9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

XLPremyer Liqanın XIII turunda paytaxtda keçirdiyi ev oyununda əzəli rəqibi ilə bol qollu heç-heçəyə qalan “Xəzər Lənkəran” sərbəst buraxılıb.

12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komanda iki günlük istirahətin ardından noyabrın 27-də Bakıda bir araya gələcək. Komandamız hazırlıqlarını elə paytaxtda da davam etdirəcək.

Qeyd edək ki, “Araz Naxçıvan” klubunun fəaliyyəti dayandırıldığından “Xəzər Lənkəran” Premyer Liqanın XIV turunu boş buraxaraq XV tur çərçivəsində dekabrın 7-də “Qəbələ” ilə keçiriləcək qarşılaşmaya hazırlaşacaq.

Belə bir fasilədən isə həm “Fırtınalar meydanı”nda gedən təmir işləri üçün kifayət qədər çox vaxt qalacaq həm də məşqlərin Lənkəranda deyil Bakıda keçirilməsini istəyən futbolçular xeyli məmnun olacaqlar…

Məlumatlardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

10 Şərh

  1. Müəllim salam,Sizə can sağlığını Allahdan təvəqqe edirəm.Qaldı bizlərə,hələlik salamatçılıqdır,əməlli qar var,bitkilər aləmi də ,torpaq da,hətta torpağın altındakı həşarat və sürünənlər də bu yorğanın altında istirahətin ləzzətini çıxarırlar.Niyə də olmasın,üç fəsili işgüzarlıq edib,birində dəm alırlar.İstirahət və sürünmə deyəndə nədənsə beynimə əcaib-qəraib şeylər düşür,birtəhər bunlardan qurtulub başlayıram XL haqda düşünməyə…. Sürünmə Tənbəlliyin etik cəhətdən ifrat forması kimi bir şeydirXL son 2-3ildəki çıxışları düz sürünmə kimi bir şeydir.Hələ keçən çempionatın ilk oyunundaca Toşak demişdi ki komandam xəstədir,kişni elə günə qoydular ki,indi dı səsi çıxmır Nəhr boyda Dənizli isə qış fasiləsinin ilk oyunöncəsi *xəstələndi* getdi öz mahalına Bizim Babək Quliyev də *gecə gəldi,gecə getdi*i bu klub sirlər xəzinəsidir ,deyilmi elə bunlara görə (bilmədiklərim daha çox)komanda indi sürünür.XL axı sən ŞAHİN idin Göylərdə vüqarla ləngər vurardın,fırtınalar meydanı rəqiblərə cəhənnəm əzabı,bizə heç bir etalonla ölçülməyən həzz və sevinc bəxş edərdin.Səni fələklərdən Yerə kimlər yuvarlatdı,qorxulu kabusun dizlərini kim qatladı ,niyə belə asan yem oldun ? sənə sürünmək yaraşmır səni bu vəziyyətə layiq bilənlər yanılır çünki səninlə nəfəs alan əzəmətli ordun var Futbolla yanaşı dünyanı da gözümüzdən salma.hələ ki aydın səhərlərin üfüqləri görünmür amma biz nə səni nədə ümidimizi itirmək istəmirik.UNUTMA: sürünməyə adət etmə,çünki sürünənlər heç vaxt uça bilmir
    ***
    Salam. Çox maraqlı şərh alınıb. Çox sağ olun.

  2. Salam. Sizin yazinizi diqqetle oxudum ve men de sizinle tam hemreyem. Ancaq birinci yazinizdaki “Basibelali azarkes” tek Lenkeranda yox, butun CENUBDA bu “xesteliye” ducar olub. Ona gore ki, Xezer Lenkeran butun CENUBLULARIN qurur menbeyidir.

  3. Salam, Fərhad bəy! Obyektiv və səmimi fikirlərinizə görə Sizə təşəkkür edirəm. Kaş “Xəzər Lənkəran” ailəsinə mənsub olanların say çoxluğu Sizin kimi düşünüb nəticə çıxaraydı.6

