1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

afisa1Birinci səbəb.

Çempionatın əvvəlindən bəri qələbə qazana bilməyən “Sumqayıt” ötən tur ölkə futbolunun hazırki liderlərindən olan ”Qarabağ”ı yenə bilmişdi. Deməli “Gənclik şəhəri”nin təmsilçisi cənuba böyük motivasiya ilə gəlib. İki tur öncə baş məşqçi postunda dəyişiklik edilməsi görünür bu klubun işinə yarayıb. Heyətində bir nəfər belə tanınmış futbolçusu olmayan qonaqların qarşısına çıxarmaq üçün “Xəzər Lənkəran”ın təcrübəli Rahid Əmirquliyev, Manuel Sakralatake, Tural Cəlilov və Sadio Tounkaranın (Rasim Ramaldanov zədəlidir) gənc futbolçularla smesindən başqa ancaq klubun akademiyasının yetirmələri  var. Düzdür rəqibin heyətində də gənclər üstünlük təşkil edir, amma ən azından bir neçə illik yaş fərqi ortada.

 Məsələn, müqayisə üçün qeyd edək ki, “Xəzər Lənkəran”ın son turda “Kəpəz”lə səfər oyununda meydana çıxan futbolçularının yaşını cəmlədikdə alınan rəqəm, “Sumqayıt”ın “Qarabağ”la görüşdə meydana çıxan futbolçularının yaşının cəmindən azdır; 

“Xəzər Lənkəran”: 22+23+22+22+20+26+26+26+20+19+22+18+19=285.

“Sumqayıt”: 21 +22+27+25+26+22+23+20+26+23+23+21+22+25=326

(burada start heyəti və əvəzetmələrlə meydana çıxan bütün futbolçuların yaşı nəzərə alınıb).

“Sumqayıt”ın digər üstünlüyü ehtiyat skamyasının genişliyindədir. Məlum olduğu kimi komandamız bu mənada axsayır. Deməli futbolçularımızın əlavə stimula ehtiyacı var. Bu isə yalnız tribunalardan gələ biləcək dəstəklə tənzimlənə bilər…

İkinci səbəb.

Bu qarşılaşmada qazanılacaq 3-xal “Xəzər Lənkəran”ın turnir cədvəlində irəliləməsinə yola aça bilər. Turnir cədvəlinə və X turun təqviminə diqqət edək:

Premyer Liqa, X tura qədər olan turnir cədvəli:

N Klublar O Q H M T-F X
1 Qəbələ 9 6 2 1 17-4 20
2 Qarabağ 9 6 2 1 17-8 20
3 İnter 9 5 2 2 8-6 17
4 Zirə 9 4 4 1 8-6 16
5 Kəpəz 9 4 2 3 10-7 14
6 Neftçi 9 2 3 4 8-10 9
7 Xəzər Lənkəran 9 2 3 4 8-13 9
8 Sumqayıt 9 1 5 3 6-9 8
9 AZAL 9 2 1 6 5-12 7
10 Rəvan 9 0 2 7 4-16 2

Premyer Liqa, X turun təqvimi:

Qarabağ     Rəvan

 

Qəbələ     AZAL

 

Zirə     Kəpəz

 

Neftçi     İnter

 

Xəzər Lənkəran     Sumqayıt

 

Göründüyü kimi ən yaxın izləyicilərimiz olan “Sumqayıt” və AZAL-ın qələbəsi “Xəzər Lənkəran”ı autsayderə çevirə bilər. Ancaq nəzərə alsaq ki, AZAL bu tur “Qəbələ”nin qonağıdır, deməli qazanacağımız 3-xal sayəsində turnir cədvəlindəki yerimizi daha da möhkəmlətmək üçün şans yaranıb. Komandamızla eyni xala malik olan “Neftçi” liderlər qrupundan olan “İnter”lə üz-üə gələcək, son zamanlar heç də yaxşı vəziyyətdə olmayan “Ağ-qara”ların xal itirəcəyi şübhə doğurmur. Əgər ötən turdakı “Sumqayıt” – “Qarabağ” sensasiyası bu dəfə də təkrarlnamazsa, hər şey “Xəzər Lənkəran” üçün yaxşı sonuclana bilər. Yeri gəlmişkən bu dəfə “Zirə” ilə görüşəcək “Kəpəz”, növbəti turda “Qəbələ” ilə qarşılaşacaq, “Xəzər Lənkəran”ı isə XI turda “Rəvan”la səfərdə oyun gözləyir . Bir sözlə bütün kartlar lehimizə işləyir, təki “Sumqayıt”la matçda qələbə reallaşsın. Əlbəttə ki, bu yerdə azarkeş dəstəyinin önəmindən söz edilməyə bilməz. Ümumiyyətlə hər bir futbol klubu üçün belə dönüş nöqtələrində azarkeş dəstəyinin rolu danılmazdır. Xüsusən də “Xəzər Lənkəran” kimi sırf azarkeşi üçün oynayan komandanın dönüş yaratmaq istəyində bu məqam daha önə çəkilir.

 Uzun müddət maaş almadan çıxış edən gənc futbolçuları oyuna azarkeş dəstəyindən başqa nə ilə kökləmək, qələbəyə doğru necə irəli səsləmək olar ki?

QEYD: Bu oyunda komandamıza dəstək olmaq üçün vacib olan səbəblər çoxdur, biz yalnız iki texniki səbəbi göstərdik.

afisa1

7 Şərh

  1. Kas lenkaranda olardim komandamin oyununa tamasa ederdim

  2. Ozumuzkulerdi bu usaqlara xatir getmeliyik en azindan

  3. YALNIZ QELEBE!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Kəramət Quluzadə says:

    Vəziyyət heç də yaxşı deyil. İndiki çətin gündə hamının komandaya dəstək olacağını gözləmək sadəlövlük olardı. Axı çoxu yaxşı günün dostlarıdı. Ancaq mən heç kəsi qınamıram. Hərə öz düşüncəsini məhsulunu öz əməlində göstərir. İndi oyunlara gəlməyənlər, komanda nə vaxtsa çempionluğa oynayanda ən çox gözə girənlər olacaqlar. Hamıya öz sədaqətlərindən danışacaqlar. Bu həmişə belə olub. Öz adımdan deyirəm ki, mən stadionda olacağam.

  5. Kamandamiza ugurlar

  6. Getmey lazimdi usaqlara detey olarig. Pulsuz oynuyullar !!!! ay millet bumu basadusun pulsuz oynuyullar sene mene gore oynuyullar !!!!!!!

  7. Cemil Imani says:

    Haydi ireli Lenkeranin ve butun cenubun XEZERI !!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− altı = 0