olmuş Tural Əsgərov da bir müddət əvvəl “Futbol+” qəzetinə verdiyi müsahibəsində “Xəzər Lənkəran” niyə bu günə düşdü? sualına təxminən azarkeşlərin hamılıqla qəbul etdiyi kimi cavablar verib. Müsahibədən dərhal sonra Əsgərovun haqqında min bir ibnə dolu şərləmələr yayılmışdı. İndi həmin müsahibəni təkrarən dərc edirik. Oxuyun və fikir bildirməyi unutmayın. 

—————–

– Konkret sualla başlayaq: “Xəzər Lənkəran” niyə bu günə düşdü? 
– Sual qısa görünsə də, cavabı olduqca genişdi. Baxır məsələyə hansı prizmadan yanaşırsız və nəyi nəzərdə tutursuz. Maliyyədən danışırıqsa, xüsusi qabardılası bir şey yoxdu. Dünyanı cənginə alan maliyyə böhranı klubun tək sponsoru “Palmali” şirkətlər qrupundan yan keçmədi. Ona görə də başqa klublarla müqayisədə “Xəzər Lənkəran”da böhran daha kəskin hiss olunur. 

– Razılaşaq ki, klubun çətin duruma düşməsinin tək səbəbi maliyyənin azalması deyil. Ona qalsa, “Neftçi” və “İnter” kimi iddialılar da pul sarıdan korluq çəkir. Söhbət əcnəbi futbolçularla aradakı narazılıqdan,yerli oyunçuların maaşa görə məşqləri boykot etməsindən, komandanın turnir cədvəlindəki mövqeyindən gedir. 
– Nə demək istədiyinizi anladım. İdarəçilikdə ciddi nöqsanlara yol verilməsi artıq heç kimə sirr deyil. Təməl möhkəm qoyulmadıqda, struktur düzgün qurulmadıqda sonluq istədiyin kimi olmayacaq. Gec və ya tez – bunun bir sonu olmalıdı. İnanın, elə vəziyyət yaranıb ki, adam əcnəbi futbolçuların yanında “Xəzər Lənkəran”ın adını çəkmək istəmir. Tanımasa, tanımaq üçün vaxt istəyib olanlardan xəbər tutacaq. Tanıyan isə “ora təhlükəli yerdi” deyəcək. 

– Uzun müddət klubda çalışmısan. İdarəçilikdəki səhvlər nədən ibarət idi? Bizə maraqlı olan bunu bilməkdi. 
– “Xəzər Lənkəran”ın ən böyük problemi totalitar rejimli idarəçilikdi. Bildiyiniz kimi, Mübariz Mənsimov klubu kiçik qardaşına həvalə edib. Mais bəy isə futbolu dərindən bilməyən adamdı. Belədə klubu kənardan, amma tanıyıb inandığı insanların məsləhətləri əsasında idarə etmək yolunu seçib. Həmin insanların sayı əvvəl çox olsa da, get-gedə azaldı. Məsələn, Zəfər Mirzəyev vardı, “Palmali”nin Bakı ofisində önəmli vəzifə tuturdu. Mais bəyin ən yaxın dostlarından biri sayılırdı, hər bir fikrini onunla bölüşürdü. Səməd Mustafayev də uzun illər klubda çalışıb. Futbolu bilən, işini sevən adamlardan biri kimi tanınıb həmişə. O da prezidentə yaxın idi, fikirləri böyük önəm kəsb edirdi. Soyadını xatırlamadığım Eldar bəy adlı şəxs vardı, o da məsləhətlərini, bildiklərini əsirgəmirdi. Artıq bu insanların heç biri “Xəzər Lənkəran”da deyil. Onların gedişi ilə çöküşün təməli qoyuldu. Adlarını sadaladıqlarım əsas idarəedicilər sayılmadığından, gündəlik işlər Tuyqun Nadirova həvalə olunurdu. Uzun illərdi klubdadı və kadr siyasətinə birbaşa nəzarət edir. Bax, ilk sual burdan başlayır: niyə? 

