1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

elbrus“Xəzər Lənkəran” Premyer Liqanın 32-ci turunda AZAL klubunun qonağı olub.

Komandamız bu dəfə də minimal hesabla uduzub. Oyundan sonra CBC Sport kanalının əməkdaşı ilə söhbətində “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov belə danışıb:
“Oyunun dönüş nöqtəsi ikinci hissəyə uşaqların bir az boşalmış vəziyyətdə başlasında oldu. Elə səhv ondan başladı, mövqe səhvləri oldu. Əsasən mərkəz müdafiəçilərimizlə cinah müdafiəçilərimiz arasında anlaşılmazlıq oldu, onun nəticəsində qol yedik. Çalışdıq əvəzini çıxaq. İlk hissədə isə əsasən yaxşı qol vəziyyətləri yarada bildik, yararlana bilmədik. O da bizim köhnə xəstəliyimizdi. Rəqibi təbrik edirəm, onlara uğur arzulayıram. Qalan oyunlarıımız hamısı çətindi. Əsasən evdə “Kəpəz”lə bir də “Sumqayıt”la oyunlarına ümid edirik. İnanıram ki, heç olmasa həmin oyunlarda xal qazanıb Premyer Liqada yerimizi bərkidə bilək”.

12 Şərh

  1. Köhnə xəstəliklər adətən xroniki olur,bunlar da sağalmazdı,cənab KOMMANDOS!

  2. Azərkeşlər və “Xəzər Lənkəran”
    17 saat ·
    “NİCAT HƏBLƏRİ”
    ******
    “Xəzər Lənkəran” Premyer Liqanın 32-ci turunda AZAL klubunun qonağı olub.Kaş heç olmayaydi…
    Komandamız bu dəfə də minimal hesabla uduzub.Bəyəm uduzmaq elə məğlub olmaq deyilmi?.Onsuzda uduzan hər yerdə başiaşağidir və məğlubdur.Heç uşaqliqda futbol oynamisinizmi və ya məhlənizdə həmyaşidlarinizla güləşmisinizmi?.Bilirsiniz niyə bunu soruşdum!?
    Uşaqliqda məğlubiyyətlə üzləşəndə kədərdən ağlayan futbulçularla yanaşi sirtiq olanlari da az görməmişik.Birincilər məğlubiyyətlərdən çixiş yolu axtardiqlari halda, ikincilərini isə heç nə maraqlandirmirdi.Yüz məğlubiyyət olsa belə…Artiq bu xəstəlik idi və qana-cana işləmişdi.Vaxt ötdükcə bücaq məsafəsi də böyüyən və epidemiya halina gələn bu xəstəlik artiq bir mərəzdir.Bu mərəzi də “Xəzər Lənkəran” keçirir.Elə irili-xirdali bütün klub və futbolçulari ilə..Şəfasi varmi, yoxmu,- deyə bilmərəm.Bil onu bilirəm ki, butun məşqçi heyəti də şəfa kimi yanliş qəbul elədikləri məğlubiyyət həbləri qəbul etməklə nicat yolu axtarirlar…

  3. Sanki Xəzər Rəqibləri ilə öncədən danışırıkı. Gəl mənə bir top vur i vsyo .mən qol vurmayacaq.

  4. Şəfa tapmaq üçün qəbul elədikləri sayseçmə…. yanliş məğlubiyyət həbləri içməklə nicat yolu axtaran “XL!”.

  5. Fərhad says:

    Heç də narahat olmayın, komanda premyer liqada qalacaq, bunu faktiki olaraq Elbrus Məmmədov dedi. Onsuz da iddiasını, nüfuzunu itirmiş komanda son oyunlarda utanmadan xal qazanıb liqada qalmaq üçün açıq-aşkar alverə keçəcək, yəni heç-bir iddiası və faktiki xala ehtiyacı olmayan “Sumqayıt”dan xal almaq fikrindədir. “Kəpəz” də avrokuboklara vəsiqəni təmin etdikdən sonra yəqin ki, komandamıza xal “hədiyyə” etməkdən imtina etməyəcək. Hətta bu komandalar könüllü xal verməkdən imtina etsələr belə, nə qədər absurd olsa belə, bu vəzifəni AFFA və PFL öz üzərinə götürəcək. Səbəbi də məlumdur- onsuz da səviyyəsi plintusdan da aşağı düşmüş çempionatı xilas etmək üçün “XL” futbol məmurlarına hava və su kimi lazımdır. Premyer liqada qalsa belə, yeni komanda yaratmaq üçün ən azı 2-3 mövsum lazımdı və bu müddətdə komanda onsuz da liqada qüvvələr nisbətini dəyişə biləcək real gücə malik olmayacaq. Sonrası da Allah kərimdi.

