7 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezerPremyer Liqanın VI turunda “Xəzər Lənkəran” doğma meydanda “Zirə”ni qəbul etdi.

Sentyabrın 27-də saat 21:00-da start götürən qarşılaşmanı İnqilab Məmmədovun rəhbərliyində hakimlər briqadası idarə edirdi. Baş hakimin köməkçiləri: Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev. Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov. Oyun CBC kanalı ilə canlı yayımlanır.

“Xəzər Lənkəran”ın start heyəti belə idi:

  1. Orxan Sadıqlı
  2. Rasim Ramaldanov
  3. Elşən Rzazadə
  4. Orxan Əliyev
  5. Kazım Kazımlı
  6. Rahid Əmirquliyev (k)
  7. Tural Cəlilov
  8. Kamran Abdullazadə
  9. Elvin Mirzəyev
  10. Elnur Cəfərov
  11. Mahsum Qəmbərli

Ehtiyat oyunçular:

  1. Tərlan Qasımzadə
  2. Fərid Əsədov
  3. Sadio Tounkara
  4. İlyas Səfərzadə
  5. İbrahim Qədirzadə
  6. Zaman Mirzəzadə
  7. Yusif Həsənov

Baş məşqçi: Yunis Hüseynov

I HİSSƏ

“Xəzər Lənkəran”ın meydana çıxdığı start heyətində legioner yox idi, amma bu oyuna marağı azalda bilməzdi. Bununla belə “Fırtınalar meydanı”nda heç də gözlənildiyi qədər azarkeş fəallığı hiss olunmurdu. Belə ki, əksər tribunalar boş idi, dolu tribunalarda isə komandaya dəstək verilməsindən daha çox tum çırtlanması diqqət çəkirdi.  

Oyun başlayan kimi bir dəqiqə ərzində “Xəzər Lənkəran”ın qapısı ağzında bir yerlə ötürmə ardıyca isə qapı çərçivəsinə zərbə qeydə alındı. Sonrakı dəqiqələrdə də meydanın mərkəində qonaqların cüzi də olsa üstünlüyü var idi. Yalnız Rahid Əmirquliyevin aktiv şəkildə oyuna müdaxiləsi ilə komanda yavaş-yavaş özünə gəlməyə başladı. “Zirə” futbolçuları topu ələ keçirə kimi qapımıza doğru aqressiv şəkildə gəlirdilər. Belə hücumlardan birinin sonunda görüşün ilk künc zərbəsi yerinə yetirildi. Korner sonrası qapımızın üstündən keçən baş zərbəsi gəldi ki, bu da demək olar ki, komandamızı qarşıda gözləyə biləcək təhlükələrdən xəbər verirdi. Epzidoun ardında da “Zirə”nin hücumları davam edirdi. Qarşılaşmanın ilk 10-dəqiqəsində qonaqlar daha üstün idi. Oyunun 13-cü dəqiqəsində rəqib futbolçu cərimə meydançamızda müdafiəçilərimizin yardımı ilə yıxıldı, hakim isə penalti qərarı verməkdən vaz keçdi.

“Xəzər Lənkəran” isə bundan sonra topu özündə az müddətdə də olsa saxlamağı bacarırdı. Yaxşı qurulmuş hücumların birində Orxan Əliyev qonaqların qapısına güclü zərbə endirdi, lakin top onun komanda yoldaşı Kazım Kazımlıya tuş gəldi. Görüşün 20-dəqiqəsinə əsasən demək olardı ki, çətinliklə irəli gedən “Xəzər Lənkəran”dan fərqli olaraq “Zirə” qapımıza inamla gəlirdilər. Rahidin uzaq məsafədən vurduğu zərbə də effektli alınsa da çərçivəyə düşməmişdi. Elnur Cəfərovun cinah reydləri də, Kamran Abdullazadənin isə əks cinahdakı fəal olmaq cəhdi də hələlik nəticə vermirdi. Meydan boyu hərəkətdə olub çalışan Orxan Əliyevlə yanaşı Elşən Rzazadənin də orta sahədə canfəaşnlığı istəniləni vermirdi. Oyunun 28-ci dəqiqəsində bir neçə futbolçumuz qapıya zərbə endirməyə çalışsalar da yalnız Orxan bunun öhdəsindən gəldi. Amma onun ilk belə zərbəsi əvvəlcə kornerlə nəticələndisə ikinci belə zərbəsi qapıdan çox-çox aralı keçdi. Sonrakı dəqiqələrdə oyunda yadda qalan heç nə olmadı. Amma yenə də kapitan Rahidin uzaqdan vurduğu zərbə qonaq qapıçını narahat etdi, bu həm də tribunları da coşdurdu. Bundan bir dəqiqə sonra isə qonaqların cərimə meydançasına gələn hava ötürməsinə Elnur Cəfərov özünü çatdıra bilmədi, halbuki epizoddan daha səmərli istifadə etmək olardı. Az sonra Kazım Kazımlı öz fərdi oyunu ilə komandya korner qazandırdısa da bundan da yararlana bilmədik. Növbəti epizodda Kamran Abdullazadə də uzaq məsafədən zərbə ilə yadda qalmağa çalışdı,lakin bu da nəticə vermədi. Yenə də Rahid gözəl konbinasiyanı güclü zərbə ilə bitridi, lakin bu dəfə qonaq qapıçı topu tutdu. Artıq aşkar görünürdü ki, “Xəzər Lənkəran” qol vurmaq istəyində daha istəklidi. Ümumiyyətlə ilk 20-dəqiqədən fərqli olaraq 40-dəqiqənin tamamına yaxın futbolçularımızın fəallığı sayəsində komandamızın üstünlüyü danızlmaz idi, lakin bu üstünlük hesabı açmağa yetmirdi. İlk hissənin sonuna yaxın Orxan Sadıqlı səhvə yol verdi, lakin qonaqlar bundan istifadə edə bilmədilər.

