9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

fifaDünya siyasətində özünü mütləq hakim hesab edib istədiyi dövlətə dəstək olan istəmədiyini isə cəzalandıran Amerika bu dəfə futbol idarəçiliyinə barmaq qoyub.

Lap əcəb də edib. Bəs nədi? FİFA-ya o da azdu! Elə bilirdilər ki, “Xəzər Lənkəran”ın ahı tutmayacaq onları? Bir Bosniya və Herseqovinalı heç kəsə lazım olmayan futbolçuya (Veldin Murahhemoviç) çatmalı olan ancaq “nə çatar nə batar” prinsipi ilə İstanbul-Bakı arasında itib batan 3000-dollara görə bu boyda klubun transfer hüququnu əlindən alanda nə olasıydı ay millət?

Döyülərək və həbs edilərək futboldan iyrəndirilib, stadionlardan uzaqlaşdırılan, indi isə “Fırtınalar meydanı”nın heç bircə tribunasını da doldurmağa sayı yetməyən “Xəzər Lənkəran” azarkeşlərinin gecə gündüz ah çəkib nalə dediyini bəs bilmirdiz, hıy? Hələ klub rəhbərliyini  demirəm. İnanın ki, boğazlarından bur tikə çörək də keçmirdi, ona görə də kababı çörəksiz yeyirdilər. Off, nələr çəkdilər bu günlərdə onlar; – “LD”, “Sobraniye”, “Parlament” rus demişkən конце концов lap “Marlboro”…      

     Deyirəm yaxşı ki, FİFA rəsmilərinin əkib doğanlarını, yaxın və uzaq qohumlarını söyüşə və qarğışa qonaq etmək üçün xüsusi adamlara müraciət edilməyib. Uzun illərin təcrübəsi göstərir ki, əsasən icra hakimiyyətinin tapşırığı ilə aktiv fəaliyyətə keçən həmin xüsusi adamlar, Azərbaycan müxalifətçilərini Lənkərana buraxmamaq üçün şəhərin girəcəyində onları qarşılayır və polislə şərikinə elə bir tamaşa qurub vay-şivən qoparırlar ki, müxalifətçilər geri qayıtmağa məcbur olurlar. Aralarında Roza mamaları çoxluq təşkil etsə də hərdən bir “kişi”lərə də rast gəlinir. Öz aramızdı pulunu versən onlar Veldin Murahhemoviçin ənkə-böyünü nədire, hətta FİFA-nın indiyə qədərki və bundan sonrakı rəsmilərini də, lap elə Josef Blatter qarışıq hamısını PAZ avtobusuna mindirib, zabor dibində boşaldarlar, heç cınqırları da çıxmaz. Hələlik isə, belələrinin heç köməyinə də ehtiyac yoxdu. Gözünə döndüyüm Amerika … Kolumbun səhvən tapdığı bu ölkənin Federal Təhqiqatlar Bürosu FİFA-nı diz çökdürüb, hələ üstəlik UEFA-nı da onun üzünə ağ olmağa məcbur edib, fərasətə bax ha…

    Cəhənnəmə rahat düşmək üçün yaxın yollardan birini, yəni qumarı reklam edərək keçirilən və öncədən medal sahibləri müəyyənləşdirilən Azərbaycanın futbol üzrə çempionatı da bitdi. Salamat bitməmişlə bizim ürəyimiz də bitdi tükəndi. Son oyunda “Xəzər Lənkəran” yenə də qələbə qazana bilmədi. Özü də bankrot olmuş “Simurq” klubunun formasını Lənkərana marşurutla nisyə gələndə elə yolda ikən geyinən, məşq etməyən, istirahətə vaxt çatdırmayan Zaqatalanın kənd orta məktəblərinin 9–ci sinif şagirdlərindən ibarət komandanı uda bilmədi. Bəxtimiz onda gətirib ki, qonaqların komandası 10 və 11-ci siniflərdə oxuyan yeniyetmələrdən qurulmayıbmış, yəqin ki, “Xəzər Lənkəran” onlara məğlub olardı… Matçsonrası mətbuat konfransında isə sevimli klubumuzun gəncləşdirmə siyasəti adı altında gizlin olaraq həyata keçirdiyi platforma aşkarlandı. Sən demə “Xəzər Lənkəran” qarşısına məqsəd qoyubmuş ki, ölkənin milli komandasına 18-yaşında heç olmasa bircə futbolçu ötürə bilsin. Biz bunu bilməsək də klub öz istəyinə çatıbmış və qarşıya qoyulan tapşırıq da tam olaraq yerinə yetirilibmiş. Bu gizli strategiyanın adını da “18+” qoyublarmış. Əşşi bu klubdan olmaze, bir dənədi, iki dənə olsaydı o birisini Ramin Musayev yeyərdi. FİFA-nın da başına at təpib ki, ilişir bu kluba…

Yenə nadinc fikirlər məni rahat buraxmır.

 Görəsən Amerikanın FTB-si o bottana okeanı aşıb Avropaya gəzi edərək FİFA-dakı korrupsiya işlərinin üstünü aça bildiyi halda, bizim işpion idarələrinin əməkdaşları AFFA-ya, PFL-ə heç bir stəkan çay içməyə də getmirlər? Yəni heç susuzlamırlar, dil-dodaqları qurumur, əcəba aralarında bir şəkər xəstəsi də yoxdur? Yoxsa, ölkə futbolunu …. gününə qoyan AFFA-nın və PFL-in qapısını açmağa cürət edə biləcək əli okeanın o tayından gözləyək? 

Nə isə, bunlar bir yana, indi deyin görüm, özünüz necəsiz? Yaxşımı sizlər ..?

Vəfa Qələmdar.

4 Şərh

  1. Seymur says:

    Baki FC XL azerkeslerinin ahi tutdu. O isti yay axsaminda XL-a kubokun finalinda fair play qaydalarina sigmayan qol vuranda sonu bele olmali idi. Men sexsen hemin an ve ondan sonra her zaman onlari lenetlemishem. Birde hemin final oyununda Baki Fc hardansa 10 azerkesh stadiona toplamishdi ve onlarin icinde coxlu sayda xanimlarda var idi. Bax onlarin ah naleside Baki Fc yan kecmedi. Gece saat 12 qadinlari mecburi stadiona mecburi dasiyanda sonu bele olmali idi.

  2. Salam Admin.Xezer yaranan gündən həmişə Fifa ilə dava qırğında. Əslində Günah özümüzdə. Düzgün idarə etmə olsa bu problemlər başımıza gəlməz

  3. Xezerin ahi barseolanin ahindan gujduymuwhaa :)

  4. Salam.
    Vəfa muəllim!.Deyirəm nə yaxşi oldu FİFA uçun…Onlara əcəb oldu.Onlar bilmirdilər ki ,bizim “XL” azarkeşlərinin ahi gec də olsa, guc tutar onlari.Axi bizlər haqsizliq edənlərin əvvəcə yeddi nəsil dönəmindən tutub ta ənkəböyuyunə qədər olanlari birinci “alqişlayiriq”.Bir qotur futbolçudan ötru bu qədər azarkeşi incitmək elə bilirsiniz asan idi?.Hələ “alqişlarimiz”in çox hissəsi İsveçrənin Surixinə hələ gedib çatmayib.Deyilənə görə Affa-nin binasi tərəfində guclu “tixac”da ilişib qaliblar.
    Belə onlara bu da azdi.
    Qaldi sualiniza..hələ beləyik də., yaxşi olmuşuq həmişə.Yamanlari da yaxşiliğa dəvət edirik. Təşəkkurlər!!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


bir + 1 =