10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

afisa-1Xəzər Lənkəran” Premyer Liqanın XIV turu çərçivəsində bu gün, noyabrın 28-də səfərdə “Zirə” ilə görüşür.

Zirə İdman Kompleksinin stadionunda saat 16:30-da start götürəcək qarşılaşmanı Orxan Məmmədovun rəhbərliyində hakimlər briqadası idarə edəcək. Baş hakimin köməkçiləri: Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov.

Oyun CBC sport kanalı ilə canlı yayımlanacaq:

BURADAN İZLƏ-1    (HD format)

BURADAN İZLƏ-2    (SD format)

BURADAN İZLƏ-3    (LQ format)

Qeyd edək ki, təklif olunan keçidlərdən biri açmırsa digərinə keçmək lazımdır və HD formatı daha keyfiyyətli görüntü ilə olduğundan bunun üçün yüksək sürətli internetə ehtiyac olacaqsa SD (keçidi) qismən az, LQ keçidi isə internetin daha aşağı sürəti ilə də aça bilər.

______________________

“Xəzər Lənkəran”ın start heyəti:
1. Orxan Sadıqlı

7. Sadio Tounkara
8. Elşən Rzazadə
11. Kazım Kazımlı
12. İlyas Səfərzadə
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
32. Zaman Mirzəzadə
42. Kamran Abdullazadə
72. Elvin Mirzəyev
97. Elnur Cəfərov

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə

5. Fərid Əsədov
16. İbrahim Qədirzadə
41. Hüseyn Xəlilzadə
44. Yusif Həsənov
79. Namiq Qocayev
99. Mahsum Qəmbərli

Baş məşqçi: 
Yunis Hüseynov

6 Şərh

  1. salam admin necesiz?fasileye nece oynumuz qalib?seyidi kapsa xl duwergesindedi yoxsa ayriliblar ordan bir sualda verim teze oyuncular almaga indiden hazirliq gedir yoxsa fasileni gozleyirler?
    ***
    Salam.
    1. Cəmi 4-turdn sonra fasilə başlayır.
    2. Nə Seydi nə də Kapsanı “Xəzər Lənkəran”la heç bir bağlantısı yoxdur. Onları inanmıram bir də “Xəzər Lənəran” formasında görək.
    3. Təzə oyunçu almağa pul yoxdur.
    4. Heç təzə futbolçu alınması üçün hazırlıq görmyə də pul yoxdur.
    5. Ümumiyyətlə puldan başqa bir şey haqda düşünmək də mümkün deyil. Çünki hamı pulsuzluğun dərdini çəkir.

  2. Salam hormetli admin!!!Yenede meqlub oluruq bele bir deyim var (BaltanIn sapi bizdendi)demayimin meqsedi budur ki,Nicat Qurbanovun aktivliyi boyuk rol oynayir..Nicat Qurbanov Lenkaranli balasidir yani Taliwdi vaxti ile Xezer Lenkaran bu oyuncuya pul vermakdan imtina etdi…Bize bucur isti qanli ve istedadli yerli oyuncular lazimdir yani oyunun neticesine yaxwi menada tesir edan oyuncu..Yosa qapiza qol vuran oyuncular yox…
    ***
    Salam. “Zirə” ilə oyun mənim üçün “Playstation” oyunundan heç nə ilə fərqlənmirdi. Nəticəsi də eynən heç bir məna daşımırdı. Deyirəm təki “Xəzər Lənkəran”ın problemi sizin qeyd etdiyiniz kimi xırda olsun. İndi də konret olaraq Nicat Qurbanov barədə. Əgər “Xəzər Lənkəran” vaxtı ilə bu futbolçuya pul verməkdən imtina edibsə çox güman bu klubun bircə iddiası ilə bağlıdır. Göründüyü odur ki, Nicat Qurbanov hansı klubun heyətində “Xəzər Lənkəran”a qarşı çıxış edirsə kifayət qədər can qoyur, bacardıqca qol vurub Lənkəran klubunu cəzalandırmaq istəyir. Bildiyimə görə Nicat qeyd etdiyiniz kimi Talış balası olsa da “Neftçi”nin yetirməsidir.

  3. Bu gun kamandamiz növbəti sinağini verəcək.Bu oyundan sonra daha ciddi islahatlar olacaq.Maraqlidir…mən bundan sonra daha da kamandamiza bağli olacağam və yuksək nəticələrə umid edərəm.İnaniram ki , uç-dörd gunə daha yaxşi xəbərlər alacağiq.Klubun taleyinə yuksək səviyyədə aydinliq gələcək.Klubda azarkeşlərin əsəbləri ilə oynayan bəzilərə son xəbərdarliq olunacaq, klub daxili prosesləri dolayi yolla yayan rəsmilər cəzalandirilacaq.

  4. xezer lenkeran nopvbeti movsumde iki legioner getirecey buqeder….ancaq yerli futbolcularla oynuyacay

  5. bu oyuna baxmaqin hec lezeti qalmayib.

  6. Salam. Xəzər Lənkəran bu oyunu necə oynayacaq deyə bilmərəm. Ancaq Neftçi ilə oyun məndə şübhələr yaratmışdı. Öz aramızda bu oyunu müzakirə edəndə 1-ci və 2-ci hissələrdəki təzadlı hadisələr oyunun Neftçiyə (və yaxud kimə) hədiyyə olunduğunun qərarına gəlmişdim. 61 yaşım var. Düz 51 ildir ki, fudbol azərkeşiyəm. Bu illər ərzində usta futbolçularla dostluq etmişəm . Rusiyada yaşadığım dövrdə Şaxtyorda , Metallurq Zaporojedə, oynamış bir neçə uynçu ilə söhbətlərim olub. Futbolun pərdə arxası sirrləri haqqında çoxlu suallar vermişəm. Demək istədiyim odur ki, meydanda oynanilan oyun heç də həmişə həqiqəti əks etdirmir. Qaldı ki, XL komandasının gələcəyinə ümidlə baxıram. İnşaAllah komanda yenidən dirçələr.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd − = 3