1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

revanSon zamanlar azarkeşlərimiz bilmirlər ki, nəyə inansınlar.

Acı həqiqətə yoxsa şirinəbənzər yalana… Əslində şirin yalanla hər gün rastlaşırıq deyə bir növ bu həyatımızda təlabata çevrilib. Belə ki, reytinq xatirinə qəzetlər, televiziya, əksər idman saytları yalan saçırlar və bizim hamımızı da öz arxalarıyca aparırlar. Bir tərəfdən də fikirləşirsən ki, hamının işinə yarıyan, şirin, bal kimi yalanlar var ikən, acı, tikanlı həqiqət kimə və nəyə lazımdır? Axı indi hər yerindən duran, imkan düşən kimi fitdiyir; həkimi də, dəllalı da, varlısı-kasıbı da hətta əl açıb dilənən dilənçisi də yalan danışır. Belə gül kimi yalanlardan sonra “Axtardıq, araşdırdıq və belə bir nəticəyə gəldik ki ..” kimi həqiqəti araşdırmağa yönələn yazıya necə inanasan? Axı öyrəncəli deyilik düzü və həqiqəti deyənlərin acı sözlərinə. Əgər kimsə bir düz xəbər və bir yalan xəbər  demək istəsə, inanın ki , düz xəbər ağızdan çıxmamış yalan xəbər dünyanı gəzər.

“Xəzər Lənkəran” ətrafında baş verən gəncləşdirmə siyasəti və klub rəsmilərinin “bizim heç vaxt maddi problemlərimiz ola bilməz” kimi qəti fikirləri hadisələrə daha geniş bucaqdan yanaşma tələb edir. Bir tərəfdən əksəri yaşı keçmiş futbolçulara az maaşla çalışmaq təklifi, digər tərəfdən qış fasiləsində toplanışı “Crystal tat Beachd”-da keçirtmək istədikləri fərqli fikirlərin yaranmasına səbəb olur. Bəlkə bu yalanın tuğyan etdiyi bir cəmiyyətdə klub rəhbərləri şirin yalan danışırlar? Vallah nə desən olar. Axı bu yaşadığımız qəliz zamanda, bu cəmiyyətdə duz danışana nə bilim qırmızısifət , ya demaqoq deyirlər, ən yaxşı halda isə inanmırlar, istər boğazın yırtılana qədər həqiqəti de, qışqır, car çək… Bəlkə klub rəhbərliyi ehtiyatını tutur?

Nə vaxtsa oxuduğum bir lətifəyə oxşar real görunən həyat hekayəsi yadıma düşdü: Bir uşağın papağının ortası həmişə cırılmış vəziyyətdə olur. Anası bunun səbəbini soruşur:

– Sənin papağının ortası niyə həmişə cırılır?

– Sözün duzünu deməkdən.

– Ədə, sözün düzünü deyənin də papağı cırılar?

– Ana, sözun düzünü deyəndə başıma bir qapaz vururlar .

– Buna bax, sözun düzün deyən olub…

– Ana, sənə bir sual verim: – Bax əlini ağdan-qaraya vurmursan, atam işdən gələndə zəhləsini tökursən. Yazıq atam sənin nəyini alıb?

“Axmağın biri axmaq, cəhənnəm ol burdan” – deyib, düz uşağın təpəsinin ortasından “şapalaq” vurur.

Uşaq gülümsəyərək: – gördün ana, bu da sözün düzü…..

İndi “düz hansıdır, yalan hansı” deyə nə bada soruşasız ha…

Bəri başdan yazım ki, düzünü bilsəm də danışmaram dinmərəm susaram. Nə demoqoq kimi tanınmaq istəmirəm, nə də papağı cırıq gəzmək mənlik deyil, sən öl.

Zəfər Lerikli.

42 Şərh

  1. Azərbaycanlı says:

    Gattuso adlı şeytan oğlunun yaxın keçmişdə Avropda İslam dininin sütunlarına həqarət kompaniyasına dəstək verənlərdın olmasını unutmayın.

  2. Salam Admin bey ve 12cioyuncular.Men yanvarin 4 une kimi rey bildirmeyeciyem.Cunki Xezerin taleyine o vaxt aydinliq kelecek.Xezerin qis hazirliq planlari var.Rehberliyin pula qenaet etmek fikri yoxdur, olsaydi bu texire duserdi,sadece olaraq rehberliy xerclediyi pulun qarsiligini gormedi ve acigindan bu addimi atdi.Men deye bilmerem bu addim duzdur ya yox,amma fikirlesende korursenki,XEZER-20 MLN manat budce ile 5 ci,QARABAG 13 MLNla 1ci yerdedid.Bu menim subyektiv fikrimdir.