    • Azərbaycanlı says:

      Dəvədən böyük fil olduğu kimi AFFAgildən böyük UEFA və FİFAgillər var, XL-in isə onlarla həll olunmamış problemləri qalır ki, bu problemlırin növbəti sezona daşınmasına onların reqlamentində yer olduğuna inanmıram…odur ki, komanda onların qərarı ilə topa qoyula bilər-aşağı liqanın topuna, hətta bir mövsümdən də artıq müddətə.

  6. Artıq neçə oyundur ki fərqli 45 dəq oyun görürük.komandamız ilk hissələrdə babat,ikinci hissələrdə isə bərbad,qorxaq,istəksiz oyun göstərir.mən hələ indiyədək 14 bəlkədə 15 oyun ərzində qol vura bilməyən komanda nə görmüş nədə eşitməmişəm. Bəlkə komandamız ginnesin rekorduna düşmək istəyir.Rəvan hər oyun mübariz oyun göstərir.ən azınnan qol vurur.oyunçularıisə kimnən oynamalarından asılı olmayaraq inamlı oyun sərgiləyirlər.Rəvan kimi klub premyer liqada getməsi haqsızlıq olardı.çıxıbmış 6 xalı da nəzərə alsaq Xəzərin Rəvan dan nəqədər zəif olduğunu aydın görmək olar.komandamız bu tərkibdə əvvəldən 1 ci turdan oynamadı onda 100% ginnes düşmüş olardıq.

  7. MEN BURDAN BUTUN KLUBLARA MURACIYET EDIREM.ISTER YERLI ISTER XARICI.KIM ELBRUSU KOMANDASINA TRASVER ETSE HEMEN KLUBA OZ CIBIMDEN 10 MANATLIQ KONTUR HEDIYE EDIREM.BU SAQQIZ OLUB YAPIWIB XEZERE .XEZER DAQILIRDA BU INSAN CUXIB GETMIR.BUNUN XOBISI MEWQCILIK DEYIL,GOZLEYIR NEVAXT OYUN QURTARSIN TEZ GETSIN MUSAHIBE VERSIN.XOWU GELIR MUSAHIBE VERMEYE)))……. NECE UZ OLAR BILMIREM.ESEBDENDE GULMEY TUTUR ADAMI.YEKE KIWISEN QURTAR BU EYNI SOZLERI TEKRAR ETMEKDEN.BWZMEDIN UDUZMAQDAN?AY …………ADAM

    • Fərhad says:

      Fanat, Elbrus Məmmədov klubun sahibi deyil, istədiyi vaxt qalsın, və ya istədiyi vaxt getsin. Onun qalıb və ya getməsinin qərarını klub rəhbəri verir, hansı ki, mövcud durumda onun varlığı ilə yoxluğu arasında o qədər də böyuk fərq yoxdur və komandanın vəziyyəti onu qətiyyən maraqlandırmır. Elbrus Məmmədov isə sadəcə bir vasitədir və ondan istifadə edirlər. Yaxşı, Elbrus qalsın bir tərəfə, bəs bu Yunis Hüseynov komandada nə işlə məşquldu? Belə təəssürat yaranır ki, onu komandada ona görə saxlayıblar ki, heç bir iş görmədən aldığı pulları rəhbərliklə bölüşsün.

      • Ay qardaşlar!.Elə düşunməyin ki klubda kimlərinsə ala qaş-gözünə vurulmuşuq.Elbrus Məmmədov klubda adi bir icraçidir.Özü də adidən də adi.!.Biz Elbrus muəllimə hörmətlə yanaşiriq…ona görə ki , onun zəhmətini itirməyərək və klubun siyasətinin “pik” nöqtəsində dayandiğina məcbur olduğunu bilərəkdən mövcud vəziyyəti tam anlayaraq anlayişla hərəkət etdiyimizdən..(Erməni-modal cumləsi).Baxin elə bu cumlənin qəlizliyindəndir də…”XL”-nin vəziyyətinin izahi.!.Yoxsa hami bizi elə gundən iqtidarli bilməklə yenə haqlidirlar….zaman hər şeyə qərar verər…..səhfləri və doğrulari ilə…..

        • rehman says:

          Qeribe fikilerdiye, guya bu 16 yaşında uşaglarin meşqcisi qvardiola olsadı indi qarabağ yox xezer vaxtından evvel cempıon olacağdı. Elburusa günde 10 defe sağol demey lazımdıki bu qeter eziyyete dözur. ne bacardıgın evez edicilerde gösterib, onun unvanına haxsız danışmağın özü böyuk günahdı. komanda sahibsiz qalbsa o neynesın.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ iki = 11