8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Elbrus Memmedov4“Xəzər Lənkəran”ın düşdüyü vəziyyət düşüncələrə qərq edir.

Mövsümün ortasında Yunis Hüseynov durumun acınacaqlı olduğunu görüb, baş məşqçi postundan imtina etdikdən sonra əvəzedicilərin çalışdırcısı Elbrus Məmmədov faktiki olaraq, özünü “tankın altına” atdı. Bu gün komanda 1-ci diviziona yuvarlanmaq təhlükəsi ilə üz-üzədi. “Rəvan”-ın 6 xalı silinməsəydi, cənublular 10-cu pilləni təkbaşına mühafizə edəcəkdilər. Müsahibədə mütəxəssis nikbin görünməyə çalışsa da, əlindəki material dedikləri ilə ürəyindəkilərin üst-üstə düşmədiyini aşkar hiss etdirirdi…
– Turnir cədvəlinə baxanda ürəyiniz sıxılmır?
– Sıxılır. Necə sıxılmaya bilər?
– Ancaq hələ komandanı qəbul etməyib, tərəddüd etdiyiniz dövrdə bildirmişdik ki, sizi “tankın altına” atırlar…
– Komandanı bu vəziyyətdə qoya bilməzdim. Bacardığımın ən yaxşısını etməyə çalışıram. Ancaq qış fasiləsində də xeyli oyunçu sıralarımızı tərk etdi. Təcrübəsiz futbolçuların ümidinə qalmışıq. Buna baxmayaraq, heç kim deyə bilməz ki, hansısa oyunda “Xəzər Lənkəran” rəqibindən aşkar zəif oynayıb. Sadəcə, əldə etdiyimiz qol imkanlarından yararlana bilmirik. Ümid edirəm ki, yaxın turlarda uğur gələcək.
– Yaxın turlar deyirsiniz, amma finişə cəmi 5 oyun qalıb…
– Bəli, bunun fərqindəyəm. Hər oyunda maksimum səy göstərməliyik. Əlimizdə olan futbolçularla maksimum nəticə əldə etməyə çalışırıq.
– Bu gedişlə 1-ci diviziona yuvarlanmaq təhlükəsi reallığa çevriləcək…
– Yox, biz yermizi qorumalıyıq.
– Ancaq “Rəvan”ın hesabından 6 xal silinməsəydi, indi onlardan 6 xal geridə idiniz…
– Elə danışırsınız ki, guya mən üst sıralara çıxmaq istəmirəm?! Hamımız yaxşı nəticələrə ümid edirik, bunun üçün maksimum səy göstəririk.
– Hər halda durumun acınacaqlı olacağını əvvəlcədən sizə söyləmişdik…
– Qəbul etməyə bilməzdim. 
– “Xəzər Lənkəran” 1-ci diviziona yuvarlansa, qalıb işləyəcəksiniz?
– Bu suala indidən birmənalı cavab verməkdə çətinlik çəkirəm. Çünki rəhbərliyin irəli sürəcəyi şərtlərdən asılıdı.
– Hansı şərtlər irəli sürülə bilər ki? Hər halda Premyer Liqada çıxış edən komandaya bu cür baxıblarsa, 1-ci divizionda artığını gözləməyə dəyməz…
– Heç kim sabah vəziyyətin necə olacağını əvvəlcədən söyləyə bilməz.
– Rəhbərliklə görüşlər zamanı gələcək planları müzakirə etmisiniz? İşıq görünür?
– Bəli, müzakirələrimiz olub və çox şeyi deyə bilməsəm də, böyük planlar var. Hətta birinci diviziona yuvarlansaq belə, rəhbərlik təklif etsə, işimi davam etdirəcəm.
– Növbəti tur evdə şirə dönən AZAL-a qarşı oynayacaqsınız. Özü də nəzərə alsaq ki, “təyyarəçilər” 30-cu turda əsas rəqibiniz – çempionatın autsayderlərindən olan “Rəvan”a məğlub olublar, onları “yaralı aslan” da adlandırmaq olar…
– AZAL son zamanlar həqiqətən də əla nəticələrə imza atır. Ancaq biz də əlimizi yanımıza salmayacağıq. Rəqib meydanından 1 xalla dönsək də, bu, qənimət sayılacaq. Ancaq digər komandalara necədisə, AZAL-la görüşə də eyni hazırlaşacağıq.
– Bəs son turda “Rəvan”la oyuna necə? Axı, böyük ehtimall həmin qarşılaşma həlledici olacaq?
–  Rəqibi yaxşı təhlil edib, onlarla münasib nəticə əldə etmək üçün ən uyğun taktikanı tətbiq edəcəyik. 