  3. Salamlar. Azrkeşlər, media işçiləri nə qədər səy göstərsələr də, KLUB RƏHBƏRLİYİ “yeni gedişin” əsl səbəbini açıqlamayacaq. Xeyri yoxdur. Mən bəzi şərhləri oxuyarkən sadəcə təəccüblənirəm. İllərdir futbola baxanlar da, təcrübəsizlər də XL-nın uğurunu cənub zonasından, nə bilim OLMAYAN yerli futbolçuların komandaya cəlb olunmasında görürlər. Unudurlar ki, futbolçu da peşədir. Həkim, müəllim, mühəndis, nə bilim daha hansı sənət sahibləri kimi onlar da zəhmətlərinin bəhrəsini görməyə çalışırlar. Qardaşlar, bunların ikinci peşəsi yoxdur! Hüseyn bəy deyir ki, fasilədə də onlar maaşlarını soruşurdular. Maaşlar vaxtında verilməyəndə, təbii ki, istənilən işçi narahatlıq keçirəcək. Maaşını tələb edəcək… Bunu təbii qarşılamaq lazımdır. Bu səbəb olabilməz. Azarkeşləri çaşdırmaq lazım deyil. Bunu artıq başa düşmək lazımdır. ..Yerli futbolçu deyəndə, qeyri-ixtiyari gözümün qarşısına İngiltərə, İspaniya, elə yaxın Türkiyə, Rusiya klubları yadıma düşür. Kimlər bu komandalarda oynamır? Heç eşitmisiniz ki, bir qalatasaraylı desin ki, bizdə ancaq istambullu oynamalıdır?..Oynçuların haradan olması əsas deyil. Əsas klubun peşəkarlığıdır, qardaşlar. Bu da ki, təssüf ki, bizdə yoxdur! Deyəsən, FUTBOLUMUZUN, ümimiyyətlə İDMANIMIMIZIN PEŞƏKƏRLIĞINA HƏLƏ ÇOX-ÇOX MÜDDƏT LAZIMDIR! Bu, məncə, hamımıza aiddir!

    • Çox doğru və düzgün qiymət vrmisiniz. Sağ olun.Rəhbərlik çıxıb nə desin?
      Bu 10 ildə bütün sözləri deyib,leksikonumuza yeni söz daxil olan kimi,köməkçıləri həmin sözü bizə çatdırarlar.

  4. Az öncə İtaliya mətbuatı maraqlı informasiya yayıb. Belə ki, yayılan xəbərlərə görə, Oğuz Çətinin gedişindən sonra komandaya Jennaro Qattuzonun baş məşqçi postuna gətiriləcəyini iddia edir. Onların fikrincə, klubun fəxri prezidenti Mübariz Mənsimovla Qattuzonun yaxın əlaqələri var və bu keçid reallaşa bilər. Lakin Lənkəran klubundan verilən açıqlamada bu xəbərin boş bir xülya olduğu bildirilib.
    ***
    Boş söhbətdir. Məşədi, bu qədər hər xəbərə inanmaq lazım deyil. Həmin söhbətin hər tərəfindən xəbərim var. Buyurun izləyin ki. sizin də xəbəriniz olsun: Əvvəlcə Azərbaycanın Derbi.az saytı İtalyan veteran futbolçu ilə bir Türk jurnalistin vasitəsi ilə əlaqə saxlayıb. (http://www.derbi.az/index.php?option=com_content&view=article&id=532:cennaro-qattuzo-az-rbaycanda-isl-y-bil-r-m-oez-l&catid=13:azerbaycan-futbolu&Itemid=117)
    Söhbət zamanı ümumiyyətlə “Xəzər Lənkəran”ın adı belə çəkilməyib. Ardıyca isə Calcionews24.com saytı həmin xəbərin üzərində işləyib məlumatı dəyişərək təqdim edib. Sonda isə məlumatın Derbi.az saytından götürdüyünü gizlətmir. http://www.calcionews24.com/ofi-creta-gattuso-passa-al-khazar-lenkoran-419432.html
    Ona görə də qeyd edirəm ki, belə söhbətlər hamısı boş şeylərdir.

  5. Futbol11.az saytında Hüseyn Cəbrayıloğlunun müsahibəsi dərc olunub, onu sizin nəzərinizə çatdırıram.
    Son günlər “Xəzər Lənkəran” komandasında yaşananlar hər kəsin diqqət mərkəzindədir. İstər futbol ictimaiyyəti, istərsə də azarkeşlər baş verənlərin nələr olduğunu anlamağa çalışır. Oğuz Çətin istefa verdi, komanda demək olar ki, bütün heyətindəki futbolçularla yollarını ayırdı. Futbol11.az saytı olaraq yaşananların bütün detallarını öyrənib, sizə təqdim etmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunu “Açıq söhbət”ə dəvət etdik:

    – “Xəzər Lənkəran”da nəticə ürəkaçan olmasa da, baş məşqçi işi göz qabağında idi. Və birdən-birə Oğuz Çətin istefa verdi…Əvvəlcə, söhbətimizə bu istefadan başlayaq…
    Oğuz Çətinden ayrılmaq bir mətbuat xidməti rəhbəri kimi, bir insan kimi mənə çox çətindir. Qeyd edim ki,bütün idarə heyəti, adminstrativ heyət də mənim yaşadığım duyğunu yaşayır. Oğuz bəy güclü mütəxəssis olmaqla yanaşı hamımızın gözündə ideal insan obrazını yaratdı. 24 saatın bəlkə də 18-19 saatını işə sərf edən,çalışqan,mətbuata açıq,səmimi,daima komandanı uğura daşımaq üçün çarpışan biri idi. Onun oynatdığı futbola ən böyük qiyməti də futbolçu kimi iki ən böyük, nəhəng klubda forma geyinmiş hazırda millimizin baş məşqçisi olan Robert Prosineçki verdi. Məncə də son 3 ildə “Xəzər Lənkəran”a ən baxımlı futbolu Oğuz Çətin oynatdı. Niyə az xal topladıq düşünərkən səbəblər də çoxalır və onlara toxunmadan keçə bilmərəm.

