7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

mesq -oyunGəncləşdirmə siyasəti adı altında gedən prosseslərə dair məlumatlar “Xəzər Lənkəran” klubunu mətbuatın gündəmində saxlayır.

Arasında xəbər xatirinə yayılan xəbərlər də olunca “Ağ-yaşıl” klubda baş verənlərə münasibətlər müxtəlif yanaşma formaları ilə diqqət çəkir. Əlbəttə hər hansı bir hadisə ətrafında gedən müzakirələrdə fikir müxtəlifliyi hesabına ayrı ayrı yanaşmalar mövcüd ola bilər. Amma həmin müxtəliflik sonda gəlinən nəticələrdə ziddiyyət təşkil edirsə deməli əlavə araşdırmalara ehtiyac vardır.

Bəlkə də ilk baxışdan nəzəri cəlb etməyən bu məqam çılğın azarkeşlərimizin həmin olaylara münasibətində daha çox hiss olunur. Hazırda “Xəzər Lənkəran”da yaşananların haqqında ilk olaraq apardığı araşdırmalara əsasən konkret mövqe ortaya qoyan “12-ci oyunçu” və “Bosman” əlbəttə ki, problemi göstərdikləri kimi vəziyyətdən çıxış variantarını da düşünmüşlər. Geniş müzakirələrdə bu variantlar bir bir nəzərdən keçirilmişdi. Bir daha qısa olaraq “Xəzər Lənkəran”ın problemləri haqqında və bu vəziyyətdən çıxış yollarına aid ilk variant.

Əvvəlcə probleminn özündən danışaq. Klub rəsmilərinin mətbuata açıqlamarında maddi çətinliklərin olmaması iddia edildi ki, bunu təbii qarşılamayıb deyilənləri hərfi mənada başa düşüb problemli məsələnin əsl mahiyyətindən yayınanlara iki sadə saul veririk:

  1. “Sizcə klub rəsmisi nə deməli idi?”
  2. “Məgər klub rəsmisi deməli idi ki, pulumuz yoxdur?”

Diqqətsizlik ucbatından çaşqınlıqda qalanlar suallara cavab tapınca isə bir misal da çəkməklə bu mövzunu yekunlaşdırırıq. Beləliklə əgər klubun maddi çətinlikləri olmasaydı o zaman heyəti tam  dəyişmək və gəncləşdirmək üçün heç də futbolçulara aşağı maaşla qalmaları təklif olunmazdı, özü də yaşı keçmiş futbolçulara?! Məgər 25-30-yaşlı futbolçularla gəncləşdirmə siyasəti olur? Bu da sübut: BURADAN İZLƏ

Göründüyü kimi məlumatın mənbəyi məlumdur, əgər klub tərəfi bu məlumata qarşı təkzib verməyibsə deməli bu informasiya həqiqəti əks etdirir. Və deməli bizim iddia da düzdür. Yəni problem maddiyyatın çatışmamazlığındadır. Ümumiyyətlə dünya futbolu təcrübəsinə əsasən bildirmək olar ki, komandanın heyətini yenidən qurmaq və ya komandanı gəncləşdirmək üçün təxminən 15-üsul var ki, onların heç birində də “az maaşa qal” təklifli söhbəti yoxdur.

İndi isə keçək hazırki vəziyyətdən çıxış yollarına.