MƏNBƏ: Futbolinfo.az

4 Şərh

  1. XEZER FK UNUN SPONSORU MUBARIZ MENSIMOV EGER QALXIB DESEKI IRELI IRELI LENKERANIN XEZERI….BAX ONDA XEZER YENE CEMPION OLAR,EKS HALDA MEN OYUNLARA BAXANDA ELE 1 CI HISSE BITDIKDEN SONRA KANALI DEYIWIREM…!

  2. ALLAH BIZE SEBR VERSIN,BAWQA HECNE DEMIREM,MEN KECEN DEFE 1 REY YAZDIM DASTAN KIMI,UJE XEZER LENKERAN KLUBU DEYILEN WEY QALMAYIB,HEDER OZUNUZU YORMUYUN,MEHV ETDILER XEZER LENKERAN KLUBUN

  3. HEQIQETEN SEN ELBRUS YOX,EL-VIRUS SAN.YEQINKI YAZDIQLARIMIZI OXUYURSAN.SEN YENI BU QEDER ACIZ ADAMSAN?///// ADDI WEY SENDE YOXDU?HELE BIR DEYIRSENKI KOMANDA 1 CI DVIZIYONA GETSE REHBERLIK TEKLIF ELESE QALIB IWLEYEREM?XEZER LENKERANIN BU VEZIYETE SALDIN DAHA NE ISTEYIRSEN?SEN GETIRDIYLERIVI VUR QOLTUQUVA GET BAWQA KOMANDADA IWLE.ONSUZDA HEC BIR AQILLI REHBER SENIN KIMI MEWQCIYE IW VERMEZ.BELKEDE FIWKA DUZMEYE VECE GELERSEN HEC ONADA INANMIRAM.LENKERANDA SENDEN QAT QAT GUCLU MEWQCILER VAR.SADECE ONLARDA HAYA ABIR VAR.SEN NE SAQQIZ OLUB YAPIWMISAN BU XEZER LENKERANA.SENI XEZERE GETIRENIB ALLAH BELASIN VERSIN.GETIREN BILMIRDIKI SENI INTERDEN NEFTCIDEN NECUR QOVUBLAR?BILMIRDIKI ORDA REHBERLIK SENIN ELLINDEN ZINHARA GELMIWDI?BILMIRDIKI OYUNCULAR SENI MEWQCI YERINE QOYMURDULAR?SENE HELE CATMIRKI BU CAMAAT AXIRI BEZIV SENIN NEYI VAR SOYECEK?BESDIRDE ESEBLERIMIZI POZDUN BU 3-4 ILI LENKERANDA.BUTUN YERLI UWAQLARIN TORBASINI TIKDIN.GETIRDIN TOKDUN ARTIQ URTUQLARI.FEVRALDADA KIWI SOZU VERDIN MARTDA BAWQA XEZER LENKERAN GORECEYSIZ.NE OLDU?SEZON QURTARIR SEN DUNYADA ABALOQU OLMAYAN REKORD VURDUN.HELE HEC SEZON SONUNA QEDERDE QELEBE GORMEYECEKSEN.CIXIB ///// DEYIRSENKI HEC BIR OYUNDA KOMANDALARDAN GERI QALMADIQ.KOMANDALAR SADECE MEZELENIRDILER SENINLE.ISTESEYDILER BOYUK GESABLARLA UDARDILAR.SENIN FERASETIN QIWDA WERIRSPORA YOLDAWLIQ GORUWUNDE 5 QOL YIYENDE GORUNDU.WERIR
    SPOR 1 DIVIZYONUN ALT SIRALARINDA GEDIR.AY DAHI MEWQCI GET XAMLIQIVI BAWQA KOMANDALARDA SINA

  4. Ha ha ha ha. Başqa söz tapa bilmədim sənə yazım. Həya həya həya…..

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 − = bir