1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

1363332518_xezer_loqo_447468543 Hazırda heç də adına layiq çıxış etməyən “Xəzər Lənkəran” yenidən əzəmətini qaytarmaq niyyətindədir.

Belə ki, 12cioyuncu.info saytının əldə etdiyi eksklüziv məlumata görə mövsümlər arası yay fasiləsi ərəfəsində “Ağ-yaşıl” klub transfer hazırlıqlarına başlayır. Bu məqsədlə yaxın günlərdə klubun idman direktoru bir neçə menecerlə birlikdə futbolçu seçimi üçün ölkə xaricinə səfər edəcək. Məlumata görə Yunis Hüseynovun başçılığında olacaq nümayəndə heyəti səyahətini Afrika ölkələrindən başlayacaq. 12cioyuncu.info saytının əldə etdiyi məlumatda daha sonra deyilir ki, “Xəzər Lənkəran” rəhbərliyi növbəti mövsüm öncəsi azı 5-səviyyəli futbolçunu transfer edərək komandanın heyətini gücləndirməkdə iddalıdır. Həmin məlumatda Mənsimovun bu transferlərin xərclərini ödəmək üçün böyük paralardan keçməyə razı olduğu da deyilir.

Məlumatdan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

26 Şərh

  1. Salam eziz xezerliler kamandamiz cox zeyif oyun gosdersede insaAlah bu ilki uzuntumuzu gelen il bize unutdurar ve oz evelki xezerimize wovuwariq insaAlah Yaxsi oyuncular transfer ederik

  2. Iste bu be inwaAllah her wey yaxsi olacaq neftci Qarabaq ida inwALLAH vaxt gelecek bir torpaq kimi ezib kececeyik ugurlar XEZER-LENKERAN…

  3. salam admin qardas diyirlerki ingiltereden adam gelecey rehberliye xezere mesqcide nazim suleymanov olacay bu duz sopetdi???
    ***
    Salam. Dəqiq deyə bilərəm ki, nəinki klubun Bakıdakı ofisində və yaxud İstanbuldakı baş ofisində bilmirlər, hətta Mübariz Mənsimov özü də bilmir. Sizcə belə olan halda həmin şayiə düz söhbət ola bilər?

  4. Pulsuz idim tutmusdum o,azzardan.
    Pulsuzluqdan mehrum oldum xazardan.
    Bu halima gozel bir mesel de var.
    Pulsuz olan bow qayidar bazardan.

  5. (( YUNISI HARA GONDRISIZ AXI ONUN SECDIYI OYUNCULARI GORMUSDUKDE MESQCILIK ETDIYI DOVRDE ..GUCNEN CANIMIZI QURTARDIQ ONLARIN ELINDEN

  6. Cox boyuk ehtimalla yaydan sonra bas mesqci Yunis Huseynov olacaq,oda indi axtarisi cixib az budceyle kamanda yiga bilsin,hami da yaxsi bilir ki, Afrikada Tounkara kimi az pula esasende hucum xettine bizim kilerden yaxsi oyuncu cox var,ona gore birinci ordan basdiyiblar….Evezedicilerden de 3 veya 4 oyuncunu esas heyetde saxliyacaqlar, 5 dene az pula daha keyfiyyetli legioner alinacaq….Yenede ortada pul problemi var….Eger pul problemi olmasaydi 4-cu yerde ve kubokda iddiasi olan ve cox guman ki Avropaya getmesi yuksek olan bir kamandani gonderib evezedicilere guvenmezdiler….Istediler daha cox evezedicilerden xeyir gorsunler gorduler oda mumkunsuzdu….Indide transferlere hazirlasirlar,bezen bu pulsuzluga sevinirem,belke bu pulsuzluq uzunden yaxsi keyfiyetli isdediler….indiki hal ucun en idial variant Yunis Huseynovdu….