– Niyə? 
– Bu gün “Xəzər Lənkəran”da həkimin işi futbolçuları müalicə etmək yox, Tuyqun Nadirova məlumat ötürməkdi. Filan futbolçu filan otağa girdi, komanda restorana çatdı, filan pişik filan yuvaya girdi. Dünyanın hansı ölkəsində belə idarəçilik var? Bu rejimlə hansı klubda mehribanlıq, birlik olar? Hamı bir-birindən şübhələnir, bir-birinin üzünə baxır. Sanki hansısa orqandı. Son ilyarımda Nadirov klubu tam ələ keçirib. Ən sadə işçi onun kadrıdı. Uzun illərdi özünü uzaqgörən futbol siyasətçisi kimi təqdim etsə də, nəticələr və sanksiyalar göz qabağındadı. Bu gün müxalif fikirli klub rəsmisi, yaxud sıravi işçi ağzını açıb söz deməyə qorxur. Bunun da əsas səbəbi Mais bəyin yanında futbolu bilən insanların qalmamasıdı. Klubu idarə edən adam ilk növbədə o klubu sevməlidi, daha sonra futbolun nə olduğunu bilməlidi, idarəçilikdən başı çıxmalıdı, futbolçularla, azarkeşlərlə münasibət qurmağı bacarmalıdı. “Ürəyim belə istəyir, mən deyən olmalıdı” – belə idarəçilik olmaz. Olsa da, sonu belə olacaq. 

– Bir məqamı başa düşmədim. Belə çıxır ki, Mais Mənsimovun yalnız adı var. 
– Klub prezidentin verdiyi qərarlar əsasında idarə olunur, bu öz yerində. Amma o qərar verilənə qədər nə baş verir? Məsələdən duyuq düşən Tuyqun Nadirov öz ideyasını yeritmək üçün bir neçə gün öncədən fəaliyyətə başlayır. Yəni hadisələrin axarını elə istiqamətə yönəldir və ya təqdim edir ki, Mais Mənsimov vitse-prezidentin təklifinin reallaşmasına qərar verir. Bu isə klubun Nadirov tərəfindən idarə olunması deməkdi. Dərinə getsək, klubu o idarə edir. 

– FİFA-da niyə o qədər şikayət cəmlənib? Bunun səbəbkarı kimdi, səbəbi nədi? 
– Mais bəyin xarakterinə bələdəm, sərtlik, bəzən güzəştə getməmək var onda. Hansısa futbolçu zəif çıxış edəndə, yaxud Lənkərana uyğunlaşa bilməyəndə, onunla yolları “bir də onu burda görməyim, göndərin getsin” şəklində ayıra bilər. Halbuki o vəziyyətdə vitse-prezident prezidentin yanında olmalı, reallığı başa salmalı, fikrindən daşındırmağa çalışmalıdı. Çünki o cəza növlərini yaxşı bilir. Bilirsiz, Nadirov nə deyir: “olsun prezident, qovaq getsin”. Baxın, həmin qovmaqların sonu belə olur. O futbolçudan fayda görməməklə yanaşı, həm pul ödəməlisən, həm də dünyada rüsvay olursan. 

– Çıxış yolu varmı? 
– Yeganə çıxış yolu hər şeyə sıfırdan başlamaqdı. O stadion, o komanda, turnir cədvəlindəki vəziyyət – hamısı rəzil gündədi. Struktur və siyasət fərqli olmalıdı. Məsələn, klubu bir nəfərin idarə etməsi, qərar verməsi sistemindən imtina olunmalıdı. Futbola futbolun qanunları ilə yanaşmaq lazımdı. “Qovun getsin”dən öncə müqavilədəki şərtlərə baxılmalı, hətta ən pis vəziyyətdə belə, ortaq məxrəcə gəlinməlidi. Müqavilələrə çətin vəziyyətdə kluba sərf edəcək bəndlər salınmalıdı. Klubun imzasına hörmət etməyəcəksənsə, şikayətçi futbolçu ümumiyyətlə etməyəcək. Fırıldaqla, “atmaqla” iş olmaz. Tuyqun Nadirovdan bəhs etdim, amma bu o demək deyil ki, onun klubdan ayrılmasını istəyirəm, yaxud ona qarşı qərəzim var. Struktur yenidən qurulsa belə, işini davam etdirə, xeyir verə bilər. Amma ona ciddi nəzarət olmalıdı, o boyda camiəni təkbaşına idarə etməsinin qarşısı alınmalıdı. Mais bəy dərk etməlidi ki, mən və ən əsası, böyük qardaşım Mübariz Mənsimovun adı olan yerdə Tuyqun Nadirov istədiyini edə bilməz.

