1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

15Noyabrın 27-də Hüseyn Cəbrayıloğlunun 39-yaşı tamam olur. Hələ “Futbol +” qəzetinin cənub bölgəsi üzrə müxbiri kimi çalışarkən Cəbrayıloğlu cənublu azarkeşlərin rəğbətini qazana bilmişdi. Köşə yazılarında ölkə futbolunun problemlərini aşkar şəkildə göstərir, “Xəzər Lənkəran” klubunu axsadan məqamları analiz edib konkret mövqe nümayiş etdirir, futbolumuzda baş verən hadisələrə özünəməxsus yanaşma tərzi ilə və qeyri adi lakin yerində bildirilən fikirlərlərlə azarkeşlərin belə demək mümkünsə ürəyindən xəbər verirdi. “Dostuma məktub” silsilə köşə yazılarında isə incə satirası ilə Hüseyn bəy hadisələrə baxış nöqtəsini dəyişsə də son nəticədə verilən qiymətin mahiyyətini dəyişmir, ədalətli mövqeyini qoruyurdu. Ölkənin futbol qurumlarının rəhbərlərindən tamamilə uzaqda duraraq haqlı tənqidlərini səngitməyirdi ki, bu da futbol baş bilənlərinin heç də xoşuna gəlmirdi və beləcə əks tərəfdən ona qarşı müxtəlif yollara əl atılırdı. Amma bütün cəhdlər boşuna idi, çünki Hüseyn bəy əqidəni hər şeydən uca tuturdu. O bir çox həmkarlarından fərqli olaraq futbol qurumlarının qonaqlıqlarından və xərcliklərindən imtina edirdi. Həmçinin “Xəzər Lənkəran” klubu ilə də münasibətləri rəsmiçilik çərçivəsindən kənara çıxmağa imkan vermirdi. Elinə obasına bağlılığı və cənub futbolunun tarixinin ortaya çıxarılması həvəsiylə Hüseyn Cəbrayıloğlu CRFF-nın prezidenti Sakin Məmmədzadə ilə birlikdə “Cənub bölgəsində futbolun inkişaf tarixi” adlı kitabı yazaraq dərc etdirmişdir. Uzun əziyyətlərdən sonra nəhayət ki, işıq üzü görən bu kitabda cənub futbolunun tarixi bütün incəlikləri ilə göstərilmişdir. Qeyd edək ki, “Futbol +” qəzetindəki bir neçə illik fəaliyyətini sona verən Hüseyn Cəbrayıloğlu hazırda “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinə rəhbərlik edir. O klubakı fəaliyyətində də yenə ali prinsipləri əsas götürür, ədalətli mövqeyi heç nəyə dəyişmir. Cəbrayıloğlu klub rəhbərliyi qarşısında azarkeş istəklərinə uyğun bir çox prinsipial məsələləri qaldırmaqla hətta işini itirmək riskini də göz özünə almaqdan çəkinmir. Məhz ədalətin müdafiəsində qətiyyəti və ciddi cəhdləri ucbatından bəzən  özünə problemlər yaratsa da o getdiyi yoldan heç vaxt dönmür, vəziyyətə uyğunlaşmır, əskinə mübarizəni daha da kəskinləşdirib vəziyyətin özünü dəyişməyə çalışır, sözünü ən yuxarı instasniyalarda deməkdən, sadə azarkeşlərin haqqını tələb etməkdən yorulmur.

Bəli, Hüseyn Cəbrayıloğlu həmişə mənəviyyatı qorudu, paklığı və təmizliyi tərs tərəfə heç vaxt dəyişmədi. Dəyişən isə illərdir, sadəcə illər. Ömür üstə gələn yeni illərdir ki, yaşı da artırır, yaşlandırır. 

Yuxarıda qeyd etdiyimiz kimi bu gün, noyabrın 27-də Hüseyn Cəbrayıloğlu 39-cu doğum gününü qeyd edir. 

 12cioyuncu.info saytının idarəçiləri və sayt istifadəçiləri adından doğum günündə Hüseyn Cəbrayıloğlunu təbrik edir, ona can sağlığı və uğurlu ömür yolu arzulayırıq.

2 3 4 5 6 7 8 11 14  17 18 19 20 21 22 24 25 26   29 30

22 Şərh

  1. HÜSEYN müəllim səni ad günün münasibəti ilə təbrik edir, həyatda qarsına qoyduğun məqsəblərə çatmaqı, can saqlıqı ailə saadəti, bol-bol qələbə sevincləri arzulayıram.

  2. ALLAH can sagligi versin.ALLAH butun arzularina catdirsin.

  3. elshan bagirov says:

    Huseyn biz sani cox istayirik. Allah sanin mardliyivi ve duzgunluyuvu elindan almasin.san bizim cox istadekli qardashimizsan.uzun omur ve can sagligi.

