7 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Elshen_Rzazade“Xəzər Lənkəran”ın tranfserə çıxardığı futbolçulardan biri “Neftçi” klubu ilə müqavilə imzalayıb.

Bu Azərbaycan yığma komandasının üzvü Elşən Rzazadədir. Yarımmüdafiəçi qarşıdakı 1-il 6 ay müddətində “Ağ-qara”ların  formasını geyinəcək. Qeyd edək ki, bir neçə aylıq maaşı verimədiyindən məşqlərə qatılmaqdan imtina edən Elşən Rzazadə “Xəzər Lənkəran” klubu tərəfindən transferə çıxarılmışdı. Göründüyü kimi transfer pəncərəsinin bağlanmasına az qalmış gənc futbolçu özünə yeni iş yeri tapa bilmişdir.

Elshen_Rzazade

 

 

34 Şərh

  1. getsin tecrube yigsin pulunu qazansin qayidib geler inwaAllah

  2. Bu gün bizim problemimiz Elşənlər deyil. Problemimiz Xəzəri bu günə qoyanlardı. Xəzərin bu hala düşməsi planlı şəkildə oldu. İllərin planı idi. Xatırlayın Rednikin dövründə Kamranların xəyanətini. Daxili və xarici qüvvələr Redniki yola saldılar ki, istədikləri məkirli arzularını hıyata keşirsinlər və bacardılar. Daxildə pul qazanmaq istəyənlər, xaricdə isə Xəzəri nəyin bahasına olursa zərərsizləşdirmək idi. Baxın arxaya və PFL yarandığı vaxtdan Xəzər hansı uqur qazana bilib? Xəzər həmişə meydanda 11+ hakimlər və sifarişlərə qarşı mübarizə aparıb. Sadəcə olaraq Xəzər rəhbərliyi (hazır yeyənlər) həmən vaxt pul qazanmaqla məşğul idilər. Onların marğında deyildi baş verənlər. Həm də sərf edirdi onlara. Yüksək məbləğdə transferlər və s. Bu gün isə digər sosial şəbəkələrdə Xəzər rəhbərliyinə edilən təkliflərdən hər şey məlum olur. Allah bizi daha pis nəticələrdən qorusun.

  3. Salam,əzizlərim.Elşən Lənkaranlıya yaraşmayan bir nankorluq etdi.Onun başına kulub qəhət idi?Mənə elə gəlir ki,bu hərəkətin heç adı yoxdur.Lənkaranın havası da suyu da ona haramdır.Artıq şərhə ehtiyac düymuram.O,heç buna layiq də deyil.

  4. Qardaşlar mende Lenkeranliyam Rusiya Federasiyasinda yaşayib Bakida boyusemde torpagimi dananlardan deyilem. Mende futbolcu olmuwam Baki fk da evezedicilerde MOIK de forma geyinmiwem. Esas sozum Elşene Rzazade adli futbolcudan olacaq.ici men daxil hamimiz Xezer Lenkeran azarkewleriyik . Yeni kluba azarkewlik edirik .. Hansisa futbolcuya veya futbolculara yox . Elşen cavandi o oynamaladi oynayan vaxtidi . Milli komandaya qeder yukselen bir oyuncu eger yaya kimi ferdi meşqlerle kifayetlenecekse onun yeri 1 ci diviziondu . Mende bir Lenkeranli kimi istemeremki Lenkeranli bir futbolcu gedib awagi destede top qovsun. Ozude musahibe veribki Lenkeran fanatlari yeqinki meni bawa duwerler bawqa klubdan teklif almamiwdim deye Neftciye kecdim .. Şexsen men onu yaxwi basa duwurem .. Ve ugurlar arzulayiram.. Bu qeder .. Admin zehmet olmasa qebul ele .

