1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

lenkeranKislovodsk toplantısı –SSRI çempionatının güclülər dəstəsində çıxış edən kulublarla görüşlər .

Komandaya bütün lazımi diqqət və qayğını göstərən şəhər partiya komitəsi “Xəzər”in SSRI çempionatına daha effektli hazırlaşması üçün ittifaqın en məhşur kurort şəhəri olan Kislovodskda komandanın toplanışını təşkil edir. Adlı sanlı klubların da toplanış keçirtdiyi bu gözəl diyarda ”Xəzər”, sovet futbolunu uzun illər Avropada təmsil edən Minsk “Dinamo”suna, az müddət sonra isə digər bir elita təmsilçisi olmuş Rostov şəhərinin “OIK” komandasına 1:0 hesabi ilə qalib gəlib öz gücünü göstərə və adından söz etdirə bilir.

Smolnikovlu dövrümüz…

SSRİ çempionatının güclülər dəstəsində çıxış edən “Neftçi”nin heyətində top qovmuş, SSRİ yıgmasının şərəfini qorumuş, gənclər arasında Avropa çempionluğunu qazanmış tanınmış futbolçulardan Nikolay Smolnikov Tuayevin gedişindən sonra “Xəzər”ə baş məşqçi təyin olunur. Əvvəlki mövsümlərdə “10 nömrəli” maykada oynayan məşqçi funksiyasını yerinə yetirən təcrübəli futbolçu baş məşqçi kimi ilk işinə Lənkəranda başlayır. Amma sonrakı iki mövsümdə elə də ciddi uğur qazana bilməyən komandamızın başına 1984-cü il mövsümdə daha bir tanınmış futbolçu, yenə “Neftçi”nin sıralarında uzun müddət çixiş etmiş, azarkeşlərin sevimlisi Rəşid Özbəyov gətirilir. Özbəyovun təyinatı daha çox onun ali məşqçilər kursuna göndərilməsinə hesablanmışdı. Bunun ücün 6 ay hansısa klubda çalışmalı olan futbolçu da ilk məşqçi işinə “Xəzər”də başlayır. Lənkəran futbolunun yetirməsi, Tuayevin köməkçisi işləmiş Namiq Qarayev isə komandanın rəisi vəzifəsini icra edir. Özbəyovun 6 aylıq rəhbərliyindən sonra mövsümün sonuna qədər baş məsqçi postu Elxan Əliyevə tapşırılır. Daha cox turnir cədvəlinin ortalarında qərarlaşan “Xəzər”in daha da irəliləməsinə mane olan səbəblərdən biri də, bəlkə də baş məşqçi postunda tez-tez dəyişikliklərin baş verməsi idi.

1984-cü il mövsümünə ugursuz mövsüm damğası vurmaq da düzgün olmazdi. Məsələn, stajlı və statistika sevən azarkeşlərdən sayılan Şahin Muradov bizimlə söhbətində “Xəzər”in bu mövsümdə cox parlaq, mübariz oyun sərgilədiyini söylədi.

Keçmiş SSRİ-nin ən nüfuzlu və şəriksiz lider olan idman qəzeti “Sovetski Sport”un 30 yanvar 1985-ci il sayındakı yekun cədvələ nəzər yetirək.

turnir cedveli

“Xəzər ” 17 komanda arasında 30 xalla (qələbə iki xalla hesablanıb) 13-cü yerdə qərarlaşıb. Amma 3-cü yerdə mövsümü başa vurmuş “Kolxeti (Poti) klubundan cəmi 9 xal (!) geri qalan komandamız mövsümdə 12 qələbə, 6 heç-heçə, 14 məglubiyyət almaqla rəqib qapılarına 42 top vurub 38-ni qapısından buraxıb.

1985-ci mövsümündə Lənkəran futbolunun yetirməsi, Tuayev, Özbəyov və Smolnikovla birgə çalışmış Namiq Qarayev komandaya baş məşqçi təyin olunur. Gənc futbolçuları yaxşı tanıyan, bir neçəsinin yetişməsində pay sahibi olan Qarayev bu dəfə gənclərdən ibarət komandanın əsasını qoyur. Artıq heyətdə Lənkəran futbolunun gənc yetirmələri üstünlük təşkil edirdi. Mövsümün sonunda turnir cədvəlinin ortalarında qərarlaşan futbolçularımız təəssuf ki, sonrakı mövsümdə SSRİ cempionatının II dəstəsi turniri çərçivəsində hazırlaşa bilmir. Rayon rəhbərliyindəki dəyişiklik komandanın bu çempionatdakı çıxşıını dayandırması ilə nəticələnir (Bu o rəhbər şəxs idi ki, Lənkəranda onun rəhbərliyi dönəmində idman, xüsusilə futbol bir addim belə irəli getməyib. Vəzifədə olduğu ayrı-ayrı dönəmlərdə futbolçular repressiya olunmaqla belə hədələniblər).

