10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

hakimlerPremyer Liqanın sonuncu, XXXVI turu çərçivəsində sabah, mayın 28-də baş tutacaq “Xəzər Lənkəran” – “Simurq” matçının hakimləri məlum olub.

Görüşü Ömər Paşayevin başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək. Baş hakimə laysmanlar Vaqif Musayev və Cavanşir Yusifov, eləcə də dördüncü hakim Mahir Məmmədov kömək edəcəklər.

 Xatırladaq ki, Zaqatala təmsilçisi ilə oyun sabah saat 21:00-da “Fırtınalar meydanı”nda start götürəcək qarşılaşma “Xəzər LənkəranTV” vasitəsi ilə canlı yayımlanacaq.

4 Şərh

  1. FİFA-nın Veldin Muharemoviçә görә “Xәzәr Lәnkәran”a verdiyi transfer qadağası cәzasına etiraz edәn cәnub klubunun bununla bağlı İdman Arbitraj Mәhkәmәsinә (CAS) şikayәt etdiyi xilə bağlı məlumat vermişdik. , CAS-ın bu şikayәtә nә zaman baxacağına da aydınlıq gәlib. Belә ki, “ağ-yaşıllar”ın şikayәtinә iyunun 2-dә baxılacaq. Mәhz hәmin gün transfer qadağası cәzasının aradan qalxıb-qalxmayacağına aydınlıq gәlәcәk. Bundan başqa CAS “Xәzәr Lәnkәran”la bağlı daha bir mәsәlәyә baxacaq. Belә ki, Con Benjamin Toşakın zamanında komandadan qovulan braziliyalı müdafiәçi Eder Oliveyra Bonfim da cәnub klubundan FİFA-ya şikayәt edib. Ali futbol qurumu buna görә dә cәnublulara cәrimә kәsib. Lakin bununla razılaşmayan “Xәzәr Lәnkәran” braziliyalı müdafiәçi haqqında FİFA-nın verdiyi qәrardan narazı qalaraq CAS-a şikayәt verib. Bu mәsәlә dә iyunda İdman Arbitraj Mәhkәmәsindә müzakirә olunacaq. Qeyd edәk ki, Eder Oliveyra Bonfim müqavilәsi ola-ola klubdan qovulmuşdu. Braziliyalı futbolçu da buna görә “ağ-yaşıllar”dan tәzminat tәlәb edir.

