8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezer  Fevralın 28-də “Xəzər Lənkəran” doğma şəhərdə “Bakı” klubunu qəbul etdi.

Fevralın 28-də saat 17:00-da “Fırtınalar meydanı”nda start götürən qrşılaşmanı Ömər Paşayevin başçılığında hakimlər briqadası idarə edirdi. Baş hakimə yan xəttlərdə Namiq Hüseynov və Kamran Bayramov, eləcə də dördüncü hakim Elvin Əsgərov kömək edirdilər. Oyun “Xəzər LənkəranTV” vasitəsi ilə canlı yayımlanırdı.

“Xəzər Lənkəran”ın start heyəti:
19. Vyekoslav Tomiç
3. Rasim Ramaldanov
7. Sadio Tounkara
10. Ağabala Ramazanov
12. İlyas Səfərzadə
14. Rahid Əmirquliyev (k)
17. Kazım Kazımlı
42. Kamran Abdullazadə
63. Alfred Sankoh
72. Elvin Mirzəyev
97. Elnur Cəfərov

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
6. İlqar Ələkbərov
8. Elşən  Rzazadə
11. Nurxan Mənsimzadə
34. Elnur İsmayılov 
96. Anar Babazadə
99. Mahsun Qəmbərli

Baş məşqçi: 
Elbrus Məmmədov

I HİSSƏ

Turnir cədvəlinin sonunda məskunlaşan və buna qədər keçirdiyi 20-oyuna cəmi 11-xal toplaya bilən “Bakı” komandasının Lənkərandan xal aparmaq istəyi ilə sona qədər döyüşəcəyi gözlənilirdi. Baxmayaraq ki, paytaxt klubu demək olar bütün son oyunlarda məğlub olmuşdu, “Xəzər Lənkəran”ın da əsasən gənclərdən ibarət olması qonaqlara hansısa mənada ümid verirdi. Eyni zamanda isə 2015-ci ildə keçirdiyi bütün görüşlərdə məğlub olan “Xəzər Lənkəran” da məhz “Bakı” ilə qarşılaşmanı dönüş matçı kimi görürdü.

İlk dəqiqələrdən irəli atılan komandamız qonaqların qapıçısını yavaş yavaş narahat etməyə başladı. Hesabın açılması isə matçın 9-cu dəqiqəsinə təsadüf etdi. Ağabala Ramazanov sağ cinahdan qurulan hücumun sonunu iti bucaq altından endirdiyi güclü zərbə ilə gətirərək hesabı açdı 1:0. Az sonra sol cinahda eyni epizoddan Ramazanov artıq sol ayağı ilə qapını nişan aldı, ancaq qonaqların qapıçısı bu dəfə komandasını xilas edə bildi. Sonrakı dəqiqələrdə “Bakı” təzyiqi artıraraq futbolçularımızı geri çəkilməyə məcbur edirdi. Belədə isə komandamız meydanın özünə aid hissəsində – mərkəz xəttlə cərimə meydançası arasında rəqibi qarşılayır və sürətli əks hücumlarla irəli getməyə başlayırdı. Bütün bu cəhdlərin mərkəzində Sadio Tounkara məskunlaşırdı. Bu zaman isə heç də həmişə malili futbolçu vəziyyəti düzgün qiymətləndirə bilmirdi. O bütün isteadad və bacarığını sərf etsə də konkret nəticə görünmürdü. Görünən isə o idi ki, məşqlərdə məhz belə vəziyyətlərin üzərində heç işlənilməmişdi yəni komanda belə hallara hazır deyildi.

