1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

neftchixlPremyer Liqanın 28-ci turunda “Neftçi” “Xəzər Lənkəran”ı qəbul etdi. Rəqibini 1-0 hesabı ilə məğlub edən “ağ-qaralar” turnir cədvəlində mövqeyini möhkəmləndirdi.

Mustafa Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyunun keyfiyyəti yüksək olmasa da, meydanda mübarizə var idi. Qol vuran komanda qalib gələcəkdi. Premyer Liqada çox iddiamız olmadığımız üçün bəzi çətinliklərlə üzləşirik. Yerli futbolçuların zədəli olması işimizi çətinləşdirir. İstədiyimiz heyəti qura bilmirik. Bu oyun bizdə müsbət bir təəssürat yaradacaq oyundur. Həm evdə, həm də səfərdə bərabər oyun oldu. Çoxlu qol epizodu yarada bilmədik, oynaya biləcəyimiz oyunu oynamadıq. Zohair komandanın ən yaxşılarından idi, çox yorulduğu üçün onu əvəzlədim. Vandersonu irəli çəkib Slaviki onu mövqeyində oynatdıq. Alxasov Araza qarşı uğurlu oynaya bilmədi. Müdafiəni gücləndirməli idik. Adrian Piti belə bir yüksək təzyiqi olan oyunda oynatmağım düzgün deyildi. Üç aydır ki, rəsmi oyun oynamayıb. Qış fasiləsində istədiyimiz 3 azərbaycanlı oyunçunu transfer edə bilmədik. Bütün yük Rahidlə Elnurun üzərinə düşdü. 4 yerli futbolçu ilə davam edirik. Bundan sonrakı oyunlarda dəyişikliklər etməliyik. Məcburiyyətdən bu cür heyətlə oynayırıq. Yerli futbolçuların sayını artırmalıyıq. 4 gənc futbolçumuz var”.

Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Bu oyunun şərhə ehtiyacı yoxdur, vacib olan üç xalı qazandıq. Çoxsaylı qol imkanlarından istifadə edə bilmirdik, yekunda Nfor fərqlənə bildi. Hakimlər barəsində ümumiyyətlə danışmaq istəmirəm, cərimə meydançasında Nforu yıxdılar, təmiz penaltimiz verilmədi. Bu il buna alışmışıq. Əvvəllər deyirdilər ki, “Neftçi”ni irəli çəkirlər, amma bu gün “Neftçi”ni sıxırlar. Hesabımızda 51 xal var, öz yolumuza davam edirik. Kubokda iddialıyıq, bu komandaların içində yeganə yerli məşqçi mənəm. Bacardığımız yerə qədər gedəcəyik. Rəqibin 100 faizlik epizodu olmadı, oyun bir qapıya getdi. Mən 10 gün əvvəl demişəm ki, “böyük oyun” söhbətini yığışdırın. Bu “Böyük oyun”dan çox küçə savaşına bənzəyir. Qorxurdum ki, uşaqlar yenə nəzarətdən çıxar. “Xəzər Lənkəran”a 5 qol vuracam demişdim, deməmiş olum. 2-3 min azarkeşi stadiona buraxmadılar. Polislər azarkeşi stadion boyu qovurdu. Təzyiq necə olur? Futbola gözəllik verən azarkeşlərdir, bilmirəm ki, onları stadiona niyə buraxmırlar. “Neftçi”yə qarşı böyük təzyiqlər var. Mən “Bakı” ilə oyunda hücumçunu yarımmüdafiəçi oynadırdım. Ruslan Qurbanov “Sumqayıt”la oyunda sağ müdafiəçi oynadı. Sadıq Sadıqov komandadan getsə, mən 24 saat əvvəl gedirəm. Mən yığdığım reytinqi ona borcluyam. O məni “Neftçi”yə gətirib. Cavid İmamverdiyevə inanıram, potensialını açmaq lazımdır. Bir vaxt Araz Abdullayev də indiki Caviddən güclü deyildi. Ya Cavid bezib futboldan gedəcək, ya da mən deyən futbolu oynayacaq”.