  7. admin bey evvela sizin kefinizi bilmek isterdim, Allah bize sebr etsin,ebele bu transfer sozunu xezerde ewitmiwem ve sonradan gelenlerin coxunun xeyirsiz oldugunu gormuwem uje bu transfer sozunu ewidende meedem bulanir.oduki bu il hecne dinmerem bu transfer sohbetine sadece diyanib sonunu gozleyerem gorum ne olurda,oz aramizdi insan 1 defe 2 defe pataloqu 3 il aldanarda daha 11 ildi aldaniriq bu transfer sozune uje aldanmiyaq,gelin sakitce oturaq kim gelir gelsin,oz aramizdi belke bu transfer sozune bawqa bir alternativ soz axtarib tapaq,belkede bir nece defede o soze aldandiq………….
    ***
    Salam, diqqətinizə görə təşəkkür edib qeyd edim ki, ola bilər bəlkə də ən yaxşısı sizin təklifinizə uyğun “transfer” sözünü başqası ilə əvəz etməkdir. Yoxsa getdikcə bu sözə allergiyamız yaranır.

  8. Salam mü’llim,Allahdan Sizə və özümüzə can sağlığı arzusu ilə:Dünya futbolunda isbata ehtiyacı olmayan anlayışlardan biri transfer məsələlərinə baş məşqçinin birbaşa cavabdehliyidir. Belə çıxır ki, baş məşqçi Yunis bəy olacaq.Olsun ,təki hər şey yaxşı olsun P.S. Dekabrdan üzü bu yana yazılan bütün şərhlər,qarşılıqlı ittihamlar,*niyə anlamaq istəmirsiniz pul yoxdur,pul* kimi ifadələr canfəşanlıqlar,boğazyırtmalar hamısı sabun köpüyündən başqa bir şey deyilmiş.Təki qorxulu yuxularımız çin olmasın…..
    ***
    Salam. Əksinə “niyə anlamaq istəmirsiniz pul yoxdur,pul” kimi ifadələr canfəşanlıqlar,boğazyırtmalar hamısı reallıqdır, özü də əsl reallıq.

  9. Birinci nevbede baw mewkci kim olacaq onu fikirlewmek lazimdir.Belka getirilen ligeoner hemin mewkcinin teleb etdiyi uslubda oynamadi.Bir sez faktdir ki,isteyirsen Messi va Ronaldo bir yerda Xezerde oynsa da yena bir irelileyiw olmayacaq.Hami bilir ki,Xezer Lenkarana evvelki wan-wehreti bir mewkci getire biler o,da Mirca Rednikdir.Eger heqiqeten Xezer Lenkarani yena zirvelerde germek isteyirlerse,eger yena firtinalar meydanini cowdurmaq isteyirlersa bu sualin bir cavabi var o,da Rednikdir,ezu da yayda komandasi ila muqavilesi bitir.Bawqa sezlar oyuncu getirecekler filan,bow sezlerdir,Xezer bu veziyyetden da beter olacaq hansi ki,bundan beteri daha yoxdur.Kimsa yazsa ki,bawqa mewkci Rednikdan yaxwi olar demeli o,adam ya bzlerdan deyil ya da Xezerin bu gununa sevinan adamdir.

  10. Allah özü bizə kömək olsun.Mübariz bəyə öz minnətdarlığımı bildirirəm.

  11. Salam Demek butun bu proseslerin bas vermesi hecde maddi veziyyetin pis olmasi ile bagli deyilmis . Maddi cehetden veziyyet pisdir deyerek genclesdirme siyaseti de yalan imis .. Teki bele olsun ve guclu transferler reallasin.Amma nedense o geder yalan palan vedler veribler ki, indi azerkesin inami rehberliye garsi azalib.
    Genclerimize ise demek isteyirem ki, hec vaxt san sohret fikirlesmesinler. Eger ulduz olmag isteyirlerse meydanda can goysunlar.Var dovlet ozu onlari tapar. Ranaldonun verdiyi musahibe hec vaxt yadimdan cixmaz ,,EGER BIR GUN SEHER YUXUDAN OYANSAM VE HISS ETSEM KI, MENIM MESGE GETMEYE HEVESIM YOXDUR MEN FUTBOLU ATARAM,,

    ULDUZ OLMAG ISTEYEN KES,
    FIKIRLESMEZ DOVLET VARI.
    ONLAR OZU TAPAR ONU,
    GACACAGLAR ONA SARI.