    -Konkretləşdirsək, “Xəzər Lənkəran”da nə çatışmadı? Yəni, bu qədər əmək sərf edən bir mütəxəssisə haqsızlıq edildi?
    Heyətdə daima itkilər oldu və Rauf Əliyevin 1 ay, Adrian Skarlatakenin 45 günə yaxın, Alfred sankonun zədə ilə çarpışa çarpışa müntəzəm oyuna çıxa bilməməsi kimi faktlar bir yana, son oyunlarda cəzalıların çoxluğu, faktiki olaraq cəmi 11-12 futbolçunun ümidinə qalmaq kimi şansızlıqlar yaşadıq. Bunlar bəhanə yox,real səbəblərdir. Sadəcə bir şeyi deyim ki, hücumçusuz qalan bir komandanın 4 oyuna 9 qol vurması kiçik bir göstərici deyil. Oğuz bəyin daima dediyi birəysəl (fərdi) xətalar,yəni bəzi futbolçuların xaraktersizliyi,məsuliyyətsizliyi çoxlu xal itkisinə yol açdı. Amma düşünmürəm ki, ona haqsızlıq edildi. O mənada ki, Oğuz Çetin üçün Ağasəlim Mircavadov istisna olmaqla heç bir məşqçinin dönəmində olmadığı qədər təcrübəli yerli futbolçular alındı. Və bu futbolçulara kifayət qədər böyük pullar sərf olundu. Di gəl ki, həm baş məşqçi, həm də rəhbərlik onlardan gözlədiyimizin onda birini ala bilmədi. Çətin gününün çox hissəsini məhz adını çəkmədiyim futbolçularla fərdi söhbətə sərf etsə belə lazım olanı onlardan ala bilmədi. Oğuz Çətin özü bütün diqqətə və dəstəyə görə minnətdarlıq edib getmək istədiyini dilə gətirdi və istefa verdi. Çünki, o, mədəni biri idi və qarşısına qoyulan məqsədə nail ola bilmədiyini görüb istefasını ortaya qoydu məncə. Hə,çempionatın hələ tam yarısı qarşıda idi düşünə bilərik. Ancaq o daima bir söz işlədirdi: “Bu futbolçuların çoxu hələ futbolçu nədir, necə olmalıdır bilmir, anlamır.” Xarakter çox önəmli idi və o bunu bir çox futbolçularda görmürdü. Hansıki, mövsümün əvvəlində ən çox inandığı da həmin futbolçular idi.

    -Oğuz Çətinin gəlişindən sonra Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov kimi Azərbaycan futolunda öz sözünü deyə bilən oyunçular transfer olundu. Sən də qeyd elədiyin kimi, kifayət qədər də pullar xərcləndi. Amma, baş məşqçinin əməyi yerə vuruldu. Oğuz bəylə danışığım zamanı hər şey var, amma ortada heç nə yoxdur demişdi. Niyə?
    Mən adlar üzərində danışmaq istəmirəm. Sadəcə yuxarıda da qeyd etdim ki, mövsümün əvvəllində, hələ biz Sloveniyada toplanışda olanda elə futbolçular alındı ki, baş məşqçi rəhbərliyə necə minnətdarlıq etmək olduğunu tapa bilmirdi. Amma cəmi 4 tur sonra anladı ki, ortada yalnız quru adlar var. Lakin, hər şeyi 3-4 futbolçunun adına yazmaq da ədalətsizlik olar. Bu sadəcə səbəblərdən biri və bəlkə də əsas səbəblərdən biri idi.

    -Bu gün “Xəzər Lənkəran” rəhbərliyinin atdığı radikal qərarları Oğuz Çətinin istefasının yaratdığı psixoloji durumun təsiri kimi qiymətləndirmək olar? Yəni, hər şeyi yerli-yerində edən bir baş məşqçinin əməyinin qarşılığı olmursa, onda bu futbolçular nəyimizə lazımdır..
    Söhbətimizin əvvəlində dedim ki, klub rəsmisindən çox bir həmkar, bu camiənin içindən çıxan biri kimi sərbəst danışacağam. Bu sadəcə mənə görə son illərdə yığılıb qalan və getdikcə dərinləşən problemlərin partlayışı idi. Komandanın içində olmaq tam başqa şeydir. Açıq deyim ki, biz, komandanın içində olanlar illərdir öz aramızda bir şey deyirdik: “Komandanı kökündən dəyişmək lazımdır.” Bilirsən niyə? Naxçıvanda keçirilən Superkuboku xatırlayırsız yəqin ki. Matçın birdən birə Naxçıvana salınması, bunun rəqib düşərgə üçün nə olduğunu açıqlamaq istəmirəm. Sadəcə bir şeyi qeyd edək ki, rəqib əzəli rəqibimiz olan “Neftçi”idi. Və biz 10 nəfər qalsaq da, oyunun əvvəlində verilən penaltimiz 5 dəqiqə sonra geri alınsa da, biz qazandıq. Amma lütfən hazırda İdman Azərbaycanın çəkilişi ilə internetdə rahat tapa biləcəyiniz kadrlara baxın. Mən futbolçuları bir-bir əlindən yapışıb sevinmək üçün dairəyə salıram. Sanki bir çoxu heç sevinmək belə istəmir. Niyə? Əvvəllər Lənkəranda bir xal itirəndə “Xəzər Lənkəran” futbolçuları hamılıqla meydanda oturub ağlayırdı, 5-10 dəqiqə soyunma otağına getmirdi. Amma son üç ildə evdə uduzanda belə bunun acısı futbolçularda hiss olunmurdu. Son dəfə deyə bilərsizmi hansı futbolçumuz qol vuranda sevincini köynəyində olan gerbi öpərək qeyd edib?Elnur Cəfərov istisna son illərdə heç kəs..