Əgər “Xəzər Lənkəran” klubunda maddi çətinliklər üzündən büdcə azaldılacaqsa gəncləşdirmə siyasəti davam etdiriləcəksə o zaman bu siyasət komandanın hər addımında öz əksini tapmalıdır. Məsələn: Nəzərə alsaq ki, qış fasiləsi başlayıb, deməli bu siyasət dövrələr arası təşkil olunacaq təlim-məşq toplantısının keçirilmə məkanına da aid olmalıdır. Məlum olduğu kimi “Xəzər Lənkəran” qarşıdakı ilin yanvar ayının 6-dan etibarən 20-günlük müddətə Türkiyədə, Antalyanın Belek bölgəsində yerləşən “Crystal Tat Beach“də məskunlaşaraq təlim-məşq toplantısı keçməyi və hətta  5 yoxlama oyunu keçirməyi planlaşdırır. Sual oluna bilər ki, bu həngamə nəyə və kimə lazımdır? Axı ölkə xaricində ona görə toplantı keçirilir ki, yeni futbolçuları baxışa dəvət etsinlər, danışıqlar aparıb lazımi transferləri həyata keçirsinlər, heyətə müəyyən sayda güclü və təcrübəli futbolçu gətirsinlər, digər ölkələrin daha səviyyəli klubları ilə yoxlama oyunu keçirib komandanın qüvvəsini sınasınlar və s. Eləysə sizin orada nə işiniz var? Məgər əvəzedici heyətin gücünü bilmək üçün Antaliyaya getmək belə lazımdır? Yoxsa “Spartak” Moskva və ya “Şaxtyor” Doneçklə görüşmək sizə vacibdir? Əvəzedici heyətimiz bütün bunlara hazırdırmı, lap olsun Elbrus Məmmədov özü bu toplantının məhz belə bahalı məkanda, Avropanın tanınmış klublarının toplantı keçirdiyi yerdə əsasən gənclərdən ibarət komanda ilə toplantı keçməyə baş məşqçi kimi hazırdırmı?

Axı niyə bütün işlər düşünülmədən, bir nəfəsə görülməlidir? Olmazmı ki, mərhələlərlə iş getsin? Gəncləşdirmə siyasətinin birdən birə ortaya atılmasını maddi çətinliklərlə əlaqələndirərək anlamaq olur, amma böyük təmtəraqla Türkiyyəyə yollanıb belə bir toplantının təşkilinin mənasını heç cür  başa düşmmək mümkün deyil.

Elə həmin heyətin heç yerə getmədən doğma Lənkəranda toplantı keçməsi çox ağıılı iş olardı. Yoxlama oyunlarını da daha Moskva “Spartak”ı və ya Doneçk “Şaxtyoru” ilə deyil, “Sumqayıt”la, AZAL-la və digər Premyer Liqa klubları ilə keçiriləydi. Axı qış fasiləsindən sonra “Xəzər Lənkəran” çempionatda da kubokda həmin “Sumqayıt”la, AZAL-la və digər Premyer Liqa klubları ilə üz-üzə gələcək. Yoxlama oyunlarında azarkeşlərimiz stadionun tribunalarını doldurardılar, həm azarkeşlər komandaya həm də komanda azarkeşlərə alışardı. Bunun nəyi pisdir ki? Türkiyə toplantısına xərclənəcək külli miqdarda pul isə klubun aşağı yaş qruplarında “çəsplənən ayaqqabı”ları, yamaqlı geyimləri yenilənməyə, qışın oğlan çağında yağış qarın altında məşqə tələsən uşaqların avto-daşınmasının təşkilinə və s.çox vacib işlərə xərclənərdi. Bu olardı yeniyetmə və gənc futbolçuların qayğılarının nəzərə alınması ilə və problemlərinin həll olunması ilə davamlı əsl  gəncləşdirmə siyasəti və alqışa layiq addım sayılardı.

Biz, “12-ci oyunçu” və “Bosman” olaraq belə bir təklifi “Xəzər Lənkəran” klubunun rəhbərliyinə ünvanlayırıq. Yox əgər bu tövsüyəmizi rədd edərək komandanı Türkiyəyə göndərib orada təlim-məşq toplantısı keçirəcəksə və beləcə külli miqdarda pul xərcləyəcəklərsə o zaman yaxşı olardı ki, xərclər bir az da artırılıb üç səviyyəli legioner futbolçu transfer edilsin; Qol duyumu yüksək olan bir hücumçu, keçilməz qaya kimi bacarıqlı və istedadlı müdafiəçi və nəhayət səviyyəli qapıçı. Bununla da gəncləşmiş “Xəzər Lənkəran” ən azı mövsümlərarası yay fasiləsinə qədər həm çempionatda və həm də kubok yarışında uğurlu çıxışla yoluna davam edə bilər. Belə bir heyətlə bəlkə Avropliqaya da vəsiqə  qazanmaq şansından yararlanmaq olar.