  2. İslandiya qəzeti “Xəzər Lənkəran”ın baş məşqçisinin paxırını necə açdı? – MÜSAHİBƏ Tarix: 26.05.15 15:05 “Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədovdur. Rekord.az maraqlı müsahibəni sizə təqdim edir: – Valideynlərinizin futbolçu olmağınıza münasibəti necə idi? – Bu sual məni uzaq 1982-ci ilə apardı. Daha dəqiq desəm, İspaniyada keçirilən və Maradona, Rossi, Ziko, Bloxin kimi həmin dövrün ulduz futbolçularının çıxış etdiyi dünya çempionatını xatırladım. Mən futbola gizli şəkildə, evdəkilərin xəbəri olmadan getmişdim. Həmin vaxt valideynlərim zavodda işləyirdi. Onların xəbəri olmadan özümü sevdiyim sahədə sınamaq qərarı vermişdim. – Maraqlııdır, valideynləriniz bunu biləndə reaksiyaları necə olmuşdu? – Normal qəbul etmişdilər. Həmin vaxt artıq onların övladı oynadığı kollektivin kapitanı idi. – Yeri gəlmişkən, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz? – Yəqin ki, zabit olardım, çünki əsgər formasına xüsusi rəğbətim var. Futbolçu olmasam, zabit kimi vətənə qulluq edərdim. – Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki? – Yox, şükürlər olsun ki, belə bir problemlə qarşılaşmamışam. Əksinə mənə ən çox dəstək olan ailəmdir. – Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır? – Məncə, bunun futbol adamına ancaq müsbət təsiri ola bilər, çünki ailə həyatı qurmaq insanı bir çox xoşagəlməz vərdişlərdən uzaqlaşdırır. – İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi? – Vay, vay… Lap yaralı yerimdən sual verdiniz – Futbol adamları adətən evdən kənarda olur. İndinin özündə də sizdə vəziyyət fərqli deyil. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır? – Ən əsas problem öz evim və doğma şəhərim Sumqayıt üçün darıxmağımdır, çünki hər iksini çox sevirəm. – Bildiyim qədəri ilə dörd övladınızdan ikisi oğlandır. Maraqlıdır, onları davamçınız kimi görmək istərdinizmi? – Açığı, hər ikisi futbolçu olmaq arzusundadır, ancaq mən onların qarşısında şərt qoymuşdum ki, nəyə nail olsalar bunu öz zəhmətləri hesabına etməlidirlər. Demişdim ki, mən bu baxımdan onlara kömək etməyəcəm. Yox, əgər təhsil almağa önəm versələr, yardımçı olardım ki, onlar da məhz bu yolu seçdilər və məni sevindirdilər. – Bir qərar qəbul edəndə kiminləsə məsləhətləşirsiz, yoxsa təkbaşına qərar verirsiniz? – Bu, məsələdən asılı olaraq dəyişir. Elə məqamlar olur ki, məsləhətləşməyə ehtiyac olur, amma bununla yanaşı, elə məqamlar da olur ki, həmin anda təkbaşına qərar qəbul etməli oluram. – Futbolçulardan kiminlə ailəvi münasibətləriniz var? – Mənimlə eyni dövrdə oynayanlardan Mübariz Orucov, Zaur Həşimov və Raqib Mikayılovla ailəvi dostluğumuz var. – Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz – Belə hadisələr çoxdur. Məsələn, İslandiyada başıma gələn əhvalatı danışa bilərəm. 2001-ci ilin iyun ayında İntertoto kubokunda mənim formasını geydiyim “Viləş” yerli “Qrindavik”lə qarşılaşırdı. Oyunun sonuna dörd dəqiqə qalmışdı və mən cərimə meydançasında kobud oynadığımdan komandaməzın qapısına penalti təyin olundu və həmin oyunu onbirmetirlik cərimə zərbəsindən vurulan qolla minimal hesabla uduzduq. Qarşılaşmadan sonra komandamızın prezidentinə əslində həmin epizodda təmiz oynadığımı və hakim səhvi ucbatından uduzduğumuzu dedim. Matçdan bir gün sonra bütün komanda ilə Reykyavikdəki ticarət mərkəzlərindən birinə gəlmişdik. Həmin ticarət mərkəzinə daxil olanda orada müştərilərin oxuması üçün qəzetlər qoyulduğunu gördük. Həmin qəzetlərdən birinin ilk səhifəsində mənim penaltiyə səbəb olduğum epizodun fotosu qoyulmuşdu. Mənim rəqib oyunçuya qarşı kobud oynadığım açıq şəkildə görünürdü. Bunu görən komanda yoldaşların ticarət mərkəzindəki bütün qəzetləri yığışdırmağa başladılar ki, komandamızın prezidenti həmin şəkili görməsin. Təsəvvür edin ki, beş mərtəbəli ticarət mərkəzinin hər mərtəbəsində ən azı 3-4 yerdə həmin qəzetdən var idi və bunu yığışdırmaq nə qədər çətin idi. Qısası, uşaqlar məni çətin vəziyyətdən çıxarmaq üçün xeyli əziyyət çəkməli olmuşdular.

  3. Daha bir futbolçu “İnter”dən ayrılmaq ərəfəsindədir. məlumata görə, artıq Asif Məmmədov da yol üstündədir. Onun xidmətində həm “Neftçi”, həm də “Xəzər Lənkəran” maraqlıdır. Futbolçu qəti qərarını mövsüm başa çatandan sonra verəcək. – See more at: http://rekord.az/news/p:25756#sthash.Xld0KNTm.dpuf

  4. “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədovun apasport.az saytına müsahibəsi

    – Mövsüm başa çatmaq üzrədi. Komandanızın çıxışını necə dəyərləndirirsiz?