    -Yəni,belə başa düşdüm ki, “Xəzər Lənkəran”da oynayanlar alacağı külli miqdarda pulu düşünürdü. Həyatlarından bir parça kimi görmədi bu komandanı..
    Oğuz Çətin rəhbərliyə mən qalıram, amma heyətin 90 faizini göndərin deyə bilməzdi. Çünki o futbolçuların bir çoxunu özü istəmişdi, bir çoxu da illərdir komanda da top qovurdu. Məncə doğrusunu edib vaxtında istefa verdi. Üstəlik, Rednikdən sonra heç bir məşqçi istər medianın, istərsə də klubun və azarkeşimizin gözündə belə hörmətlə getməmişdi. Nə gizlədim, qeyd etdiyiniz kimi bir çoxu, bəlkə də iki-üç futbolçu istisna yalnız pulu düşünürdü. Siz fasilədə əvəzetmə ilə meydana girəcək,yaxud isinmə hərəkəti zamanı maaşı soruşan futbolçu görmüsüz yaxud eşitmisiz? Biz gördük…

    -Görünən odur ki, “Xəzər Lənkəran” içəridən oyulmuş ağac kimi imiş.
    Klub prezidenti hər bir məşqə gəlir, bəzən onlarla qardaş kimi söhbətləşir, problemləri ilə maraqlanırdı. Bakıda qalmaq istədilər və klub əlavə böyük xərclər hesabına onların bu istəyini də yerinə yetirdi. Yetər ki, nəticə verin. Amma nəticə olmadı. Lənkəranda deyil, Bakıda qalmaq istəyən komanda, yaxud futbolçular bu istəkləri ilə əslində bilmədən ürəklərindəkini açıb bizə söylədilər.

    -Bu gün rəhbərlik demək olar ki, komandanın bütün heyəti ilə yolları ayırır. Çox az sayda futbolçu var ki, onlar saxlanılacaq. İddialı, çempionluq üçün oynayan bir komandanın sıfırdan başlaması nə dərəcədə düzgün addımdı?
    -Yunis Hüseynovdan əfsanəvi Toşaka, Toşakdan məşhur Dənizliyə qədər mütəxəssisləri yola verən komanda mütləq dəyişməli idi. Razıyam, birdən birə bunu etmək çoxuna qəribə gəlir. Məncə 6 ay yaxud bir mövsüm itirək. Yetər ki, komandanın ruhunu təmizləyək yeni bir bünövrə quraq.

    -Ya azarkeşləriniz? Onlar bu məqamda buna hazır deyildi axı. Üstəlik, xeyli müddətdir komandadan küskün olan azarkeşləriniz yeni-yeni stadionunuzu tam doldurmağa başlamışdılar.
    -Sadəcə bir şeyi nəzərə alın. “Xəzər Lənkəran”ın sponsoru olan şirkət hər gün daha da böyüyür, inkişaf edir. Bu addım maddiyata görə atılmayıb. İllərdir qarşılığını verməyən futbolçulardan komandanı təmizləmək üçün atılıb. Azarkeşlərimiz düz qeyd edirsən ki, hələ hazır deyildi. Amma mən lənkəranlıyam və illərdir “bu klubda yerli futbolçularımız olmasa xeyri yoxdur” , “Komanda da lənkəranlı uşaqlar oynamasa stadiona gəlməyəcəm” deyən yüzlərlə, yalan olmasın minlərlə azarkeş tanıyıram. Bu da var.

    -Yəni, yeni heyət lənkəranlılardan təşkil olunacaq? Adınızı özünüz yaşatmağa qərar vermisiniz?
    Söhbət tam olaraq lənkəranlıdan getmir. Mən sadəcə azarkeş düşüncəsini dedim. Yetər ki, gənc və komandasını düşünən futbolçu olsun. Puldan çox öz karyerasını düşünsün. Tədricən onlar təcrübəli futbolçuların yanında daha da püxtələşəcək. Mən 1982-ci ildən Lənkəran stadionunda oyun izləyən biriyəm. Necə ki, yerli futbolçularımız ən azından o vaxtı ürəyini meydanda qoyurdu, vuruşurdu və onlardan on dəfə bahalı, güclü komandalara boyun əymirdi, bunun şahidi olacağıq.