Getdikcə “Xəzər Lənkəran”ın oyununu oxumaq daha çox asanlaşırdı. Hər bir epizodda futbolçularımızın verəcəyi qərarları öncədən anlamaq olurdu. Epizodların birində “Bakı” futbolçuları qapımıza qol da vura bildilər, lakin yan xətt hakimi ofsayt qeydə aldı. Oyunun 15-ci dəqiqəsindən demək olar ki, hər iki komandanın yalnız müdafiə və hücum xəttləri var idi. Komandaların yarımmüdafiəçiləri sanki gicəllənmişdilər. Bu vəziyyətdən “Bakı” istifadə edib, yarımmüdafiəsinin oyununu stabilləşdirərək ardıcıl bir neçə dəfə məzmunlu hücum qura bildi. Həm mərkəzdən gələn bu hücumlardan sonra həm də cərimə meydançamıza cinahlardan verilən hava ötürmələrində Rasim Ramaldanov təhlükəli vəziyyətləri dəf edirdi. Ümumilikdə isə qeyd edilməlidir ki, ilk hissədə özünü ən yaxşı tərəfdən Kamran Abdullazadə göstərə bildi. Bir neçə ötürməsi ünvansız alınsa da Abdullazadənin ümumi oyununda savadlı və təcrübəli bir futbolçunun dəstixətti hiss olunurdu. Belədə o da aşkar görünürdü ki, Kamran nəzəri cəhətdən tam hazır olsa da onun oyun praktikası çatmışmır.

Taktiki cəhətdən “Bakı” ilk hissədə xeyli üstün görünürdü. Məhz buna görə də komandamız, meydanın mərkəz xətti həndavərində Rahid Əmirquliyev və Sadio Tounkaranın başçılığında edilən aktiv pressinq sayəsində, arxada isə mərkəz müdafiəçilərin qaytardığı topları ələ keçirərək əsasən əks hücumlara bel bağlamalı olurdu. Nə qədər qəribə də olsa xaotik oyunla 40-dəqiqəni bir təhər yola verə bildik.

Müqayisədə açıq-aşkar görünürdü ki, “Bakı” üstünlüyü ələ ala bilmişdi. Daha savadlı və kollektiv oyun paytaxt təmsilisinin üstünlüyünü qola çevirməyə də imkan verdi. Oyunun 42-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdirdilər 1:1.

Qoldan sonra ruhlanan qonaqlar böyük qüvvələrlə irəli atılaraq hesabda irəli keçmək fikrini də gizlətmirdilər. Amma nə yaxşı ki, hakim ilk hissənin bitdiyini bildirən fitini səsləndirdi, yoxsa fasiləyə məğlub durumda yollanacaqdıq.

II HİSSƏ

“Xəzər Lənkəran” ikinci hissəyə əvəzetmə ilə başladı. Kazım Kazımlının yerinə meydana Elşən Rzazadə çıxdı. Bu da orta xəttdə komandamızın üstünlüyə sahib olmasına xidmət etməli idi. Fasilədən sonra ilk hücum “Xəzər Lənkəran”dan gəldi. Amma təəssüf ki, çox əlverişli vəziyyətdə irəlidəki futbolçularımız gülməli düzülüşdə dayanaraq topu seyr etdilər. Elə təəssürat yarandı ki, onlar hücumda deyil müdafiədədirlər. Bu da futbolçularımıza qol vurmağa mane oldu. Sonrakı dəqiqələrdə də yenə də hücumları sıralayan “Xəzər Lənkəran” idi. Amma rəqibin anidən sürətlə qapımıza tərəf bircə dəfə gəlməsi bəs etdi ki, futbolçularımız çaş-baş vəziyyətdə qalsınlar. Bundan sonrakı dəqiqələr ərzində istər təcrübəsiz istərsə də təcrübəli futbolçularımız hamısı bir nəfər kimi çaşqınlıqda idi. Bir ötürmədən artığını düzgün yerinə yetirə bilmirdilər. Komandamızın həm hücumda həm də müdafiədə oyununda anlaşılmaz tələskənlik hiss olunurdu. Demək olar ki, getdikdə Elvin Mirzəyev, Kamran Abdullazadə və İlyas Səfərzadə triyosu o birilərindən yaxşı mənada fərqlənərək arxa xəttdə stabillik yaratmağa nail oldular. Matçın 62-ci dəqiqəsində isə baş məşqçi Elbrus Məmmədov növbəti əvəzetməyə əl atdı. O İlyas Səfərzadəni kənara alaraq digər müdafiəçi Mahsun Qəmbərlini meydana buraxdı. “Bakı” komandası demək olar ki, bütün mövqelərdə fəallığını qoruyub saxlamağı bacarırdı. Yalnız hücuma keçərkən istədiyi effekti göstərə bilmirdi.

