11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xlPremyer Liqanın XXXI turunda “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ” klubunu qəbul etdi.

Aprelin 23-də saat 16:30-da start götürən qarşılaşmanı idarə edən hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov. Oyun CBC Sport kanalı ilə canlı yayımlanırdı.
“Xəzər Lənkəran”ın start heyəti belə idi:
1. Orxan Sadıqlı
4. Ruslan Cəfərov
6. Asif Mirili
8. Vüqar Bəybalayev
10. Tural Qürbətov
15. Nodar Məmmədov
17. Vaquf Güləliyev
18. Tural Cəlilov (k)
32. Zaman Mirzəzadə
41. Hüseyn Xəlilzadə
99. Mahsun Qəmbərli

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
7. Orxan Səfiyaroğlu
9. Bayram Budaqov
12. İlyas Səfərzadə
35. Elfad Baləhmədov
45. Heydər Babayev
47. Mirabbas Qədirli

Baş məşqçi: Elbrus Məmmədov
Yaz fəsilində büs-bütün yaşıllıqlara bürünən Lənkəranın yaşıllığa həsrət qalmış yeganə məkanı olan “Xəzər Lənkəran” stadionunda baş tutan oyunu izləməyə az sayda azarkeş toplanmışdı. Əksər futbolsevərlərimizin maraq dairəsinə düşməyən bu qarşılaşmanın əvvəllərində qonaqlar hesabı açdılar. Sonrakı dəqiqələrdə qapımız ağzında yaranan təhlükəli epizodlarda hesabın daha böyük olmaması isə qapıçı Orxan Sadıqlının qurtarışları sayəsində idi. Elə “Xəzər Lənəran” da az çox qol imkanları əldə edirdi. Amma futbolçularımız belə anlarda topu ya qapıçılar üçün asan olan zəif zərbə ilə qapı istiqamətində göndərirdilər ya da ümumiyyətlə çərçivəni düzgün nişan ala bilmirdilər. Fasilədən sonra da böyük mənada heç nə dəyişmədi. Futbolçularımız da qeyri dəqiqliklərinə yenə də davam etdilər. Deyəsən komanda üzvləri özləri də öz uğursuz çıxışlarından bezib əsəbləşirdilər ki, oyunun sonunda biri biriləri ilə mübahisə də etdilər. Belə ki, müdafiəçi Nodar Məmmədovla qapıçı Orxan Sadıqlı aşkar şəkildə və hamının diqqətini çəkən formada mübahisə etməyə başladılar. Yalnız o biri futbolçular və baş hakimin zamanında edilən müdaxiləsi ilə ara sakitləşdi. Görünür uğursuzluqlar və maliyyə sıxıntısı üzündən “Xəzər Lənkəran” komandasının daxilində artıq əməlli başlı hərc-mərclik yaranmağa başlayıb. Vaxtı ilə minlərlə azarkeşin sevgi simvoluna çevrilən hətta ən uğursuz anlarında belə ürəklərin çempionu sayılan “Xəzər Lənkəran”ın hazırda nizam-intizamdan uzaq və rəzil vəziyyətə düşməsi çox üzücüdür.

Qeyd edək ki, “Qəbələ” ilə oyunda final fitinə qədər hesab dəyişməyincə “Ağ-yaşıl”lar növbəti dəfə məğlub oldular.

“Xəzər Lənkəran”“Qəbələ” 0:1

7 Şərh

  1. AYDA AY YERLILERIMMMMMMM NIYE OZUNUZU YORURSUZZZZZZ ? XEZERIN SPONSORU UJE KOMANDANI BAWINDAN EDIB,CUNKI KOMANDA ……. NORKAMANLARIN ELINDEDIR….!

  2. Rəvan bu gün gələbə qazanaraq xəzərə öz yerini göstərdi.əslində mən rəvanın xəzəri keçməyinə 100% əmin idim.xəzər isə bu yeri haqq edirdi. Xəzər Lənkəran bu günki tərkibdə oynayan oyunçularını heç vaxt yaddan çıxartmayacaq. Çünki bütün antirekordları onlardan gördük. Nəhayətki indi 1 -ci divizion səviyyəli komandamızı yaxın gələcəkdə növbəti çempionatada öz yerində görərik.bəlkədə belə yaxşıdır,ən azınnan heç olmasa hərdən qol görərik. Premyer liqa bizlik deyil.

