10 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

esasPremyer Liqada yaranan fasilədə sərbəst buraxılan “Xəzər Lənkəran” bir araya gəlib.

12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komandamız 5-günlük istirahətini yekunlaşdıraraq öncədən planlaşdırıldığı kimi avqustun 28-də Lənkərandakı bazasında toplanaraq hazırlıqlara start verib. Stadionun ehtiyat meydançasında günün ikinci yarısında keçirilən məşq fiziki hərəkətlərin yerinə yetirilməsi ilə başlayaraq ardıyca toplu çalışmalarla ümumliikdə bir saatdan çox davam edib. Milli futbolçulardan savayı bütün heyət üzvləri məşdə iştirak ediblər. Qeyd edək ki, baxışdan keçmək üçün Lənkərana dəvət olunan Serb və Xorvat futbolçular artıq geri qaytarılıb.

Məlumatlardan və fotolardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

esas IMG-20150828-WA0003 IMG-20150828-WA0004 IMG-20150828-WA0005 IMG-20150828-WA0006 IMG-20150828-WA0007

7 Şərh

  1. Vaxt var idi Xezer cempiyonluga oynuyurdu, indi ise ilk 3-luye dusmek ucun. yeni ozleride yaxsi bilir ki, bu heyyetle ne Qarabagla nede Qebeleyle mubarizede qalib cixa bilmeyecekler, qalib cixmaqlari ucun gucdu legionerler lazimdi. Turk mesqcileri bir birinin dalinca getirib yola salmagdansa bir dene starkov kimisini getirerdiler…Adam 2-ci dovrede geldi 3-4 transfer ve arxa arxaya meglubiyyetsizlik oyunlar. yene bir suru oyuncu getdi ve xeyli oyuncular getirdi yenede avropada ugur. Ugurun esas sebebi bu mesqcinin istediyi oyuncularin alinmasidi…Eger mesqcini getirib istediyi oyunculari getirmirsense ondan ugur gozdemeyinde bir menasi yoxdu…Baxsaz Yunus istedi hec bir futbolcu alinmiyib legioner olaraq bu il. Ilk 3 lukde olmaq bu il usaq isidi ilk iki dovre gucdu qebele ve qarabag yorgun olacaq, qalanlarida gucu hal hazirda cox zeyifdi….Yeni qisacasi eger bir ugur elde etseniz bele olke daxilinde men bunu ugur gormeyecem….bacarirsizsa qrupa dusun….daha Azerbaycanda klub qalmiyib ki, qrupda olmasin, Xezer heleki 3-cu tur nece olur hele gormuyub….Bele getse uzun muddetde gormeyecek….Teklifim odur ki, budceni boyudun, yunisin istediyi oyunculari alin,ne qeder gec deyil….

  2. Arzuları gerçəkləşdirən Rednik
    Bəşər övladı daim nəyisə arzulayır.
    Biz ətrafımızla gizlincə də olsa xəyal qurmaqda yarışırıq. Şirin arzularımızın gerçəkləşmədiyi zaman gərək düşünməyək ki, bununla da həyat bitmiş sayılır, yox həyat öz işindədi. Ən azı bir arzunun sonu digərinin başlanğııcı da ola bilər. Bir halda ki, hər arzu adi bir istəklə başlayırsa, deməli arzularla da bitməlidir. Elə bu yerdə təbii sual yaranır: Arzuların gerçəkləşməsinə çalışmağına rəğmən heç bir nəticə hasil olmursa bəs onda etməli? Sualın dalıyca gedib cavabı axtaraq, kimin üçün maraqlıdırsa oxusun.