  Ani və sürətli hücumlarımızdan birini nəhayət ki, uğurla sona çatdırmaq üçün şans yarandı. Belə ki, görüşün 69-cu dəqiqəsində Ağabala Ramazanov çox əlverişli vəziyyətdən qol vura bilmədi. Təkbətəkdən rəqib qapıçı qalib ayrıldı. Bundan sonra hücumlarımız daha bir neçə dəqiqə davam etdi.

Oyunun 70 və 75-ci dəqiqələr arası ara qismən sakitləşdi. Ardıcıl və qarşılıqlı top itkiləri daha da instensivləmişdi. Bu vəziyyət qonaqları yorurdu. Əksinə “Xəzər Lənkəran” isə bundan istifadə edə bildi. Artıq yavaş-yavaş futbolçularımız ötürmələrini düzəldir və irəliyə ağıllı konbinasiyalarla gedirdilər. Komandamızın 42-nömrəli üzvü Kamran Abdullazadə yenə özünü göstərə bildi. Epziodların birində o sona qədər mübarizə apararaq kimsənin gözləmədiyi mövqedə Ağabala Ramazanova hava ötürməsi verdi. Ramazanov da qol atıb dubla edərək komandanı hesabda irəli çıxartdı 2:1. Qoldan dərhal sonra Kamran Abdullazadə dəyişdirildi. Onu  Elnur İsmayılov əvəzlədi. Hesabda irəli çıxan komandamız özünə gəlmişdi və son dəqiqələrdə təşəbbüsü əldən vermək istəmirdi. Məhz bu dəqiqələrdə futbolçularımızın ifasında əzmkarlıq ön plana çıxmışdı. Hesabda geri olan qonaqlar oyunun əsas vaxtının son dəqiqələrində nə qədər tələsirdilərsə bir o qədər də səhvlərə yol verirdilər.

Əlavə edilmiş dəqiqələrdə Ağabala Ramazanov qırmızı vərəqə alaraq meydandan qovuldu. Gənc futbolçunun hakimin ünvanına qeyri etik ifadə işlətməsi ehtimal olunurdu. Bundan bir neçə saniyyə sonra “Bakı” futbolçusu fitdən sonra topa zərbə vurduğu üçün ikinci sarı və qırmızı alaraq meydanı tərk etdi. Beləcə komandalarda futbolçuların sayı bərabərləşdi. Son saniyyələrdə qonaqlar komandamızın qapısı istiqamətində son şanslarını arasalar da hesabı dəyişə bilmədilər və beləcə “Xəzər Lənkəran” gənclərşmə siyasətini elan etdiyi gündən bəri ilk qələbəsini qazana bildi.

14 Şərh

  1. Salam Admin.))) hami tenqid edir///axi o genclerin hamisi dunene kimi evezedcic heyetde oynayirdi.bu gun ise premyer liqada/ siz 4 oyuna onlardan ne gozdeyrdizki? bakiya qalsa o onlarin gencleri daha tecrubeli bizimkilere baxanda.))) Mahsun senide tebrik edirem
    ***
    Salam. Əlbəttə ki, sizin yazdıqlarınız da həqiqətdir.