29 Şərh

  1. VALLAH-BILLAH ELE YAXSISI BUDU. ORDAN BURDAN GELIB HAVAYI YERE CIBLERIN DOLDURURLAR ORTADA BIRSE YOXDU. ONDANSA QOY OZUMUZKULER OYNASIN, BU IL ONSUZDA BATIB XEZERCIN. aZERBAYCANDAKI GUCDU YERLI FUTBOLCULER GOYDEN DUSMUYUBKI, OYNUYA OYNUYA GUJDENIBLER. EVAZEDICIDE BU USAGLAR GOSTERDILER KI, GELECEYLERI VAR. ONSUZDA SON 6-7 ILDE BOS UMUDLERDE BASQA BIR SEY OLMUYUB. O QEDER AFRIKADA AVEOPADA GELENLERE DOZMUSUK BIRAZDA OZUMUZKULERE DOZEK GOREY NE OLUR.

  2. Axsaminiz xeyir admin bey,necesiz,sehetiz necedi?admin bey FUTBOL11.AZ sayitinda oxudum Xezerde 3 yerli futbolcu saxlayir Agabala,Tural,Rahidi.nece basa dusek bes Elnur Ceferov nece onun adini neucun yazmayiblar?Fikrime aydinliq getirin xahis edirem.evvelceden tesekkurumu bildirirem.
    ***
    Salam. Səhhətim əlbəttə ki, yaxşı deyil. Əslində “Xəzər Lənkəran”a bütün vücudu ilə bağlı birisinin hazırda vəziyyəti yaxşı ola bilməz də. Qaldı sualınıza qeyd edim ki, indiki bütün xəbərlər olmasa əksəri xəbər xatirinə olan xəbərdir. Konkret həmin məsələ ilə bağlı isə qeyd eidm ki, orada klubunun aşağı qruplarından, əvəzedicilərdən olmayan lakin əsas heyətdə oynamış Azərbaycanlı futbolçular nəzərdə tutulur.

  3. SEYİD dardaşım, yazdığım fikirlərə dəyər verdiyinizə görə Sizə minnətdaram.

  4. Kecmiw azarkew says:

    Butun bunlar yuxaridan edilir. Maliye -zad bow sohbetdir. Guclu XL baw agrisidir.

  5. Komandani Xezer adlandirsinlar. Lenkeran sozunu gotursunler. Bele cixir ki, nefci , qarabag, inter, ve saire komandalar bunlari udacaylar ve axirda diyeceyler Xezer Lenkerani qazdaduy. Qoy adi olsun Xezer. Udandada desinler Xezeri qazdaduy.

  6. Salam genclesme siyaseti altinda komanda daxilinde temizlenme prosesi gedir ki, buda rehberliyin novbeti sehf addimidir.Baxin rehberlik bir ilde Denizliye ve Okuze 7 milyon pul verib, amma 7 gepiklik xeyri olmayib. Eger 7 milyonu onlara yox, teze yaxsi ligioner oyuncular alsaydi ve bizim mesgcilere komanda etibar edilseydi inaniram ki, komandamiz en azi uclukde gerarlasardi. Meger Boyukaga yaxsi mesgcidir? Sadece yaxsi oyuncular alinir ve oyuncular komandani gabaga aparir.Men kecen serhlerimde geyd etmisdim ki, genclesme gedirse birinci yuxari dairelere aid olunmagla sonra komandamizda tetbig olunmalidir.Serisdesiz rehberlik hele biz azerkesleri cox intizarda goyacag.