    Əvvəlcə biz anlamalıyıq ki, qurduğumuz xəyallar, sıralayaraq rəflərə düzdüyümüz arzuların həyata keçirilməsi çox zaman bizdən asılı olmayan səbəblərdən daşa dəyir. Belədə bəzən avtomatik olaraq istəklər toplusunu nizamlamaq, müəyyən qaydaları sistemləşdirmək həvəsi ilə xeyli dartınırıq və bir də ayılıb görüruk ki, xaotik bir sistemsizliyin içində bu vaxta kimi qara otaqda qara pişik axtarışında olmuşuq. Beləliklə də arzularımızla bərabər xəyallarımızı da soyuq məzara “tapşırıb” yenidən güc toplamağa, başqa sözlə “Перезагрузка”ya başlayırıq.

    Qəribədir, hansı tərəfdən baxmağa çalişsam da eyni labirint ətrafında var-gəl edib bir aydınlığa çıxa bilmirəm. Axı bu labirintin ayrı-ayrı həlqələrində müxtəlif maneələr yuva salıb ki, bu maneələr də zaman-zaman bəzi komandalar üçün gizlənib yox olduğu halda “Xəzər Lənkəran”nın əleyhinə həmişə böyüyür. Bu maneələri dağıdıb və işıqlığa çixmaq ilk baxışda asan görsənməsə də mumkunsuz də deyil yəqin. Necə ki , dahi Mirça Rednik bunu sübut etməyi bacarmışdi…

    Qisa bir muddət işsiz qalan Rednik sonra fasilələrlə muxtəlif klublarda işləməyə başladı. Hansı klubun şərəfini qorudusa yenə o çalışdığı kluba uğur gətirdi. Ölkəmizdə bəzilərinin ona vermək istədiyi “qaraçı” adından sınmadı və heç kimə də əyilmədi , çunki “Xəzər Lənkəran” azarkeşlərinin sevgisi onunla idi… PFL tərəfindən müxtəlif eybəcərliklərlə üzləşən dahi Rednik bizim futbolumuzda hər cür sifətləri görmüşdu , tək “Xəzər Lənkəran” azarkeşlərinin sevgisi kimi azarkeş sevgisini heç yerdə görə bilmədi. Bizdən ayrılanda bu sevgi onun gözlərini yaşartmışdisa da amma qəlbində futbolumuzda olan dağ boyda haqsızlıq onu məyus etmişdi.

    Bu sevgi və istək tək Rednikə unvanlanmamışdi. Axı o da bizdən biri idi. Əsl “XƏZƏR LƏNKƏRAN”-lı idi. Bu “Xəzər Lənkəran” sevgisi idi. İndi biz yenə də Rednikin fəaliyyətini izləməklə davam edirik. Xəyallar qururuq, arzular dünyasında gəzişib dolaşır, sonra da yenidən rəflərə düşürük. Axı bundan savayı əlimizdən nə gəlir ki?..

    Hazırda vətəni Ruıniyada çalışan və bu ölkənin ən köklü klublarından olan “Dinamo” Burxarestin başında olan sevimli məşqçimiz artıq 9 oyundur ki, məğlubiyyətin nə olduğunu bilmir. Evdə keçirdiyi dörd oyunda qələbə qazanan Rednik, səfərdə 5-qarşılaşmanın hamısında heç-heçə edib. Maraqlı məqamlardan biri də odur ki, səfər oyunlarında qarşılaşan rəqibləri mövcud olan turnir cədvəlinin ilk altiliğında məskunlaşan klublardır. Mirçanın komandası 9-oyunluq məğlubiyyətsizlik seriyasını davam edərək Rumıniya çempionatında turnir cədvəlinə başçılıq edir. Bu turlar ərzində komandası qapısında cəmi 4-top görüb. Komandanı qısa müddətdə yığıb cempionata hazırlayan məşqçi əsasən müdafiəni mökəmləndirib və hücumda olan nöqsanları oyundan-oyuna tədricən aradan qaldırmağa çalışır. Uzun müddətdir ki, küsüb arenalardan uzaq düşən “Dinamo” azarkeşlərinin rəğbətin qazanan, onları yenidən tribunalara qaytaran Mirça Rednik adı Rumıniya mtbuatının gündəmindən düşmür. Elə Buxarest klubunun fanatları tərəfindən də tərif yağışına “tuş” gəlib. Axı bizlər də Redniklə belə günlərin şahidləri olmuşuq…

    Bəs indi?

