1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

43489780_kaor — копия(Sadə, acı həqiqət və qeyri ciddilik – II HİSSƏ)

“”Qeyri ciddilik” nədə görünür” sualına cavab olaraq;

Son illərin bir çox hadisəsində bu qeyri ciddiliyin şahidi olmuşuq. Əksərimiz belə hallara ad verərkən qeyri peşəkarlığı önə çəkir, amma məncə bu “Palmali”nin “Xəzər Lənkəran”a münasibətində, “Xəzər Lənkəran” klubunun isə öz idarəçiliyinə, öz əmlakına, öz gələcəyinə və həmçinin öz azarkeşlərinə münasibətindəki qeyri ciddilikdir. Arzuolunmaz vəziyyət əsasən “ikinci beşillik”də (2010-dan sonra) daha çox gözə dəyib. Amma elə məntiqə sığmayan hərəkətlər də olub ki, bunlar klubun yaranışından bəri təkrarlanaraq davam edir. İddiamı əsaslandırmaq üçün bir neçə xatırlatma:

 “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi stadionun meydançasının başına gətirilən müsibəti dünya tarixində görünməyən “torpaq-ot soyqırımı” adlandırmaq olar. Meydançanın drenaj sisteminin korlanmasından tutmuş ot örtüyünün həmişəki və indiki vəziyyətinə qədər haqqında lətifələr dillərdə əzbər olub (“Fırtınalar meydanı”nın yaralı-xoralı ot örtüyünün dünya xəritəsinə bənzədilməsi). Neçə-neçə illərdir ki, hey toxum səpib, gübrələyib yeni ot becərmək istəyirlər, lakin heç nə alınmır. Halbuki çoxdan bəri anlamalı idilər ki, o meydançanın torpağı artıq çoxdan yararsızlaşıb, bu sadə həqiqəti anlamayanların özləri kimi. Hörmətli oxucu, bir stadionun meydançasında ot örtüyü elə əvvəldən bərbad gündədirsə və bu illər ərzində düz əməlli bir tədbir görülməyibsə, problem çözülməyibsə bunun adı nədir sizcə?

İndi o harada biz harada…

Növbəti misalım komanda ilə bağlıdı: Əksər azarkeşlərin iradəsinə zidd olaraq baş məşqçi Mirça Rednikin zorla istefaya göndərilməsi kimin yadından çıxıb? Məgər belə bir şey nə vaxtsa hansısa ölkədə hansısa klubda qeydə alınmışdımı? Komanda turnir cədvəlində tək lider kimi ən yaxın izləyicisindən 7-xal öndə ola-ola, rəhbərlik baş məşqçini gözünçıxdına salmış, sonda da zorla istefaya göndərmişdi. Baxmayaraq ki, azarkeşlərin 90-faizi baş məşqçini sevib arxasında dururdu. Siz azarkeşlik təcrübənizdə belə bir şey görmüsünüzmü? (Dünya təcrübəsinə görə yalnız iki səbəblə; 1.komandanın uğursuzluq seriyası davam etdikdə və məşqçinin dönüşə nail olmağına inam qalmadıqda, 2. azarkeşlərin “istefa” tələbləri çoxaldıqda klub rəhbərliyi məşqçi ilə yollarını ayırır). Ciddi klub rəhbərliyi niyə belə etsin ki? Yeri gəlmişkən Mirça Rednik hazırda öz ölkəsində paytaxt Buxarestin “Dinamo” klubunu çalışdırır. Özü də uğurları ardarda gətirərək arxada qalan mövsümlərdə özünəinamı itirmiş “Dinamo”nu dirçəldərək çempionluğa oynayır. 20.12.2015-tarixinə olan məlumata görə onun komandası Rumıniya çempionatında ikinci pillədə qərarlaşıb.

“İsrafçı əmlakçı olmur” (Benjamin Franklin).