  12. 555 FORD says:

    MƏNƏ ELƏ GƏLİR Kİ , İLK NÖVBƏDƏ NÖVBƏTİ MÖVSÜM ÜÇÜN KOMANDANI ÇALIŞDIRACAQ BAŞ MƏŞQÇİ TƏYİN OLUNMALI SONRA ONUN TƏLƏBLƏRİNƏ CAVAB VERƏCƏK OYUNÇULAR ALINMALİDIR .
    YƏQİN Kİ , İNDİ SİYAHI HAZİRLANIR .HƏR HALDA BU XƏBƏRƏ GÖRƏ COX SEVİNDİM , SİZLƏRƏ ÖZ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM !

  13. Yene başladilarda elburus gocanin teriflemeye.ceyhuna sualim var bu elburus 3 ilde xezere ne xeyir verib?ne yalandan durub terifleyirsen onu?birdefe hec hansi lenkeranl meşcilerden teriflemisen?hansi lenkeranli meşqci ondan zeyifdi?butun uşaqlar xezerin oz yetirmesidi getirdiyi nurxan ilqar elsever ruslan ilub.nurxan ilqari mais mellim 2 gun evvel qovub.ekseveri evezediciye ginderibki evezedicide onun oynadiqi movqeyde en zeyifi hele odu.ruslanda yanvarda ezilib oynamir.oynasaydi bele cox zeyifdi.indiye kimi iynatdiqi oyundan ne anlamisan?heyet gul kimidi onlarla işleyen guclu meşqci lazimdi.elburus hacandan meşqci olub?yaxşi meşqci olsaydi inter neftci onu 1 işledib qovmazdi.besdirin yalandan burda yerli futbolculari pisleyib elburusu terifleyirsen.bilmirem dostusan qohumusan ya neyisen.azerkeşlerin futboldan başi cixmir beyem.belke gelen sezondada elburus baş meşqci olsun?elburus xezer adina rekordlar vurduda.neqeder uduzarlar?senin kimilere lezet edir xezer uduzanda?elburus yayda getmese gor azerkeşler ne edir hele.ne oldu elburusun teriflediyi nurxan ilqar?onlari getirende deyibki lenkeranda ele oyuncu yoxdu.nurxan ilqar hacanda oyuncu olub?xahiş edirem azerkeşlerden indiden yene başlayiblar elburusu teriflemeyeki yayda yene onu saxlasin rehberlik.biraz aktiv olun.xezeri daha bundanda pis gune qoyan meşqcu olmaz

    • Vaqif Rəşidov says:

      Coni, qardaş, DOSTLAR. Burada Elbrusun yaxşı pis məşqci olmağını çətin bizlər müəyyən edə bilərik. Qaldı Elbrusun əsas komandaya təyinatına, bu rəhbərliyin ona yaya kimi komandanı başsız qoymamayı xahişindən irəli gəlib. Elbrus on il ərzində klubumuzda dublu çalışdıran ən bacarığlı məşqçidir, həm nəticəyə görə, həm insanlıq keyfiyətinə görə və s. Qaldı Elbrusun Premyer liqada gördüyü işi, ŞÜBHƏSİZ nə bu oyunçularla, nə bu büdcəilə, nə də ki yuksək divizon təcrübəsizliyilə bir nəticə verə bilsin. İkiəlli razıyam ki, ona BUNUN GÜCÜ ÇATMIR. Xahiş ediblər ki, gəlib yaya kimi işləsin, o da buna razılıq verib. Başın salıb KİŞİ KİMİ İŞİN GÖRÜR. Komandanın bu vəziyətə düşməyi bir başa rəhəbrliyin yalnış yolda olduğlarının və vaxtaşırı absurd qərarlar verdiylərinin nəticəsidir. Düşünmürəm ki, Elbrus yaydan sonra qalsın ONUN MİSSİYASI BURA QƏDƏRDİR…
      Gördüyü işlərə görə ona minnətdaram!