II HİSSƏ

Fasilədən sonra qapıya ilk zərbə də “Xəzər Lənkəran”dan gəldi, lakin Mahsun Qəmbərlinun bu cəhdi  nəticə vermədi. Sonrakı epizodda “Zirə” cərimə meydançamıza yüklənmək istəsə də müdafiəçilərimiz qonaqları yaxın buraxmırdılar. Topu ələ keçirən kimi futbolçularımız irəli getməyə çalışsalar da bunun öhdəsindən ggələ bilmədilər. Az sonra qapımıza təhlükəli zərbə enidirdi – yaxşı ki, top aralı keçdi. Lakin bu “Zirə”nin hücumlarının bitməsi deyildi. Getdikcə qonaqlar qapımıza tərəf daha təhlükəli gəlirdilər. Belədə futbolçularımız məcburən müdafiə olunurdu. Amma bir sürətli əks hücum sonrası Kamran Abdullazədinin  güclü zərbəsi ilə az qala hesab açılacaqdı, əlbəttə qonaqların qapıçısı müdaxilə etməsəydi. Kamranın ikinci zərbəsi yenə də qonaq müdafiəçilərə tuş gəldi, kornerdən isə heç nəyə nail olmaq mümkün olmadı. Az sonra qonaqların cərimə meydançasının qarşısında Abdullazadəni  yıxdılar. Rahidin cərimə zərbəsindən sonra az qala ötən turdakı (“Neftçi” ilə oyundakı) qol təkrarlanacaqdı, ancaq qonaqların qapıçısı yenə də komandasını xilas edə bildi. Bir dəqiqə sonra sürətli əks hücumda rəqibi yaxalamaq olardı, lakin gənc futbolçularımızın təcrübəsizliyi bundan yararlanmağa imkan vermədi. Oyunun 69-cu dəqiqəsində qonaqların hesabı aça bilməməsində bəxtimiz gətirdi. Az sonra Kazım Kazımlı çox əlverişli vəziyyətdə topu daha yaxşı mövqedə olan Kamran Abdullazadəyə ötürməyincə epziodu əldən verdi. Növbəti qol imkanı Orxan Əliyevin uzaq məsafədən endirdiyi zərbəsindən sonra boşa verildi. Korner sonrası yaranan daha təhlükəli vəziyyətdə Kazım Kazımlı çox gözəl baş zərbəsi ilə hesabı aça bilərdi, amma bu dəfə top qapıdan azca aralı keçdi. Start fitindən ehtiyat skamyada əyləşən sadio Tounara ayağa duraraq isinmə hərəkətləri edərək tribunları coşdurdu. Az sonra Orxan Əliyevin daha bir zərbəsi düz qapıçının üstünə getdi. Qarşılaşmaının 76-cı dəqiqəsində Yunis Hüseynov dəyişikliyə əl atdı. Əzələsini dartaraq zədələnən Rasim Ramaldanovu ampualaca müdafiəçi Zaman Mirzəzadə əvəzlədi. Cəmi üç dəqiqə sonra “Zirə”nin hücumu təhlükəli alındı. Artıq bütün futbolçularımızın fikri xəyalı qələbə istəyi ilə yalnız irəlidə idi. Məhz buna görə də müdafiəçilərimiz bəzən topu ünvansız olaraq irəli vururdular. Komandamızda nizamın itməsi isə qonaqlara imkan verirdi ki, qapımıza doğru gəlsinlər. Çox təhlükəli zərbəni qaytaran Orxan öz qapısını toxunulmaz saxlaya bildi. Az sonra baş hakim İnqilab Məmmədov təhlükəli oyuna görə qonaqların cərimə meydançası qarşısında cərimə zərbəsi təyin etdi. Kapitan Rahidin ilk zərbəsi canlı səddən qayıtdı, ikinci zərbəni isə qonaqların qapıçısı tutdu. Sadio Tounkara topa toxunan kimi topu irəli daşıyırdı. Son dəqiqələrdə oyun daha gərgin  keçirdi. Hücumlarımız ardarda gəlirdi. Amma matçın bitməsinə iki dəqiqə qalmış isə hər şey gözlənilməz şəkidlə dəyişdi. Rəqibin futboçusu cərimə meydançamızda yıxıldı. İlk hissədə “Xəzər Lənkəran”ı bağışlayaraq penalti verməyən baş hakim bu dəfə rəhm etmədi. Təyin edilən penaltini az qala Orxan Sadıqlı qaytaracaqdı, amma alınmadı 0:1. Hesab açılandan final fitinə qədərki dəqiqəyarım ərzində maraqlı heç nə olmadı.

