11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

stadionda temir-1Premyer Liqada yaranan fasilə zamanı “Fırtınalar meydanı”nda təmir işlərinə başlanılıb.

Stadionun əsas meydançasının bir o qədər də yaxşı vəziyyətdə olmayan ot örtüyünə xüsusi quluq edilir, yeni toxum səpilir. Bu işlərin yaxın bir həftəyə yekunlaşdırılması planlaşdırılıb. Bir ay ərzində isə meydançada yeni ot örtüyünün bitəcyi gözlənilir. Xatırladaq ki, “Xəzər Lənkəran” sentyabrın sonuna qədər doğma meydanda oyun keçirməyəcək. Belə ki, Premyer Liqanın IV turunda “Qarabağ”ın ardıyca da “Neftçi”nin qonağı olacaq komandamız yalnız VI tur çərçivəsində sentyabrın 27-də doğma arenada “Zirə”ni qəbul edəcək. Beləliklə də bir aylıq zaman kəsiyi “Fırtınalar meydanı”nda ot örtüyünün bərpası üçün əlverişli şərait yaratmış olacaq.

Məlumatlardan və fotolardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir

stadionda temir-2 stadionda temir-3 stadionda temir-4 stadionda temir-5 stadionda temir-6 stadionda temir-7stadionda temir-8 stadionda temir-9 stadionda temir-10 stadionda temir-11

3 Şərh

  1. Onlar hamısı boş şey Sadəcə Düzgün qulluq yox.Yəni bu işin peşakar yox orda. Nə oldu Lənkəranda hər şey bitir ,ot bitmir? Adamın bilmir ağlamağı gəlsin ya gülməyi .Pulun pul olan vaxtda elə bu gündə idi.Səbəb bu döyül .

  2. Salam Admin ))) Stadium tikilən vaxtdan onun ot örtüyu həmişə təmirdə həmişə pis gündə. Lənkəran torpağında nə isdəyirsən bitirmək olur ,bunlar amma Allahın otun bitirə bilmirlər
    ***
    Salam, səbəbləri müxtəlif cürə göstərilir. Mütəxəsisslər bir söz deyir, hökm sahibləri başqa, pulsuzluq tam ayrı məqamdan dən vurur, sonda fəhlənin dediyi edilir. Müəyyən qrup insanlar da vardır ki, onlar problemin kökündə möcüzə və sirr, bəzən isə hətta cadu-piti olduğunu da iddia edirlər. Çox qəliz və anlaşılmaz vəziyyətdir. Bir sözlə Hüseyn Cəbrayıloğlu demişkən “Ot kökü üstə bitər”.

  3. CELAL QURBANOV says:

    QOY OT ORTUYUN BERPA ETSINLER BIABIRCI VEZIYYETDEDIR QAZON

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


7 − iki =