MƏNBƏ: Pfl.az

35 Şərh

  1. musahibeye baxe usaq behaneleri ay hoca sene vaxt verildi de kamandani qurmaga sen ne etdin konlu balig istiyen qisa diyim suda olar.qaldi boyuk agaya guya bularin azerkeslerin sixirlar ala ackivi cixartmirsan hec olmasa qulagindan panbigi cixart senun azerkescigazlarun az qaldi top atsunlar polis neynemelidi helem soyuslerin demirem bizim azerkes biraz soyen kimi medeniyyetden danisirsan bes bugun kim soyurdu olarida diyerdunda nie demedun,nese bele haqqi dananin musahibesin men hec bu exlaqli sayita yarasdirmiram
    ***
    İradınızla qismən də olsa razıyam. Adətən biz onun dediklərini saytda vermirik. Bu dəfə nəsə belə alındı. İndi onsuz da bir yazı ilə bu arxa plana keçəcək. Amma onu da qeyd edim ki, bizim fikrimizcə bəzən belələrinin də dediklərini azarkeşlərimizə çatdırmalıyıq ki, qoy hamı belələrini yaxşı tanısınlar.

    • admin qardas gorunen kende beledci lazim deyil bizim azerkesler balacadan boyuye hammi onun hansi yuvanin qusu oldugunu cox gozel bilir sadece bu menim fikrim idi.yene de bu saytda en baslica soz sahibi sizsiz ve menim buna qarismaga nece diyerler hec haqqimda yoxdu.
      ***
      12cioyuncu.info bir azarkeş saytıdır. Azarkeşlərin irad və istəklərini nəzərə almadan saytı çalıdırmaq sadəcə məntiqsiz olardı.

  2. Ay ZƏFƏR qardaş, axi orta xətt oyunşusu oyunun vur-tut 40-cı dəqiqəsində cərimə meydanına yarımünvanlı bir ötürmə verirsə, bu o deməkdir ki, o bu oyunu yüksək səviyyədə oynadı?

    • Kamanda məğlub olursa, onda heç bir oyunçunun yuksək keyfiyyətlərindən danişmağa dəyməz.Qabil bəy!-Lakin mubarizə əzmi ilə fərqlənənlərdən biridə Zoahir Benoahu idi.Bu şəxsi fikrimdir və sizin fikirlərinizidə hörmətlə qarşilayiram.

  3. Danizli umudlari dogrutmadigindan manca indiki vaxtda onun jerina Elbrus Mammadovu gatirmak olar. ham komandaja can jandirar galacajin komandasin qurar.

  4. Qardaslar XEZERIMIZDE hersey var her sey eladi sadece özlerini qoyublar axirdan lap axirinci yola.TOSAK 2 mesq kecdi Baki ile yarimfinal oyununun cavab görüsü ve super kubok oynu ücün hami gördü XEZERIMIZI.

  5. Beli qardaslar Kuboku Mustafaya soz veriblar,amma alinmazsa deyarlar ki,biz bela istamirdik ,bela alindi. Ona gora Mustafa cempionat oyununa onem vermir.Siz sukr eliyin ki,biz bu gun 8-0 uduzmadiq,cunki Mustafa deyir ki,bu oyun mene lazim deyil.Men hec ne basa dusmuram ,siz ne basa dusursuz???????????Demali torbada pisik var ,ozuda adida bellidir TN

  6. KUL MENIM BAWIMA MUSTAFA HOCA BENUAHINI TERIFLEYIR. Admin qardaw xaiw edirem mustafa hocaya deyin ki benuahi getsin o kotuk kimi weydi o guclu kamanda futbolcusu deyil.

  7. xezer bu oyunu uduzmali idi ki, neftci cempionatda turnir cedvelinde uclukden awagi duwmesin, cunki kubokda xezer finala vesiqe qazansa neftci de cox guman revani meglub edecek ve kubokun finali yene xezer-neftci dueli olacaq..oncun da xezere neftcinin cempionatda xal itirib uclukden cixmagi serf etmir..

  8. Deyesen Orxanda Mahir kimi edebsiz jest gosterib. Bilen var dogru xeberdi? Bunun daha Mahirden ne ferqi.

  9. SALAM OLSUN TALISLARA MEN XAYIS EDIREM LENKERANDA YASAYANLARA LENKERANIN APDOBOSU LENKERANA GELENDE QARSINA CIXIN VE GIRIN APDOBUSA OYUNCULARA ETIRAZLARIVIZI BILDIRIN VE MUSDAFAYADA DEYIN KI EYER GELEN ILDE BELE XEZER-LENKERAN OLARSA INDIDEN PALTARLASRINI YIGISDIRIB GEDSIN CUN KI BIZ AZERKESLER BELE MEGLUBIYETE LAYIQ DEYILIK

  10. salam Admin.Men soz vermisdim ki,birde serh yazmaram ancaq bacarmadim.Haminizdan xahis edirem Mustafani Lenkarana buraxmayaq.Azerkesler hamiliqla avtobusun qabaqini kesib medeni suretde onu basa salib yola salaq getsin.Men bir seyi basa dusmirem bu Turkiyede komandalari nece cempion edib.Bu gunki oyun gore futbolada,Mustafayada nifret etdim.O ele bil bizim aciqimiza Nildonu,benayuhu,qiliqorovu,elnuru oyna salir.Ancaq onunla qisa mudetde gorusmek ve onu yola salmaq.
    ***
    Salam, sizi yenidəm saytda görməyimə sevindim. Xahişiniz yerinə yetiriləcək. Azarkeşlərin bütün ərhləri ona çatdırılacaq.