    İndi bizi o sual düşündürür ki, o vaxtlar AFFA və PFL rəhbərlərinə yaltaqlıq edən və onların sifarişi ilə çalışan həmçinin futbol menecerləri ilə şəriklik edən jurnalistlərin, eləcə də elini obasını kimə gəldi və nəyə gəldi dəyişməyə, satmağa hazır olan “Xan Lənkəran” fan klubunun üzvlərinin yer aldığı antiRednikçilər koalisiyası bizə güc gəldisə biz nə edək, futbol qurumlarının qarşısında zəiflik bəlkə də hətta acizik nümayiş etdirərək Redniki qoruya bilməyən, onu yola salıb utanmaz utanmaz hələ dalısıyca şəbədə qurmaqdan belə çəkinməyən klub rəhbərliyinin obrazında oynanılan Balaş rolunu kadr arxasında seyr edək, yoxsa ..?

    P.S: “Qarabağ” klubu yerli məşqçiyə şans verərək, “Qəbələ” isə legioner məşqi üçün lazımi şəraiti yaradaraq Avropa da səs salmaqda ikən bizimkilər hələ də pul “Разборка”larındadırlar və uğursuzluqları kənarda, bəzən isə hətta azarkeşlər arasında da axtarırlar!?

    P.P.S: Ancaq ümidsiz də qalmağa dəyməz. Əgər bir qapı bağlanırsa, digəri mütləq açılır, yerinə yeni bir arzu gəlir. Arzularınız bol olsun.

    Zəfər Lerikli

  3. Azərbaycanlı says:

    Hazırda ilkin razılıq əldə edilmiş və məşqlərə qoşulan futbolçularla sentyabrın 1-dən müqavilələr imzalanacaı halda hesab edirəm ki, XL bu heyəti ilə bu hala düşmüz çempionatımızda qış fasiləsinə qədər liderlər qrupunda qalmaq tapşırığını həll etmək gücündə olar. Bu baxımdan yaxşı vaxtlarını İran çempionatında keçirmiş serbin və Xorvatiyanın birinci liqasında oynamış digər balkanlının qaytarılması ilə nə isə itirmiş olmuruq. Yunis müəllim dirçəlməkdə komanda ruhundan ilin sonunadək muqayat olmalıdır, məncə nəticə özünü çox gözlətməz.

  4. Admin Qardas Salam.Xahis edirik bizi melumatlandirasiz baxisa gelen oyuncular geri qaytarilib ne sebebden?ve komandaya teze futbolcular celb olunacaqdir?xahis edirik bildiklarinizi bizlarnan paylasasinz.Qabaqcadan tesekkur edirik.
    ***
    Salam. Bu mövzularda hazırda heç bir konkret məlumatımız yoxdur. Amma öyrənməyə çalışacağıq.

  5. “Dinamo” Buxarestə nə olub belə….
    ***
    Mövzunu davam edin yazı hazırlayın. Məncə çox oxunaqlı olar, sizdəki yaxşı alınır.

  6. Rəhbərlər istirahətilərini pozub serb və xorvatı geri göndərdilər.Balkanların qulluğu və ismarıcı nəymiş görəsən belə tələm-tələsik gəlib-getdilər!Bax peşəkarlıq budur… bir də peşəkarlıq demişkən… qonşuları təbrik edin Avropaya çıxışları üçün. Biz həsəd aparırıq ,Siz heç olmasa paxıllıq etməyin necə deyərlər: Əl boyda kağızı yazmağa nə güc!

  7. Nə oldu, Qədir demişkən- “Qaytarın qoyunları”…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 1 = üç