  5. Geden 5 oyununun icinde biraz Elsen ve Elnur normal perspektivli futbolcu idi, birini neftci aldi o birinide yeqin qarabag alacaq…qalanlarida ya futbolu atacaqlar yada geri qaytaracaqlar…..cunki hal hazirda onlarin seviyyesine gore hec kime lazim deyiller, amma bir fakt var ki, pis yaxsi klub onlari yetisdirmisdi….onlarin qidalanmasini bele hesablasaq pulsuz 2-3 il oynasalardi bele cixa bilmezdiler, qisacasi klubun verdiyi qaba tupurduler….sebir etmediler….buda yerli futbolcular….guya pula oynamayanlar….

  6. Elmeddin says:

    Salam Admin bey geceniz xeyir Xezer Lenkaranda bele veziyyet ne vaxta kimi davam edecek?
    ***
    Salam. Proqnoz vermək bacarığım olmasa da bircə məsələ daha mənə aydın oldu. Biz nə qədər istəməsək də, biz nə qədər o kluba nifrət bəsləsək də fakt odur ki, “Neftçi” adında klub elə hey yaşayacaq. Amma “Xəzər Lənkəran” kimi klublar hələ çox gəlib gedəcək Azərbaycan futbolunda. Təbii ki, bunu ürək ağrısı ilə yazdım, amma artıq reallığı dərk etmək lazımdır. Axı görünən odur ki, Mənsimovun maddi vəziyyəti pisləşən kimi klub çökdü və oldu dəymədüşərlik və prinsipsizlik idarəsi. Məlum oldu ki, qızıl ehtiyatı və valyuta fondu olmadan milli valyustası ilə ortalığa düşən cırtdan ölkələr kimi “Xəzər Lənkəran” iriliklərin yanında zəif bənddir, daha dəqiq desəm klubun rəhbərliyidir zəif bənd. Tez parlamasına rəğmən bir göz qırpımında sönə bilər. Arxasında “Neftçi”də olduğu kimi dövlət idarəsi durmur, dövlət rəsmiləri durmur. Arxasında duran Mənsimovlardı ki, onlar da pulları olanda dostla düşməni tanımadılar, pulları bitəndə isə özlərini də unutdular. Məlum oldu ki, klubun ən yaxşı yetirmələri 7-ay maaş almadıqda məşqdən imtina edirlər, klub da onları qovur. O da mənə dəqiq məlumdur ki, eyni hal “Neftçi”də heç vaxt təkrarlanmazdı. Deyirik ki, “Neftçi” xalıqn pulunu yeyir, o biri klublardan məsələn “Qarabağ”ın sponsoru olan “Azersun” ölkə daxilində manapoliya edir çünki dalında duran dövləti idarə ednlərdi, nə bilim “Qəbələ” Kəmaləddin elə etdi belə yedi- filan… Adama deyərlər ki, əşşi görürsən belədir, daha nə işin var burada klub yaradırsan? Yaratmısansa ya onların “kaloda”sı ilə oynamalısan ya da hər dəfə öz “kaloda”nı meydana qoymaılsan. Yox əgər sənin hər dəfə yeni “kaloda” çıxarmağa imkanın yoxdursa sən artıq oyunu uduzmuş sayılırsan. Oyunu uduzmusansa onda biz də oluruq uduzanın azarkeşi. Amma biz bilirik ki, udan klubların azarkeşlərindən bacarıqlı, istedadlı, həm ürəkli həm də ürəyi sevgi ilə dolu olanlar bizik. Yəni klub və azarkeş yəni camiə yarışında biz azarkeşlər əslində qalibik, deməli uduzan yəni yuxarıda da qeyd etdiyim kimi zəif bənd “Xəzər Lənkəran” rəhbərliyidi. Çünki onlar ancaq pulları ilə tanındılar. Məsələn: şəxsən biz “12-cilər” pulumuzla deyil, bacarıqlarımızla, zəhmətimizlə, sevgimizlə, ağlımızla, ideyalarımızla, düşüncəmizlə, min əziyyətlə yaradıb yaşatdığımız bu saytla tanındıq. Pul oldu olmadı biz həmin adamlarıq, amma klubun rəhbərliyi pul olmayanda kimdi?