    -Ümidli danışsan da, əslində bilirsən səndə hal-hazırda nə hiss edirəm? Güclü olmağa çalışan, amma oyuncağı əlindən alınmış uşaq kimisən.
    – Həyatda həmişə güclü olmaq lazımdır. Uşaqkən oyuncaq əlindən alınanda, böyüyəndə də haqqın. Mən heç birini əlimdən verməmişəm. Sadəcə optimist biriyəm. Nə qədər fərqli düşüncə beynimdə olsa belə, hər şeyin yaxşı olacağına inaniram. Açıq deyim məni bu alınan qərarda əsas bir şey razı salır: Onlar getdilər (yuxarıda faktlar sadaladıqlarım).

    -Bu gün açıq deyə bilərsən ki, hazırkı heyətdə komanda üçün ağlayan, məğlub olduğunuz zaman bunu həzm edə bilməyən, yəni əsl “Xəzər Lənkəran”lı kimlərdir?
    Ad çəksəm əslində hər şeyi ortaya qoymuş olaram. Bir şeyi qeyd edim ki,meydanda vuruşan futbolçu elə əsl “Xəzər Lənkəran”lıdır.

    -Bütün bu qərarlar veriləcəkdisə, futbolçular göndəriləcəkdisə, o zaman güvənilən baş məşqçi Oğuz Çətinin istefa ərizəsi qəbul edilməyib, onunla davam edilə bilməzdi?
    Oğuz bəyə bildiyim qədəri ilə klub prezidenti bir neçə dəfə birgə yolumuza davam edək desə də, o qəbul etməyib. Üstəlik Oğuz Çətin məncə klub adına doğru addım atıb Elbrus Məmmədovun önünü açdı. Çünki,əvəzedici komandadakı gənclərin hamısı 3 ildən artıqdır ki, onun rəhbərliyi alıtnda oynayır. Onları ən gözəl da o tanıyır.

    -Sən cavablandırsan da, mən bir daha tam əmin olmaq üçün soruşum. Çünki, mətbuatda “Xəzər Lənkəran” rəhbərliyinin maddi məsələlərə tarazılıq gətirmək üçün bu addımı atdığı deyilir.
    Açığı kənardan bunu hamı belə görür və qiymətləndirir. Bayaq da dedim ki, klubun sahibinin işində irəliləmə varsa, geriləmə yoxsa bu fikir uyğun gəlmir. Onda toplanış üçün Antalyaya getməyib Bakıda qalardıq. Yaxud daha ucuz yerə gedərdik. Bəzi futbolçulara müqavilə şərtini aşağı salmaq təklif olunması haqqında da fikirlərin mətbuatda yer alması, göndərilən futbolçuların açıqlamaları bu görüntünü yaradır. Amma belə danışaq, bu gün “Xəzər Lənkəran”da ən güclü iki futbolçudan biri Sadio Tounkaradır. Razisan?

    -Razıyam…
    Daha məsuliyyətli, intizamlı, komandanın gücünə güc qata biləcək cox az sayda futbolçuya təklif olunub ki, maaşı azaldılmaqla komandada qala bilər. Amma bundan əvvəl oldugu kimi yox, yəni belə deyək ki, Sadio aldığı pula yaxın bir məbləğ. Səncə, bu düz deyil? Əgər o futbolçu Sadionun komandaya verdiyinin yarısını verirsə, niyə ondan iki dəfə çox pul almalıdır?

    -Yəni, Tounkara hal-hazırda “Xəzər Lənkəran” üçün nümunə göstərəcəyi futbolçu durumundadır?
    Niyə də olmasın? Vuruşur, çalışır, komandanın gücünə güc qatır. Yalnız bir cəhətini düzəldə bilmirik.

    -Maraqlıdır, nə?
    “Neftçi” ilə oyuna on gün qalmış onunla hər gün söhbət olunur ki, onların futbolçularının təxribatına uyma,səni özündən çıxaracaqlar. Çünki,başqa cür bacarmırlar. Amma yenə də təxribata uyub qırmızı vərəqə alır.

    -Məncə, bu digər futbolçularda sadaladığın xüsusiyyətlərin yanında mübarizəsi üçün təşəkkür edəcəyiniz məqam belə ola bilər…
    Məncə də.

    -Yekun olaraq, bu gün həqiqi mənada yara almış “Xəzər Lənkəran” gəmisinin sakini kimi demək istədiklərin nələrdi?
    “Xəzər Lənkəran” azarkeşi nə qədər çılğın olsa da, çox vaxt qərarlarla razılaşmasa da sonda sədaqətini göstərib. Bu qərarda da komandanın yanında olacaqlarına inanıram. Amma komanda da azarkeşin nə istədyini gözəl bilir. Əzmkarlıq, gözəl oyun. Bir fakt deyim sonda. “Qarabağ”la bu mövsüm iki dəfə qarşılaşdıq. Hər iki oyunda da rəqibdən azı bir baş üstün oynasaq da, məğlub olduq. Amma azarkeşimiz stadiondan məğrur, oyundan razı qalaraq məmun hisslərlə çıxdı. Bu gənclər təcrübəli futbolçularla iki şeyi onlara versə, yetər.

