11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

haminin dusunduyu  Getdikcə çökən ölkə futboluna maraq da sönür. Bunun nədən baş verdiyini araşdıraq.

Heç kəsə sirr deyil ki, 10-il müddətində ölkəmizdə idmanın inkişafına nəinki təkan verən, hətta qarşısında bütün yolları açan da dövlət özü olmuşdur. Dövlət tərəfi öncədən müəyyənləşdirdiyi ünvanlara iki variantda təkliflər göndərmişdi. Birincisi idmana xüsusən də futbola yatırım edən ən varlı məmurların mülkünə toxunulmamayacağı qarantiyasını şərt olaraq irəli sürmüşdü. İkinci variant isə xaricdən ölkəyə investiya gətirib daimi aktivlik müşahidə olunan cənub bölgəsində futbol komandası yaratmaqla insanların başını qatmaq və bunun müqabilində də Azərbaycan neftinin ixracı zamanı daşınma əməliyyatında fəal iştiraka icazə verilməsi idi. Sosial layihə prinsipi ilə yaradılmış “Xəzər Lənkəran” istisna olmaqla bütün digər klubların beli dövlətin şah damarı ətrafında və onurğa sütunu boyunca çoxdan bəri yerini möhkəmlətmiş məmurlara bağlıdır. Belədə həddindən artıq mal-mülkə sahib, istənilən vaxt quduraraq dövlətin beyninə girişməyə hazır olan bu məmurlara toxunmamaqla onların pulunun bir hissəsini idmanın inkişafına yönəltmək dövlət tərəfindən atılan uğurlu addım sayılmalı idi. “Qoy onlar birləşib mafiya yaratmaqla və ya aralarında didişməklə deyil idmana sərmaye yatırıb müxtəlif yarışların təşkili və inkişafı ilə məşğul olsunlar, bu zaman öz aralarında rəqabət quracaqlarsa da dövlət bu rəqabətin düşmənçilik zəminində uçruma yuvarlanmamasına özü nəzarət edəcək və lazım gəldikdə vəziyyəti idarə də edə biləcək”.

 Azərbaycan futboluna 2004-cü ildə yeni nəfəsin verilməsi, ardıyca da futbolun inkişafı haqqında 10-illik dövlət proqramının qəbulu, sonrakı illərdə də eyni qaydalarla davam etmək, ümumilikdə belə bir balaca ölkə üçün ideal forma idi. Əlbəttə futbolu və idmanın digər növlərini müxtəlif yollarla inkişaf etdirmək mümkündür ki, dünya praktikasında bunun heç də bizdəki kimi qəlizləşməyən sadə variantları effektlə tətbiq olunub. Eləcə də keçən bu 10-iilk zaman kəsiyində futbolumuzun idarəçiliyində çatışmamazlıqlar, əyriliklər, maxinasiyalar, haqsız qərarlar və stadionlarımızın tribunalarında baş verənlərə hüquq mühafizə orqanlarının birtərəfli, ədalətsiz bəzən isə hətta məsuliyyətsiz yanaşmaları, nəhayət azarkeş həbslərinin yer aldığı  mənfi cəhətlərlə az saylı müsbət cəhətlərin balansında böyük fərqləri aşkarlamaq çətin deyil. Amma bütün bunlarla yanaşı xüsusi ilə vurğulamaq istərdim ki, məmləkətdəki reallıq özü bir sədd olaraq istənilən digər yolun seçiminə əsla yer qoymurdu. Bu reallıq qutusuna bütün hadisələrin fonunda mövcud olan ictimai passivliyi, bəzi hallarda isə ictimaiyyətin fərsizliyini, inkişafı yenilənməklə bitmiş saymaq kimi cəmiyyətdə kök salmış eqoistik baxışları, imkan düşdükcə günahsızlıq prezumpsiyasının özünküləşdirilməsi və çoxlu başqa məqamları daxil etmək olar. Daha asan anlaşılması üçün bildirim ki, 70-80- il əvvəllər də ölkəmizin ərazisində bütün sahələrdə həmişə mənfi cəhətlər üstünlük təşkil edib. Yəni istənilən sahənin idarəçiliyində çatışmamazlıqlar gözə girib, əyri işlərdən həmişə bol olmuşuq, maxinasiyalarla ad çıxarmışıq, səlahiyyət sahiblərinin haqsız qərarlarından əziyyət çəkmədiyimiz günümüz olmayıb və bütün münaqişələrdə hüquq mühafizə orqanlarının birtərəfli, ədalətsiz bəzən isə hətta məsuliyyətsiz yanaşmalarının şahidi olmuşuq, nəhayət haq-nahaq həbslərin çoxluğu bizləri heç vaxt darıxmağa qoymayıb. Bu son 70-80-ildə də elə son 40-50-ildə də son 20-30-ildə belə olub. Bütün hakimiyyətlərdə sadalananların heç biri öz məğzini dəyişməyib, dəyişən hadisələrin görüntüsü, yaxud ictimaiyyətə təqdimatı olub. Deməli son 10-il ərzində futbolumuzun inkişafı üçün seçilən həmin yol boyu baş verənlər də bizim üçün yeni deyildi və bu 10-il müddətində gördüyümüz bütün mənfi hallar nə varsa bunda əcaiblik axtarmamalıyıq. Dədəbaban görmüşük ki, bizdə üç nəfərdən ikisi rüşvətlə bağlı olub – biri alıb, o biri verib. Yerdə qalan o binəva bir nəfərin isə ya rüşvət vermək üçün heç nəyi olmayıb, ya da elə bir səlahiyyətə sahib olmayıb ki, ona rüşvət versinlər. Gündəlik həyatımızda görməyə alışdıqlarımız hər hansı əyrilikləri futbolda görəndə niyə təəccüblənməliyik ki? Məgər futbol bu ölkədən kənardadır?