  11. ZƏFƏR qardaşım, M.Dənizli deyir ki, Benuahi oyunda ən yaxşılardan idi. Sən də təstiqləyirsən ki, insaf naminə Benuahi bu oyunda yaxşı oynadı. Onda sual olunur: Bu yaxşı oyunu gözə görünməyən yazığ Benuahi görəsən yarımmüdafiəçi kimi oyun ərzində nə qədər dəqiq ötürmələr verməklə yadda qaldı? Bəlkə beş-altı dəfə dəqiq ötürmələriylə komanda yoldaşını Stamenkoviçlə təkbətək çıxardı amma, bütün bunları biz görmədik? İndiyə kimi özümüzü aldada-aldada gəlib bu vəziyyətə düşmüşük. Gəl elə bugündən etibarən Sənli, mənli həqiqəti deyək. Özümüzü bir daha aldatmayaq. Bunun “Xəzər”imizə yalnız xeyri olar. Xahiş edirəm fikrimi səmimi qəbul elə.

  12. Deyilesi fikir soz chox,yazmaq,cumle qurmaq bacaracagimda yox. Yene bawlandi Istefa. Narahat olmayin bir muddetliye bawinizi qatarlar,yeni idman diroktoru teyin edereler.Istefa ne istefa stadionda oturacaq sindirmaq deyile.Bu komanda adice oturme ede bilmir.Orta mektebde tesviri resm xett dersi kimi bunlarda futbolu tesvir edirler.Eger Denizli heyyetde sehvlere yol verirse,bu sehvleri etmeye onu oz yetirmeleri mecbur edirler.Butun mewqchiler pisdi bunlara bir quw,istefa.Bunlar Redniki,Towaki yola saldilar.Bunlardida 5-0,8-0 meglub olan.Bunlarin choxdan artiq cibleri vijdanlarina qulaq asmir(ichlerinde istisnalarida ola biler)Artiq Mustafanida pisleyirler. Qorxunki novbeti oyunlarda darmadaginlar olmasin. Komanda artiq Mustafa babanin Istanbula biletin sifariw etmeye chaliwir. Bu oyunchular ne bilir azerkew nedi. Qovmaq lazimdi yerlilerden bawlayaraq.

  13. Dənizlinin Toşakdanqalma heyəti meydana atıb onlara güvənməsi bizim dilimizi qısaltdı. Əvəzində heç bir düşüncəsi, məşqçilik talantı, etika və estetikası olmayan “Zəif”in dilini uzatdı. İndi “neftçi”baz saytlarda bu “diliuzun”un özünütərif namələriylə addımbaşı rastlaşacağıq. “ATLAR ÖLÜB, İTLƏRİN BAYRAMIDIR.”

  14. Noyutcunun adi ila milyonlar yeyilir,ozuda bilirsiz kimlar yeyir.Rednikda Noyutcularin qenimi idi,Rednika 5-0 torba tikdilar ki,o biza mane olmasin. Bizim kulbas rehberlik da bunu basa dusmadi. Hele bu harasidir,bizim reheberlikda oturanlari basa saliblar ki,Cenub hessas zonadir ,azerkeslari futboldan soyumaq lazimdir. Gun cixir alem gorur ,bunu basa dusmamaya ne var ki???Ozunuz yormayin ,ozunuza yaziqiniz gelsin. Sadiq Sadiqov bizimkilar ucun banket stolu acib,sizda eseb kecirdirsiz.Xezer istasa oynayar,keyfi bela istayir bela oynayir.

  15. Zəfər Lerikli says:

    Böyağa deyirdə….deməli olmadiğinida desə də, ona nə deməliyik ki..!?

    Şukur allaha ki , M,Dənizli bu oyunda Zoahiri görub lakin onun əvəzetməsilə böyuk səhf etdiyini deməliydi.Əgər sənin əvəzetmən meydanda özunu doğrultmayibsa deməli bu taktiki gedişin səhf olub.Bunu indi az savadi olan azarkeşdə bilir.Daha buna rəng qatmağa heç ehtiyac yoxdur, fikrimcə. Onuda qeyd edim ki Zohairi ən çox tənqid edənlərdən biri mən idim amma bu oyunda ona heç bir iradim yoxdur.Ən azi insaf naminə.