    İLKİN BABA / FUTBOL11.AZ

    • Yazı “sifarişli”yazıya bənzəyir.Hər faktın qarşısında əks arqumetlər var.Zaman zaman belə yazıların şahidi olmuşuq.
      Bu hallar Qarabağda,İnterdə də olub,lakin,klubun sahibləri daha “Profesional”addımlar atıb və bəhrəsinidə görurlər.
      Əgər klub rəhbərliyinin 10İL ərzində biri birindən fərqlənən açıqlamalarına baxsanız sizdə bunların hamısının yalan və uydurma olduğunun şahidi olarsınız.

    • SALAM Butun bu yazini oxuyandan sonra bele gerare gelmek olar ki. dunene kimi feryad ederek pulumuz yoxdur deyen rehberlik yalan deyirmis Eslinde rehberlik cixib aciglama vermeyib ki, pulumuz yoxdur.Bunlari 12 saytda geden yazilardan oxuyurdug. Metbuat katibinin aciglamasindan bilinir ki, komandanin maddi cehetden hec bir problemi yoxdur. .Oguz Cetin istefa guya ona gore verib ki ,komanda istediyi neticeni vere bilmeyib.Goresen gunahi kimdedir.Raufu, Efrani ve s. oyunculari Oguz alarken kor idi gormurdu ki indi goyub gacdi? Butun gunahlar rehberlik ve mesgci korpusunda olmagla rehberlik duzgun mesgci secimi etmedi. Mesgci de oz novbesinde oyuncu seciminde sehflere yol verdi. buda neticesi.Hazirki durumun ozunde rehberliyin komandamizda aparmag istediyi genlesdirme prosesi de sehf addimdir.Genclerimize sanz vrmek lazimdir amma birden bire yox

  6. adrian pitde qaaayiidiir teki reallassin

  7. Men 1970-ci illerden bəri Masallı ve Lənkəran fultbolu ilə nəfəş alıram.Son vaxtlar oyun olan günler işdən gələn kimi tez kompyulteriiln qabağında oturulb oyunu izləyirəm.Nə qədər beziksəm də yene fəxr edirəm ki Lənkəranda futblol var.Naxçıvan, Gəncə və Sumqayıt ilə müqayisədə fəxr etmək olar.Allah X.l . camiyəsinə kömək etsin.

  8. admin salam, Rövşən müəllim yazırki XL-ə kim pula görə gəlirsə ,lazım deyil ,gəlməsin .Hörmətli Rövşən müəllim ,Dünyada ən gəlirli biznes sahəsi futboldur,onun əsəsını da cənabi-cəmdək Blatter qoyub.XL-də pula görə oynasınlar amma kişilikləri ,vicdanları olsun ,bir də dəmir nizam-intizam olsu,ağız deyəni qulaq eşitsin,daha dəyişiklik zamanə oyunçu paranı soruşmasın,soruşursa nəticəsi belə olur

  9. Kecmiw azarkew says:

    Men onu bilirem ki, xezerin yerli futbolculari bu bolgeden olmalidir.

  10. RƏHMAN əmioğlu, Salam! “12 ci Oyunçu”da qeydiyyata düşən bütün şərhlərin nöqtə- vergülünə qədər oxuyuram, o cümlədən Sizin şərhləri də. Məlum məsələdir ki, mövzu ətrafında rəyini bildirən hər bir azarkeş bizimlə öz düşündüyünü bölüşür. Ara sıra bu şərhlərin arasında mövzudan kənar mənasız, məntiqsiz şərhlərə razt gəlinsə də mütləq çoxluq məntiqə uyğundur, qənaətbəxşdir. Azarkeşlərin açıq tribunasına verilən araşdırma xarakterli analitik yazılardakı fikirlərin zaman-zaman özünü təsdiq etməsi dediklərimin əyani sübutudur. Çox vaxt belə məntiqli yazılar gedən proseslərdən çaşqınlıq içində qalan azarkeşə bir növ mayak rolunu oynayır. Əgər həqiqətən də klub rəhbərliyi saytımızda yazılan, əsasən araşdırma xarakterli analitik yazıları, məntiqli azarkeş fikirlərini oxuyursa, məncə bundan sonra onların səhv etməyə haqqı yoxdur.

  11. Salam, Qabil emioqlu. Men de hele 3-4 gun bundan qabaq yazmisdim ki, butun bu meseleler harinlasmis bezi futbolculari temizlemek( mesqcilerle birlikde) meqsedile atilir. Yay transfer doneminde ise yeni seviyyeli mesqci ve yeni oyuncular getirilecek. Mubariz bey hec bir vaxt razi olmaz ki, cenublularin fexri olan Xezer Lenkeran basqa komandalarin “пешки для битья”si olsun.

