11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

06.11.2015 stadion-4“Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi “Fırtınalar meydanı”nda oturacaqların həmişə kirli, tozlu olması azarkeşlərin böyük narazılığına səbəb olur.

12cioyuncu.info azarkeş saytı olaraq stadion rəhbərliyinə bu mövzuda dəfələrlə sorğular göndərsək də hər dəfə oturacaqların oyunöncəsi təmzilənməsi iddiası ilə cavab alırdıq. Bu dəfə eksprementə əl ataraq oyuna bir neçə gün qalmışdan başlayaraq stadionda müşahidələr aparmaq qərarına gəldik. Məlum oldu ki, oturacaqlar oyuna iki qalmışdan silinməyə başlanır. Biz də bunu yaxından izləmək və azarkeşlərə də bu prossesi fotolarda təqdim etmək istədik.

Hərçənd indilərdə əvvəlkindən qat-qat az sayda futbolsevər oyunu izləmək üçün “Fırtınalar meydanı”na təşrif buyurur, bununla belə düşünürük ki, oyuna getməyənlər kimi hər ev qarşılaşmasını izləmək marağı ilə stadiona gedən az saylı azarkeşlərin də haqqını tanımaq azarkeş saytının borcudur.

Beləliklə 6-noyabr, “Fırtınalar meydanı”, tribunlarda hərəkətdə olan stadion əməkdaşları oturacaqları silirlər və beləcə stadion “Qarabağ”la oyuna hazırlaşır.

Məlumat və fotolardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

06.11.2015 stadion-406.11.2015 stadion-1 06.11.2015 stadion-3

2 Şərh

  1. Elə bilirdim ki,CBC sport dan yayımı sayt verə bilər ,Klubun saytı verməsə işlər qəlizləşir deyəsən
    ***
    Yox elə CBC Sport da internetlə yayımlanır son zamanlar. Əgər belə davam edərsə “Qarabağ”la oyun yenə də saytımızla təqdim olunacaq.

  2. Salam müəllim sabahkı oyuna maraq azlığı aksiomadır, amma buna baxmayaraq oyunu səbirsizliklə gözləyənlərin sırasında olan birisi kimi Sizdən bir təvəqqem var : Rəvanla qarşılaşmanı sayt vasitəsilə verdiyiniz kimi bu oyunun da canlı yayımının əziyyətini çəksəniz əla olar .Onsuz da CBC sportu bizim Nikolaydan qalma pistavkalarımız elə evi yıxılmış Nikolayın özü demişkən ” priznavat” eləmir
    ***
    Salam. Təbii ki, internetdən yayım olduğu halda mütləq saytımızda da yayım olacaq.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 4 = iki