    – Qənaətbəxş. Ən əsas odu ki, bəhrəsini gördük. Elnur Cəfərov əsas milliyə dəvət aldı. Bu, bizim üçün böyük uğurdu. 3-4 nəfər istedadını, həqiqətən də göstərə bildi. Təsdiqləndi ki, bizdə də istedadlı cavanlar var. İnanıram ki, onlar gələcəkdə də “Xəzər Lənkəran”a kömək edə biləcəklər.

    – Konkret olaraq, hansı oyunçuları nəzərdə tutursuz? Bu gənclərdən kimlər növbəti mövsüm də “Xəzər Lənkəran”ın əsas komandasında çıxış edə bilərlər?

    – Bunu mövsüm başa çatandan sonra deyə bilərəm. İndi ad çəkməyim yaxşı çıxmaz.

    – Həmin gənclərin sırasında Elnur Cəfərov, İlyas Səfərzadə özlərini daha yaxşı tərəfdən göstərdilər…

    – Bu, klubdaxili məsələdi. İstəyirəm ki, sonda bilsinlər. Mövsüm bitəndən sonra bütün komanda yığışacaq. Çempionatın yekunu ilə bağlı söhbətimiz olacaq. Orda deyiləcək ki, kim potensialını aça bildi, kim üzərində bir az da işləməlidi. Bizim də öz planlarımız var.

    – Sizcə, bu gənclərlə bundan yaxşı nəticə göstərmək olardımı?

    – Həqiqətən, onlardan çox şey gözləyirdim. Bəlkə özlərinə inam az oldu, bəlkə də bir az bəxtimiz gətirmədi. Amma ümumilikdə götürsək, məncə, pis alınmadı.

    – Razısızmı ki, gəncləşdirmə siyasətinə keçdikdən sonra əvvəlki oyunlarla müqayisədə çempionatın sonlarında komanda daha yaxşı təsir bağışladı? Düzdü, ötən tur “Sumqayıt”a uduzduz. Amma ondan əvvəl “Qarabağ”la heç-heçə edib, AZAL-a qalib gəlmişdiz…

    – Razıyam. Ancaq son oyunlarda biz optimal heyətlə çıxış edə bilmədik. Planlaşdırdığımız tam heyət son turların heç birində üst-üstə düşmədi. Çətinliklərlə üzləşdik. Həm futbolçu çatışmazlığı, həm boşluqlarımız oldu. Bütün bunların və yorğunluğun fonunda pis təsir bağışlamadıq.

    – Növbəti mövsüm də baş məşqçi postunda qalıb-qalmayacağınız müəyyənləşibmi?

    – Buna çempionat bitəndən sonra aydınlıq gələcək. Rəhbərliklə söhbət edəcəyik. Narazı və razı qalınan məqamlar olub ki, onlar barədə danışmışıq. Gələcəklə bağlı plan hazırlamışam. Amma hələ təsdiqlənməyib. Bəlkə, baş məşqçi postuna məndən güclüsü gəlir. “Qal” desələr, niyə qalmıram ki?

    – Avropa Liqasına vəsiqə qazanan “İnter”in maliyyə problemi ilə əlaqədar, bu hüququndan imtina edəcəyi gözlənilir. Belə olan halda, “bankirlər”i Avrokubokda AZAL və ya “Xəzər Lənkəran”ın əvəz edəcəyini deyənlər var. Sizin üçün belə bir şans yaransa, istifadə etmək istərsizmi?

    – Bizdə optimal heyət yoxdu ki, çıxıb Avroliqada oynayaq. Ondansa, bu iki ayı tam komanda yaratmağa sərf etsək, yaxşıdı. Bu heyətlə uğur qazana bilmərik. Son illər klublarımızın avrokuboklardakı çıxışları məcbur edir ki, hər il azarkeşlərə elə nəticələr bəxş edək. Gedib orda uğursuz çıxış etməkdənsə, yeni komanda formalaşdırıb, gələn il həm iddiamızı göstərməli, həm də Avrokubokda qarşımıza konkret məqsəd qoymalıyıq.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 3 = doqquz