Beləliklə, “Xəzər Lənkəran” doğma meydanda “Zirə”yə 0:1 hesabı ilə məğlub oldu.

8 Şərh

  1. Salam Admin bəy. Təriflədik, dedik ki, özümüzünkülər daha çox can yandırar komandaya. Bu da son. Qınamıram heç kimi, sadəcə qablarında olanı budur. Bircə onu qeyd etmək istəyirəm nki, altı tur start heyyətdə meydana çıxan və hər oyunda azı 70-80 dəqiqə meydanda olan Kazım Kazımlı hücumçu kimi nə bir qol vurub, nə də bir qol ötürməsi verib. İnnən belə də ondan nəsə gözləmək sadəlövhlük olar.
    ***
    Salam Qabil bəy. Hələlik deməyə söz yoxdur. Amma inanmaq istəyirəm ki, söz taparaq fikir bildirmək mənə də qismət olacaq.

  2. Mawqcini sahvi naticasi bela olmalidir.Ilyasi meydana buraxsaydi .Tonkarani 30 daqiqa tez avazlasaydi qalaba qazanardiq.Raqib Mawqci Hucumu guclandirir bu yorulmuw mudafiacilari meydanda saxlayir ki hucumcunun maykasinda dartir ki onuda arxasi ila aparsin be oyunculari qovmaq lazimdir ki bizim asablarimizla az oynasinlar Heyif RAMALDANOVUN Rahidin zahmatinda heca endirdi………………….

  3. Kecmiw azarkew says:

    Meni en cox uzen qapiya endirilen caresiz zerbeler idi… Amma butun hallarda komandada yerli uwaqlar ve bir nece seviyyeli leqioner oynamalidir.

  4. Deyəsən bu *cavanlar*da şişdi, Zirə onların qoltuğuna gətirdiyi qarpızdan verdi ,nə yaxşı mülayim hava idi yoxsa bunların *setksısnı*əməlli doldurardı Yunis də işarə vurdu bunlardan heç nə gözləmək olmaz.Olanımız budu ,ikinci turdan sonra hər şey enişə doğru gedir ,bir də bunların nəyi uşaqdır-Rahid,Sadıqlı,Tural,Rasim(tir tap yoruldu),liliput Kazım,özündənrazı pırpızbaş Orxan, texnar oğlan Elnur,pulsuz-parasız,havayı (nisyə də yox) penalti alan Elvin….. Daha kim qaldı…Mais, TUYQUN! Bircə şey qalmayıb-kafamızı aşsüzənə döndərib dəlmə-deşik edən səbr….

  5. Allah bizi Qəbələ səfərində rüsvayçılıqdan qorusun.

  6. Salam. Təəssüflər olsun ki, Xəzər Lənkəran komandası bu “əzmkar oyun”dan savayı heç nə ilə yadda qalmadı. Komandanın potensialı bu qədərdir. Əyər debütantlar üzərində öz meydanında qələbə qazana bilmlirsə, komandadan bundan artığını gözləməyə dəyməz. Rasim Ramaldanov, Rahid Əmirquliyev, Skarlatake bizim bu “əzmkarlardan” bir baş üstündürlərsə deməli yüksək liqa onlarlıq deyil. Tekce Elnur Cəfərovdan savayı. Bu komanda ilə “əzmkar” məğlubiyyətlərimiz hələ qabaqdadır…

  7. Son zamanlar 90+.da penalti teyin etmek yaman debe dusub. Dunen umumiyyetle biyabirci bir penalti teyin edildi Neftcinin qapisina. Stadionun ilk acilis oyununda Qarabagin uduzmamasi ucun Fariz Yusifov ele bir 11 metrlik cerime zerbesi teyin etdi ki imekleyen usagdan tutmus eli esa tutan agsaqqala kimi hami bu qerara qehqehe ile guldu. Son 3 oyuna 5 penal vuran Qarabaga xalq komandasi deyenlere sadece yazigim gelir. Utanin yere girin

  8. Rovshan Asadov says:

    Rahidden bawqa haminiz utanin. Min defe utanin ve qizarin. Ayib olsun!!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− iki = 5