Digər misal. Dörd il əvvəl klubun köhnə bazası sökülür yerində indiki “Palmalife” istirahət mərkəzi tikilirdi. Bazadan götürülən inventarlar, texnika, xüsusən də komputerlər “Belorus” traktorunun “kuzov”unda kələ-kötür vəziyyətdə stadionun həyətinə daşınıb və tribunların altındakı boş otaqların içinə necə gəldi atılırdı. Bunu klubun məsul şəxsləri heç nə olmayıbmış kimi seyri edirdilər. Dəyəri yüzminlərlə ölçülən əmlaka belə məsuliyyətsiz yanaşma yalnız düşməncəsinə münasibətdən yarana bilərdi (yox, yox, düşməncəsinə yox, “qeyri ciddi münasibət” ifadəsi daha dəqiqdir). Qəribəsi və ən çox təəssüf doğuran isə o idi ki, bunu klubun rəhbərləri hamılıqla bilirdilər. O yük daşınmanın hər bir detalı yadımdadı, həmin günlərdə və xeyli sonralar da tanıdığım azarkeşləri hər ev oyunundan öncə stadionun həyətində olan (körpüyə tərəf) kafeyə dəvət edib tribunların altındakı otaqlarda (sanki sahələrdən kələm və çuğundur toplanaraq anbarlara tökülmüşdür) komputerləri və digər texnikanın səliqəsiz şəkildə üst-üstə atıldığını və necə sınıq-salxaq vəziyyətə salındığını göstərərdim. Pəncərədən içəridə görünən mənzərə biz azarkeşlərə çox pis təsir edirdi. İndi bunların yalan olduğunu kim deyə bilər? Axı hadisənin şahidləri sağ-salamatdır, bir deyil, iki deyil, onlarla, yüzlərlə insan bunu görüb və bilir. Nə qədər desən belə misalları yeniləyərək xatırlada bilərəm. Məgər bu misallar klubun öz gələcəyinə, öz əmlakına və öz azarkeşinə qeyri ciddi münasibəti sayılmırmı?

“Ağ-yaşıl”  “İç xəbər”in izi ilə…

  İndi isə hamının diqqətindən yayınan bir məqama toxunaq. Heç eşitmisiniz ki, “Neftçi” klubunda, yaxud “Qarabağ”, “İnter” və ya istənilən digər klubda klubdaxili toplantı olsun, verilən vacib qərarlar icazəsiz olaraq mətbuata içərindən sızdırılsın? Eşidə bilməzsiz, çünki bu olmayıb. “Xəzər Lənkəran” klubu isə yaranandan bəri ayrı cürdü. Klubun ofisində (üzr istəyirəm) buraxılan yelin iyi dərhal nəinki mətbuatda hətta o biri klublarda da hiss olunurdu. Çünki bütün digər klublardan fərqli olaraq 10-il ərzində “Xəzər Lənkəran”ın əməkdaşlarından çoxu informasiya sızdırmaqla məşğul olub. İddiamın həqiqət olduğunu dəqiqləşdirmək heç də çətin deyil. 2004-cü ildən bəri klubun daxilində baş verənləri hansı yolla eşitdiyinizi yada salın, bu düzgün qərar verməyiniz üçün bəs edər (İndi yazacağım bu iki cümlənin altından lazım gəlsə min dəfə də imza ataram: “”Xəzər Lənkəran” klubu ilə arası olmayan jurnaistlər və sonradan düşmən kimi tanıtdırılan, klubdan qovulmuş keçmiş əməkdaşlar klubda baş verənlərdən ilk xəbər tutanlar idilər. Məhz onlar da informasiyaların “Xəzər Lənkəran”ın imicinə zərbə vuracaq formada yayılmasına səbəb olurdular”!)… 

Heç olub ki, komandamızın məşqçiləri və ya futbolçuları qarşılaşacaqları rəqib komandanın hansı futbolçusunun zədəli olduğunu mətbuatdan qabaq bilsinlər? Heç vaxt olmayıb! İnanmırsınızsa məşqçilərdən maraqlanın, indiki və keçmiş futbolçularımızdan öyrənin. Ancaq “Xəzər Lənkəran” komandasının hansı futbolçusunun hansı ayağı ağradığından ayağı işləkliyini itirib, zərbə vura bilməyəcəyi, qapıçının hansı böyrü zədəli olduğundan oyun zamanı hansı tərəfə tullanmağa əziyyət çəkə biləcəyi, komandanın hansı taktikada meydana çıxacağı, hansı əvəzetmədən sonra hansı taktikaya keçiləcəyi və s.-ləri istənilən rəqib komanda hər oyundan öncə bilirdi. İnanmırsızsa bunu da o biri klublarda çıxış etmiş futbolçulardan və çalışmış məşqçilərdən soruşun. Düzdür “Xəzər Lənkəran”ın indiki heyətində gizli qalası heç nə yoxdur, ancaq 3-il, 4-il, 5-il və daha əvvəl axı başqa vəziyyət idi. Klubda sirr qalmırdı, hər şey hamıya bəyan idi. Klubun sütununda özünə yer edən  qeyri ciddlik bütün mənalarda fəsadlara gec tez yol açırdı.

