1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

kimdir günahkar“Xəzər Lənkəran”ın düşdüyü durum göz önündədi. Təsvir eləməyə ehtiyac yoxdu.

 

 

 

Əsas sual isə budu: “kimdir günahkar”? Mən sizə cavabını deyim. Cəmi bir nəfərdi, adı da Mübariz. Soyadı Mənsimov. Klubun sahibi, yiyəsi, hər şeyi…

Başqa kim olmalıdı ki? Tuyqun Nadirov, Mais Mənsimov və ya digər rəsmilər? Niyə? Onları ora təyin edən, onlara uzun müddət dəstək verən, işlərinə “xub” deyib, razı qalan, etiraz etməyən adam Mübaiz Mənsimovdursa, günahı niyə başqa yerdə axtarırıq ki? Yenə yuxarıdakı yaxşıdı, ətrafı pisdi… Hə?

Cənub regionu tarixinin ən böyük klubunun əsasını qoyan, onun ən elit səviyyəyə qaldıran Mübariz Mənsimov indi komandanın yanında deyil. Ən böyük qələbələr, uğurlar, populyarlıq zamanı “Xəzər Lənkəran”la yanaşı duran prezidentin sonuncu dəfə klub haqqında danışdığı yadımda deyil. 2013-cü ildə məlum tribuna hadisələri baş verəndən bəri Mənsimov ortada yoxdu. Gücü yalnız qardaşına “Öz başınızın çarəsinə baxın” deməyə, ildə bir dəfə mesaj göndərməyə çatır. 

Səbəblərini bilmirəm. Bəlkə də elə məsələlər var ki, bizə hali deyil. Bəlkə də onu sıxırlar, təzyiq edirlər… Ola bilər. Ancaq vaxtilə göyə qaldırdığı klubu belə gizli, belə hörmətsiz, belə kor-koranə şəkildə yerə vurmasına izah tapmaq mümkün deyil. Varsa, izahı, çıxsın hamıya açıqlasın. 

Təyin etdiyi adamlar onu aldadır? Göndərsin də istefaya, nəyi gözləyir? Şirkətində minlərlə təcrübəli, güvəndiyi türkiyəli tanışları, işçiləri var. Çağırsın, təyin etsin, bütün səlahiyyətləri versin. Təki klub yaşasın! Atası tərk etmiş uşaq gününə qoymasın, “Xəzər Lənkəran”ı. Olmaz, cənab Mənsimov. Belə olmaz. 

İllər boyu tribunaları dolduran, kluba öz dini qədər inanan insanlara qarşı bu haqsızlığı etmək olmaz. Onlar bu münasibətə layiq deyillər. Günahları yalnız klubu sevməkləri, onun qələbə və uğurlarını görməkləri, ən pis günlərində belə yanında olmaqlarıdı. 
Bütün Azərbaycan “Xəzər Lənkəran”ı sizə, sizi də “Xəzər Lənkəran”a görə tanıyıb. Bu camiənin, bu ağ-yaşıl camiənin haqqını vermək sizin mənəvi borcunuzdu. Klub haqda adicə müsahibə vermək, onun arxasında olduğunu deməyinizi beləmi haqq etməyiblər bu insanlar?
“Gəmi”nin “sükan”ı arxasına yenidən keçməyin vaxtıdı, bəy! Hələ gec deyil…  

 Kənan Məstəliyev

MƏNBƏ: Rekord.az

6 Şərh

  1. Fərhad says:

    Gör komanda nə günə qalıb ki, “Neftçi”-nin tərəfdarları da öz həmrəyliyini və dəstəyini bildirirlər (respect)…

  2. Adətən ovçuya ovu yox,dağı göstərirlər ..indi isə balaca uşağın da bildiyi ancaq demədiyi ov “fokus məsafəsi”ndədir bu məğlubiyyət yetim deyil ,dədəli-nənəlidir…Kaş bu komanda heç olmayaydı,başı qaxınc,dili gödək olduq köhnə peşə sahiblərinin ilk addımında axıtdığı tər ,çəkdiyi xəcalət yanımızda toya getməli…….mis cingildəmədi sınıb parça-para oldu…

  3. Azərbaycanlı says:

    Kimdir günahkar?…çox riskli bir işdir bu suala cavab verməyin məsuliyyəti altına girmək. O fikirdən uzağam ki, “Palmali Group of Companies” boyda bir nəhəngi yaratmağı və zəmanənin burulğanında yelkəni üzdə saxlamağı bacarmış, dünya biznes aləmində özünü kifayət qədər təsdiq edə bilmiş Mübariz Mənsimov “şəffaflıq”dan bütün eybəcərlikləri rentgen monitorunda olan sayaq görünən bir liqaya atdığı klubun öhdəsindən gəlməkdə aciz qalmışdır. Yazının müəllifi günahkar barədə suala cavab axtarışında Kluba diqqətin onun süqutuna çıxaracaq dərəcədə azalmasının səbəbinə yaxınlaşmışdır. Bəli, səbəb…nədir o səbəb ki, ona görə klubun sahibi malının əmtəə keyfiyyətinin sıfıra düşməsi prosesinə müdaxilə etmir. Bu səbələr barədə ehtimallar qurmaq olar, amma əminəm ki, onları Mübariz Mənsmovdan eşitməyəcəyik. Burada tam uyğun olmasa da, rusun “хозяин барин” formulu ilə razılaşmağa məhkumuq. Ümidsiz deyiləm, onu da hiss edirəm ki, işimiz Əlahəzrət Zamana qalıb, ona işi düşənin də dərya qədər tabı gərək. Allah hamımıza səbir versin.

  4. sohbet bele olmamaliydi gerey olmayaydida ancag ne eledi ozu etdi

  5. Odur, odur günahkar, o !

  6. …. yadima düşdu….kimdir gunahkar?-Mən, sən yoxsa o!?.Bəlkə hamini bezdirən AFFA və PFL!?.Eləysə onda Siz deyin.!Kimdir gunahkar???

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


1 + = dörd