    • Elmeddin says:

      Dedeyiniz her bir kelemede heqiqet var ve tessuffki realiqdi ALLAH razi olsun… ALLAH Xezer Lenkaran men icinde olmaq werti ile azerkewlerine sebr versin…

  7. Azərbaycanlı says:

    Bu Elşən nə vaxtdan bu qiymətdə oyunçu oldu ki, onun rəqib komandaya getməsi bu qədər faciəvi görünür. Heç yaraşdırmıram XL Azarkeşinə bu cür reaksiyanı. Futbolçudan klub imtina edəndən sonra onun hansı komandanı seçməsinə nəzarət etmək hansı azarkeş “nizamnaməsi”ndə yer alıb. Elşənin seçiminin müzakirəsindən bizə daha yaxın və daha mühüm məsələlər var. Elşənin, Elnurun, Kamranın milli üzvləri kimi satışa çıxarılmaları taktiki cəhətdən düzgün addım idi, komandadan uzaqlaşdırılmaları da mövcud vəziyyətdə tutduqları mövqeyə görə oldu. Mən onların hər birini düşdükləri yeni kollektivdə parlayan görsəm sevinərəm və hər birinə bunu arzulayıram. XL-da isə son hərəkətlərindən sonra onlara yer görmürəm.

    • Elmeddin says:

      Lap yaxsi edib gedib mence arxasindayam men sexsen o futbolcunun

      • Azərbaycanlı says:

        Allah yaxşısını bilir, mən də klubdan ayrılan gənclərə Allahdan yaxşı gələcək arzulayıram. Arxalarında kimlərin durmasında işim yox, təki qabalarına çıxan yrəyincə olsun onların.

  8. TESEKUR AY ADMIIN UGURLAR SIZA

  9. Salam axsaminiz xeyir futbol bir pesedir her adamda futbolu bacarmir bacaranda ozune yaxsi klub tapib pul qazanir kimise qinamayin Elsene ugurlar

  10. Salam Admin bəy!.Bir sual verə bilərəm?
    ***
    Buyurun.

    • 12cioyuncu .info says:

      Sual nə oldu?

    • Onda sualin əsasini sizinlə danişmaq istəyirəm.Lazim bilsəniz saytda hamiya paylaşarsiniz.O…………………..
      …………………………………….
      …………………………………….
      …………………………………….
      …………………………………….
      …………………………………….
      ***
      Görürəm söhbət daha qəliz istiqamət alır. Qaldı sualınıza, başqa vaxtı saytdan kənarda suala cavab vermək olar. Ancaq burada söhbəti bitirmək istərdim.

  11. Salam.axsaminiz xeyr..ne duz etdi ? Hecde duz etmedi,hecde Lenkeranliya mehz bir Talish ogluna yarasan bir addim atmadi..indiye qeder hec inanmirdm ki,bele bir wey ola biler..Duwmenin ayaqina getdi..yaxsi yol ugurlar….xaturladaq ki,Nicat Qurbanov neftcinin yetirmesi idi amma noyutculer Xezerimizden bawka hara istedi vereceydi..oz yetirmesin hec vaxt Xezere vermeye razilawmadi hec razilawmazdida..cox heyif bir daha…hec yarawdirmazdim Bir Lenkeranli bir Talish kimi kimse duwmenin ezeli reqibinin ayaqina getsin??

  12. 12cioyuncu .info says:

    Açığı bu mübahisəli mövzudur. Məsələn Elşən Rzazadə futbolçu yox ticarətçi, hərbiçi və ya məmur yaxud hər hansısa sahə üzrə usta olsaydı yanaşma başqa cür olardı. Başqa bir misal:
    Bayaq biri mənə zəng edib xeyli əngə düşdü, uzun uzadı danışdı, əsasən də Elşən Rzazadəni Lənkərana arxa çevirdiyini deyib çox kəsin şəkildə tənqid etdi. Halbuki o zəng edənin özü üçün Lənkəran və Lənkərançılıq ideyaları ancaq dildə, sözdədir, o heç vaxt Lənkərana xeyir verməyib. Bu şəhər üçün bir addım atmağı da ağlının ucundan keçirməyib. Bir qəpiyini belə bu şəhərin adı üçün xərcləməyib, heç vaxt xərcləməz də bir gün də ola Lənkəran adına puluz çalışamayıb və heç vaxt da çalışmaz. Amma danışanda elə danışırdı ki, söhbətin gedişində məni də az qala yoldan çıxaracaqdı. Nəhayət dözməyib belə bir söhbət etdim. Dedim ki, ay filankəs, bax mən bu dəqiqə Elşən Rzazadənin “Neftçi” ilə müqaviləsini pozdururam. Deyirlər ki, Elşən çox kasıbdır pula ehtiyacı var. İndi “Neftçi” ilə müqaviləsi pozulsa çox güman ən azı yaya qədər bekar qalacaq. Daha gedib fəhləlik edən deyil ki, yəqin yaya qədər məşq edib formasını saxlamalıdır. Amma bununla belə evində də pul aparmaıdır. Bax sən futbolçu Elşənə yaya qədər nə kimi yardım edə bilərsən?
    Cavab: – Lazım olsa…
    Mən:-Lazımdı ki, soruşuram da. Bax sən nə kimi yardım edə bilərsən?
    Cavab:- Hamısı eləsə mən də edərəm.
    Mən:- Yox hamısı ilə işimiz yox, konkret olaraq sən nə edərsən, maddi dəstək..
    Cavab:- Əşşi nəyimə lazımdıye, Mənsimovlarla şərikəm bəyəm ya futbolçularına “atveçatam”?
    Mən:-Necə, axı Lənkərançılıqdı, “Neftçi”yə keçməsə deməli Lənkərana, nə bilim azarkeşlərə görə getmir, başqa klublar da istəmir, “Xəzər Lənkəran” da onu transferə çıxarıb. Bəs Lənkəran sevgisi, oyan bu yan…
    Cavab:-Bilirsən nə var, nəyimə lazımdı, kim hara gedir. Mənim kimə borcum var ki?
    Bunu demişdi ki, mən dərhal telefonu söndürdüm. Yenə də zəng etdi, mən isə “mənim o biri nömrəmə Elşən Rzazadə zəng edir” deyib yenə də söndürdüm. Az sonra yenə zəng etdi, bu dəfə “bağışla Mirça Rednik mesaj atıb ki, telefonu zanit eləmə zəng edəcəyəm” deyib yenə də söndürdüm. Halbuki mən hara Elşən Rzazadə hara, mən hara Mirça Rednik hara mən onların telefon nömrəsini belə bilmirəm…

    • Belə Elşən əcəb eləyib.Yaxşi eləyib.Mən bundan sonra yalniz Neftci-də Elşənə və onun oyununa azarkeşlik edərəm.
      Elşən!.Ən yaxşisini “Neftci” uçun elə və subut et ki sən həqiqətən “Xəzər Lənkəran” yetirməsisən.Səninlə fəxr etmək istəyirik.Bunun uçun sən əlindən gələninin ən yaxşisini etməyə borclusan.”XL”-la oyuna da çix.Mən “XL”-li kimi sənin oyununu alqişlayaram.Uğurlar sənə.Hər zaman səninləyik.(XL-li)

  13. CELAL QURBANOV says:

    dogma evladim noyutci formasin geyse onu evladliqdan cixararam sehv addimdir boyuk sehv bu menim fikrimdir
    ***
    Salam. Bağışlayın yersiz sual kimi olmasın. Nicat Qurbanov sizinlə qohum deyil ki?

    • CELAL QURBANOV says:

      admin futbolculari siz yaxsi taniyirsiz men yox o ASTARAlidir birde noyutcuye diyesen ureyin yanir unutma biz LENKERANliyiq LENKERANin adi gelende fexr edib qurur duyuram noyutcu adi gelende nifret edirem sagliqla qal
      ***
      Yox gənc futbolçuların demək olar ki, heç biri ilə şəxsi tanışlığım belə yoxdur. Yalnız bir dəfə fəal azarkeşlərin telefonu ilə zəng edib saytımız üçün danışıblar və danışarkən də bilinmirdi ki, hansı danışır.
      Nicat Qurbanova aid sual isə inanın ki, tamam başqa söhbətlə bağlı idi. Allah şahiddir ki, mən Nicat Qurbanovun əslən haradan olduğunu da bilmirəm. Ümumiyyətlə söz-söhbəti başqa istiqamətdə yozmaq lazım deyil məncə.