Kapitan gəmini sonda tərk etməlidir !

Sizə son olayı xatırladım. Bu yaxınlarda ANS kanalına müsahibəsində “Azərbaycanda “Palsüd”dən savayı bir işimiz yoxdu” deyən Mübariz Mənsimovu həmin dəqiqəyə qədər özünə kumir sayanlar üçün həmin an, hər şey dəyişdi. Çoxları inana bilmir və qəbul edə bilmirdilər ki, “Xəzər Lənkəran”ın yaradıcısı, baş sponsoru, fəxri prezidenti və nəhayət sahibi “Xəzər Lənkəran”dan belə sadə bir iki cümlə ilə imtina etmiş oldu. “Xəzər Lənkəran” yaratmaqla bu böyüklükdə camiyəni quran və hamımızı “Ağ-yaşıl” rənglərin ətrafında birləşdirən birisi, klubdan, camiyyədən əl götürürdü, özü də heç nə olmayıbmış kimi…  Mübariz Mənsimov adını belə çəkmədi “Xəzər Lənkəran”ın. Bu hərəkət bir kapitanın öz gəmisini heyətdən öncə tərk etməsi idi !

2015-ci ilin yekununda “Xəzər Lənkəran” komandasını kapitan Rahid Əmiruliyev də tərk etdi. Qəribədir ki, əvvəlcə klubun kapitanı sonra da komandanın

Klubun rəsmi LOQO-suna diqqətlə baxın və özünüzə sual verin:

Niyə və nədən belə oldu? “Gəmiçilər” dediyimiz “Xəzər Lənkəran” hələ batmamış və hələ heyət sağa-sola dağılmamış kapitan da aradan çıxar?

______________

Bütün sadaladıqlarımı bir kənara çəkib “İndi klubun kasıb vaxtıdı” kimi fikirlərlə özümüzü aldatmayaq. Güya pulu olanda ağıllı sözə qulaq asırdı? Axı həmişə “Özəl şirkətimizdi, öz klubumuzdu, ölkədən yox xaricdən gətirdiyimiz öz pulumuzu xərcləyirik özümüz də bilərik, əcəb edirik” deyib dost məsləhətini də qulaq ardına vurur, düzgün yol göstərən ağsaqqal müraciətlərinə – azarkeş məktublarına məhəl qoymurdu.

ARDI VAR.

QEYD:  ……..  müəllim yazdıqlarıma görə ünvanıma söyüş söyməsə daha bundan o yana DƏRİNə gedən deyiləm (“Söyüşdən necə xəbər tutacağam?” sualının isə heç yeri yoxdur).

P.S: Öz aramızdı dəniz qırağında böyümüşəm, uşaqlıqdan elə DƏRİNlərə qədər “üzüb” sağ salamat da qayıda bilirəm, məncə bunu mütləq nəzərə almaq lazımdı.

Daz Matros

43489780_kaor — копия

7 Şərh

  1. Salam admin, sehetiniz necedi, umudvaram her sey yaxsidi….Size vaxtiken bir sual vermisdim, tecrubenize esaslanaraq bu tunelin sonunda isig gorursuz, sizde demisdiz isig gorurem amma tunel cox uzundu))))Yeqin xatirladiniz, sizce bu suali indi verseydim yenede eyni cavabi alardimmi????
    ***
    Salam. Səhhətim yaxşı olmasa da sualınıza ikinci dəfə cavab verməyə çalışacağam. Beləliklə tunellə bağlı sualınıza cavab olaraq qeyd edim ki, işıq görünməyinə görünür, amma Rus demişkən “маргает”. Bu xüsusi tezliklə yanıb-sönməyini “morze əlifbası” ilə yozsaq “SOS” siqnalı olması dəqiqdir.