    YEDDI MILYON HEC NEDEN,
    SABAS VERDIZ TURKLERE.
    INDI CATMIR PULLARIZ,
    BIRE DUSUB KURKLERE

  7. umud edek qardawlar umud en sonda olur

  8. Salam. Uzun-uzadi yazmayacaqam. Mence bu il “Olke futbolunun inkisafi” haqqinda verilen dovlet qerarinin son ilidir. Ele ona gore de sponsorlar bir-bir komandalarina qoyduqu vesaiti azaldir. Kim perspektiv olmayan yerde oz pullarini havaya sovurar?…

  9. Zəfər Lerikli says:

    SEYİD!.-Allah sizdən razi olsun.

  10. Salam!Əlavə şərhə ehtiyac duymuram.Bəyənilsin.

  11. Salam qardashim, Allaha and olsun ki minlerle Xezerli qardashlarimizin ureyinden kecenleri yazmisiniz. Allah sizleri bize cox gormesin. Qardash, ozlerini tanimadigim amma sherhlerini seve seve oxudugum Qabil beyle Zefer qardasimiz kimi anlata bilmesem de bacardigim qederi yazmaq istedim. İslam muellim ve Mirhafiz bey, mene ele gelir ki bizim komandani Rednik gedenden sonra bir shouya donderibler. Her sezon gundemde qalmaq ucun bir hoqqa cixardirlar. Bizler onlarin hec vecine de deyilik. Gecenin bir aleminde oturub sherh yaziriq, ureyimizi agridib qurtaririq, butun bunlara deyermi deye ozumuze sual veririk… Bir daha yazmayacagam, sayta baxmayacaqam deyirik alinmir. Goresen bu ishlerin axiri nece olacaq qardashlar?..
    ***
    Salam olsun ya Seyid. Ümid edək ki, sonu yaxşı olar.

  12. Goresen Tuygunun Yunisin Hoccetinde maaslari azaldildi???? Umumiyetle bu yazinlarin hec bir menasi yoxdu,Onsuzda Mensimovlar hecne eden deyil, Meni yandiran budur ki Yevlaxdan 2 nefer gelib Lenkerana ozude yaxsi pulda qazanir buna regmen Lenkeran azerkesini qoyun yerine qoyublar genclesdirme siyaseti. hansi genclerden sohbet gedir heckimde bilmir.Lap desek 11 genc futbolcu var bunlar kimden oyun oynamafi oyrener hansi futbolcudan?? Mene deyin gorum hansi futbolcu uduza uduza yaxsi futbolcu olsun. hele Elburus MELLIMDE deyir Yunis mene komek eder. Ele bil ronaldo messi ibrahimovic ve basqa nehengler Lenkerana gelib Elburus MELLIM ozunu itirib bilmir bunlari hansi movqede oynatsin Yuniside komeke getirib, Besdirin kisi kimi cixin meydana deyinki komanda beledi nece isteyirik bele edirik. bizde gedek Lenkeranda basqa komanda acag. Yoxsa guyaki cox agillisiz biz hecne bilmirik yalandan bir tapmaca atmisiz ortaya yani azerkesler bunla mesgul olub basi qarissin onlarda islerini gorsunler. Besdirin daha bu tapmaca kecmez. Lenkeranda 4 yasli usagdanda sorussaz size futboldan ders kecer sizin o genclesdirme siyasetindenda

  13. mence bu duzgun atilmiw addimdir, onsuz cempionluqdan eli uzulmuw bir klubdan bunu gozlemeke olardi. aldiqlari pulun qarwiliqin vere bilmirdiler