______________

BƏS SİZİN FİKRİNİZ NƏDİR?

“Xəzər Lənkəran” niyə bu günə düşdü?

12 Şərh

  1. Xəzər Lənkəran-ın bu günə düşməsi, təcrubəsiz, sərişdəsiz indiki rəhbərliyin günahıdır…. Futbola futbol adamları rəhbərlik etməli, inkişaf etdirməlidir. Amma bizdəkilər ancaq özlərini duşundulər.. Allah Xəzərimizə kömək olsun ! Başqa çarəmiz yoxdur…

  2. “Yaxşılığı əlimizdən alıblar, Yaxşı bizi yaman günə salıblar!” (Şəhriyar)

  3. cavab birdi – bağlasınlar klubu bellerine redd olub getsinler

  4. Tural Əsgərovun bütün fiirləri ilə razılaşıram. “Xəzər Lənkəran” əməkdaşlarından həmişə НКВД qoxusu gəlib. Ona görə də “Xəzər Lənkəran” uğur qazana bilmirdi.

  5. rehberdiy ozderi her weyi berba etdi ligionerderi aldatdi yerri futbolculari da didergin saldi

  6. Her şey aydindir hec olmasa növbəti sezon ucun ne isə etmək fikirləri var yoxsa yox butun cənublulari indi bu sual maraqladirir.

  7. Səriştəsiz, tamahkar, futbolu özlərinə qazanc mənbəyi seçən Mais, Tuygun, Höccət kimi rəhbərlikdə yer alan təsadüfü adamlar və qohum-əqraba toplusu Xəzər Lənkəranı məhv etdilər. Əsas səbəbkar isə klubun prezidenti M.Mənsimovdur. Cənublu azərkeşlərinin sevimli komandası üçün rəhbərlikdə Beşiktaşın kecmiş rehbərləri yer ala bilərdilər türk mütəxəsislər klub rəhbərliyində daha əzmlə calışıb layiqli nəticələr əldə etməyi bacarırlar bunu Qarabag f.k fəaliyyətində görmək mümkündür. Stadion direktoru Höccəti isə kənd məktəbinə idman müəllimi göndərmək lazımdır.

  8. “XL”-ni Tuyqun Nadirov və hal-hazirki rəhbərlik yixdi.

  9. Mənim cavabım belədir:
    Əlikram Hümbətov Lənkəranı biabır etdiyindən bir neçə dəfə artığını Mənsimov qardaşları adına yazmaq olar. Onlar xan torpağı olan Lənkəranı və ümumilikdə cənub bölgəsini rişxənd mövzusunda gülüş hədəfinə çevirdilər. Böyük qardaş başını çəkib Türkiyədə daldalanır, fərasətsiz kiçik qardaş isə Tuyqun Nadirov kimi ar və həya tanımayan birisinin kölgəsində gizlənir. 2xəzər Lənkəran2ın bu günə düşməsinin səbəbkarları ancaq elə özləridir vəssalam !!!!!!!!!!

  10. Artiq demeye soz yoxdu burada her sey deyilib !

  11. Fərhad says:

    Əslində bunlar yeni fikirlər deyil, bunu pəpə yeyəndən məmə yeyənə qədər hamı bilir. Hər ikisi bir bezin qırağıdır, biri futboldan anlayışı olmayan məsuliyyətsiz, özünə hörmət etməyən boşboğaz, digəri isə şefinin səriştəsizliyindən, tərsliyindən, savadsızlığından istifadə edərək hər şeyi öz əlinə keçirmiş və öz maddi-marağını güdən oğru. Hadisələrin belə cərəyan etməsinin əsas səbəbkarı sözsüz ki, Mübariz Mənsimovdur. Mövcud durum azarkeş üçün nə qədər acınacaqlı olsa da, klubun sahibi üçün yəqin ki, normal bir haldır, əks təqdirdə o, komandanı bu vəziyyətə gətirən rəhbərliklə çoxdan vidalaşmışdı.

  12. salam admin qardaw necasiz elbrus muallim istefa verdi qafqazinfo yazir gorasan neca olar bu komandanin axiri

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


1 + = üç