  2. Mencede ele duz diyirsiz.Anca hami azarkesler diyir ki hele meglub olur onun oyununa niye gedek.Bele genc oyuncular bele oynuyur hele sukur elesinler kamandani desteklesinler futbolarena saytina girin baxin yazir lenkeran seher sationu bele gorulmeyib 500 azarkes gelib bu nedi evvelki firtina hara getdi.Bunlar cavandi bundan artigin gozlemiyin bu cempionat bitsin teze sastav teze mesqci geleceyde klubumuzu detekleyek.Gelen oyunda yeni 1 aprelde sumqayitla macta sationu dolduraq qoy hami gorsun bunu yazmaglari acinacaqli veziyyetdi.Sehv diyirem belke Admin bey???
    ***
    Salam. Sizin yazdıqlarınızda da həqiqət var.

  3. Axşamınız xeyirli, Admin bəy. Baxımsız oyun sayəsində qazanılan üç xalın turnir cədvəlinə heç bir təsiri olmasa da “Xəzər Lənkəran” tarixinə qələbə kimi düşməsi vacib şərt idi. Oyuna gəldikdə, bugünki oyun gəncləşdirilmiş komandanın ən zəif oyunu kimi yadda qaldı. Baş məşqçinin səkkiz günlük hazırlıq prosesi demək olar ki, görünmürdü. Standart vəziyyətlərdən istifadə sıfıra bərabərdi. Yenə əvəzetmələrdə açıq-aşkar səhv, sağ və sol müdafiyəçilər Kamranla İlyas aktiv olduqları halda səbəbsiz əvəzləndilər. Elə bilirəm oyunu canlı izləyənlər dediklərimi təsdiqləyər. Bir də ki, hazırlıq məşqləri nə qədər məhəllə futbolu səviyyəsində keçirilirsə gənclərimizdən bundan artığını gözləmək də sadəlövhlükdür.
    ***
    Salam Qabil bəy. Bəli, vəziyyət heç də ürəkaçan deyil.

  4. ela qelebeydi duzu aga uzbeuz epizodda qol vura bilmedi .birde mudafie berbaad idi ilk hissede.her halda ayda 400 manat alan lenkeran uwaqlarina bu oyuna gore coxsagol duwur

  5. Salam Admin bey! 2- xortanmiw elu oynadi.Ezrayil terefinden indiki zamana lazimsiz haqsizliqlar AFFA -nin elu XL-in yaninda gunahlarini yumaqdan bawqa bir wey deyildi.Indiki zamanda AFFA-nln PFL-in bawina deysin.

  6. Maraqlisi odu ki Baki XL-dan istekli idi,duzdur qelebe gozel hissdir amma XL qelebeye layiq deyildi.Bu qelebeni Tomicin adina yazmaq lazimdir.Rahid tecrubeli oyuncudur bosh qapiya isa zerbe vura bilmir ,bu ne demakdir? O 8 nomrali oyuncu kimdir ? Qardash bu futbolcu meyitdir,bunu gonderin MORQ-da ishlesin.Qisasi berbad qelebe idi,Eger buna Brus-LI sevinirse daha ne deyim.

  7. Salam Alleykum!
    Maraqli oyun alinsada “Xezer Lenkeran” kecen defeki kimi zeif oynadi. Eyni sehvlerin tekrarlanmasi xroniki hal alib. Yene oturme sehvleri, duzgun movqe secmemek, mudafiede oyuncuya yaxin oynamaq, xetler arasinda elaqe, oyuncularin biri-birini basha dushmesi, standart veziyyetlerde “ev tapshirigi” problemleri qalir. Mene ele gelir meshqci bu sehvleri duzeltse komanda yaxshi oynayacaq. Hesab edirem bu oyun 2-2 qurtqrdi. Cunki Nurlanin hesaba alinmayan qolunda oyundan kenar veziyyet yox idi. Bu gun Sanko ve Kazim imkanlarindan zeif oynadilar. Sadio 2-ci hissede cox yorulmushdu. Bash meshqci elacsizliqdan onu y/mudafienin merkezinde, Kamrani ise mudafiede oynatmali oldu. Agabala yene ele dushen imkanlarindan az istifade edir.

  8. Bakinin sayilmayan qolu sayilsaydi ne olardi bes?pis gunde bakini udmaqla sevinirik.gor xezer negune qaldin sen.heyf senden.

