1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

3-tur-xl-revan“Xəzər Lənkəran” yeni mövsümdə ikinci ev oyununa çıxır.

Komandamız “Fırtınalar meydanı”nda “Rəvan” klubunu qəbul edir. İlk iki turda gözəl və maraqlı oyun nümayiş etdirən, “İnter” üzərində möhtəşəm ev qələbəsi ilə azarkeşlərini sevindirən, “Sumqayıt” səfərində isə hakim səhvləri ucbatından cəmi bir xalla kifayətlənməyə məcbur qalan “Xəzər Lənkəran” daha bir qələbə sevincini azarkeşlərinə yaşatmaq niyyətindədir. Komanda daxilində yüksək əhval ruhiyyə hökm sürür, istər məşqçilər korpusu, istərsə də bütün futbolçular qələbə barədə düşünürlər. Döyüşkən, çevik, əzmkar, qələbə eşqi ilə alışıb yanan gənclərimiz və soyuqqanlı, uğur daşıyıcıları olan təcrübəli futbolçularımız meydana yalnız və yalnız 3-xal üçün, qələbə üçün, azarkeşləri sevindirmək üçün çıxacaqlar.

Klub rəhbərliyi komandanı demək olar ki, indiyə qədər görünməyən tərzdə diqqətdə saxlayır, futbolçuları uğura həvəsləndirmək üçün əlindən gələni edir. Ümumilikdə qeyd edilməlidir ki, hazırda klub və komanda daxilində birlik, qarşılıqlı anlaşma ən yüksək həddədir.

 Etiraf etmək lazımdır ki, azarkeşlərin də əksəriyyəti komandanın yanındadırlar. “Rəvan”la oyun üçün satışa çıxarılan biletlərin artıq 3.000-dən çoxu satılıb. Oyunun başlama saatına qədər bu rəqəmin bir neçə dəfə artacağı gözlənilir.

Eləysə bir az da aktiv olub, “Fırtınalar meydanı”nın tribunlarını doldurmağa bizə nə mane olur?

Doğma arenada sevimli komandamıza möhtəşəm dəstəyimizi nümayiş etdirərək keçmiş xoş günlərimizi xatırlatmağa gücümüz yetərmi?

İntizar dolu baxışlarla azarkeşlərin yolunu gözləyən futbolçularımızı təkmi qoyacağıq meydanda, yoxsa dəstək olmaq üçün “Fırtınalar meydanı”na yollanacağıq hamılıqla?

Bütün bu suallara cavab tapmağın ən qısa yolu bir məkandan keçir;

Gəlin komandamıza dəstək olaq!

Hamı “Fırtınalar meydanı”na !

s-g-1 s-g-2s-g-3

 

7 Şərh

  1. Əziz qardaşlar niyə bir birimizi aldadırıq stadionun dolması asan məsələ deyil hər kənddə xəzərin oyununun plakatını vursalar əla olar bu bir ikinci hamı bilir ki nə vaxt Redink xəzərə gəlsə onda stadion dolacaq çunki onun fotbol fəlsəfəsi gucludur ucuncu isə klubun rəhbəri xəzərə yeni forma alsın stadionun reklam plakatını elektorunlaşdısa əla olar sonra maşın uduş oyunu keçirsin necə ki 80 90 larda maşîn oyunu olardı əziz qardaşlar bu istəkləri yerinə yetirmək olar klubun buccəsi buna imkan verir xezerin milyonlarla azərkeşi var inanın dediyim faktorlar olsa xezer lənkəran əvvəlki hörmətini qaytaracaq amin.

  2. Hormetli admin xezerimiz bu gorus de birinci Allahin ikinci biz fanatlarin sayesinde insaAllah qazanacaq Amin birde ki turkiyede fenerbaxca azerkesleri bele diyir biz bu maci meselem 4 0 qazanariq menimde sexsi fikirimdir ki xezer 3-0 qelebe elde edecek amin insaAllah uqurllar xezer camiasina

  3. Haydı əzizlərim gənclərimizi dəstəkləmək üçün hamı bir nəfər kimi fırtınalar meydanına axışın.Qeyrətinizə qurban olum gənclərimizi tək qoymayı!!!!!!!!!!!!!!!!!!!!!

  4. Eziz azerkeslerimiz biz eger Lenkeranda yasayiriqsa komandamiza en azindan onun adina gore destek olmaliyiq, biz seherimiz sevirik. Lenkeranimiz tarix boyu adeti, en enesi, qonaqperverliyi, islam dinimize xususi inami, insanlarinin dunya gorusu ve seviyyesi ile ferlqenib. Sexsen ozumu misal getirirem, menim ucun ferq etmir XL guclu ve ya zeif olsun, komandadin adi menim dogma, gozel seherimin adi ile baglidi. Bu mene bes eder.

  5. Guloglan Quluzade says:

    Biz mehellemizden en azi 20-nefer olmaqla qrup seklinde stadiona getmeye hazirlasiriq. Sevimli komandamiza bacardigimiz qeder destek olacagiq.
    HAYDİ İRELİ LENKERANİN XEZERİ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. Bu şəkillərə baxdıqda gözlərimin qabağından yaxın gələcəkdə bu formaların sahiblərinin Real Madridlə oyunu canlandı…

  7. Rovshan Asadov says:

    Komandamiza cani konulden ugurlar arzulayiram, inaniram ki tribunalar kecmiw gunlerdeki kimi dolacaq. Igidlerimizden yalniz ve yalniz qelebe gozleyirik. Ugurlar size

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz − = 0