7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

elbrus“Xəzər Lənkəran” növbəti səfər məğlubiyyətinə üzüldü. 

Oyunsonrası (CBC Sport kanalına) açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov belə danışıb:

“İlk olaraq “Zirə” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı oyun alındı, hər iki komanda hücum futbolu sərgilədi. Müdafiədə buraxdığımız bir səhv qapımıza vurulan qolla nəticələndi. İkinci hissədə rəqib hücumda sürəti artırınca məcbur olub müdafiəyə çəkilmişdik. Yenə də çalışırdıq əks hücumlarda rəqibi yaxalayaq. Bəxtimiz də gətirmədi.”

3 Şərh

  1. Komanda 90 dəqiqə meydanda vaxt itirib məğlubiyyətini qazandı.hər oyun bu hadisə təkrarlanır.eləbil meydançaya futbol oynamağa yox vaxt öldürməyə çıxırlar.futbolçularımızın futbolçu formasından belə uzaq olması əslində hər şeyə cavab verir.qapıçıdan tutmuş əksər oyunçuların hansı fiziki göstəriciləri futbolumuza uyğundur.nə boyları nə də başqa göstəriciləri.topa belə zərbə vurmağa gücləri yetmir.hazırki heyət Xəzərin bütün uğurlarını alt üst etdi.bircə bu çempionat tez bitərdi.

  2. Elbrusu anlamaq olar, neyləsin, oyunçularının 90 dəqiqə ərzində rəqib komandasınn qapısına vurduğu hədsiz-hesabsız zərbələri əgər qapıçı qaytarırsa, onda Elbrus neyləsin, deməli “bəxti gətirmir”.
    Komandanın sabit oyununun bir müsbət cəhəti də odur ki, azarkeşlərin işi də bir qədər yüngülləşib, əvvəla nəticəni öncədən bildiklərinə görə çox da həyəcan keçirmirlər, yalnız qapımızdan keçən qolların sayı haqqında düşünürlər, oyundan sonrakı şərhləri barədə o qədər də baş sındırmırlar. Adminin də işi bir qədər yüngülləşib, son oyun haqqında yazdığı hesabata bir balaca əl gəzdirib, yalnız rəqib komandasının adını, vurulan qolların sayını dəyişib və cari oyun haqqında hesabat yazır. Beləliklə, hamı komandanın bugünkü vəziyyətilə – azarkeş də, futbolçular da, məşqçilərdən tutmuş texniki heyyətə qədər hamı barışıb. Təkcə rəhbərlik həyəcan içindədir, nə gecələri var, nə gündüzləri, elə hey fikirləşirlər ki, işlər belə getsə maddi vəziyyətləri daha da ağırlaşacaq. Bu isə onlar üçün daha böyük dərddir, nəinki komandanın (klubun) taleyi.
    ***
    Təkrarçılıq etmək istəməzdim amma yerinə düşdüyü üçün Vəfa Qələmdarın “Dərd əlindən klub rəhbərliyinin boğazından bir tikə çörək də keçmir, ona görə də kababı çörəksiz yeyirlər” kimi dahiyanə ifadəsini bir daha qeyd edirəm, özü də bir başa sizin şərhinizə qüvvət vermək məqsədi ilə.

  3. Salam.Mən bu məğlubiyyətin bəxtsizlikdən alındığı ilə heç razılaşmıram. Komandamız çox zəifdir. Elə həmişə rəqiblər orta sahəni XL-a verir. Cərimə meydançasına oyunçularımızı buraxmır. Elə görüntü yaranır ki, guya komanda yaxşı oynayır, ancaq bəxtsizlikdən qol vura bilmir. Uzaqdan vurulan zərbələr də o qədər zəif olur ki, 13-15 yaşlı uşaqların zərbələrindən də zəif alınır. Bir də ki, çempionatın 2-ci yerdə gedən və qələbələri ard-arda sıralayan Zirə komandasının oyunu Azərbaycan futbolunun nə gündə olmasının bariz nümunəsidir…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd − = 2