1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Mustafa-DenizliMustafa Dənizli ilə yeni dönəmə başlayan “Xəzər Lənkəran” daha 3 futbolçusu ilə yollarını ayıra bilər. Məlumata görə, “ağ-yaşıllar”ın əməkdaşlığa son verəcəyi həmin futbolçular əcnəbilərdir. Belə ki, “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Con Toşakın istəyi ilə komandaya cəlb olunan mərakeşli yarımmüdafiəçi Zoahir Benouahi, braziliyalı hücumçu Junior Nildo və ispaniyalı yarımmüdafiəçi Edu Oriol özlərinə yeni klub tapmalı olacaqlar. Onlar rəhbərliyin ümidlərini doğrultmadıqları üçün göndərilirlər. Yayda Lənkəran təmsilçisinə transfer edilən Nildo və Benouahi cari çempionatda hərəyə 15 oyun keçiriblər. Mərakeşli bu matçlarda qol sevinci yaşamasa da, braziliyalının hesabında 4 dəqiq zərbə var. Oriol isə 7 görüşdə meydana çıxsa da, fərqlənə bilməyib. Qeyd edək ki, “Xəzər Lənkəran” daha öncə 2 futbolçusunu – bolqarıstanlı müdafiəçi Radomir Todorovla braziliyalı qapıçı Duqlas Leyteni yola salıb.

MƏNBƏ: Apasport.az       

13 Şərh

  1. X-L isterdim yerli oyuncularadan Vugar Nadirovu alsin,onu cox beyenirem.Sizce necedi?

  2. shad xeber olasan ay admin!! nehayet bu zirzibil futbolculardan canimiz qutaracag.

  3. Sagol sun mustafa oca menasizlari komandadan uzaqlasdirdi onlar coxdan getmeli idiler birde qapici alsa lap yaxsi olar “Tesekkurler”

  4. salam admin saytda nece qeydiyyatdan kece bilerem
    ***
    Qeydiyyat məsələsini gələcəyə saxlamışıq. Hələlik qeydiyyatdan keçmədən də şərh yazmaq mümkündür.

  5. BABƏK qardaşımız da bizimlə həmfikir olduğundan yerli oyunçulara diqqəti yönəltməkdən ötrü bir xatırlatmanı nəzərinizə çatdırmaq istəyirəm. Bir vaxtlar ki, “Xəzər Lənkəran” güclü idi heyətində Z.Ramazanov, E.Quliyev, M.Qurbanov, K.Ağayev, C.Sultanov, R.Abdullayev, A.Qurbanov kimi sayseçmə yerli futbolçular top qovardı. Bugün komandamızın elə futbolçulara böyük ehtiyacı var. Vaxt var ikən ilk növbədə səviyyəli yerli futbolçular komandaya cəlb edilməlidir ki, limitə görə onların arasında daim rəqabət olsun. Legioner oyunçulara gəldikdə Babək bəy düz vurğulayıb, elələrini hər zaman tapmaq mümkündür.

  6. salam admin bey. necesiniz? bu yazilab meqaleninj ne derecede dogru oldugunu bilmek isterdim. bu melumati men bawqa saitlerdende oxumuwdum, cox istiyerdim ki melumat 100% dogru olsun!!!!
    ***
    Salam. Belə şeylərin dəqiqləşməsi üçün adətən qısa bir zamana ehtiyac olur, yəni bir neçə günə çox şeyə aydınlıq gələcəyi gözlənilir.

  7. VAQİF qardaş, Sizin fikrinizlə şərikəm. Limitə görə komandamıza 2-3 azərbaycanlı futbolçu lazımdır. Amma kimi gəldi almaq da düzgün deyil, səviyyəli seçim yerinə düşərdi. Azərbaycanda top qovan legionerlərin komandamıza rtansferinin isə tam əleyhinəyəm.

  8. yerli cempionatdan guclu ve genc yerlioyuncularin alinmasi hava ve su kimi lazimdir.indi bizde en cox catishmayan budur.builki 7+4 limiti gelen iil 6+5 olacaq. yerli oyuncular arasinda reqabetin olmamasi mesqcileri hemishe cetin veziyyetde qoyur .mence hem yunis bey,hem bakes hem de toshakin esas sehvleri bu idi.denizli bu yonde cox duzgun addim atir.ecnebi oyuncu hemishe tapilar yerli ise cox azdir.o ki qaldi yerli cempionatdan ecnebinin gelmesine men de bunun eleyhineyem.

  9. MEN DENIZLININ YERINDE OLSAYDIM YERLI CEMPIONATDAN FUTBOLCU ALMAZDIM CUNKI INDIYE QEDER XL YERLI CEMPIONATDAN ALDIGI OYUNCULARDAN HEC BIR XEYIR QORMEYIB QORMEYECEK QELENLERDE HAMISI XL ZERBE VURUBLAR/

  10. Merhemet says:

    Əldə etdiyimiz məlumata görə, braziliyalı futbolçunu transferində yerli klublarımız da səylə çalışır. Bertuççinin “Qəbələ” və “Xəzər Lənkəran”dan birinə keçəcəyi də gözlənilir. Belə ki, Qəbələ təmsilçisi Elnur Allahverdiyevin, “Xəzər Lənkəran” isə Rodomir Todorovun yoxluğunu aradan qaldırmaq üçün Bertuççinin xidmətində maraqlı olan klublardı.

  11. Hörmətli ADMİN, Salam! Ənənəyə sadiq qalan müxtəlif saytlar yenə “Xəzər Lənkəran”ın adı ətrafında ajiotaj yaratmaqla ağıllarına nə tip məlumatlar gəldi gündəmi doldurur və özlərinə reytinq qazanmaqdan ötrü komandamızın azarkeş ordusundan istifadə edirlər. Çünki “Xəzər Lənkəran” azarkeşi klubun adıyla bağlı olan bütün məlumatları oxuyur. Odur ki, komandamızla bağlı təsdiq olunmamış, hətta dezinformasiya xarakterli məlumatlar saytlarda hər gün gündəmi bəzəyir. Şəxsən mən komandamız haqda özgə saytların verdiyi xəbəri rəsmi təsdiqini tapana qədər növbəti şaiyə hesab edirəm.
    ***
    Siz tamamilə düz qeyd etdiniz və ümumiyyətlə düzgün də edirsiniz ki, hər saytın məlumatlarına inanmırsınız. Axı saytların əksəriyyəti reytinq toplamaq üçün nə gəldi yazırlar.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


1 − bir =