      • CELAL QURBANOV says:

        size sexsi hormetim var NİCAT cenubdandi ve noyutcude oynayib indi serv etmiremse ZİREde oynayir ancaq bunu atmaca kimi qebul etdim ve incidim.
        ***
        İncimək üçün əsla səbəb yoxdur. Mən rəsmən yazdım ki, sual başqa söhbətlə bağlı idi. Bu yəqin ki, kifayət etməlidir.

  14. eybi yox ugurlar sene ELSAN

  15. admin siz menim mesajimi axira kimi vermadiniz yeni men kimisa orda tehqir etmisdim tesekur
    ***
    Salam. Əsla sizin mesajdan bir söz belə silinməyib. Bununla belə mən də təsdiq edirəm bəli normal şərh yazmışdınız amma mənə də məlum olmayan səbəb üzündən yoxa çıxdı. Deməli: bayaq şərhinizi oxuyub yayımlamamışdam münasibət bildirmək istədim. Buna görə də “REDAKTƏ ET” düyməsini basıb nəticəni gözləyirdim. Anidən nə olduğunu belə başa düşmədim, bir də baxdım ki, şərhinizin yarıdan çox hissəsi yoxa çıxdı. Nə olduğunu bilmədim. Ola bilər bu texniki bir problem nəticəsində baş verib. Hər halda bağışlayın, yanlışlıq nədirsə bizim saytda oldu.

  16. elbetde Elsenin noyutcuye kecmesi adami biraz uzur amma ne etmek olar olan oldu artiq oz komandamizin fealiyetine baxmaliyiq unutmuyun oyuncular geldi geder yalniz komanda qalar buna gorede dusunurem ki ugurlar arzulamaqdan basqa care yoxdu bizde ne etmek olar nede olsa 7 ay maassiz oynadi amma basqa kulub sece bilerdi amma yeqin olmuyub ugurlari bol olsun unutmuyaq ki oda bir Talisdir Lenkaranlidir ve Xezerin yetirmesidir ugurlari bizim ugurumuzdur

  17. Vaqif Rəşidov says:

    Ümüd edək ki Elşən yığmada uğur qazanıb Lənkəranın adın dünyaya yayacaq.Uğur arzu edirik!

  18. yenede duz elemedi….her ne olsa xezer onu yetisdirib futbolcu etmisdi.Lenkerandan olmuyubda yuzlerce gelib xezerde oynayan oyuncularin dirnagi olmadigini bir daha gosterdi,bele futbolcudansa diger bolgenin futbolcusu daha yaxsidi…Ayib olsun…Pulsuzlugu behane etmek duz deyil….

  19. Lap ela eliyib gedib yox gozduyecek ne vaxta yevlaxli Tuyqunun kefi duracaq bunlara pul verecek..eceb eliyib getmisen qardas ozde menim qonwumsanaaa)))) kamran etbar eminin oqluda yaxin dostumdu …ama fikrimi seni tanidiqima go bildirmirem bele eceb elemisen getmisen lap….sene gelecekde uqurlar …men senin yerine olsaydim xezerden lap sikayetde ederdim fifaya

