1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

statistika-yeni“Xəzər Lənkəran” Premyer Liqanın XXXII turunda AZAL klubunun qonağı olacaq.

“Ağ-yaşıllar” bununla da “təyyarəçilər”lə 36-cı dəfə üz-üzə gəlmiş olacaqlar. İndiyə qədər keçirilən 35-oyunda komandamız paytaxt təmsilçisinə 17-dəfə qalib gəlib və yalnız  8-oyunda məğlub olub. Qalan 10-oyunda isə qalib müəyyənləşməyib.

Cütlüyün qarşıdurmalarında ümumi top fərqinə görə də “Xəzər Lənkəran”ın böyük üstünlüyü var. 

“Xəzər Lənkəran” –  AZAL   44:28

*************

Çempionat oyunları

“Xəzər Lənkəran” çempionatda AZAL-la 31-oyunda üz-üzə gəlib. Ümumilikdə 15-görüşü 3-xalla bitirən komandamız, 7-dəfə məğlubiyyət acısı yaşayıb, 9-görüşdə isə paytaxt təmsilçisi ilə sülh bağlayıb. Çempionat çərçivəsində baş tutan matçlarda “Təyyarəçilər”in qapısına 39-dəfə yol tapan “ağ-yaşıl”lar öz qapısından 25 top buraxıb.

*************

Kubok oyunları.

Komandamız paytaxt təmsilçisi ilə  4-kubok oyununda qarşılaşıb. 2007/08 mövsümündə kubokun  ¼ final mərhələsində “Xəzər Lənkəran” səfərdə 0:1 hesabı ilə məğlub olsa da “Fırtınalar meydanı”nda bunun əvəzini iki topla çıxaraq yarımfinala adlaya bilib. Növbəti dəfə komandalar  kubok yarışmasının 2009/10 mövsümündə  finala vəsiqə qazanmaq üçün yarım final mərhələsində üz-üzə gəliblər. Paytaxtda baş tutan oyunda qeydə alınan 1:1-lik heç-heçədən sonra Lənkərandakı matçda “Ağ-yaşıl”lar 2:1-hesabı ilə qalib gələrək finala gedən yolda sonuncu səddi aşa biliblər. Kubok oyunlarında cütlüyün top fərqi belədir: “Xəzər Lənkəran” –  AZAL 5:3

**************

“15-minlik stadion, 14999+SƏN”

Qeyd edək ki, “Fırtınalar meydanı”nın tribunalarına 15.000-azarkeşin toplanması ilk dəfə AFFA-nın rəsmi protokoluna (o vaxtlar hələ PFL yox idi)  2007/08 mövsümündə ölkə kubokunun ¼ final mərhələsi çərçivəsində 2008-ci il martın 20-də keçirilən məhz “Xəzər Lənkəran” – AZAL (o vaxtlar “Olimpik”adlanırdı) oyununda qeyd olunmuşdu. Onu da əlavə edək ki, həmin qarşılaşmanın afişalarını “12-ci oyunçu” öz hesabına hazırlamış, bütün Lənkərana yayaraq stadionun tribunalarını tam doldura bilmişdi. “12-ci oyunçu” MFK özünə məxsus olan  “15-minlik stadion, 14999+SƏN” layihəsini də ilk dəfə elə  həmin oyunda uğurla həyata keçirə bilmişdi. Beləliklə, cütlüyün statistikasına bunu da əlavə etmək olar ki, tribunalarda 15.000-azarkeşin toplanması ilk dəfə məhz bu komandaların 20.03.2008 tarixində baş tutan oyununda rəsmi protokolda qeyd olunmuşdur və 15.000-lik azarkeş davamiyyətinin ilk rəsmi təsdiqinə də məhz “12-ci oyunçu”nun səyləri ilə nail olunmuşdu.

**************

Böyük hesablar.

