1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

palsud“Xəzər Lənkəran” yeni tarixinin ən çətin və məyus mövsümünü yaşayır.

Komandamızın bu günkü durumunun səbəblərininin kökündə isə heç şübhəsiz klubdakı ciddi maliyyə böhranı durur. Vaxtikən, hələ hadisələrin yeni-yeni cərəyan etdiyi vaxtlarda bunu dilə gətirdikdə, əksər insanlar üçün şirin yalanlar acı gerçəklərdən daha üstün idi.

Dekabr ayında legionerlər və əsas aparıcı futbolçuları ilə məcburən yollarını ayıran komandamızda mövsümün qalan yarısında yükün tamamı “Xəzər Lənkəran”ın öz yetirmələrinin üzərinə düşəcək. Bu isə o deməkdir ki, meydanda olan bütün gənc futbolçularda doğma komanda ruhu olacaq. Bu, uğur qazanmaq üçün mənəvi cəhətdən çox vacib amil olsa da, ilin yarısını maaş almayan futbolçularımız üçün yetərli ola bilməz. “Xəzər Lənkəran”ın öz yetirmələri nə qədər mübarizlik nümayiş etdirsələr də, yarım ildir ki evə çörək pulu apara bilməməsi futbolçunun motivasiyasına istər-istəməz öz mənfi təsirini göstərir. Meydanda olan futbolçu belə bir durumda istəsə də özünü tam şəkildə oyuna kökləyə bilməz. Maddi sıxıntıların fonunda 18-19 yaşlı uşaqların mövsümün ilk yarısında mübarizliklərindən dolayı onlara yalnız alqış düşür.

İndiki durumda kluba Türkiyədən heç bir vəsait yönəldilmir. Komandanın yükü tam şəkildə kiçik Mənsimovun çiyinlərindədir. Klub prezidentinin klubu yaşatmaq üçün etdiyi fədakarlıqlar isə çoxumuza məlumdur. Amma bu yetərli deyil. Vəziyyətin daha acınacaqlı – yəni komandamızın 10-cu pilləyə yuvarlanıb, ordan da diviziona düşməməsi üçün qismən də olsa maddi durumu yaxşılaşdırmaq və iki-üç lazımi transferetmək şərtdir. Gəlin öz-özümüzə sual verək: bu durumda komandamıza necə xeyir verə bilərik? Komandanın atributlarından ala bilərik. Buna gücümüz çatmasa, 1 manata bilet alıb oyunlara gedə bilərik. Onu da etmək istəmiriksə, heç olmasa evimizə “Palsüd” məhsullarından ala bilərik. “Xəzər Lənkəran”a bütün cənub zonası ilə yanaşı, ölkənin hər yerindən azarkeşlik edənlər var. Təkcə Lənkəranda 200 min əhali yaşayır. Ayda hər bir nəfərimiz qidalarımızın arasına bir “Palsüd” qatsaq, həm klubumuza, həm də futbolçularımıza böyük dəstək vermiş olarıq.

Rövşən Əsədov

16 Şərh

  1. Salam!Bayraminiz Mubarek!Qardaslar haminiz menim sualimin cavabini yazin! Bas birdefede Mubariz Masimov xazar lankarana dayaq olub Futboluna gedib?

  2. Tural-RX says:

    salam, axwaminiz xeyir,,,, inanin ki cox vacib iwlerimin olmasina baxmayaraq cbc kanalindan oyunu axira qeder izledim,,, ele bilirsiniz qelebe gozlediyime gore? XEYR. cunki bu komandadan ayrila bilmirem, cunki butun bedenimle, ruhumla, qanima sevirem bu komandani,,, ozumden asili olmayaraq gozlerim de yawarmiwdi,,, Xezersiz menim ucun futbol sohbeti öldü!

  3. mesimovlarin pulu yoxdu sud alag komey eliyey hec kim incimesin mene cox gulmeli gelir buna inanmag isdesem bele inana bilmerem

  4. Əmioğlu boşla boş nağılları, kəsək oturub daş üçün ağlasın….

  5. Salam. Ayrılmış puları yersiz, mənasız yerə xərclədilər. Elə bildilər ki, pul həmişə gələr. Daha bilmədilər ki, hətta vaxt gəlib çatdıqda bulaqlar da quruyur, su da daha gəlmir. Allah bir az bəzilərinə insaf versin və komandaya kömək olsun !!!