    • Cox sagolun cavabiniza gore, insaAllah en qisa zamanda saglamliginiza qovusasiz. Onda cavabinizdan sonra cox umudlenmisdim, indise sadece guldum…
      Men ele basa dusurem ki, butun bu olanlardan, Mubariz qerara gelib ki, denize lodkayla acilsin, bu isin axiri melumdu….((( teusufki
      ***
      Bilirsiniz, Mübariz Mənsimovun klubdan uzaqlaşmasının səbəbləri məni narahat edirdi. Amma baş vurub araşdırmırdım. Nəhayət dünəndən başlamışam. Elə səhhətimin də çox korlanması bununla oldu. Təəssüf ki, araşdırmalarımın hətta ilkin nəticələrini də açqıalaya bilməyəcəyəm. Çünki xəstə olmağıma rəğmən hələ də yaşamaq istəyirəm və iki gün ərzində öyrəndiklərimi, bildiklərimi saytla və ya sosial şəbəkələrdən yayaraq əcəlimə tezləşmə baxımından müdaxilə olunmasına şərait yaratmaq fikrində deyiləm. Mübariz Mənsimovun kənara çəkilməsi məsələsinin ətrafında baş verənlər heç də üzdə göründüyü qədər sadə deyilmiş. Bu qədər.

      • Sebebi ne olur olsun gerek klubun bu qeder bir defelik pulsuz qoymazdi….hec olmasa budceni sumqayitin Azalin Gencenin budcesi kimi de ede bilerdi; amma o faktiki olaraq klubu usaq musaq oynatmaq onlarindan maasini vermemeyi secdi, ve bunu hec bir uzurlu hal veya heec bir problem orte bilmez…..

  2. Zəfər Lerikli says:

    Salam əziz camiyyə!.Bu yazini bu gun səhər işdə oxumuşdum.Başdan-axira kimi hər şeyi yerli-yerində və yuksək profesionalliqla qələmə alinmiş bir yazidir.Həqiqətlərin önundə yalniz susmaq olmur.Elə bir söz tapa bilmirsən ki nəsə əlavə edəsən.Lakin yenə ruhdan duşməyib və gələcəyə hesablanmiş işlər görməliyik.
    Bu yazidan da bir nəticəyə gəlmək olur.Deməli biz azarkeşlərin fikirləri tamamilə haqli olub.Bəs bundan sonra nə etmək lazimdir?.Baxin…-bunun uzərində işləmək lazimdir.Yəqin bunun cavabini da Daz Matros qardaşimiz yaxşi bilir.Səbirsizliklə növbəti yazini gözləyirəm.Bununla belə həqiqətləri azarkeşlərə deyən Daz Matrosa azarkeşlərdən gələn şərhlərin azliğina təəssuf edirəm.Yadindan çixirtmayaq ki, hər çətinliklə bir yerdə mubarizə apardiğimiz bir vaxtda birləşməklə ,gələcəyin xoş gunlərinin ləzzətini yaşatmağin bunövrəsini indi qoymaqla , yaxin zamanda “XL”-nin dadinin daha şirin olduğunu görəcəyik.

    • SALAM ZEFER BEY SIZ BILIRSINIZ KI AZERKEWLER NE QEDER EZIYET CEKIRLER? ARTIQ OLUNU APARIRLAR BASDIRMAYA SIZDE DEYIRSIZ KI OLU XORTANIB DIRILECEK. EGER XEZER LENKARAN XORTANSA ONDA LAP GULNC VEZIYETE DUWECEYIK BU SEFERDE AZERKEWLER TRANSFER OLACAQ……..

      • Azarkeşlərimizin əsas hissəsi bir neçə il bundan qabaq azad agent kimi klubdan və kamandadan ayriliblar.Onlarin yenidın geri transfer olunmaği heç də real görunmur.Yenidən bir kamanda qurulmasi uçun isə çalişmaq lazimdir.

  3. Rahidə belə getdi. İşdi Bir muddət sonra onun da ,,saqqalı” uzansa bilizki o birdə Xəzərə gəlməz.Ancaq yenədə ümidliyəm ki Tez bir zamanda Xəzər Yenə bizi sevindirər.Rahiddə qayıdar.Rahid Musahivəsində deyirki PulsuzluqA görə Komandanı atıb .işdi səhər pul olsa qayıdarmı Xəzərə? Bax onda bilinər Hər şey

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ doqquz = 18