Əslində futbolun inkişafı üçün dövlətin seçdiyi yol ölkədəki reallıq baxımından düzgün seçim olsa da dünya təcrübəsinə əsasən iddia etmək olardı ki, bu yol süni inkişafdan başqa heç nə vəd etmirdi. Süni inkişaf isə kağız üzərində qazanılan uğurları göstərməklə kifayətlənəcəkdi. Yəni nümunə kimi təqdim etməyə heç nə olmayacaqdı. Bəli, burada əməlli başlı təzad yaranır. Amma buna da təəccüblənməyə dəyməz. Məgər biz təzadlar ölkəsində dünyaya gəlməmişik? Dünyaya gəldiyimiz zamanı valideynlərimizdən şirinlik adıyla rüşvət alıb ömrümüzü acılamayıblar? Axı adi doğum haqqında şəhadətnamə belə pulsuz verilməyib bizdə heç vaxt, boya başa çatıb şəxsiyyət vərəqimizi alanda xərclik vermişik, çörək qazanmaq üçün əlləşəndə haqq verməyə məcbur olmuşuq və s. Elə götürək belə bir düsturu: “rüşvət almayan polis əməkdaşına səfeh deməyənin özü səfehdir”. Məgər bu düstura alternativ tapa bilərik? Yox! Eləysə niyə 10-il ərzində futboldakı eybəcərlikləri gördükdə özümüzü elə aparırıq ki, güya bunlar bizə yaddır?..

Bəzən elə bu saytda mövzu ilə bağlı gedən bəzi şərhləri oxuyanda adama elə gəlir ki, sanki şərh müəllifləri “aydan arı, sudan duru”durlar. Halbuki azca dərinə gedib, araşdırsan görərsən ki, nə savablarının əksi ayda görünə biləcək qədər aşkardır, nə də günahları su ilə təmizlənə biləcək qədər gizlidir…

ARDI VAR

“Daz Matros”

10 Şərh

  1. HER SEYI SAXTA OLAN BIR
    MEMLEKETDE BOGULURUG.
    BU DUNYAYA GELMEK UCUN
    RUSVET VERIB DOGULURUG.

  2. Salam Admin bey necesiz?sehetiniz necedi?necaAllah bu yazi hamimizin ureyinin sozudur ne demek olar sadece sebr etmek lazimdi
    ***
    Salam, səhhətim heç də yaxşı olmasa da yenə də diqqətiniziə görə minnətdaram. Yazı barədə. Yazının birinci hissəsi deyəsən bəzi istifadəçilərin tərəfindən pis qarşlanmayıb. Amma inanmıram ki, II hissə də eyni şirinliklə qarşılana. Məndə olan məlumata görə müəllif ikinci hissəni çox acı yazıb ki, həqiqətə bir az da yaxın olsun. Belə başa düşürəm indi onun qeydlərini tərifləyənlərin əksəriyyəti sonra onu daşqalaq edəcəklər. Axı həqiqət heç kəsin marağında deyil.

  3. Salam Alleykum!
    Cesaretli yazidir.
    Bu yazi neinki olke futbolunun realligini, hem de Azerbaycan cemiyyetinin iyrenc terefini gosterdi. Teessuf ki, vetenimizi saxta numayishxanaya ceviribler. Idmana sermaye yatirimi, futbolun inkishaf proqrami, analoqu olmayan inkishaf tebligati ve s. edilenler “goze su ufurmek” ifadesine uygun gelir. Infrastruktura ise daha cox qamarlamaq ve menimsemek ucun yaradilir.

  4. Bu yazı deyərdim ki, 12cioyunçu.info saytının, 2014-2015-mövsümündə şah əsəridir. Şedevirdir. Əllərinə sağlıq “Daz Matros”. Ardını səbirssizliklə gözləyirik. Ölkə futboluna görə çox kədərli haldayıq. Çox təssüf ki, futbolun nə olduğunu, başa düşməyənlər, bu quruma başçılıq edirlər. Bəzən sevgi eybəcirliklərə qalib gəlir. Çox, təssüf ki, onlarda futbola sevgi yox, pula, mal-dövlətə sevgi var.
    Bir haşıyəyə çıxım. Mirhafiz Babyevin bu saytda imzasını görmək çox sevnidici oldu. Mirhafiz bəy, öz dəyərli fikrləriniz burdan əskik etməyin.

