11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

XL232Premyer Liqanın XXXIII turu çərçivəsində may ayının 2-də “Fırtınalar meydanın”da  “Rəvan” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bu gün Bakını tərk edərək doğma şəhərə qayıdır. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komandamız bu gün saat 11:30-da paytaxtın “Modern” otelinin qarşısından Lənkərana yola düşəcək. Doğma şəhərə çatdıqdan sonra saat 18:30-da stadionun ehtiyat meydançasında komandanın yüngül məşq keçəcəyi  planlaşdırılır. Qeyd edək ki, hazırda baş məşqçi Mustafa Dənizli ölkəmizdə olmadığından hazırlıq prossesi köməkçi məşçiləri rəhbərliyində baş tutacaq.

7 Şərh

  1. Beli son deqiqe,denizli gedir rednik gelir,tebrikler

  2. Salam admin man sizinla raziyam burda kimisa soymaya ehtiyac yoxdur burda yalniz komandanin dusduyu vaziyat muzakira olunur axi kimi isa soymakla komanda duzalacak yigisdirin bu soyuslari axi admin gonahkar deyil ki komanda bu vaziyata dusub galin onuda basa dusak

  3. Bashliqa baxin Komanda eva qayidir,deyin ki,bir avtobus meyit gelir Lenkarana bu bir azda duzgun seslenar.

  4. Fegan242 says:

    Uduzacaqlar,xeyri nedir! Revana xal lazimdir sonuncu yerden qurtulsun,bizlere ise oyunu satmaq.

  5. Azərbaycanlı says:

    Bir neçə gündür ki, informasiya saytlarında XL-in on illik yubileyinə həsr olunmuş mahnı kimi təqdim olunan bəstənin təklif olunduğunu görsəm də, sanki hansısa qüvvə məni bu “əsərə” müraciət etməkdən çəkindirirdi. Görünür son bir ildə bütün arxada qalan illərdə olmayan qədər gərginlik yaşamalıyıq ki, rəvan yola çıxaq. Nəhayət, komandanın Rəvanla ev oyununu keçirmək üçün paytaxtdan yola çıxacağı bu səhər mahnıya qulaq asdım. Musiqiçi deyiləm, heç bir təhlil və müqayisə etmək fikrində də deyiləm. Amma bir azarkeş kimi, təklif olunan bu məhsulun potensial istehlakçısı kimi münasibətimi bildirməliyəm ya yox? Gizlətmirəm, səhər-səhər ovqatımı pis kökə salan bu muahnıya birinci reaksiyam – “bbu nədi, ala”, oldu. Ay qardaş, Allah xatirinə, buraxmayın belə şeyləri meydana. Məzmun bir yana qalsın, axı bu nə marşdır, nə layladır, nə … ardını gətirən gətirsin.
    ***
    Ardını deyəndə ki, cəmiyyətimizdə əksəri zövqlərini elə itiriblər, “belə” itiriblər ki, daha ardını nə yazaq (bəzilərində isə heç ümumiyyətlə olmayıb da). Bu güləməcəni bəyənənlərin həyat prinsipi, hadisələrə yanaşma tərzi demək olar ki, belədir: “Nə olur olsun ancaq bizimkilərindirsə deməli yaxşıdır”.
    Bu yanlış – “qalibləri mühakimə etmirlər”, “dünya beş gündür, ikisi vıxadnoya düşür” kimi boş və mənasız deyimləri özünə həyat prinsinin ana xətti edən, ağız büzərək “kor ərəbin mahnısı”na qulaq asanda ifaçının hər iki gözünə məətəl məətəl baxan, Müslim Maqomayevin ifasında səslənən “Sənsiz” mahnısının müəlliflərinin biri birindən bir neçə əsr fərqli zamanlarda yaşadıqlarını ağlına sığışdıra bilməyənlər qeyd etdiyiniz həmin o “lya-lya-lya” mahnını “superdir”, “əladır”, nə bilim OBANA deyiban tərif edəcəklər də. Və mənim kimi bu mövzuda onlar sayağı bütün “ləhləlülü” düşüncə sahibləri ilə razılaşmayanlar da səslərini çıxara bilməyəcəklər, səsini çıxaranda təzyiqi qalxacaq, olunan təzyiq hesabına. Vaxtı ilə dünyanın caz mərkəzlərindən olmuş Bakı, dünya musiqisinə böyük kəşvləri ilə seçilən bəstəkarlar, müğənnilər verən Azərbaycanın indi üzü qaradır. Neftlə tanınır indi bu ölkə. Yazıqlıq yağır üzündən. Ayaqları şişib məntiqin daha yeriyə bilmir məmləkətdə zövq. Məhz neft şirkəti məhşur kinorejisorun ziyalılığına şübhə edən bəyanatla çıxış edir indi burada. İndi həmin o mahnıların meydanıdır. Vaxt var idi ki, Bakının mərkəzində zövlü insanlar, incəsənət xadimləri, alimlər məskunlaşırdılar. Onlar şəhərin gözəlliyini müəyyənləşdirirdilər. Onların seçiimi ilə küçələrə qeyri rəsmi adlar verilirdi ki, sonradan el arasında da bu qəbul olunurdu. Məhz hansı parklarda kimlərin toplanmasına da onlar qərar verirdilər. İndi isə zövqsüzlər mərkəzdə meydan sulayır, alimlər qıraq məhəllələrdə mağazin açırlar, incəsənət xadimləri isə toylarda yad edilir.

  6. Bilmirəm, dilimizi anlamaqda, yoxsa futbol qaydalarını qavramaqda çətinlik çəkirəm… Klub rəhbərliyindən tutmuş komandanın baş məşqçisi, daha sonra oyunçular bir ağızdan deyirlər ki, oyunlara köklənmək üçün motivasiya yoxdur. Əvvala, motivasiya deyəndə yəqin ki, iddia nəzərdə tutulur. Yaxşı, tutaq ki, indi doğrudan da motivasiya yoxdur, ona görə də oyunçular meydançada can qoymağa ehtiyac duymurlar. Bəs mövsüm ərzində motivasiyanın bolluğu vaxtında azarkeş üçün maraqlı oyun göstərməyə kim mane olurdu. Bəlkə rəhbərlik kontrakt bağlayanda oyunçular qarşısında xüsusi şərt qoyub ki, ancaq motivasiyalı oyunlarda nəticə göstərsinlər? Düzü, komandanın son oyunlarına baxdıqda müqavilələrdə bu şərtin olmasına heç bir şübhə qalmır, əgər belədirsə, onda, müqavilələrdə belə bir şərt də yazılmalıydı ki, motivasiyasız oyunlarda rəqib komandaya qarşı klubun rəhbərliyi, məşqçilər, həkimlər, daha nə bilim aşbaz, zavsklad və digər inzibatçılar oynaya bilərlər. Belə olduğu halda komandadan nəticə görə bilməsək də, heç olmasa ürəkdən gülərdik…

  7. Axsaminiz xejir. Danizli 2 gun Turkijada olacaqsa demak olar Ravanla ojuna komandani Oguz Catin hazirlajacaq. indi komandada motivasija joxdur. Catin ilk novbada Ravanla ojuna komandani psixoloji cahatdan hazirlamalidi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz + 5 =