    • ay qardas men elburusu teriflemirem yazini genc futbolcularin nezerine catdirmaq isteyirem bu bir.ikincisi bu yazinin muelliifi asagida qeyd olunub

  14. Ağasəlim Mircavadovdan başqa bu kulubu heçkim əvvəlki kimi geri qaytara bilmez Mircavadov gəlməsə məndə o stadiona birdaha ayaq basmaram.

  15. Vaqif Rəşidov says:

    Yaxşı ki bu işi Yunis müəllimə tapşırıblar,bildiyiməgörə Höccət müəllim bu işin öhtəsindən gələbilməzdi…İndi kluda bir problem qaldı ki-YAĞIŞ YAĞMASIN,yoxsa batarıg ….suda.

    • …yaxud “yağışdan çıxlb, yağmura düşərik” birdən. Vaqif bəy siz keçən dəfə ümid vermişdiniz ki, Rednikin gəlməsinə saylı günlər qalmışdı. Amma birdən nəsə oldu göy gurdadl, ildirım caxdı, çətinliklə ya asanlıqla Çətin çıxdı ortaya.
      Biz yenə ümid edə bilərikmi???

  16. Boş söhbətdir, inamlarını itiriblər.bu dəfə Gvadelupadan oyunçu gətirəcəklər.

  17. Muellim bes bas mesqci kim olacaq
    ***
    Bu barədə heç nə deyilmir.

  18. Axşamınız xeyir Admin bəy. Eksklüziv şad xəbərə görə çox sağ olun. Dünən “Deyirlər ki,” müqəddiməsiylə başlayan bir şərh yazmışdım. Deyəsən axı, həqiqətən də “Xəzər Lənkəran”da bir tərpəniş var.
    ***
    Salam Qabil bəy. Ümid edirəm ki, qarşıda bizləri yenə də sevinc dolu maraqlı günlər gözləyir.

  19. Eksperimentlərdən yorulmayan Xəzər Lənkəran. Gah strategiya dəyişir, gah məşqçi fəlsəfəsi, gah da gəncləşmə siyasəti, dəyişməyən isə rəhbərliyin futbola qeyri-peşəkar baxışı və ölkədə tayı-bərabəri olmayan möhtəşəm azərkeşlərin XL-na olan sevgisi.

  20. Zəfər Lerikli says:

    Və nəhayət….
    Belə vəziyyət çox gedə bılməzdı…

  21. birde bu yazini genc futbolcular diqqetle oxusunlar ve ders gotursun Xəzər Lənkəran» son turları bir-birindən zəif keçirdi. “İnter»lə kubok, AZAL-la çempionat oyunlarında gənclərin aciz təsir bağışlaması istər-istəməz qaş çatır, qəribə hisslər doğurur. Bu şans hələ-hələ ələ düşməz. Elbrus Məmmədovun dili indi güclük çəkir məğlubiyyətləri şərh etməyə. Nə desin axı, dediyni deyib. Sehrli ayaqqabı qalmışdı, onu da dedi. Doğrudan da, baş məşqçini çox pis hala salıblar.

    Elbrus Məmmədov ürəkdən işləyir. İstəyir ki, nəsə yaratsın, “Xəzər Lənkəran“da ad qoysun, bir tərəfə gedib çıxsın. Əsası var gənclərindən şikayətlənməyə. “Material“var, demir ki, yoxumdu. Sadəcə, bu gənclərin başı tez çöndü, ayağı tez yer aldı. Havalıdılar artıq. «Xəzər Lənkəran» forması onları böyük göstərdi, elə sandılar ki, özləri böyükdü.