  14. Azərbaycanlı says:

    Bu gün klub rəsmilərinin mətbuatda çıxışlarında aşkar etdiyimiz ziddiyyətli məqamlar eyni zamanda onu göstərir ki, ortada olan vəziyyət və göz-qulaqda olanlara gəncləşdirmə sousu altında təklif olunan çıxış variantı hadisələrin axınının gözlənilmədən dəyişdiyi şəraitdə idarəçilər manevrlər paketindən istifadə edirlər. Bu da normal qəbul edilməlidir. Təkrar da olsa bildirim ki, yüksək liqada mübarizəni davam etdirən komandanın gəncləşdirilməsi “U-” formatına keçmə kimi təsəvvür olunmamalıdır. Burada gənclərin, o cümlədən klub yetirmələrinini xüsusi çəkisinin artırılmasından söhbət gedə bilər. Güclü komandalar üçün “sparrinq-portnyor”a çevirmək olmaz komandanı, bu tələblərində maksimumçu XL Azarkeşi tərəfindən faciə kimi qəbul olunacaq, inanın. Məsrəflərin azaldılması komandanın son illər qeyri-stabillikdə dayanıqlı imicinə tam adekvat addımdır. Hesab edirəm ki, bununla Sponsor klub idarəçilərinin də “qazını” almış olur, onlara açıq şəkildə bildirir ki, yüksək büdcəni müvafiq nailiyyətləri ilə ala bilərlər, vədlər limiti artıqlaması ilə istifadə edilib. “12-ci oyunçu” və “Bosman” tandeminin hər iki təklifi vəsaitlərin istifadəsində düzgün rasionallığa çağırır bizim “prorabları”. Maşalah olsun bizim balacalara, əsas heyətdən fərqli olaraq mövsümün arxada qalan hissəsində yaxşı göstəriciləri var yaş qruplarında, onlara ayda-ildə bir “Elias”lıq diqqət artıq olmazdı.

  15. Komanda ətrafında bu günə qədər baş verənlərə əsaslanıb qısaca demək olar ki heç bir gəncləşdirmədən söhbət gedə bilməz.Sadəcə xərclənən böyük pullar qarşılığında əldə edilən kiçik nəticələri az sərmayə qoymaqla da əldə etmək olar deyibən atılmış addım kimi hələlik qəbul etmək olar.Ona görə hələlik ki hadisələrin inkişafı qeyri müəyyəndir.

  16. Salam admin bey eziz hormetli sayt istifadecileri axi biz bu tenqidleri meslehetleri kime neye deyirik bu qeder vaxti bu qeder deyilenler qayaya deryaya deyilseydi qaya erimisdi derya qurumusdu axi biz birdefelik niye derk etmirik ki bu klub bu kisilerin sexsi mulkiyyetidi eger men bilsem ki menim dediylerimin yazdiqlarimin zerre qeder olsa tesiri olarsa ALLAHA and olsun butun isimi gucumu buraxib yazaram ne xeyri mendende savadli zekali aqsaqqallar yazdi name unvanladi ne menasi bunlar cetine dusen kimi azerkes kartindan istifade edirler amma lazim olanda azarkesi tapdayib kecirler VALLAH xezerin rehberliyi kufe ehlindende ehtibarsiz vefasizdi uymayin bunlarin sirin vedlerine eger affa rehberlerine futbolun inkisafi ne qeder lazimdirsa xezerin sahiblerinede cenubda o qeder futbol lazimdi hamsi bos seydi bu cenablari maraqlandiran cibleridi bu dastan artiq coxdan bitib bunlar menim sexsi fikirlerimdi en yaxsisini bilen uca ALLAHDI saqolun ALLAH amaninda.