  12. Zəfər Lerikli says:

    Hər vaxtiniz xeyirli olsun .
    Əzizlərim!.Şərh yazib və fikir mubadiləsi etməyiniz uçun sizin hər birinizə ayri-ayriliqda təşəkkur edirəm.Mən kamandamizda belə guclu islahatlarin getməyini heç vaxt ağlima gətirməzdim.Lakin bu reallaşir.Əvvəlki kimi meydanda nufuz uçun can qoyan bir kamanda formalaşir.Nə qədər qəribə görsənsədə mən belə görurəm.Hətta bu il kamandamizi Avropa meydanlarinda çixışini gözləyirəm.Bu inam məndə heç nədən formalaşa bilməz.Baş verən prosesləri izləyərkən bu inam yenə mənə dolu tribunalar vəd edir.Sizin fikirlərinizə hörmətlə yanaşiram amma neynim ki ,məndə belə görub və nikbin duşunurəm.Təşəkkurlər!!!

    • Axşamınız xeyir!Yazılarınıza hörmətlə yanaşıram.Son vaxtlar Xəzər Lənkəran butun oyunlardan çıxıb,ən məşhur Məşqçılərdən tutmuş,quvvətli leqionerlərə qədər hamısinı xəzərə gətirmiş,lakin,heç bir xeyrı olmamışdır,deməli səbəb başqadır.
      Madam islahatlar gedir,təklif edirəm:
      Mais Mənsımov və bütün komandası İSTEFAya göndərilsin.
      Bu variant yoxlanılmayıb.

  13. Admin bəy, Salam! Bir az əvvəl hörmətli Hüseyn Cəbrayıloğlu ilə rastlaşdım və son günlər komandamızda gedən proseslər barədə söhbətləşdik. Onu da qeyd edim ki, bu polemikadan sonra bir xeyli təskinlik tapdım. Çünki, Hüseyn bəy çox ümidli idi. Ümumiyyətlə gedən proseslərin Lənkəran futbolunun xeyrinə olacağını əminliklə söylədi. Amma, bir az zamana ehtiyac var.
    ***
    Salam Qabil bəy. Çox gözəl, bu sevindirici xəbər oldu, minnətdaram.

  14. Azərbaycanlı says:

    Son illərin təcrübəsi göstərir ki, mazuta bulaşmışlar Ağ-yaşıl aləmdə özününküləçə bilmirlər.

  15. gundemlerindedi stamenkovic ama vobay diyir qayidib nese bildiyim olsa diyecem

    • Rovshan Asadov says:

      Bize Vobay lazimdir??? Yoxsa Stamenkovic??? Bunlarda nece sifet var bilmirem. Xezer Lenkerana pula gore gelen hec gelmesin, pula gore oynamaq istemeyen de redd olub getsin

      • Rofsen bey sizin fikrinizce bes futbilcular havayi oynasinlar? Geyd edirsiz ki, pula gore gelen xezere hec gelmesin, pula gore oynamag istemiyen de redd olub getsin. Sizin fikirinizce havayi oynayan tapilar?

        • Rovshan Asadov says:

          Havayi elbetde ki oynamaz, PULA GORE gelmek deyiremse belli bir meblegden gedir sohbet. ayina 25 000 dollar ayan oyuncunun maawi yaribayari azaldilirsa ve o da bu meblegi beyenmeyib komandani terk edirse cehenneme terk etsin. Komandani sevmeyen, sadece pula gore oynayan futbolcular Xezer Lenkerana hecvaxt xeyir vere bilmezler, nece ki vermediler

  16. ya seyid oranin iscisidi ama adin disem sayti izlediylerine gore gorub isden uzaqlasdira bilerler uzrli hesab edin…..

  17. Salam Zefer bey ela movzuya toxunmusuz.Amma bir meseleye aydinlig getirmekle demeliyem ki, movzunun axirinda geyd etmisizki, duzgunu bilseemde, danismaram cun ki, demogog olmag istemirem. Amma eslinde yazdiginiz megalenin ozu duzgun yazilib.Duzgun yazilibsa demek hegigeti demeyi bacarib deyenlerdensiniz. Hegiget ne geder tikanli, aci, eybecer olsada onun hec bir bezeye ehtiyyaci yoxdur..Hegiget gizil kimidir, ona basga metal gatdigda berkliyi artsada deyerden dusur.

    VAR DOGRU DEMEYE MADAM KI, IMKAN,
    NEYCUN GELSIN GEREK ORTAYA YALAN.
    SOZUN GIYIMETINI SALDI YALANLAR,
    DOGRU DANISANIN HORMETI OLAR.

    NIZAMI GENCEVI..
    ***
    Salam. Məncə Zəfər bəyin yazısının sonunda əməlli başlı kinayə var idi. Belə başa düşürəm ki, həmin o sonuncu cümələlər də kinayə ilə qeyd edilmişdi.

  18. Xezerli Murad says:

    eslinde atilan adddim duz idi.bilerikki coxu lenkeranli balalaridi can qoyarlar.

  19. Bir daha Salam. Meshedinin sherhini oxudum, ne qeder duzgun oldugunu bilmek isterdim. Deyesen bu gece de rahat yata bilmeyeceyik, Allah axirin xeyir etsin.n və səb
    ***
    Ya Seyid təmkinlə gözləyək görək nələr olur.