  4. “Neftçi” bərabərlik qolunu vurduqda elə bil başıma qapaz yox, bir vedrə qaynar su tökdülər və bu yanğından sonra qarşıda duran ilk məsələ reanimasiya olmaq idi. Bakıda oyuna baxıb, sonra dərhal Lənkərana qayıtmaq məcburiyyətində qalan azarkeşlərə isə heç də qibtə etmirəm. Təsəvvür edin ki, Lənkərana çatana qədər bu 4-5 saatlıq yolu zavallı azarkeş hansı həyəcanı keçirib. Bu azarkeşlərdən fərqli olaraq mənim bərpa dövrüm bir qədər yüngül keçdi, buna da səbəb o oldu ki, oyundan sonra idman zalında mən özüm məşqə başlamalı oldum və 2 saat ərzində istər-istəməz bu biabırçılığı qismən də olsa unuda bildim. Düzdü, məşqdən sonra, yenə də qara buludlar başım üzərində fırlanmağı davam edirdilər. Onu deyim ki, oyun bitdikdən sonra bəzi azarkeşlərdən fərqli olaraq, mən heç də hakimi məğlubiyyətin (bəli, bu heç-heçə məğlubiyyətə bərabər idi) əsas səbəbkarı hesab etmirdim, məğlubiyyəti ilk növbədə oyunçuların məsuliyyətsizliyi, qeyri peşəkarlığı, var qüvvələrini meydanda qoymamağı və nəhayət kimə qarşı oynadıqlarını unutduqlarını və “Neftçi” ilə oyunların “XL” azarkeşi üçün nə demək olduğunu unutması ilə əlaqələndirdim. Baş hakimin, rəqibin 2 oyunçusunu meydandan qovmaqla sizə belə böyük hədiyyəsindən hansı ağılla imtina etdiniz, hakim sizi əl-qol atmağa məcbur etmirdi ki, necə olur ki, öz səhvlərinizdən nəticə çıxarmırsız. Səhv etmirəmsə 1-ci dövrədə də analoji hadisə baş vermişdi, adı çəkilən komanda azlıqda oynasa da, oyunun sonunda futbolçumuz qırmızı vərəqə alaraq heyyətləri bərabərləşdirdi və komandamız 0:1 hesabı ilə məğlub oldu. Adətən, hər oyunda baş məşqçinin əcaib möcüzələrinin şahidi oluruq, düzü, baxmayaraq ki, heç zaman Oğuz Çətinə xüsusi simpatiyam olmayıb, əksinə həmişə onun opponenti olmuşam, ancaq bu oyunda onun haqqında qeyri-səmimi söz deməyə adamın heç dili də gəlmir. Heyyət, imkan daxilində yaxşı qurulmuşdu, az-çox oyun taktikası var idi, Raufun yoxluğu bəlkə də komandanın xeyrinə idi, halbuki Oğuz Çətin onu zədəsinə görə heyyətə qoşmamışdı, digər tərəfdən Əfran İsmayılovun son 2 oyunda start heyyətdə oynamasını Oğuzun uğuru hesab etmək olar. Ancaq bir şeyi anlaya bilmirəm ki, hansı ağıl sahibi olmalısan ki, Elnur Abdullayevi Əfran İsmayılovdan üstün hesab edəsən. Əfranın son 2 oyundakı oyunu meydançanın ortasında necə canlaşmanın baş verdiyini futboldan anlayışı olmayan da hiss edə bilərdi. Əgər nəzərə alsaq ki, Əfran həm də hücuma meyillidir, onda belə qərara gəlmək olar ki, Elnur Abdullayev yalnız Əfranın yoxluğunda onu əvəz edə bilər, necə ki, yəqin növbəti turda Əfranın qırmızı vərəqinə görə bu baş tutacaq. Azarkeşlər mütəmadi olaraq qapımızın qoruyucusu Orxan haqqında xoşagəlməz sözlər deyirlər və başa düşmürlər ki, problem onda deyil, problem heyyətin formalaşmasına cavabdeh olanlardadır. Orxan gəncdir, klub yetişdirməsidir və nəhayət yerli futbolçudur, o, bacardığı kimi qapıda durur, demək olar ki, heç də zəif qapıçı deyil. Təkcə “İnter”lə oyunu yadınıza salın, 1 oyunda neçə dəfə komandanı 100%-li qoldan xilas etdi. Əlbətdə, istərdik ki, təcrübəli, komandanın yarısı ola biləcək qapıçımız olsun və bu gənc Orxan da onun yanında təcrübə toplasın və ara-sıra qapını qorusun. Bu isə, dediyim kimi klub rəhbərliyinin işidir. Sonda, daha bir məqama toxunmaq istəyirəm. Adətən, ağır məğlubiyyətlərdən sonra klub rəhbərinin (rəhbərlərinin) məşq prosesində iştirak etməsi barədə məlumatlar verilir, ancaq yadıma gəlmir ki, bu görüşlərdən sonra komanda nəticə çıxarıb qələbə qazansın. Belə təəsürat yaranır ki, bu xahişlər və tələblər öz hədəfini tapmır, oyunçuların bir qulağından girib, digərindən çıxır. Bundan da belə nəticə çıxarmaq olar ki, Mais Mənsimov kollektivdə avtoritetə malik deyil, əks halda nəticə olardı.

    • Sən Elnur Abdullayevdən belə danişırsansa menim sene şübhəm var, çunki Elnurdan cox-cox zəif Rahid, Rasim, Rauf və.s. oyunçular var əgər qol vurmaqdan danışırsansa qol vurmaq hücumcuya aiddir Elnura yox mən belə anladım ki, senin futboldan anlayışın yoxdu

  5. Məşqlər Bakıda, oyunlar Bakıda, istirahət Bakıda, fəxri prezident və sahib İstambulda, azarkeş saytı Sumqayıtda mühacirətdə…, təkcə xəstəliyə düçar olmuş, başıbəlalı azarkeş yağışlı, dumanlı Lənkəranda…

    • Bu həyatın ironiyasıdır Fərhad bəy.

    • Fərhad qardaş sizinlə tam razıyam XL adlı klubun yalnız ikinci sözündə yağışlı doğma Lənkəran hallanır zaman ötdükcə komandamız bu cənub şəhərindən uzaqlaşır, Fırtınalar meydanını özünə liman seçmiş Palmalinin gəmi armadası bu limandan artıq uzaqlaşıb. Sadə və möhtəşəm Lənkəran azərkeşləri isə küləkli yağışlı havada belə könül verdikləri sevimli komandalarının yolunu gözləməklə sadiqliklərini nümayiş etdirirlər.

    • Hormetli Ferhad, mence azarkeshlerinde texminen yarisi menim kimi xaricdedir.

      • Elə mən özüm də cismən xaricdəyəm, lakin qəlbim, ruhum və bütün düşüncələrim Lənkərandadır!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− üç = 4