  17. Admin bəy, Sizi və Mirhafiz müəllimi Salamlayıram! Çox tutarlı arqumentlərdir. Əsasən də maddi cəhətdən çətinlik çəkən bir komandanın Antalyadakı yüksək məbləğə başa gələn təlim-məşq toplantısı. Bu bahalı toplantıdan imtina etməklə qənaət edilən maddi vəsaitin klubun aşağı yaş qruplarının ehtiyaclarına xərclənməsi. Təlim-məşq toplantısının Lənkəranda keçirilməsi və keçirilmənin xeyirinin məntiqi baxımdan əlaqələndirilməsi. Bu arqumentlər həyata keçərsə klub bundan yalnız bəhrələnəcək. Bugün elə biz də öz aramızda bahalı Antalya səfərini müzakirə etmişik və ümumi fikirlərimiz Sizinlə üst-üstə düşür.
    ***
    Salam Qabil bəy. Biz də elə sizin və sizin kimi digər çoxlu sayda fəal azarkeşlərin fikir və istəklərinizi nəzərə alaraq bu təklifi irəli sürmüşük.

  18. SALAM ADMIN SEXSEN MENIM SEXSI FIKRIMDIR KI, MADDI IMKANLARIN OLMAMASI BU NOVBETI DEFE AZERKESLERIMIZE HORMETSIZLIK OLARAG ONLARI ALDATMAGDIR.MEN BUNLARA INANMIRAM. GALDI SIZIN YAZDIGLARINIZA TAMAMILE DOGRU TEKLIFDIR KI, MADDI IMKANDAN CETINLIYI OLAN XARICE GEDIB, MESG ETMEZ HELE LENKARANDA MESGLERINI KECIRDEREK, ,CEMPIONATA HAZIRLASMAGLA, BURDA YOLDASLIG GORUSLERI KECIRDERLER. ONSUZDA BIZIM YAZDIGLARIMIZ ONLARI MARAGLANDIRMIR. DUZ YAZIRSIZ KI, ONLARIN DEMEK FIKRI VAR KI, SEVIYYELI LIGYONER OYUNCULAR ALSINLAR.VALLAH BUTUN BUNLAR HAMMISI SENARI ESASINDA GURLAN TAMASALARDIR.PULLAR GABAGCADAN DAGIDILIB INDI BILMIRLER NE ETSINLER. SADECE BURDAKI REHBERLIK ISIN OHDESINDEN GELE BILMIRLER. CUNKI PROFESIONALAR ISIN BASINDA OLMAYANDA BAX BELE TAMASALARIN SAHIDI OLURUG

  19. Mene ele gelir “gencleshdirme siyeseti”nin ichinde bir neche siyaset gizlenir hansini ki, rehberlik achiq shekilde dememelidir:
    1)Millinin (hemchinin legioner) bahali oyunchularinin muqavilelerinin vaxti tamam olmayinca onlari klubdan uzaqlashdirmaqla kullu miqdarda kompensasiya odenmeliydi, rehberlikde hami kimi gorurdu ki, bu oyuncular XL-nin pulunun shiresine gelibler, oynamaq qeti istemirler
    2) Azerkeshlerin istedikleri Rednik cerrahiye emeliyyati kechirmelidir ve bu sebebden her iki terefe vaxt qazanmaq lazimdir
    3) Onsuzda bu il chempianatdan hech bir klub I diviziona gonderilmeyecek ve ele dushen fursetden istifade edib gencleri oynatmaq ve neye qadir olduqlarini uze chixartmaq, yayda ise yeni transferlere pul xerclemek.
    Mene ele gelirki, bu gun rehberlik bunu achiq soyleye bilmez, bashqa cur XL-ni sevmeyen oyunchulardan bashqa cur qurtulmaq ebes yere kompensasiyalari chole sepelemek olardi. Maddi durum ve gencleshdirme siyasetini ortaya atmaqla komandadan uzaqlashdirilmali oyunchular rehberliyi basha dusher ve hech bir iddia teleb etmeden komandadan uzaqlasharlar

