9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

mesq“Xəzər Lənkəran” baxışda olan futbolçularla bağlı qərarını verib.

Məlumata görə, “ağ-yaşıllar” heyətini gücləndirmək üçün həmin oyunçuların çoxunu komandada saxlamağı məqsədəuyğun bilib.

Bu barədə məlumatı əməkdaşımızla söhbətində cənub təmsilçisinin baş məşqçisi Elbrus Məmmədov verib: “Hazırda bir neçə futbolçunu sınayırıq. Onlar arasında Nodar Məmmədov, Mirzağa Hüseynpur, Orxan Səfiyaroğlu kimi Premyer Liqa təcrübəsi olan oyunçular da var. Adıçəkilən futbolçularla çox güman ki, müqavilə imzalayacağıq. Həmçinin baxışda olan daha iki hücumçunu da komandada saxlamağı düşünürük”.

Baş məşqçi bununla da kifayətlənmək fikrində olmadıqlarını deyib: “Gənclər yığmamızın bir neçə oyunçusunu da heyətə cəlb etməyi düşünürük. Onlarla danışığımız olub. Antalya toplanışından qayıtmalarını gözləyirik. Ayın sonlarında konkret bilinəcək. Həmçinin Rasim Ramaldanov və Tural Cəlilovdan da cavab gözləyirik. Razılıq versələr, onlar da komandaya qayıdacaqlar”.

***

MƏNBƏ: Apasport.az

4 Şərh

  1. Halal olsun .aferin prmyerliqa tecrübesi olan en güclü cölde qalmışlar yeni ulduzlar iddialı klublarda oynamış yıgmamızın futbolkasında gezenler lenkaranla müqavile bagladılar.seni ne günlere saldı mehebbet.ayıbdı futbolcu tapın coban yox.abır lazımdı insanda ay Nodar ay Mirzaga ay tovuzlu ay orxan. ancaq indi lazım olarsız xezere.başqa vaxt olardızda futbolcuyduzsa.niye hec bir klub almırdı sizleri.yunis mellim hara baxır o cüre dahi mütexessis.nece olacaqlar 2 ci liqada 2 ci yer.inşaAllah olarlar.nefciye kubokda3-4 buraxmıyın hec olmasa

  2. Elnur, Elvin, Elşen, Kamran, Kazımda qaytsın baxışa çağrılanlarıda saxlasın XL kubokda mübarize aparmaq olar.

  3. Maliyyə problemlərindən
    əziyyət çəkən “Xəzər
    Lənkəran”da vəziyyət heç də
    ürəkaçan deyil. “Qafqazinfo”
    xəbər verir ki, cənub
    təmsilçisinin 16 yaşlılardan ibarət komandası ləğv edilib.
    Belə ki, sözügedən komanda
    “ağ-yaşıllar”ın 17 yaşlıları ilə
    birləşdirilib. Buna səbəb
    heyətdə futbolçu
    çatışmazlığının olmasıdır. U-17 futbolçularının bir çoxu U-19 və
    əvəzedici komandaya cəlb
    olunub. Buna görə də “Xəzər
    Lənkəran”ın 16 yaşlı
    futbolçulardan ibarət
    komandası fəaliyyətini dayandırıb.
    Qeyd edək ki, sözügedən
    komanda 16 yaşlıların
    yarışında 24 xalla 6-cı pillədə
    qərarlaşıb.
    Menbe:Bizim yol

  4. salam admin . ilyas seferzade zaman ve basqa oyuncular xezer lenkeranda qalib? gencler yigmasindan elnur kamrani nezerde tutulur ???
    ***
    Salam. Düzünə qalsa bizə heç nə məlum deyil. Hazırda komandanı qapalı vəziyyətdə saxlayırlar. İnformasiya əldə etmək çətinləşib.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


4 + altı =