  20. Görəsən,nə vaxtsa HK-nin ləğv edilməsini təsəvvür etmək olarmı? PFL-dən nə istəsən gözləmək olar, amma belə qərar, hər halda, AFFA-nin ciddi narazılığına və sərt tənqidinə səbəb olmalıdir.
    Üstündə oturduğun budağı necə baltalamaq olar? AFFA-nin öz mövqeyini ifadə etdiyi bir dili necə kəsmək olar? İnanın, hətta Blatterlə Platiniyə 8 illik qadağa heç kimi təəccubləndirmədi amma belə bir göstəriş verilsə bu futbolumuzda ağlasığmaz bir addım olardı. Yəni futbolumuzda baş verən proseslərə nəzər salanda söhbət ən sadə məntiqlə anlaşılmayan şeylərdən gedir.
    Dərin təəssüf və təəccüb hissi ilə qeyd etmək lazımdır ki, bu günkü və real futbolumuzda baş verən hadisələr nəinki sadə məntiq, hətta Pfl-ə xas olan ustaliq və zəka ilə belə izah olunmur. Azərbaycanın futbol qurumu olan PFL və Xəqani Məmmədovun ətrafinda baş verən ruşvət qalmaqali yaradan videogöruntulərini araşdiran qrup da hakimbaşiya yönələn iddialarin əsassiz olduğunu və ona bəraət qazandiqlarini deyib.
    Bu qeyri-adi futbol başbilənlərinin istedadını və peşəkarlığını bir kənara qoyaq – indi söhbət ondan deyil, Azərbaycan futbolunun çökməsindən gedir. Xəqani Məmmədov kimi müdafiə edir? Kimə görə hərdən öz nüfuzunu qurban verir? PFL və AFFA-ya görə. Bu səbəbdən bu adam artiq sınaqdan çıxmış futbolumuzun aynasidir – hətta “top əli tapdi” və ya ” beş,on ya da qələbəyə onbeş verirlər” videogöruntulər də mantajdir-deyə qəbul olunmalidir.
    Bəs “Xəzər Lənkəran”-da vəziyyət necədir?.İlk baxişdan aydin olur ki , burada da vəziyyət elə yerli ali futbol qurumlarinda olduğu kimidir.Tuyqun Nadirov kimi mudafiə edir?.Kimə görə “XL”-da hər işin qaydasinda olduğunu deməklə nufuzunu xərcləyir?.Artiq bu adamda klubda sinanmiş adamlardan sayilir.Eə butun buna görə də vitse-prezidentin xoşuna gəlməyən futbolçulari transferə çixartmaq olar.Bədə-bəddə onun qara siyahisina duşən gəncləri qovmaq da olar-hətta “kamandanin və Lənkəran camiyyənin xaini” kimi də ləkələmək olar. Klubu müdafiə edərək tamaşıçının və futbolçusunun gözündə qalmaq, onu darmadağın edib özünə şöhrət qazanmaqdan daha çətindir. Lakin….
    “Xəzər Lənkəran”-nin futbolçulari nə edir? Onlar klubun ən çətin anında – aylarla maaşsiz qalaraq meydanda vuruşur və bunun əvəzində cuzi həyat yaşayişi uçun iki-uç ayin zəhmətini tələb edəndə klubdan qovulurlar.Onlar klubun son qərarının qərəzli olmasini və bu vəziyyətin alternativinin olmadığıni mediyaya izah etməyə çalışaraq, azarkeşlərin qulaqbatıran töhmətlərini öz üzərinə götürürlər.. Axi onlari da başa duşmək lazimdir.
    Futbolçular nə edir?
    Onlar bunu klub üçün deyil, qeyri-sabitlik və dağıntı girdabına aparılan kamanda üçün edirlər. Onlarin etiraz və fikirləri klub rəhbərlərinin xoşuna gəlmir – onlar camiyyəyə klubun əsil niyyətini çatdırmaq üçün populyar saytlardan istifadə edirlər.
    Bəs, klub nə edir? İlk qaranquşlarinin yolunu bağlayir.Futbolçularini camiyyə qarşisinda alçaldir və beşikdəcə boğur.Klubun daxili qayda-qanunlarina riyaət etmədiklərinə görə suçlayir.
    İndi mənə cavab verin – bu anlaşilmaz qərarı qəbul edən rəhbərliyin və onun köməkçilərinin addımlarını sağlam məntiqlə necə anlamaq olar? Axı onlar futbolçulara yox, bu azarkeşlərə xəyanət ediblər. Klub rəsmiləri bu uşaqlari qovmaqla nəyi sübut etmək istəyirlər?
    Niyə bu klub rəsmiləri hər dəfə elə vəziyyət yaradırlar ki, fəxri prezident belə vaxtlarda işə qarışmalı və səriştəsiz klub idarəçilərinin anlaşilmaz qərarlarını təxirə salmalı olur?
    Eyni səhfləri nə gədər etmək olar? Effekt eynidir – stadionun ot örtuyu palçiq içində və futbolçulari da usyankar!. Doğurdanmı dar düşüncəli rəhbərlik anlamırdı ki, əsas meydançasi palçiq içində olan bir klubun yetirmələri belə vəziyyətə çox dözməz və bir gun bu qeyri-peşəkarliq qalmaqalla nəticələnə bilər? Ölkə futbolunun çökduyu bir vaxtda…
    Bilirsiz, problem nədədir? Bu rəhbərlik ömrundə azarkeşi duşunməyib.. Onlar hətta heç özləri də azarkeş olmayib. Hələ də bu günə gədər “turetski ” oynayırlar. Bu rəhbərlik futbolda bir gedişin nə olduğunu bilmirsə, çoxgedişli kombinasiyalar haqda isə onlar heç düşünə də bilməzlər.
    Təəssüf ki, nəticə ürəkaçan deyil – nədənsə klubda vəzifələrin seçilməsində üstünlük daha çox uçmaq üçün deyil, sürünmək üçün doğulanlara verilir. Bəlkə, ona görə bizim “Xəzər Lənkəran” heç cür qanad aça bilmir?
    Görünür, biz hamımız qeyri-peşəkarlarla və onlarin sayəsində futbolda məğlubiyyətlərlə yaşamağa məhkumuq.
    Klub istedadlı gənclərini o tərəfə elə “Neftci”-yə qovmaqla nəyə nail olacaq? Axı bu tərəfdə qeyri-peşəkar rəhbərlik və boş stadiondan başqa artıq heç kəs qalmayib.Z/X

