1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

sualAFFA İntizam Komitəsinin növbəti toplantısında “Xəzər Lənkəran”ın Premyer Liqada keçirdiyi ardıcıl iki oyununda baş verənlərlə bağlı qərarlar açıqlanıb.

Komitə öz iclasında istər “İnter”lə istərsə də “Neftçi” ilə oyunlarda baş verən bütün hadisələrə münasibət bildirib. Yalnız bir istisna hal olub. Belə ki, noyabrın 24-də keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununda qonaq komanda olan paytaxt təmsilçisinin fanatlarının stadionda olması faktı İntizam Komitəsinin qərarlarında öz əksini tapmayıb. Bu məqamın komitə üzvlərinin diqqətindən yayınması isə heç də inandırıcı gəlmir.

 Axı elə həmin bu İntizam Komitəsi ötən mövsümdə “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyunlarında qonaq komandanın azarkeşlərinin stadionda olmasını qadağan etmiş və cari mövsüm üçün də öz qrərarını qüvvədə saxlamışdı. Eləysə görəsən nə oldu ki, AFFA İntizam Komitəsi öz qərarına bu qədər hörmətsiz yanaşılmasına göz yumur?

Və nəhayət nədən azarkeşlərlə bağlı belə bir həssas məsələyə bu qədər etinassız yanaşır?

Tutaq ki, 11.02.2015 tarixində keçiriləcək “Neftçi”nin ev oyununda birdən-birə stadionun tribunalarında “Xəzər Lənkəran” azarkeşləri görünərsə bunun nəticəsi necə olacaq?

AFFA İntizam Komitəsi onda damı indiki kimi məsələnin üstündən susaraq keçəcək yoxsa ?..

6 Şərh

  1. Salam Alleykum
    Acinacaqli veziyyet ondadir ki, hemen “Neftci” azarkeshleri polisin muhafizesi ile stadionda komandalarina destek verirler. Kadrlarda bu aydin gorunur. Saytlarin yazdigina gore reqib stadionunda kecen son ev oyununda “Neftci” muhafizecileri ve polis neinki “Xezer Lenkeran” azarkeshlerinin hetta oyuna baxmaq isteyen neytral shexslerinde stadiona kecmesine mane olmushdu.
    Intizam komitesinin diger haqsiz qerari edebsizlik eden Kaxaber Cixadadzenin ona cavab veren Y. Huseynovla eyni derecede cezalandirmasidir.

  2. Hər zaman neftçiyə bu kimi yollarla dayaq olublar kubok oyununda a eynisi idi Staminkoviçin tərbiyəsiz hərəkətlərinə doy geyindirib kuboku neftçiyə verdilər.Bu barədə danışmaq da istəmədilər çünki o, bu tərbiyəsizliyinin nəticəsində nöyütçüyə kubok qazandırmısdı.

  3. Mən hələ Neftçinin Staminkoviçini demirəm.
    Az qala azərbaycanlı futbolçuları meydana döyə, söyə amma ona haqq qazandırırlar deyirlər oyun epizodudu amma, başqa komandaların adi oyun epizodlarını birbaça qırmızı vərəqə ilə dəyərləndirirlər Məsələn son X.L-Neftçi oyununda Xəzərin futbolçularına birbaşa qırmızı vərəqə verilməsi düzgün deyildi.Bu haqsız qərarlar idi.

  4. AFFA-nin nizam intizam komotəsinin özündə nizam intizam yaratmaqa eytiyac var.
    olar hüquqi terminin nə olduğunu bilmirlər, savadsızdılar .Onlar nə bilir əməl törətmiş kimdi, sövq edən kimdi və s.
    onlar cəzaları gücə, tapşırıqa və şəxsiyyətə görə təyin edirlər.Təbii ki, gəlmələr bizdə həmişə güclü olurlar,
    Məsələn Bakı FK-nin Sisokosu kimi,Neftçinin Bahadır və Flaviniosu kimi və sair

  5. AFFA İntizam Komitəsinin toplantısında qaldırdığınız məsələyə reaksiya verməsi üçün ən azı “XL”-nın rəhbərliyi tərəfindən təqdimat olmalıydı, həm də bu baş versəydi belə, yenə də Komitə üzvləri bu müraciəti qulaq ardına vurardılar, çünki mövcud durumda “Xəzər Lənkəran” komandası rəhbərliyi ilə birlikdə çempionatın gedişinə təsir edə biləcək real qüvvəyə malik olmayan ortabab bir komandadır. Ən acınacaqlısı isə odur ki, komandanın bu vəziyyəti rəhbərliyi tamamilə qane edir. Heç eşitmisiz ki, komandaya qarşı göstərilən çoxsaylı haqsızlıqlardan sonra bir dəfə də olsa klub rəhbərliyi öz etirazını (mən hələ tənqidi demirəm) bildirsin?

  6. Rovshan Asadov says:

    InwaAllah fevralda mohtewem “NOU KAMP”in yarisindan coxunu XEZER LENKERANLILAR dolduracaqlar. Onsuz da bizim ucun ev-sefer ferqi yoxdur, sayimiz hemiwe bu yaziqlardan cox olub. Qaldi ki nizam-intizam komitesinin qerarina, sizi olmayan vicdaninizla baw-bawa buraxiriq, siz ki novbeti defe haqsizliga goz yumdunuz, bu da size cavab olsun: “Haqsizliga boyun eymeyin, yoxsa haqqinizla beraber werefinizi de itirersiz” – Hz. Ali.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


bir + 2 =