Yaxşi ki, 1989-cu ildə həmin şəxs vəzifəsindən müvəqqəti olaraq gedir. Yoxsa 1985-ci il Mövsumu SSRİ çempionatında Lənkəran təmsilçisinin son mövsümü olacaqdı.

ŞƏKİLDƏKİLƏR:

Soldan ayaqüstə; Fazil Əsədov, Rəşid Əzizbəyov, Namiq Qarayev, Nadir Vahidov, Tofiq Mustafayev, Elhsad Rzayev, Rövşən İibrahimov, Ramiz Məmmədov, Agadadaş Həmidov, Elxan Əliyev, Hafiz Əliyev, Məcnun İIbrahimov.

Oturanlar soldan; Mircəlal Əliyev, Talıb Ibrahimov, Zakir Mahmudov, İlham Əliyev, Yuri Yesaulov, Namiq Qasımov.

lenkeran futbolu

MƏNBƏ: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı.

Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.

5 Şərh

  1. ALLAH Elxan mellimi rehmet eylesin…gozel insan idi..3 il bizim mesgcimiz olub….Snralar Elsadin mesgine getdik…rehmetlik Nadir Vahidov gozel surete malik 11 nomre hami yezne deye cagirardi onu…Talib Astarali…at Taliba…..heyif o futbolumuzdan ve o Xezerden…….

  2. indi Xezerin 10 illiyinden danisirlar guya gabag Lenkeranda futbol olmayib..butun respublikada ele bilirki bizde futbol cemi 10 ildir….baxin basga geydirme klublarin emblemalarina utanun…biri 1937 yazib biri 1954 yazib biri 1960 yazib ..onlar olmayan seyi yazirlar biz ise olan tariximizi tekzib edirik…ecaba Xezer meger 70-80 illerde kelem adlanirdi…..ele Xezer idide….

  3. Allah rehmet etsin Isa Memmedova…o tikib yaratdi Lenkerani…o yaratdi idman komplekslerini …futbolu..mikrarayondaki idman mektebin..amma yazidaki adi cekilmeyen sexs ise Dilrube idi….Lenkerani aglar gunune goyan sexs…Allah ona rehmet etsin…amma her seyi oz adiyla cagirmag lazimdir

  4. Rovshan Asadov says:

    80-cı illərdən atamla stadiona gedərdik, 6-7 yaşım olardı. Bu şəkildəki futbolçularımızdan Elşad Rzayevi hələ də xatırlayıram. Hücumda oynayardı, qolların bir çoxunu o vurardı. Bir də Mircəlal Əliyevi xatırlayıram. Səhv etmirəmsə müdafiədə 4 nömrəli futbolkanı o geyinirdi, komandanın kapitanı idi. Sonradan SSRİ dağıldı, komandamız ölkə çempionatında oynamağa başladı. İnsan bir anda nostalji hisslər keçirir uşaq vaxtlarımızdakı Xəzərimizi xatırlayınca. Ən çox yadımda qalan oyun Mingəçevirin “Kür-Nur” komandasıyla Lənkərandakı oyunumuz olub. 2 – 3 məğlub olurduq, matçın son saniyələrində hücumçumuz (səhv etmirəmsə Nurəli adlı futbolçumuz) gözəl akrobatik zərbəylə hesabı bərabərləşdirdi və oyunu xilas etdi. Çox sevinmişdik. “Avtomobilçi”, “Energetik”, “Plastik”, “Pambıqçı”, “Bakı fəhləsi” kimi komandalar var idi. Xatırladıqca çox gözəl hisslər yaşayır insan. Ən az indiki qədər gözəl idi çinar ağaclarıyla əhatə olunmuş taxta skameykalı stadionda o həyəcanı yaşamaq. Fəxr edirəm Lənkəranlı və Xəzər Lənkəranlı olmağımla. Tariximizi unutmayaq, unutdurmayaq.

  5. Talıb İbrahimov mənim həmkəndlimdir əla oynayırdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 5 = on