    • Bu yazini 23 yanvarda yazmişdim.Və dəfələrlə sosial şəbəkələrdə paylaşmişam.Hami “bəyən”-ir amma bir nəfər şərh yazmir.İndi nə olub?.Gunahi Elşənkimilərdə axtarmaqdansa elə klubda və klubun vitsesində axtarsaniz ya …(turkcə)….

  21. Salam müəllim,şəxsən mən bu futbolçuların:E.Rzazadə,E.Cəfərov və E.Mirzəyevin gür komandadan ayrılmalarını istəməzdim,uğurlar olsun,perspektivli uşaqlardır,qınamaq da lazım deyil onları,nə isə…

  22. Hec yarasdirmadim bu hereketi Elsene:/
    ***
    Burada qəribə heç nə ola bilməz. Yaraşdırılmayası da bir şey yoxdur. Satış varsa alışın olması da təbii qarşılanmalıdır. Axı “Xəzər Lənkəran” onu transferə çıxartmışdı və transfer pəncərəsinin bağlanmasına yaxın o da seçimini edib. Əgər bu bir neçə gün əvvəl olsaydı, “ay Elşən nə olub “əzəli rəqib”in düşərgəsinə niyə gedirsən gözləyə bilməzdin?” deyərək heç olmasa Elşəni qınamaq olardı. Amma indi transfer pəncərəsi artıq bağlanır, o seçim etməli idi ya işsiz qalamlı idi, ya da özünə çörək yeri tapmalı idi. Hə, bir də bu nəzərə alınmalıdır ki, son 7-ayda maaş da almayıb.

    • Salam Alleykum!
      Hormetli inzibatci, ele gerek ozune ve azarkeshlere hormet edib ishsiz qalaydi. Belesi haqqinda deyirler “onunla yol getme”ve ya “doyushde adami tek qoyub qacar”. Bundan qabaqda “fair play”e riayet etmeyen “Baki”ya getmishdi.

      • 12cioyuncu .info says:

        Nə bilim Vallah bu “azarkeshlere hormet edib ishsiz qalaydi” fikri prinsipial mövqeyə xidmət edir. Mən belə prinsiplərə görə həyatımda çox şeyi itirdim, indi əlim heç nəyə çatmayanda görürəm ki, həmin prinsipiallığın bəlasıdır çəkirəm.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 − beş =