  6. Salam Admin bey necesiz?shetiniz necedi?Admin bey men bir Lenkaranli balasi kimi hemise pal sudun mehsulun aliram ve bundaan sonrada alaram o ki qaldi Komandaya her gun Allaha dua edirem ki bu komanda duzelsin
    ***
    Salam. Diqqətiizə görə minnətdaram. Sizin kimi sadiq azarkeşləri olan klubun hazırki vəziyyətdə olması heç də ədalətli deyil.

  7. Azərbaycanlı says:

    Hər birimiz üçün çətin vəziyyətdə olan kluba real dəstək verməyin düzgün, vəziyyətə uyğun yoludur. Hərçənd, mən özüm çoxdan Palsüd müştərisiyəm.

  8. Fegan242 says:

    Dogrudur,amma onuda bildirim ki, Palsudun ezununde ne qeder borcu var…..Cetin veziyyetdir.

  9. Gözəl təklifdir.Vaxt vardi “Palsüd” əla brend idi.Alicilari da möhtəşəm idi.Lakin indi “Palsüd” məhsullarinin alicisi çox azdir.Bunun da səbəbləri var.Başlica səbəbi artiq əvvəlki keyfiyyətinin olmamasidir.Numunə uçun hər hansi digər firmanin məhsulu ilə tutuzdurun.”palsüd”un əvvəlki dadinin olmamasinin şahidi olarsiniz.Belə də “Palsüd” daha çox keyfiyyətə üstünluk verməli və əməlli rəqabət yaratmalidir.Yoxsa alicilarini tamamilə itirəcəkdir.

  10. Salam. Əvvəldə yazmişam komandada maliyyə problemindən cox “rəhbərlik” problemi var. Bir cənublu kimi komandanın bu gunki veziyyəti məni də incidir. Necə illərdi palsüdün məhsullarindan aliram. Məncə cənub bölgəsində 11 nəfər tapilar ki, meydanda komandası üçün can qoysun. Sadaca həmin 11 nəfəri tapmaq lazımdı. Mən Mübariz bəyin kəndinnin qonşuluqunda olan bir kəndin nümayəndəsiyəm. Vaxtilə kəndin voleybol komandasında oynayırdim. Biz maaş almirdıq. Sadacə bizdə qələbə əzmi vətənpərvərlik ruhu, bir də güclü rəhbərimiz var idi. Məhz on görə idi ki, dəfələrlə Respublika çempinu olduq və həmin kənd komandası bütün Azərbaycanı təmsil edərək SSRİ birinciliyinin finalçısı oldu. Mübariz bəy komandasının yaxşı nəticə göstərməyini istəyirsə əvvəlcə komandanın rəhbərliyin dəyişsin.Bir də başa düşmədim balaca Mənsimov hansı fədakarlığı göstərib. Birinci onu uzaqlaşdırmaq lazımdiki komanda komanda olaraq meydana cixsin. Bu sözləri bir cənublu olaraq və komandanın bu vəziyyətə düşməyinə görə yanaraq yazdım, kim necə başa düşür düşsün. Belə nəticəni göstərən komandanı saxlamaq meydana gələn azərkeşləri və eləcədə bütün cənubluları təhqir etmək deməkdi. Görünür Mənsimovlar hələ bunu dərk etmirlər.

  11. Hami PalSud alsin xeyir Xezer Lenkerana qalsin.. ve qalarda eger haramciliq etmeseler, yeyintiler olmasa Her kes duz islese bu camiyeni ozunki bilib ona sadiq cixsa onda yaxsi olar…

  12. Ister komandamizin yaxsi vaxtlarindada ele indide Palin mehsulundan aliram, ve hemise ozumde teskinlik tapiram ki Camiyemize azda olsa komek etmis oldum, ve Bakida basqa seherlerimizde bu mehsullari gorende fexr hissi duyuram.. Minlerce bele Lenkeranli azerkeslerimiz var.. INDIKI durumda komandanin veziyyeti pisdir niye TURKIYEYE telim mesq toplanisina gedir? bunu anlamiram… Helelikce oz olkemizde telim mesqi kecirtmek olar.. Belkede Tuyqun darixib Turkiye ucun???

  13. Elə komandanın da adını dəyişib “Palsüd” qoysunlar… :)

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd − = 3