10 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

kitab2Kitabı hazırlayarkən veteran futbolçularımızın hamısı ilə görüşüb söhbətləşdik .

Faiq Qasım oğlu Qasımov 1944-cü ilin fevral ayının 14-də Lənkəran şəhərində anadan olub. 14 yaşında Lənkəran futbol yığmasına dəvət alıb.

“ -1955-ci ildə on bir yaşında Lənkəran Uşaq-Gənclər İdman Məktəbinə yazıldım. Həmin illər məhəlləmizdə hərbçi ailələri çoxluq təşkil edirdi. Məktəbdə də rusdilli bölmədə təhsil alırdım və sinif yoldaşlarımın bir çoxu hərbçi uşaqları idi. “Sərhəd otryadı”nın həyətində keçirilən futbol matçlarına tez-tez tamaşa etməyə gəlirdik. Yəqin ki, futbolu sevməyimdə futbol tamaşalarının böyuk rolu oldu . Çünki 13-14 yaşlarında ayrıca olaraq yüngül atletka və hündürlüyə tullanmaqla da məşğul olub peşakar qapıçı olmağı qarşıma məqsəd qoydum. Bu cəhətlər qapıçı üçün vacib şərtlərdəndir. Müəllimlərim Ramiz Kərimov və İbrahim Hüseynov da mənimlə çoxlu əziyyət çəkdilər. Onlara hər uğurumda minnətdarlıq etməyi özümə borc bilərdim . 1958 -ci ildə, 14-yaşında Lənkəran idman komitəsinin sədri Məcid Talışınski məni gözəl insan , peşakar futboçu , gənc nəslin yetişməsində böyük pay sahibi Oruc Baxşıyevə məsləhət görür. Oruc müəllim Lənkəranın futbol yığmasına məşqçilik edirdi. Hələ məktəbi bitirməmişdim, üstəlik Lənkəran yığmasının Sergey adlı qapıçısı var idi. Bununla belə bir dəfə Astara komandası ilə matçın ilk hissəsində Sergey kobud səhvlərlə yadda qaldı. Fasilədə Oruc müəllim xeyli düşünüb mənə II hissədə şans verməyi qərara aldı. Debütüm uğurlu alındı bir də qapını qorumağı kimsəyə etibar etmədim. Artıq əsas qapıçı kimi bütün oyunlarda ilk dəqiqələrdə meyadanda olurdum. 1959 -cu ildə “Qızıl Sünbül” turnirində uğur qazananda da heyətdə idi və “turnirin ən gənc oyunçusu” diplomuna layiq görüldüm.”

Faiq Qasımov da ən diqqət çəkən cəhət , onun gözünü qırpmadan hücumçuların ayağının altına şığıması və gözəl tullanışları olub. Elə bu qorxmazlığı ona karyerası boyu ağır zədələr və sonda erkən yaşda futbolla vidalaşması ilə nəticələnib… Amma karyerası zənginliklərlə doludur. 1960-cı ildə, 16 yaşında SSRİ çempionatanın birinci dəstəsində çıxış edən Sumqayıtın “Polad” komandasına dəvət alır .

“ -Həmin illər komandanın əsas heyətində möhkəmlənmək çətin  idi . “Polad” hardasa güclülər dəstəsində çıxış edən “Neftçi” komandası üçün ehtiyat baza rolunu daşıyırdı. Çox keçmədi ki ,”Polad” Sumqayıtla eyni dəstədə mübarizə aparan Rusiyanın Tver vilayəti, Kalinin şəhərinin “Volqa” komandası məni heyətinə cəlb etdi. Bu klubun heyətində yeganə azərbaycanlı idim. Bir il burada çıxış etdim. Əsgərlik yaşım çatdı və hərbi xidmətə yola düşdüm.”

Əsgərlik zamanı , 1963-1966-illərdə Alma –Atanın “SKA”  klubunda karyerasını davam etdirir. 1965-ci ildə karyerasının ən böyük uğuruna imza atır. Təmsil etdiyi komanda Sovet ordusunun Hərbi Dairələri arasında keçirilən SSRİ çempionatında çempion adını qazanır. Komandanın üzvlərinə isə “Alma -Atanın fəxri vətəndaşı” adı verilir. Xidmətini başa vuran ili Vladimir şəhərinin “Motor” komandası Faiq Qasımovu sıralarına qatır. Dörd il “Motor” klubunda əsas heyətdə meydana çıxan qapıçı, şəhərdə azarkeşlərin sevimlisinə çevrilir. SSRİ çempionatının güclülər dəstəsində çıxış edən klubların diqqətini cəlb etdiyi anlarda isə qorxmazlığı ona baha başa gəldi. Başından ağır zədə alan Qasımov  sevimli əlcəkləri ilə birdəfəlik vidalaşsa da, Viladimir şəhərinin rəhbərliyi onunla birdəfəlik vidalaşmır. Bir neçə il şəhərin idman məktəbində çalışan qapıçımız nəhayət vətənə dönür. İndi sevinir ki,yaşının ahıl çağında olsa da bəzən idman jurnalistləri onu arayıb -axtarır,qəzetlərdə onunla bağlı yazılar dərc edirlər.

MƏNBƏ: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı.

Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 3 = oniki