  20. Zəfər Lerikli says:

    Muəllim salam.Əslində burda qaranliq məqam yoxdur.Klub kamandada gəncləşdirmə siyasəti yeritməklə yeni ab-hava yaratmaq istəyir.Qiş fasiləsində yeni transferlər olacaq.Hətta məşqçi dəyişilikliyidə reallaşar.Yeni qurulan kamandada 5 futbolçu maksimum əsas kamandaya keçər.Kamandada bu islahatlar olmaliydi və oldu.Bu islahatlarin kökundə “3-cu barmaq” məsələsinə birdəfəlik son qoyulmaq idi və bu reallaşmaq uzrədir.Nə qədər maddi sixinti olsada bu klubun xərcləri uçun böyuk məbləğ sayila bilməz.Bunu Mais muəllim istədi və öz urəyindən keçən kamandani formalaşdirir.Bu fikrimi xususilə qeyd edirəm.

  21. heddinden artiq gozel yazidi,kim yazibsa ellerine sagliq….Ele bil ureyimden tikan cixdi….

    • Zəfər Lerikli says:

      Səbuhi bəy.Klubda gəncləşdirmə siyasəti gedəndə sayt rəhbəri bu söhbəti iki mövqe ilə azarkeşlərin muzakirəsinə vermişdi.Məndə hansi gəncləşdirmədən söhbət gedə bilər?-fikirlərimlə mövqeyimi ortaya qoymuşam.Və əlbəttə ikinci mövqeni-yəni guclu transferlər sayəsində daha çox iddialarimizi bildirməyi qeyd etmişdim.
      Lakin maddi sixinti məsələsi ortaya çixandan sonra klubun siyasətində ikili yanaşma tərzi meydana çixdi ki ,buda bir-birilə ziddiyət təşkil edən fərqli fikirlərin meydana çixmasina şərait yaratdi.Məlum olur ki, klub gəncləşdirmə siyasəti altinda daha dərin islahatlar aparmaq istəyir.Gözləyək.Görək bu nə ilə nəticələnər.

      • Burda bezileri Rednikin yayda gelmesi ucun atilan bir addim kimi umudlenirler,ancaq hec de ele deyil.Eger Skarlateki gedirse, demeli ne Rednikden sohbet gede bilmez, yayda trener Yunusdu….Goreceksiz ele de olacaq, Sadece Elburus ve bezi gencler qurbandi….Neftciyle oyundan sonra her sey netlesecek,men sexsen novbeti 5-0 gozduyurem real seraitde,amma Neftci oyunu pulla alinacaq…bizimkiler Neftciye boyuk hesabla uduzmadan bu sezonu yola verecekler….Qisacasi dovlet programi qurtarir 2015-den sonra klub sponsorlari dovlete vergi vermek mecburiyyetinde qalacaqlar indiki qanunla ele gorunur,Siz bilirsiz bir erzinde Palsud ve palmali ve ya Soccar ve Azersun holdiq bu dovlet programina gore ne qeder vergiden yayinirlar, Mubariz bey onu demir ancaq kluba 20 milyon verdiyini her zaman cempiyonluga oynayacagini serefle ehtiramla deyir,o adama hormetim var amma semimiyyetine zerre qeder de inanmiram…….Cox klub surunmek ucun gununu gun edecek novbeti illerlerde,Ve novbeti 5 ilde Xezerden cempiyonluq gozdemiyin….men meselen gozdemirem…Cunki bir klub hisse senedi yoxdusa ve ya bir sponsordan asilidisa,ve klub prezdent seckilerle deyil,qardasi oldugu ucun ordadisa ne profesionalliq danisaq…Ticaretcinin klubu XL kimi olar…basqa curesi mumkun deyil…..
        ***
        Sizin şərhi oxuyan kimi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nı götürb oyan bu yana çevirirəm ki, görüm hələ orada sizin qeydlərinizdən bir xəbər olsun baxıram heç yaxın da gəlmir. Hansı sənədə əsasən qeyd emisiz ki, vergidən azad olurlar, mən bilmək istərdim. Bu barədə hamı deyir, amma kimdən soruşuramsa mənbəyini bilmir. Axı hansı sənədə, hansı qanuna, hansı dövlət proqramına əsasən klublar vergidən azaddırlar görəsən.