    Mövcud heyətdən 4-5 nəfər yaya qala-qalmaya. Yenə əvəzediciyə atılacaqlar. Allah bir qapı açmışdı onlara, dəyərləndirmədilər həyati fursəti. Elbrus bəy hələ humanistlik edir dördünün qələmini qırmaqla. 6-7-si almalıydı bu cəzanı. Müsəlmanıq da, qılınca öyrəşmişik. Gərək başımızı vurub yarsınlar, ətəyimizə qoz töksünlər. şans-mans bilmərik. Fürsəti fürsət bilmərik. Bulaq suyu kimi axıdarıq. Su gəlib boğazımıza qalxar, döyükərik yerimizdə ki, nə olub, nə baş verib, ilahi! Qəza bilərik, qəzavü-qədər bilmərik. Qanımızdadı.

    “Xəzər Lənkəran“da bir də çətin ki, belə vəziyyət yarana. Ötən 10 ildə bu formanı geyinmək həsrəti ilə küsənləri, futbolu atanları tanıyıram. 6 aylıq imtahana hazırlaşmayan, qədəri vecinə almayan, etimad kəmərini belinə dolayan gənclər yayda dizlərinə döyəcək. Ağlayıb-sısqayacaqlar. Yollarda qalacaqlar. Ora-bura vurnuxacaqlar. Hələ ağızları isti yerdədi, gərdişi dərk etmirlər.

    Çün böyüməyiblər, Futbolun tərs üzünü görməyiblər. Sifət tanımırlar. Elbrus Məmmədovu hövsələdən çıxaran bu gənclər görün nədilər də! Adam kimi adam, məşqçi kimi yenə adam. Elbrus Məmmədov sakit, səbrli, bir budaqda oturub min budağı silkələməyən təmiz insandı. Kiməsə ləkə atmaz, suçlamaz, qara yazmaz. Vəzifəsini itirmək qorxusu ilə yaşamaz. Çıxarsalar da, xasiyyəti həminkidi, çıxarmasalar da. Ona əvvəl bir insan kimi hörmət etmək hər bir gəncin kiçiklik borcudu.

    “İnter“də Kaxaber Sxadadzenin təhqirlərinə qulaq vermiş İlqar Ələkbərovla Nurxan Mənsimzadə ilə, görünür, Elbrus Məmmədov da o dildə danışmalıydı. Ki, “Xəzər Lənkəran“a dönüklük eləməsinlər. Yumşaq rəftar edirsən, genəlirlər. Sərtlik edirsən, ağız-burun əyirlər.

    Gənclərlə işləmək məşqçidən tündlük və hövsələ istəmir yalnız. Bir əliylə sığallamalı, o biri əliylə dəyənəyini hazır tutmalıdı. Elə olmalıdı ki, o gənc daim sillə vəziyyətini alsın. “Xəzər Lənkəran“ cənub bölgəsinin fəxridi, ümid ocağıdı. Alınmaz qalasıdı. Heç bir futbolçuya o ixtiyar verilməyib ki, bu alınmaz qalanın darvazasını açsın, düşmənləri içəri alsın. Veriblər bu formanı sənə, öp və qoy gözünün üstünə. Qan-tərə bat, özünü fəda et. Sübut elə ki, bu formanı gələcəkdə də geyinməyə layiqsən!

    Uduzmağa adətkar futbolçu “Xəzər Lənkəran“da meydan alacağını fikirləşməsin. Bir verilər, iki alınar. Bəxtəvərlik quşunu öz əliylə uçurur evinin damından bunlar.

    Xəzər Hikmət

  22. Salam Admin bey necesiz?sehetiniz necedi?bu dogru xeberdi ?
    ***
    Salam. Çox sağ olun diqqətinizə görə, qaldı bu xəbərə, əlbəttə düzdür.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− bir = 5