1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

huseyn-1238Heyf… Xaqani Məmmədov haqqında çəkilən film kimi verilişin heç 40-ı çıxmamışdı.

“CBC Sport” telekanalının çəkdiyi həmin film kimi verilişə baxmamısızsa, bəzi epizodları sizinlə paylaşım.

İlk olaraq Xaqani Məmmədov dəhlizin o başında görünür, asta-asta otağına doğru gəlir, qapını açır və otağına daxil olur. Məmmədov otağına tərəf gələrkən, eynən Rusiya prezidenti Vladimir Putin haqqında “Putin niyə yeriyərkən sağ qolunu işlətmir?” mövzusunda böyük, çox böyük dövlətlərin xüsusi xidmət orqanlarının araşdırma videosunun cizgilərinin təkrarçılığı hiss olunur. Dəhlizboyu yeriyən məğrur və yenilməz lider obrazı. Amma qapını açıb içəri girir a, bax, o kadr toy kassetlərində eynən bəyin otağa girib güzgü önündə bəzənməsinin təkrarıdı. Hər halda, adını çəkdiyim kanal bu ssenariyə üstünlük verib. Hakimbaşı haqqında çəkilən film kimi verilişin türkmənbaşıya həsr olunmuş verilişlərdən qətiyyən fərqi yoxdu. Effektlər, suallar, kameraların yer dəyişməsi…

Xaqani Məmmədov axır vaxtlar Azərbaycan futbolunun müstəqillik illərində yetişdirdiyi ən güclü və perspektivli hakimi Əliyar Ağayevin artan nüfuzu, ard-arda Avropa təyinatları arxasında cürətlənib yavaş- yavaş sinəsini qabağa verir, uzun-uzun müsahibələr, efirdə osmanlı türkləri demiş, “triplər”lə dolu əl-qol hərəkətiylə çıxış edərək hakim yetişdirməkdən danışır, vaxtı artıq qalanda isə Çempionlar Liqasında hakimlərin xətalarını şərh edirdi. Hər şey gözəl idi. Artıq Azərbaycan adlı məmləkət Ramil Diniyev boyda AYIBı unutmuşdu. Diniyev boyda AYIBın bir insanın əllərində say etibari ilə artıq qalacaq qədər komandası olan Azərbaycan çempionatının mərkəzi oyununa təyinat almasını belə, kimsə yazmır, qabartmır, “niyə axı, Diniyev?” demirdi. Unutqan millət olduğumuzdan, yaxın keçmişdəki hər pisliyi unudub Əliyarın hər Avropa təyinatını eşidən kimi kameraları, diktofonları Xaqani Məmmədova tuşlayırdıq: “Xaqani müəllim, dünyaya bir də gəlsəniz, yenə hakim, daha sonra Hakimlər Komitəsinin sədri olardınızmı?”.

Heyf… Xaqani Məmmədov haqqında film kimi veriliş yenicə çəkilmişdi. Tərslikdən ölkənin sayca ikinci, tarixi baxımdan birinci idman kanalı “İdman Azərbaycan” Azərbaycan futbol hakimliyinin başqa bir üz qarası Anar Salmanovu yenicə verilişlərə dəvət edib, onun diliylə Avropa meydanlarında hakimlərin səhvlərini müzakirə etməyə başlamışdı. Cılız, bəstəboy olmasına rəğmən, qətiyyətli, mərifət və qanacaq etalonu Əliyar Ağayevin uğurları başımızı, yox, başları elə dumanlandırmışdı ki, hamı elə bilirdi ki, AFFA-da təcili bir otaq da tapıb, növbəti bir komitə yaratmalı, məsələn, AFFA yanında Azərbaycan Futbol Hakimliyinin Dünyaya İnteqrasiyası Komitəsi adı altında ölkə-ölkə gəzib “Gənc hakimləri necə yetişdirməli?” mövzusunda mühazirələr oxumalıyıq.

Heyf… Milli komandamızın DÇ-nin seçmə mərhələsində qrup ikincisi olduğu turnir cədvəlini yenicə böyüdüb evlərimizin gözəgəlimli yerindən asmışdıq, fəxr etdiyimiz Əliyar Ağayevin təyinatları hakimlikdə yeni olan gəncləri təzəcə “Niyə mən də Əliyar olmayım?” sualı ilə üz-üzə qoyurdu ki, Rəvan Həmzəzadə bir fitiylə hər şeyi korladı. Məlum oldu ki, bizim hakimlər 6 nəfərlik briqada ilə bir epizoda, yəni 90 dəqiqə yox a, cəmi bir epizoda, bir ana düzgün qərar verə bilmirlər.

“Neftçi” – “İnter” matçından sonra canlı yayımda “bankirlər”in çalışdırıcısı Zaur Svanadze oyunla bağlı fikirlərini bildirərkən bilmirəm siz gördüz, ya yox, amma imkanınız varsa, bir daha izləyin: o məzlum, sakit təbiətli gürcü mütəxəssisin fikirləri tərcümə edilərkən, boşluqdan istifadə edən çalışdırıcı, öz-özünə dodaqaltı mızıldanır, çiyinlərini çəkir, göyə baxaraq kiminləsə danışır və başını bulayırdı. Bu, şizofreniyanın ilkin əlamətləridi. Səmimi deyirəm. Xaqani Məmmədovun hakimləri məzlum, sakit Svanadzeni artıq psixi xəstə durumuna gətirib. Bundan öncə Mirça Redniki Məmmədovun FİFA referisi, indi ekranlara ekspert kimi çıxardığınız Anar Salmanov ani dəlilik səviyyəsinə çatdırmışdı. Adama deyərlər, indi kimdən qorxursan Xaqani Məmmədov? Sadıq Sadıqov daha yoxdu, kimisə döymür, AFFA-ya girib qapıları təpiklə açmır, güllə atmır. Bəs hakimlərin indi niyə təzyiq altındadı?

Heyf… Xaqani Məmmədov haqqında yenicə film kimi veriliş çəkilmişdi. Dəhlizdə Xaqani Məmmədov görünür, asta yerişlə yeriyir, məğrur addımlarla gəlib qapısını açıb otağa daxil olur. Kanalı çevirirsən, bu dəfə Anar Salmanov həftənin Avroliqa və Çempionlar Liqası oyunlarında hakimlərin idarəçiliyinə qiymət verir.

Heyf… Rəvanın fiti imkan vermədi…

MƏNBƏ: Komanda.az

3 Şərh

  1. Vaxt var idi burda komandanin sevincini kederini azerkesler arasinda bolusurduk heyacanla! transfer xeberini gozleyirdik. Indi burda zaman dayanib her ne sukuta qerq olub batmis titanic gemisine oxsayir. Heey burda kimse var ????

  2. Salam qardaslar and olsun ALLAHA baki birinciliyine baxib 90 deqiqeni hayf etmekdense hind kinolarina baxmaq daha xosdur lenet olsun XEZERLENKERANSIZ cempionatada fit calanda ….. ne ise saqolun helelik.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


6 + bir =