  16. Vaqif Rəşidov says:

    Dənizlidə bir qramm olsada taxsır yoxdur…Bir qramm olsada.

    Nələr baş verir BİLMƏSƏK YAXŞIDİR!

    • Zəfər Lerikli says:

      Nələr baş verdiyini bilən məşqçi özunə qiymət verməyi bacarmirsa, onda onun gunahi kiloqramladir.Belə çixir ki , kuboku M,Dənizliyə söz veriblər.

  17. Nizami moskva says:

    Bu gun Heftci cox gorxag futbol oynadi, bu cur oyunla neftci 4cu yeri de gucnen tutar. Xezer ise bu cur oyunla 4cu dovrede hec Sumgayiti da uda bilmez.Eger Benuahini Denizli oyunun en yaxsilarindan biri hesab edirse demeli bu goca aglini temiz itirib ya da ki butun Xezer azerkesleri kordur.Mustafa Xezerde galarsa gelen il de Benuahi azerkesleri o dunyalig edecek.

  18. Рамал Ленкоранский says:

    toshak gedende dedim men toshakdan yaxshsi gelse ne bilimdi xezerin bir meshqcsi olub oda Rednik mustafaya hec qoyun naxri daveriya etmek olmaz ..

  19. sakkoni elias pit agaba bunlar oynamalidir esas heyetde

  20. bele olarda sakkoni elias agabala adrian pit bular oynamasa ne qeder xezer uduzacaq bunlar esas heyede olmalidir

  21. Admin axşamınız xeyir.Komandaya qarşı nifrət getdikcə artlır.Bu hal çox pisdir,şərhlərdən hiss olunur.Biz həmişə Xəzəri yaxşı əhval-ruhiyədə qarşılamışıq indi isə onu yumurta atəşinə tutmaq fikirləri var.Vallah mən heç kimi qınamaq istəmirəm,axı azerkeşində səbr kasasıvar.Mustafa Neftçiyə uduzmağın nə qədər dərd verici və utandırıcı olmağını yaxşı anlamalı idi.Ancaq bu belə olmadı.Çox səviyyəsiz bir taktiki düzülüş..Sanki elə bir qorxaq oyun oynayırdılar ki,mən onların yerinə utandım.Neftçi ilə oyuna buraxılan oyunçular yersiz dəyişmələr.Oyunu gücləndirməkdənsə Mustafa başqa bir qərar qəbul etdi.Mən şəxsən ondan şühbələndim.

  22. Cenublu fanatlar Boyukagani ne qeder de beyenmeseler, komandasi gosterdiyi oyunla Mustafa hocanin yetirmelerini kolgede qoydu. 47 gun once sanci-cirmagnan 2:2 hesabli hec-hece eleyib qehraman olmuwdular ama bu gun meydanda yetim quzu kimi idiler…ne qeder qeribe seslense de kubokdan da elimizi uzsey olkenin idman nufuzuna xeyir vermiw olarig. Her halda kuboku qazanib, “ura” qiwqirib, 1-2 ay sora da cuud kimilere 10:0 uduzmagdansa ele bawimizi awagi salib Futbol uzre Azerbaycan Cempionatinda cixiw elemey daha werefli olar, cunki bizim yerimiz ele buradir. Nece deyerler ayagimizi yorganimiza gore uzadag.

  23. bax xezer gor ne gundesenki boyaga kimi bir seviyesiz mesqci senin qarshinda at oynadir.

  24. Komanda LENKERANa gelende avtobusu yumurta atewine tutmaq lazimdir

  25. bu ne sxemdir bu ne oyundur bas acmaq olmur. Benahu NILDo Qriqorov oynatmaqsanda Agabala Elnur CEferov ORxan oynatmaq lazimdir onsuz uduzmaq uduzmaqdir bunlarla uduzun

  26. Dənizlinin qorxaqlığı və bacarıqsızlığı ” boş çəlləyin” yenə boşboğazlıı ilə bizim dilimizi qısaltdı.

    • elias sakkoni pit agabala
      embila orxan rahid elnur tural skarlateke tiaqo bunlar esas heyet omalidi

      • qapida orxan mudafiyede skarlatake tiaqo alvarosilva tural celilov yarim mudafiye rahid elnur elias pit hucumda agabala EMBILLA BU HEYET BUTUN KAMANDALARI DESER EHTITDA ISE RASIM NILDO BENAHU SAKKONI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− dörd = 1