7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

lflLənkəran Futbol Liqası yeni mövsümə başlayır.

12cioyuncu.info saytının əldə etdiyi məlumata görə İyul ayının 10-dan etibarən Lənkəran Futbol Liqasının yeni çempionatı start götürəcək. Məlumatda daha sonra deyilir ki, oyunlar iki divizionda keçiriləcək, hər divizionda isə 8 komanda yarışacaq. Divizionlarda komandaların yerləşdirilməsi təxmin edilən güclərinə görə və komandanın fərdi istəklərinə görə nəzərə alınacaq. Oyunların dairəvi sxem üzrə bir dövrədə keçirilməsi nəzərdə tutulur. Turnir Lənkəran rayonu Kərgəlan kəndinin ərazisində yeni inşa edilmiş idman kompleksində keçiriləcək. Məlumata görə iştirak ərizələri və digər sənədlərin qəbulu 10-iyun  5-iyul tarixlərində həyata keçiriləcək. Əlaqə nömrəsi: 0506272007

QEYD: Turunin iseya müəllifi və təşkilatçısı Vaqif Rəşidovdur.

İnformasiya dəstəyi 12cioyuncu.info

3 Şərh

  1. Muəllim salam.LFL barədə məlumatlari oxudum.Lakin əlavə məlumat ala bilmədim.Düzü oyunlarin iki divizionda və dairəvi sistemlə keçirilməsini anlaya bilmirəm.LFL-in təşkilat komitəsinə də bu barədə muraciət etməmişəm.16 komanda 25 gün ərzində LFL-nin çempionunu müəyyən etməlidir.Bu sistem necə olacaq və bu LFL çempionatda yaş məhduyyəti varmi?.Digər tərəfdən cənub regionundan olan qəsəbə və kəndlər bu çempionata qoşulurmu?.Yoxsa bu yalniz Lənkəran və onun kəndləri arasinda keçirilir.
    Çox istərdim ki ,Astaradan Lerikdən Yardimlidan Cəlilabaddan və Biləsuvardan da kamandalar formalaşdirilib və belə bir çempionat keçiriləydi.Tam şəffaf və adil,ədalətli olaraq.Bu həm də cənub futbolunun tərəqqisində böyük sıçrayiş olardi.Həm də “XL” rəhbərliyinə bir dərs olardi.Unutmaq olmaz ki ,cənubda artiq təəsərufatina görə 15 dəqiqə qoyun-quzu otaran məktəbli də futbolla yaşayir.
    ***
    Salam. Bu çempionat 25-gün yox bir neçə ay davam edəcək. Sənəd qəbulu isə 25-gün ərzində tamamlanacaq. Həm də bu həvəskar turnirdir, təşkilatçı da bir nəfərdir. Özü də heç bir dövlət və qeyri dövlət təşkilatından nə maliyyə nə də hər hansı digər yardım almadan keçirir bu yarışı. Onunsa təkliyinə gücü buna yetir. Bilirsiniz Azərbaycan reallığını nəzərə almaq lazımdır. Çünki təşkilatçılıq işlərini genişləndirib cənub bölgəsindən daha bir neçə komandanın qatılmasına da şərait yaratmaq çoxlarını qıcıqlana bilər. Bu “çoxlar”ının isə kifayət qədər səlahiyyət imkanları vardır. Bir də gördün ki, turnirin maraqlı yerində qıcıqlanan o “böyük”lərin sifarişi ilə kənardan göndərilən öyrədilmiş adamlar aləmi qatdılar biri birinə, çempionatı qarışdırdılar. Bundan ehtiyatlanmaq mütləq lazımdır. Bir daha qeyd edirəm Azərbaycandakı real həyatı nəzərə almaq lazımdır. O ki, qaldı gözəl arzulara, eh …. Əlavə məlumat üçünsə qeyd olunan nömrəyə müraciət etmək olar.

    • Deməli 25 gun ərzində sənəd qəbulu aparilacaq və iyul ayinin 10-da yarişlara start veriləcək…
      ***
      Tamamilə doğrudur.

    • Vay!-Vay!/Sovet imperiyasi dövründə xalqimiz gizli olaraq Allaha ibadətindən qalmir ,namaz qilir, oruc tutur, dini ayinlərə gedir və milli addət-ənənələri qorxu altinda da olsa keçirirdilər.Görün indi nə günə qalmişiq ki , həvəskar futbol yarişlarini keçirtməyə qorxuruq!?.Yenə kimlərsə lap altinci quvvə fikirləşər,dövlətin futboluna zərbə kimi lap uzaqlara gedəcək və s.Bir soruşan yoxdur ki , sizin futbolunuz Biləcəridən o yana keçməyibsə onda sizdə futbol harda olsun…
      —-
      Baş da mənəm, bəy də mənəm, xan da mən, On dənə cib gəzdirirəm yan (da )mən. ..kimi.
      ***
      O dediyiniz sovet vaxtında konkret məlum bir sistemli quruluş mövcud idi, adına da sosializm deyilirdi. İndi isə kapitalizmə keçid adıyla ilişib qalmışıq dar bir yerdə. Cəmiyyət də dövlət də bundan o yana keçib digər sistemə qovuşmağa hələ hazır deyil. Bu nə qədər xoş olmasa da belədir. Demirəm ki, bəyənək bu reallığı, deyirəm ki, sadəcə reallığı nəzərə alıb ehtiyatlı olmaq lazımdır.

Z.L üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− səkkiz = 1