  5. Eger futbol Azerbaycanda rusvet kimi suretle inkisaf etseydi yegin onda rusvetin ozu indiki futbolumuzun seviyyesine duserdi. Onda AFFA dakilar kreslodan yapismazdilar.

  6. Zəfər Lerikli says:

    Əgər biz belə baxişla real həyata baxsaydiq…onda həyat tam mənasiz olardi.Biz bunlari bilirdik və yeri duşəndə dəfələrlə deyirdik.Deyirdiksə..deməli futbolun inkişafi uçun dövlətin strateğiyasi duzgun olmayib.Əgər belədirsə…onda olimpiya oyunlarinin Bakida keçirilməsi elə kağiz uzərində saxta uğurdan başqa bir şey deyil.Butun bunlarin dərinliyinə getmək mənim kimi sadə azarkeşə heç sərf də eləmir.Bir də bunlari deməyin nə faydasi ola bilərdi ki…?
    Bizi duşundurən “Xəzər Lənkəran”dir.Hər necə olsa da ..bu kamandani Avropada görmək idi arzumuz.Orda ki , nə qədər olsa da …bu qədəri olmazdi ki…
    Ruşvətə də…onu alani da…lap verəni də. “XL” -ni kim məcbur etmişdi gəncləşdirmə siyasətinə?-Maliyyə böhranimi,-yoxsa səhf idarəçilik?. Bu siyasəti məcburi bir addim olduğuna görə dəstəklədik.Ona görə ki , urəyimizdən keçən arzularimizi birdəfəlik dəfn etmək istəmirdik.
    Yaz gəlib, artiq yaya az qalib.Umidlərimizin tukəndiyi və ya təzədən cucərə biləcəyi bir fəsilədir pənahimiz.Bizə “XL”-dan danişin ey hörmətli muəllif!
    Yoxsa..Berti Foqtsun foqslarina da yer ayirmaq istəyirsiniz?..

    Mən bir “nağila” qulaq asmaq istəyirəm.”XL”- nin hələ edə bilmədiyi amma çoxdan edə biləcəyi bir nağila ki ,heç röyamizda da hansi ki, görə bilmirik.

    Azarkeş kimi də yalniz “ağ-yaşil”i -sevə bildim .Yaxşi gunundə gizləndim,pis gunundə uzuldum.Budur gunahim, ona görə saxta vərəq kimi olmadim, bildiyimi dedim.Amma bir mahni qulağumda həmişə cingildədi:

    Sənə yar ,səndən yar ,şikayətim var.

    • Salam Zefer bey

      Gulag asmag istediyiniz nagili mende esitmek isteyirem.XL hagginda. Amma bunun ucun yaxsi nagil soylemeyi bacaran bir nagilci yeni mesgci ve hemen nagilin gehremanlari yeni oyuncular lazimdir ki bize hegigi nagil soylesinler. Yoxsa yalan, palan nagillardan bezmisik.

  7. Rovshan Asadov says:

    Əla yazıdır. Futbolumuzdakı eybəcərlikləri qoyaq bir kənara, çürüyən cəmiyyətimizlə bağlı “aydan arı, sudan duru” məsələsi lap yerinə düşüb.

  8. Mövzuya qoyulan şəkil bu mənada çox diqqətimi çəkdi. Ya düşünülmüş, ya da təsadüf nəticəsində məhz bu şəklin, bu mövzuya qoyulması təqdirə layiqdir. Futbol, çəmənli sahədə topla oyun kimi başa düşülür. Top olmasa, əlbəttə futboldan söhbət gedə bilməz. Amma çəmənli sahə olmazsa, hər hansı torpaq, qum, asfalt və sair sahələrdə topla futbol oyunlarının şahidi oluruq. Amma çəmənli sahə təşkil etmək, artıq futbola diqqətin təzahürüdür. Bunun üçün stadionlar, müasir ot örtükləri yaradılır və futbola geniş imkanlar açılır. Məsələn, mövzuya qoyulan şəkil, bütöv çəmənli və xətlənmiş sahədə qoyulan bir top şəkili olsa idi, bu mövzuya o qədər də uyğun gəlməzdi. Çünki, yəni futbola hər bir şərait var, demək olardı. Bu şəkil isə mövzuya ona görə uyğun gəlir ki, yəni əsl futbol üçün top və yaşıl örtüyümüz var və hamı belə görsün. Amma futbol oynamağa yaradılan şərait elə topun durması üçün olan bir neçə samtimetrlik şəraitdir. Yəni futbola elə o qədər şərait yaradılıb. Bu şəkil lap yerinə düşüb və mövzuya tam uyğun gəlir.

  9. “Daz Matros”u salamlayır və yazısına görə təşəkkür edirəm. Yazının hər bir cümləsi keçmişdə və indi üzləşdiyimiz qanundankənar eybəcərliklərə bir növ işıq salır. Bu eybəcərliklər müxtəlif sahələrə ayaq açdığı kimi futbolumuza da sirayət edib və indi də etməkdədir. Belə olan halda futbolumuzda heç bir inkişafdan söhbət gedə bilməz. Görəsən ildən-ilə tənəzzülə yuvarlanan futbolumuzu durduran tapılacaq?!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi + = 14