        • Men ele esitmisem, ozude coxdan, klublar yaradildi bu saheye baki, qebele,inter, xezer klublari yaradildi,onlar gelir vergisinden azad ooldular, bele xeber esitmisdim,televizorda, duzunu desem indi men tapa bilmirem,amma gerek arasdirim….Ola biler men sehf edirem,amma arasdirilmaya deyinen bir movzudu….menede maraglidi….
          ***
          Mütləq araşdırmaq lazımdır. Yoxsa bir az qaranlıq qalır adama bu məsələ.

          • Beyaqdan axtariram tapa bilmirem,amma onu bir bilirem hardasa esitmisem….camaaati sehf bir sey yazaraq sehf yonlendirdiyime gorede emelli basdi qani qarayam….

          • Birdene bu xeberde rast geldim: http://azertag.az/xeber/FUTBOL_AZARKESLARINA_HADIYYA-321467
            ***
            Çox sağ olun. Bu rəsmi internet səhifədir.

          • Bu bir soz olaraq 2004 qalib,heyata kecmiyib,bezi insanlar elecede men bunun heyata kecdiyini dusunurdum,bu xeberde daha aydin gorunur: http://azerisport.com/az/futbol/20100518035115237.html
            ***
            Burada isə yazılır ki, vergidən azad olunmaq yalnız şifahi deyilib və belə də qalıb. Yəni qanuniləşməyib. Belə də bilirdim. yeri gəlmişkən bu saytda da elə belə boşuna fikir getməz.

          • Ne qeder olmasada bu sifayi de olaraq seslensede,bir cox sponsorlar sir buna gore atildilar futbola,sonra bir sey gormuyunce cekildiler, 2010-dan sonra hami bu qanunun reallasmasini gorerek ya cekildiler,yada evvelki kimi daha kluba sponsor etmediler….amma bir terefden de haqlidilar…

        • Zəfər Lerikli says:

          Səbuhi bəy! İndiki anda Rednikin gəlib ya gəlməməsi heç mənimçun maraqli deyil.Skarla gedirsə onada yaxşi yol.Oynayib və pulunu alib.Havayi tər tökməyib ki..Nə çoxdur rumin və Rednikin dövrundə oynayan oyunçular.Birdəki klub Skarla ilə Rednik gələnə kimi muqavilə bağlamayib ki ?Bəlkə heç Rednik gətirilmədi.Bu belə.Qaldi ittihamina:
          Siz kamandamizi oyun alqi-satqisinda gunahlandirirsiz və indiyə kimi belə bir olay görmusunuzmu?.Subutunuz varmi?
          Qaldi vergi məsələsinə.Adi baqqal dukani işlədən dövlətə vergi verir və onun bunu ödəməməyə ixtiyari yoxdur.(imtiyazlar istisna olaraq).Amma böyuk bir klub vergi ödəmir?-anlaya bilmirəm.
          Hər hansi sahədə fəaliyyətin varsa vergi ödəməlisən .Dövlətdə sənə muəyyən görduyun işlərdə imtiyazlar verməlidir.Onda heç bir klub hansisa oyunçuya nə qədər vəsait verdiyini və ya hər hansi stadion tikintisinə xərclədiyi məbləği gizlətməz.Yəni şəffafliq olmalidir.Bu hələ yoxdur deyə ola bilsin ki , hansisa klub komersiya əməliyyatlari aparir.Lakin “XL” dövlətdən maliyyələşmədiyinə görə öz budcəsini gizlətməyə heç marağida olmaz.Mən belə bilirəm.
          ***
          Artıq məlumdur ki, futbol klubları heç bir vergidən azad deyillər. Belə bir təklif olub 2004-cü ildə lakin bununla bağlı heç bir qaun qəbul olunmayıb.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 1 = beş