  3. Azərbaycanlı says:

    Bu gün klubun düşdüyü vəziyyət göz qabağındadır. Eyni zamanda komandanın da yuvarlandığı quyunun dərinliklərinə getməklə mütənasib olaraq azarkeş gözündən düşməsi qarşısıalınmaz bir dinamikaya malikdir. Məlum məsələdir ki, ucuz ətin şorbası qurman zövqünü oxşayan təam ola bilməz, hazırlıq səviyyəsi gördüyümüz səviyyədə olan futbolçulardan təşkil olunmuş tağım isə XL azarkeşinə nə ada, nə dada görə uyğun deyil. Bu səbəbdən deyilmi, bəzilərimiz “dadı qaçmış” qismətimizi çeynəyib tüpürür? Heç nəyə baxmadan Fırtınalar Meydanında baş tutan son görüşləri stadiondan izləməyə çalışıram, futbol mövzusunda parodiyaya bənzər çabalamalarda azarkeş qabağına çıxarılmışların heç birini qınamalı deyil-nə məşqçi, nə də oyunçu heyətini. Bu gün digər klubların da vəziyyətindən görürük ki, çoxdandır idmandan kommersiya industriyasına çevrilmiş futbolda fiziki səviyyə maliyyə vəziyyəti ilə tənzimlənir, büdcəsi kasad olan klubun arenaya atdığı komandanın cüssəsi də müvafiq olur. Azərbaycan liqası isə futbol dünyasında başqa bir aləmdir, aləm deyirəm e…nə qədər ki, düzünə və dolayısı ilə dövlət xəzinəsi hesabına qıdalanacaq kölgəsi əsasından dəfələrlə böyük büdcəsi klublarımızın və Assosiasiyamızın yaxşı bir şey gözləmə. Daha doğrusu gözlə ki, ardı var “yola vermə”, “yolundan götürmə”, “yola salma”, “yolma” kimi həlledici məqamların. Nə qədər burnuxuram, nəinki sizə, heç özümə təsəlli verə bilmirəm. Bizə qalır küçəmizdə bayramı gözləmək…əminəm ki, olacaq.

  4. Kecmiw azarkew says:

    Analoqu olmayan rekord- teqriben 20 0:1 hesabli meglubiyyet! Deyesen yuxaridan tapwirirlar ki, cox vurmayin

  5. Adrian Pits hər necə futbolçu idisə də,komandadan gedənə yaxin mənə verdiyi musahibəsində dedklərindən sonradan imtina etdisə də (çunki dediyini inkar etməyə məcbur qalmışdı.Klubdan onun pulunu verməzdilər) əslində hər şeyi açiq demişdi:Klubu bu günə qoyan Tutqun Nadirovdu.

    Vaxt keçdikcə hər şey uçuruma gedir….Bu günkü oyun da bunu tam çilpaqliği ilə numayiş etdirdi.Oyunçular arasinda intizamsızliq sindrom cücərtiləri butun ötürmələrdə görünürdü.Artiq vaxt yetişir…klubda ciddi islahatlarin vaxti çatıb.Lakin hər şey beləcə sadə deyil.Divizona düşmək və bununla da muəyyən problemlərdən yaxa qutarmaq istəyi də iflasa uğramış bir xulyadir.

  6. Axşamınız xeyir.Deyirəm kiminsə haqqını tapdalayıb,başına min oyun açıb yola salan komanda indi görün nə günə qalıb!!!Ey Rednikə qara yaxanlar,baxın görün indi onun komandası hardadır!!!Nə oyun var,nə nizam intizam,nə də ki pul!!!O gözəl insan haqqını halal etməsə XL gəmisi gedəcək “Titanik”in dalıyca!!

  7. Əhsən sənə Elvirus təbrik edirəm səni. Xəzərlə rekorda yaxınlaşırsan ujey. Dahisəndə dahi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 5 = altı