  4. eziz xalam oglu HUSEYN ad gununu tebrik edirem/ 100 yasa biz seninle fexr edirik ugurlar

  5. Salam eziz qardashim ve deyerli camiyemiz. Huseynle ilk ve son gorushumuz komandamizin Zaqreb Dinamosu ile oyunoncesi olmushdur. Men hemin vaxtlarda Lenkeran hava limaninda calishirdim. O vaxt aeroport hazir olmadigindan komandamiz Bakida oynamali oldu. Huseyn qardashimiz hava limaninin oyuna qeder acilib acilmayacagi ile maraqlanirdi. Bir saata qeder sohbet etdik. Heyatimda ilk defe esl jurnalistle uz uze oturub derdleshirdik. O cox isteyirdi ki hava limani oyuna qeder acilsin ve Xezer Zaqrebi Lenkeranda qarshilasin. Bir sozle, esl fanat. Sene Allahdan can sgliqi, aile xoshbextliyi arzulayiram, deyerl qardashimiz.
    ***
    Ya Seyid salam. İnanıram ki, Hüseyn bəy təbrikinizi oxuyaraq çox sevinəcək.

  6. Azərbaycanlı says:

    3 və 9 rəqəmlərinin kombinasiyası ilə ifadə olunan daha bir ad gününü qeyd etməyi arzulayıram Hüseyn Cəbrayıloğluna!!!

  7. Илгар says:

    Uzaqda olsaqda Hüseyn qardaşimiz,ad günüvüzü təbrik edirik,əvala can sağliği,işizdə müfəqiyətlər olub.bundan sonrada Çoxlu ədalətli müfəqiyətlər arzulayiriq..!

  8. Aydin lerikli says:

    Huseyn qardasimi mende tebrik edirem daim yukseklerden sesi gelsin

  9. Mən də bütün təbriklərə qosuluram.ANCAQ nədənsə BABƏK MÜƏLLİM OLAN VAXT DA Hərdəm azerkeslərlə görusən vaxtlar komandanın nöqsanlarını müzakirə edirdi.vəzifəyə keçəndən bəri oda o birilər kimi yola verir…..

  10. Hüseyn müəllim ,mövlud gününütəbrik edir ,sənə can sağlığı ,yenə can sağlığı və firavanlıq,işinizdə uğurlar arzulayıram.Duzlu qələminizin tamını az-az dadırıq,bu da başa düşüləndir Post yaradıcılıqla üst- üstə düşmür,amma qanından ,canından gələn qürur və dəyanət məhz səni Hüseyn Cəbrayıloğlu kimi bizə tanıdıb.Həmişə yerin görünsün!

  11. Mən də təbriklərə qoşuluram. ALLAH Sizə nə qədər ömür bəxş edibsə, daşıdığınız HÜSEYN adına layiq olub fəxrlə, ləyaqətlə bu adı daşıyasınız!

  12. Tebrikler sene ay Qardaw ! kulubda temiz iwiyle secilen tekce sen qalmisan, kurtlar vadisinde sene uqurlar

  13. Tebrik edirem Qardasim.Can saqliqi arzu edirem.

  14. elshan bagirov says:

    tabrik edirik

  15. Tənqidçi says:

    Uğurlar.!

  16. Salam Huseyin qardas.sizi adgunu munasibeti ile semimi qelbden tebrik edir,siz en once can sagligi uzun omur arzulayiram.heyatda daima xosbext olmagi,tutdugun vezifede sene ugurlar arzu edirem.seni Xezer Lenkeranin butun azarkesleri sevir.bir daha tebrik edirem.

  17. Hörmətli Hüseyn, bu gün yaşınızın üstünə yaş gəldi. Mübarək olsun! Noyabrın 27-si sizə dəyər verən, sizi əziz və doğma bilən insanların hamısının bayramıdır! Nə yaxşı ki, doğulmusuz, nə yaxşı ki, varsız! Həmişə ailənizin, əzizlərinizin, dostlarınızın yanında olun, Hüseyn! Ruhunuzun can atdığı arzulara əlləriniz catsın. Allahın sevimli bəndəsinin səadət içində yaşamağa haqqı var. Doğum gününüz mübarək!

  18. Təbriklər! Həyatında və işində uğurlar arzulayıram.

  19. TEBRIK EDIREM. ARZU EDIREM KI, KEDER SENDEN UZAG OLMAGLA, GELECEK GUNLERIN DAIMA XOSBEXTLIK GETIRSIN . DEYISEN GOY ILLER OLSUN SEN OLDUGUN KIMI MERD, PAK, MENEVIYYATLI GAL

  20. Tebrik edirem doktor!
    Can sagligi ve muveffeqiyyetler arzulayiram!
    Bu vaxt ne tez kecir, ele bil dunen 38 yashini tebrik etmishdik.

  21. Rovshan Asadov says:

    Tebrikler qardaw

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


7 + yeddi =