10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezer-illerleKənardan baxdıqda elə görünür ki, “Xəzər Lənkəran” son günlərini yaşayır.

 Deyəsən elə daxildə də ümidverici  görüntü yoxdur. Elbrus Məmmədovun mediyada ara sıra rast gəlinən təsəlli sayağı yersiz açıqlamaları isə elə təəssürat yaradır ki, sanki klubda bütün işlər baş məşqçiyə həvalə edilib. Və ya klubun keçmiş sahibi Mübariz Mənsimov “yaxşı olacaq” mesajlarını ictimaiyyətə yalnız onun vasitəsi ilə çatdırmaq istəyir. Klub daxilində nələrin baş verdiyini dəqiq bilməsək də vəziyyətin yaxşıdan tam uzaq olduğuna zərrə qədər də şübhəmiz yoxdur. O biri tərəfdən isə komanda pis yaxşı məşq edir, hətta nəticəsi öncədən məlum olan oyunlara da çıxıb meydanda mübarizə aparır – deməli hələ nəfəs alır. Hərçənd bu daha çox ölüm yatağında olan xəstənin getdikcə ağırlaşan nəfəs almasına bənzəyir.

Müsahibələrində sualların mahiyyətini yan yörədən məharətlə sürüşüb keçməyi bacaran Tuyqun Nadirovun da son zamanlar səsi çıxmır. Xaqani Məmmədovla son “atışma”sından sonra susan klub rəsmisi qıllı dovşanları daha yaxın buraxmır. Yeri gəlmişkən onun Mənsimovlara nə qədər əziz oldğunu heç düşünmüsünüzmü? Arxada qalan illərdə on minlərlə azarkeşin bu şəxsə qarşı pis münasibətini bildikləri halda Mənsimovlar onun toxunulmazlığını qorudular. Deməli Mənsimovlar üçün azarkeşlər Nadirovun atılan dırnağına da dəyməzlər. Məhəlləmizin ağsaqqallarından biri demişkən: “O göy göz ki, var ha yaman şeydi, çoxdandır parazit qurd kimi paymal edib komandanı, Mənsimovların da başının içini yeyib, qalan boş çölüdü…”

Mövzudan uzaqlaşmayaq. Mübariz Mənsimov “Xəzər Lənkəran”dan əl götürdükdən sonra klubun fəaliyyəti dalına biz batırılmış eşşəyin dolanbac qaçışını addımbaaddım izləyən palan sahibinin məyus halını xatırladır. Nəzərə alsaq ki, millətimiz ağıllının qabaqda gedən zəncirli olduğunu düşünərək cərgələnmədə daim arxaya meyil edir, qolu zorlular isə həmişə eşşəyin əvəzinə palanı döyürlər, deməli hər şey daha pis ola bilərdi. Başqa sözlə sürünərək yaşaması sahibini itirmiş “Xəzər Lənkəran”ın hələ yaxşı günüdür. Əminliklə demək olar ki, kiçik Mənsimovun satdığı əmlaklardan əldə olunan pulların ümidinə qalan, ağı yuyulub yaşılı sərilmiş klubun faciəvi sonluğuna az qalıb. “Diger klublar kapansa da Hazer Lenkeran kapanmaz” kimi söhbətləri isə unudaq getsin. Sözdü də deyilib də…

ARDI VAR

Daz Matros

Bir şərh

  1. Azərbaycanlı says:

    Klubumuzun düçar olduğu uğursuzluğun fonunda ağır axan ağrılı düşüncələrimlə bir qədər götür-qoy, çək-çevir, vur-tut və məkə-bıkədən sonra vəziyyəti belə gördüm. Deməli, Maşallah olsun XLsevərlərimiz çoxdur, bu çoxluq ölkə futbolunda üstün nüfuzlu, üstün güclü, üstün nəticələrə malik komandaya layiqdir. Deməli, komandanı yaşatmaq missiyasını öhdəsinə götürmüş sponsorumuz işə bu reallıqlardan yanaşmalı , yüz minlik azarkeş ordusuna bab 20 nəfərlik futbolçu tağımı qurmalıdır. Mühüm bir hal da nəzərdən atılmamalıdır ki, rəqabət olan yerdə mübarizə qaçılmazdır. Deməli, XLsevməzlər də az deyil, məsələnin qəliz tərəfi odur ki, onların sayı bilinmir, hətta arabir öz sıralarımızda da alaq otu kimi baş qaldırırlar. Atıldığımız meydan mübarizə meydanıdır. Deməli, meydanda qalmaq üçün mübariz olmalıyıq. Bu mübarizədə biz azarkeşlər Mübarizlə olmağa hazır. Deməli, Mübariz də bizimlə olmalıdır. Əks halda …hər şey istədiyimizin əksinə olacaq…deməli, XLsevməzlərlə ittifaqda olmuş kimi saymalıyıq özümüzü.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 + üç =