1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

afisa“Xəzər Lənkəran” Premyer Liqanın VI turunda “Zirə”ni qəbul  edəcək.

Qarşılaşma “Fırtınalar meydanı”nda sentyabrın 27-də saat 21:00-da start götürəcək.

Hər ev oyunu öncəsi olduğu kimi bu dəfə də 12cioyuncu.info azarkeş saytı azarkeşlərin davranış qaydalarını təqdim edir:

Azarkeşlərə icazə verilir:

Stadionun tribunalarında sevimli komandanı dəstəkləmək üçün plastik tütəklərdən, zərli kağız və lentlərdən təşkilatlanmış fan klub qruplarına isə banner-transparantlardan, tutacağı içi boş plastik olan bayraqlardan, nağaradan istifadə etmək olar.

Azarkeşlərin vəzifələri:

Stadiona giriş zamanı hüquq-muhafizə orqanlarının əməkdaşları tərəfindən yoxlama-nəzarətindən keçərkən itiriləcək vaxtı nəzərə alaraq, stadiona tədbirin başlama vaxtından daha tez gəlmək lazımdır.

İctimai asayiş və qəbul edilmiş davranış normalarına riayət etmək mütləqdir.

 Digər azarkeşlərə və tədbir iştirakçılarına, xidməti personala, mihafizə işçilərinə qarşı hörmətcil davranmaq, ətrafdakıların təhlükəsizliyini poza biləcək hərəkət və əməllərər yol verməmək lazımdır.

 Stadiona giriş zamanı hüquq-muhafizə orqanlarının əməkdaşlarının yoxlama-nəzarətindən keçmək və bu zaman hüquq-muhafizə orqanlarının əməkdaşlarının yoxlama hərəkətlərinə təmkinlə yanaşmaq vacibdir.

 Stadionun administrasiyası və hüquq-muhafizə orqanlarının qanuni təlimatlarını sözsüz həyata keçirmək gərəkdir.

Azarkeşlərə qadağan olunur:

 İdman qurğusuna alkoqol və narkotik sərxoşluq halında gəlmək, stadiona spirtli içki keçirmək və içmək, psixotrop və narkotik maddələrdən istifadə etmək qadağandır.İdman qurğusuna silah, oddan təhlükəli, partlayıcı, zəhərli, pirotexniki, qoxuyan maddələr, kəsici və batan əşyalar, digər azarkeşlərə, eyni zamanda tədbirin normal şəkildə keçirilməsinə mane olan böyük çantalar, portfellər, böyük ölçülü bağlamalar və paketlər, şüşə qablar və sair əşyalar keçirmək qadağandır.

Tribuna və meydana əşya atmaq və eyni zamanda tədbirin keçirilməsinə mane olan digər əməllər etmək qadağandır.

Tədbir iştirakçılarının, azarkeşlərin ləyaqətini alçaldan şüarlardan istifadə etmək və ya insan mənəviyyatını aşağılayan başqa hərəkətlər etmək qadağandır.

Tədbirin keçirilməsi zamanı keçidlərdə və pilləkənlərdə dayanmaq, iştirakçıların və azarkeşlərin hərəkətinə maneə yaratmaq, oturacaqların üzərinə qalxmaq, hasarlara, parapetlərə, işıqlandırıcı qurğulara, özül konstruksiyalara dırmaşmaq, stadionun mülkünə ziyan vurmaq qadağandır.

 Stadionun administrasiyasının və ya klubun nümayəndəsinin müşaiyəti olmadan meydana çıxmaq, eyni zamanda idmançıların, hakimlərin paltardəyişmə otağına və qurğunun digər xidməti və texniki otaqlarına daxil olmaq qadağandır.

afisa

 

2 Şərh

  1. Davranış qaydaları azerkeşlər riayət həmişə edir bu qaydaları o qədər sərtləşdirmişik ki stadiona adam az gəlir hörmətli bəylər xəzərə yenilik muasirlik gətirmək haqqında duşunmək lazımdır.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz + 3 =