Yarandığı gündən bəri “Xəzər Lənkəran” komandası paytaxt klubunu 2-dəfə 3:0-lıq böyük hesabla məğlub edib. Hər iki darmadağın Mirça Rednikin baş məşqçiliyində qeydə alınıb.

**************

 “Adı adlara qalıb”…

Onu da əlavə edək ki, bir neçə dəfə adını dəyişən AZAL, indiyə qədər “Olimpik” həmçinin “Olimpik Şüvəlan” adları ilə də çıxış edib.

 *************

Aşağıda “Xəzər Lənkəran”ın AZAL klubu ilə keçirdiyi bütün oyunların statistikası təqdim olunur:

 

2005/06 mövsümü

  “Olimpik” – “Xəzər Lənkəran”   0:2

 “Xəzər Lənkəran” – “Olimpik”   1:0

 

 2006/07 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   1:2

  “Xəzər Lənkəran” – “Olimpik”   3:2

 

 2007/08 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:0

  “Xəzər Lənkəran” – “Olimpik”   0:0


Azərbaycan kuboku, ¼ final mərhələsi

  “Olimpik” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik”   2:0

 

2008/09 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:1

“Xəzər Lənkəran” – “Olimpik”   0:0

 

 2009/10 mövsümü

  “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 Azərbaycan kuboku, yarımfinal

 “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:1

 “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 2010/11 mövsümü təsnifat mərhələsi

 AZAL – “Xəzər Lənkəran”  0:1

 “Xəzər Lənkəran” –AZAL  2 : 1

 

 2010/11 mövsümü final mərhələsi

AZAL – “Xəzər Lənkəran”  1 : 0

 “Xəzər Lənkəran” –AZAL  3 : 0

 

 2011/12 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran”  0 : 3

 “Xəzər Lənkəran” –AZAL  1 : 0

 

 2012/13 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran” 0 : 2

 “Xəzər Lənkəran” – AZAL 1 : 2

 

2012/13 mövsümü final mərhələsi

“Xəzər Lənkəran” – AZAL 1 : 1

AZAL – “Xəzər Lənkəran” 2 : 0

 

2013/14 mövsümü I dövrə

 AZAL – “Xəzər Lənkəran” 1 : 3

 

2013/14 mövsümü II dövrə

“Xəzər Lənkəran” – AZAL 1 : 1

 

 2013/14 mövsümü III dövrə

AZAL – “Xəzər Lənkəran” 2 : 2

 

2013/14 mövsümü IV dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 1

 

 2014/15 mövsümü I dövrə

AZAL – “Xəzər Lənkəran” 1 : 1

 

 2014/15 mövsümü II dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 1

 

 2014/15 mövsümü III dövrə

AZAL – “Xəzər Lənkəran” 3 : 1

 

2014/15 mövsümü IV dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 0

 

 2015/16 mövsümü I dövrə

“Xəzər Lənkəran” – AZAL  3 : 1

 

 2015/16 mövsümü II dövrə

AZAL – “Xəzər Lənkəran” 1 : 0

 

2015/16 mövsümü III dövrə

“Xəzər Lənkəran” – AZAL  0 : 1

 

2015/16 mövsümü IV dövrə

AZAL – “Xəzər Lənkəran” ? : ?

*************

Səhifəni hazırladı: NƏBİOĞLU.

Statistik məlumatlardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

3 Şərh

  1. Onsuzda hesabin na olacaqinin farqi artiq yoxdur.Hec olmasa son oyunlardki kimi yerli uwaqlara wans vermak yaxwi haldir.Qoy pis oynasalarda tacruba toplasinlar.Rahbarlik va mawqci korpusu bawa duwmalidir ki.bularin ustunda onlarin zahmati var.bu zahmat hadar getmamalidir.Galacayimizi qorumaq lazimdir.Galmalar muvaqqatidir.

  2. Əziz azarkeşlər!: Hara gedir bu dünya?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd − 4 =