11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Elbrus-MemmedovPremyer Liqanın XXXI turunda “Qəbələ”nı doğma meydanda qonaq edən “Xəzər Lənkəran” 0:1-hesabı ilə məğlub olub.

Matçsonrası mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov məğlubiyyətə belə şərh verib:

“Qəbələ” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Roman Qriqorçuk yaxşı kollektiv yaradıb. Oyunda narazı qaldığım müəyyən məqamlar var. Bəzi epizodlarda hakim bizə qarşı düzgün qərarlar qəbul etmədi. Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar, bəlkə də mənim düzgün olduğumu görüb, hakimi cəzalandıracaqlar. Amma bununla heç kim irəli getməyəcək. Bütün bunlar gənclərə mənfi təsir edir. Elvin Mirzəyevə göstərilən ilk sarı vərəqəyə mütəxəssislər baxıb, qiymət versinlər”.

5 Şərh

  1. mende bir azarkes kimi bu mesqciden naraziyam ….komanda oyun oynamir oynamaa oyuncuda yoxdu..Tounkara olmasaydi nece olardi goresen mene cox maraqlidi

  2. Azərbaycanlı says:

    Elbrus Məmmədov XL-nın ən yeni tarixində bəlkə də yeganə məşqçisidir ki, süni tərifə və yerini qorumaq üçün əlavə dəstəyə ehtiyacı yoxdur. Hazırkı durumda məşqçimizdən çox komandamızın heyətinin dəstəyə ehtiyacı vardır. Təəssüf ki, köməyini əsirgəməyənlər arasında “dəstək” məvhumunun həddən ziyadə birmənalı yozumuna müraciət olunur və “dəstək vermə” ilə “qulp qoyma” eyniləşdirilir. Bir qədər vulqar çıxsa da deməliyəm ki, XL bu günündə Elbrus Məmmədovdan qulp kimi tutb müvazinətini saxlayır, amma Elbrus Məmmədovun özünün isə hələlik qulpa ehtiyacı yoxdur. 12-cinin ünvanına atılan atmacalar çox gülüncdür… baxın e, nədən yazırlar?! … yoxsa, Elbrus müəllim elə “özünü tutub ki” artıq informasiya kanallarına sifarişlər verir…görmək istəyərdim o günü)))

  3. BIRINCI MEN TEK BU ADLA YAZIRAM.2 CI ELBURUSU TENQID EDENDE SIZI NIYE INCIDIR.HAQQIN YAZANDA SIZ NIYE ESEB KECIRDISIZ.BILMIREM MASKA TAXIB SISE PUL VERIB NE VERIB AMMA BIZ AZERKES NE GORURUK ONU YAZIRIQ.DANISANDA DUZDUYDEN DANISIRSIZ AMMA 2_3 NEFER BASIVA YIQMISAN ELBURUSU MUDAFIYE EDIRSEN.O HACANDAN FUTBOLIS OLUBKI MESQCIDE OLSUN.YADA XEZEREIN ARDICIL MEQLUBIYETLER ALMAYI SIZIN XOSUNUZA GELIR OLA BILER.OZUNUZU ELE QELEME VERIRSIZKI SIZ HAQQI YAZIRSIZ.ONA GORE AZERKESLER 4-5 NEFERI CIXMAQ SERTILE HEC SEHRDE YAZMAQ ISTEMIRLER.EVVELKI MESQCILERI AZ QALA DUSMEN CIXARIRDIZ NE OLDU ELBURUS HANSI NETICENI VERIBKI.CSVAN USAWLAR HEMEN USAQLARDIKI LENKERANDA HER YAS QRUPUNDA YIQMADA OYNAYIBLAR.ELBURUS ONLARIN INKISAFINI DAHADA DAYANDIRIB NEYINKI ARTIRIB.DUZ YAZANDA SIZI NIYE INCIDIR BILMIREM.TUPURUM ELE SAYTAKI KIMDEN NESE GUDUR TERIF YAQDIRIR.NE ISE BIRDE MEN BURA GIRIB OXUYUB YA YAZSAM SIZIN KIMI 2 UZLU OLARAM.ARXAMCADA NESE YAZMAYIN.
    ***
    Əvvəla qeyd edim ki, bu saytı təmənnasız yaradıb təmənnasız da işlədirik. Kim istəyər şərh yazar, kim istəməz yazmaz. Heç kəsi məcbur edə bilmərik, azarkeşlər şərh yazarlarsa şad olarıq, yazmazsalar ümid edərik. Çünki biz özümüz də azarkeşik və konkret işlər görən, ictimai maraqları şəxsi maraqlardan üstün tutan azarkeşlərik. Biz başlqarını şərləmirik, heç kəsin boynuna böhtan atmarıq. Biz həm də dar düşüncə sahibləri deyilik ki, bilmədiklərimizi bildiyimiz kimi qələmə verək. Biz həmçinin ikiüzlü də deyilik və bizə ikiüzlü deyənlərə də “özünsən” deyəcək qədər cılızlaşmış mənəviyyat sahibi deyilik.
    Təəssüf edirəm ki, başqaları haqqında normal fikir bildirmək sizin üçün bu qədər çətin olduğu halda siz yenə bacarmadığınızın öhdəsindən gəlməyə çalışır və bu zaman kifayət qədər yersiz səhvlər buraxmağa davam edirsiz. Axı biz heç Elbrus Məmmədovla şəxsən tanış da deyilik. O da sizin kimi bir neçə dəfə saytımızda şərh yazıb, vəssalam. Siz bizə böhtan atmaqla nəyə nail olursuz? Axı belə etdikdə siz həm bizim bütün günahlarımızı üzərinizə alırsız, həm də özünüzü hüququ baxımdan pis vəziyyətdə qoyursuz. Siz bizə şər atırsız, bizi Elbrus Məmmədovdan pul almaqda ittiham edirsiz. Belə bir iddia irəli sürmüsünüzsə buyurun bunu sübut edin və biz də tribuna yaradaq sizə, əks halda sizdən məhkəməyə şikayət etməli olacağıq. Artıq barənizdə olan bütün informasiyaları toplamağa başlamışıq. Vaxtınız azdır.

  4. Eger tenqid etmeyii bacaririqsa edek, bacarmiriqsa hec kesi tehqir etmeyek .

  5. SENIN DANSDIN CEFENGIYAHDI AY ELBURUS.SENDEN MESQCI CIXMAZ.GET OZUVE SENET TAP.XEZER LENKERANIN TARIXINDE BELE BIYABIRCILUQ OLMAMISDI.SEN 13 NEFERLEDE BUGUN OYNASAYDIB UDUZACAQDIN.QEBELE ISTESEYDI 7 SINU VURARDI.ONLAR BELE RAHAT CEMPIYONATDA OYNAMAMISDILARKI BUGUN OYNADILAR.KUL REHBERLIYIN BASINAKI AZERBAYCANDA MESQCI TAPMAYIB SENI QOYUBLAR.
    ***
    Eyni İP ünvandan gah “Taliw” niki ilə gah da “AZER” niki ilə eyni məzmunda şərhlər gəlir. Mənim üçün çox maraqlıdır yəni eyni evdə yaşayan iki nəfər biri birindən xəbərsiz saytımızda şərhlər yazırlar? Bəlkə eyni İnternet klubda iki nəfər oturub eyni məzmunlu şərh yazır? Yəni belə təsadüflər də olur?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


2 + altı =