  9. Zəfər Lerikli says:

    Muəllim salam.” “Baki” fk bu gun uduzdu. Deməli, İbrahim Uzunca olmayan yerdən ya yaxşi heyət formalaşdirmayib və ya yaxşi məşqçi deyil….”Axi “Baki” fk -da maddi vəziyyətlərinin aşaği duşməsindən sonra “XL” kimi səviyyəli legionerlərini saxlaya bilməmişdi.
    ***
    Salam. Əslində məncə “Bakı” uduzmağa layiq deyildi. Və yenə də məncə “Bakı” bütün cəhətərdə bizim komandanı üstələyirdi. Əlbəttə sonda bir neçə dəqiqə başqa oyun getdi. Amma ümumilikdə “Bakı” xeyli üstün idi. Cütlüyün IV turda paytaxtda keçiriləcək görüşündə yəqin ki, “polasatılar” udarlar.
    Yeri gəlmişkən indicə baxdım, qapımıza vurulan və ofsayt adı ilə hesaba alınmayan qolun vurulmasında demə qaydalar pozulmayıbmış. Əvvəllər hakimlər “Xəzər Lənkəran”a indiki kimi həssas davranmazdılar. İndi görürlər ki, pis gündədir bir az hörmət edirlər. Bu da futbola nifrət hissi yaradır. Şəxsən mənim üçün “Bakı” üzərində qələbənin heç bir dadı və tamı olmadı. Belə qələbədənsə məğlubiyyətlə nəticələnməsindən asılı olmayaraq “Neftçi”yə qarşı keçirilən oyundakı əzmkarlıq daha maraqlı və hətta daha şərəflidir. Bu mənim mövqeyimdir.

    • Zəfər Lerikli says:

      Muəllim.Sizə bir sualimda var.Hal-hazirki heyətlə guclu taktika ortaya qoymaq olarmi?.Yoxsa elə gənclərimizin gucu bu qədərdir?.Təşəkkurlər!
      ***
      Məncə gəncləri ayırmaq lazım deyil. Yəni düşünürəm ki, komanda bütövlükdə bu gündədir. Mən pis və yaxşıya ayırmıram ha, nədirsə elə də qəbul edirəm. Qaldı taktikaya nə bilim strategiyaya, əgər komanda daxilində taktikanın nə olduğunu bilən bir nəfər varsa bu özü artıq bir sensasiya olardı.

  10. Rovshan Asadov says:

    Berbad oyun ve vacib qelebe, tebrikler

  11. Zəfər Lerikli says:

    Qələbə futbolda vacib şərtlərdəndir. 3 xal elə 3 xaldir.Səviyyədə inşaAllah duzələr.Qələbə munasibətilə “XL” azarkeşlərini təbrik edirəm.

  12. 555 FORD says:

    QƏLƏBƏMIZƏ MİN ŞÜKÜR .OYUNÇULARIMIZIN PƏRAKƏNDƏ MÜBARİZƏSİ VƏ TAM ÜRƏKLƏ OYNAMALARI HESABİNA QAZANİLAN OYUNDA MƏŞQÇİ İŞİ GÖRÜNMÜRDÜ . GƏNCLƏRİMİZ ÇOX SAĞ OLSUNLAR Kİ, BU QƏLƏBƏNİ BİZƏ QAZANDIRDILAR.ETİRAF ETMƏK LAZIMDIR Kİ , BAKI FK- nın OYUNU BU GÜN DAHA YAXŞI İDİ .

  13. Allaha sukur uddular, yoxsa bu heyetden umudumu 99.9 % uzerdim…..Kas Yunis Huseynov kubok oyunlarina hazirlasdirardi…Elburusu qinamiram,amma bu onluq deyil…..Kazim Kazimlidan futbolcu cixmasi, Azerbaycanli birini .aya cixmasi kimi bir seydi….

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


7 − dörd =