  20. Həqiqətlə yalanın sərhədləri məlum bir fikrə münasibətdə bilinər.Mücərrəd hadisələrin inkişafında yozumlar sonsuz sayda rəy toplusu yaradar.Baş verənləri daha dürüst analiz etmək üçün bir az zamana ehtiyac var.Çox az zamana.Bir balaca səbr.

  21. indice elde etdiyim melumata gore vobay gelir xezere skarla qalir nefcinin qapicisi stamenkovic gelir xezere

  22. Qedim yunan efsanesine gore bir genc heqiqetin gozel oldugunu oyrenir ve onu axtarmaga baslayir. Gence deyirler ki, heqiqetin yerini bir agsaqqal var o bilir. Cavan agsaqqalin yanina gedir ve heqiqetin harda oldugunu, gozel olub olmadigini sorushur. Agsaqqal heqiqetin gozelliyine shubhe olmadigini, amma onu agtarmagin tehlukeli ve cetin oldugunu soyleyir. Butun bunlara baxmayaraq genc heqiqetin yerini qocadan oyrenir ve onu tapmaga yollanir. Uzun yoldan sonra cavan heqiqetin meskenine gelib cixir. Iceri girende cox eybecer bir mexluq gorur. Yaxinlashib ondan sorushur:
    -Sen kimsen?
    O cavab verir:
    -Men heqiqetem.
    Oglan deyir:
    -Bes deyiller ki, sen cox gozelsen.
    Heqiqet deyir:
    -Sene yalan deyibler, amma indi heqiqeti oyrendin men gozel deyilem.
    Cavan bir muddet fikirleshdikden sonra deyir:
    -Orada, insanlarin arasinda hami ele bilir ki, sen gozelsen. Indi men ora qayidanda hami menden senin gozelliyin barede sorushacaq. Men onlara ne deyim? Heqiqeti deyim ki, sen eybecersen?
    Heqiqet cavab verir:
    -Yox! Sen onlara yalan de. De ki, heqiqet gozeldir.
    ***
    Salam. Şərhinizə təşəkkür edirəm.

  23. Salam eziz qardashim ve Xezerli camiye. Sozum Zefer qardashimizadir. İnanin ki ureyimden ne kecir hamisini sizin yazinizda oxudum. Soz tapmiram yazmaga, gozlerim dolub. Ehsen size qardash, Allah sizleri bize cox gormesin. Amin
    ***
    Salam ya Seyid. Şərh yazdığınız üçün təşəkkür edirəm.

  24. Axşamınız xeyir, Admin bəy! ZƏFƏR bəyə mən tərəfdən bir əhsən! İndi elə bir dövürə gəlib çıxmışıq ki, düz fikrə, düz sözə çox vaxt tamarzı qalırıq. Çünki, düz danışanın sayı o qədər azalıb ki, barmaqla sayılan qədər. Bəzən mənə elə gəlir ki, rəhmətlik M.Ə.Sabir demişkən “Pisi pis, əyrini əyri, düzü həmvar yazım” deyənlər o məşhur ” Qırmızı kitab”a düşə bilərlər. Elə ona görə də indi papağının ortası cırılmışlara az təsadüf olunur, bir növ defisit olublar.
    ***
    Salam Qabil bəy. Təəssüf ki, reallığımız belədir.

  25. Rəhbərlik düzgün addım atdı.onsuzda yararsız futbolçular kimə lazım idi.

  26. Zefer qardash butun bu olanlardan bela bir qenata gelmek olur,Aga deyir suru menimdir hara istiyiram ora da sururem.Gelin razilashaq ki bu beladir Komanda Mubariznen ,Maisindir demali ne istiyirlar onu da elamaya haqlari chatir ,axi maddi mesele bir basha onlara baglidir.Menim sadeca bu qardashlardan bir xaishim var komandanin adini Xezer qoysunlar o Lenkaran sozunu oradan gotursunler,qoy bizim de canimiz rahat olsun.Neqiqatan bu beladir bu qardashlardan xaish edirik bir xeyirxax ish gorsunler qoy bizim de canimiz bu beladan gurtulsun.

  27. SIYAVUS qardasim skarlanin qalmayin kim istemezki?? xezerin en ugurlu mudafiecisi idi artiq gecdi gedib ne etmek olar.kaw ki qalaydi.birdeki qardawim 300 min alirsa oyuncu birden bire o maw 150 min olursa kim oynayarki.tounkara xezer lenkeranda en asagi maaw alan legioner idi onun maasin neynin azaldib ki neyin o xezere gelen en seviyyeli legionerlerden biridi gormusuyki oyuncu yaxsi cixis edende onun maaawi artirilir teesufki bizde eksinedi guyaki ugur qazanmay istiller belede ugur qazanmay olar siz diyin qardawim olarmi.harda gorulubki birden bire genclesme aparsinlar sizce bele ugur qazanmaq olar???

    • Duzdu qardas tamamile dogrudu.Tounkara en seviyeli legimerdi onun maasin qaldirmalidi daha dogrusu vaxtinda qaldirmali idi.eger oda getse yani bizde basqa kuluba kecerse hecde yaxsi olmaz.tesekkur edirem size me$edi qardas

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


3 + = doqquz